Dec 27 2018

Vəkilliyə qəbul imtahanı

Vəkilliyə qəbul üzrə imtahanın nəticələri açıqlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq cari ilin aprel ayında başlanılmış sənəd qəbulu nəticəsində 150 nəfər hüquqşünas vəkil olmaq üçün öz namizədliyini irəli sürmüş və 3 saat davam edən imtahanda bilavasitə 138 nəfər iştirak etmiş, onlardan 106 nəfəri 60 və daha yüksək bal toplamışdır ki, bu da 76,8 faiz təşkil edir.
Ətraflı məlumat: www.barassociation.az

Bizə yazın...