Apr 12 2019

Xaricdə magistr təhsili

Tələbələrin xaricdə magistr pilləsi üzrə təhsilini Gənclər Fondu maliyyələşdirəcək.

Bu açıqlama Milli Məclisin Gənclər və idman komitəsinin 11 aprel tarixində keçirilən iclasında verilib. İclasda Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabat verilib. Fondun icraçı direktoru Fərid Cəfərov bildirib ki, 2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr pilləsi üzrə təhsilini rəhbərlik etdiyi qurum maliyyələşdirəcək.

Maliyyələşdiriləcək ixtisaslar və ali təhsil müəssisələrinin siyahısı yaxın vaxtlarda bəlli olacaq. Sonrakı illərdə bu siyahı daha da genişləndiriləcək.

Bizə yazın...