Iddia ərizələri və şikayətlərin yazılması

Vətəndaşların müraciəti əsasında pozulmuş hüquqlarının bərpası üçün mülki iddia tələblərini əsaslandıran iddia ərizələri mərkəzimizdə peşəkar hüquqşünaslar tərəfindən tərtib edilir. Eyni zamanda, müxtəlif orqanların, müxtəlif orqanların vəzifəli şəxslərinin hərəkətlərindən və hərəkətsizliyindən, cinayət işlərinin başlanması üçün şikayət ərizələri də hüquqşünaslarımız tərəfindən tərtib edilir.

Məhkəmələrdə təmsilçilik

Şirkətimizlə müqavilə bağlandıqdan sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkillər vastəsi ilə order (tərəf şəxsən iştirak etmək istəmədikdə vəkilə vermiş olduğu Notariat qaydasında təsdiq edilmiş etibarnamə vasitəsi ilə də mümkündür) təqdim edilməklə məhkəmələrdə sizləri qürurla təmsil edirik.

Şirkətlərdə müqavilə əsasında fəaliyyət

Xüsusi paketlər təqdim etməklə müəssisələrlə bağlanmış müqavilələr əsasında tərəfimizdən hüquqi xidmətlər göstərilməkdədir. Hər bir şirkətin keyfiyyətli və peşəkar hüquqşünası olmaya bilər. Ancaq, peşəkar hüquqşünas bir neçə şirkətə xidmət göstərə bilir.

Daşınmaz əmlakla bağlı mübahisələrin həlli

Daşınmaz əmlak dedikdə torpaq sahəsi və evlər nəzərdə tutulur. Vətəndaşlar arasında, vətəndaşlarla müvafiq orqanlar arasında, vətəndaşlarla hüquqi şəxslər barəsində daşınmaz əmlaklarla bağlı mübahisələrin həlli üçün mərkəzimizə müraciət edilə bilər. Təqdim edilmiş sənədlər kifayət etmədikdə tərəfimizdən sorğular verilməklə lazımi sənədlər əldə edildikdən sonra tələbə uyğun iddia ərizələri və ya şikayət ərizələri peşəkar hüquqşünaslarımız tərəfindən tərtib edilərək aidiyyəti üzrə məhkəmələrə təqdim edilir.

Hüquqi məsləhətlər

Mərkəzimizdə müraciət edən hər bir vətəndaşa fərdi yanaşılaraq şikayəti dinlənilir və qanunvericiliyə uyğun olaraq hüquqi məsləhətlər verilir. Pozulmuş hüquqların bərpası, hansısa bir iş qurmaq və ya hansısa addımın atılması üçün gələcəkdə nə kimi mərhələlərin izlənməli olduğu və s. mövzuda istənilən çətinliklərinizin həlli üçün böyük məmnuniyyətlə xidmətinizdəyik.

Ailə mübahisələri

Ailə mübahisələri Azərbayjan Respublikası Ailə Məjəlləsi ilə tənzimlənən münasibətlərdir. Nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız hesab edilməsi qaydaları və şərtlərini, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətləri bu məcəllə ilə tənzimlənir.

Banklarla mübahisələrin həlli

Bu gün vətəndaşlarımız arasında istər ölkə daxili, istərsə də ölkə xaricindəki banklarla demək olar ki, arasında anlaşılmazlıq olmayan yoxdur. Hər keçən gün problemli kreditlərin sayı durmadan artmaqdadır. Banklar tərəfindən tərtib edilən müqavilələrin kifayət qədər mürəkkəb olması da ehtiyyacı olan vətəndaşın onu kifayət qədər araşdırmasına və tam anlamasına mane olmaqdadır. Bu müqavilələrin təhlil edilməsi və vətəndaşlarımıza bu mövzuda bütün köməkliklərin göstərilməsi qarşımızda duran vəzifələrdəndir.

Nikah müqavilələri

-Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dovründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. -Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıja mülkiyyət recimi tətbiq edə bilərlər. -Nikah münaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. -Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər.

Bizə yazın...