Xəbər lenti

 Şrift:

Sonuncu doğum günü (Zəhranın nağılı)


Onun gülüşü ən gözəl musiqi, qığıltısı bir evin şənliyi idi. Hamı işini- gücünü qurtarıb onun nazıyla oynamaq yarışına girirdi.
-Qucuma gəl Zəhra..
-Yox mənə gəl.
-Ağlllı balam, nənənə gəl, sənə gör nə verəcəm.

Gülüşüylə ətrafa işıq saçan bu balaca qızcığaz ilk gündən möcuzəydi sanki, bütün uşaqlardan seçilirdi, axı o ucqar kənddə dünyaya gəlmişdi, axı onun laylalarına uzaqdan silah səsləri də qarışırdı. O isə bu silah səslərindən heç qorxmazdı, diksinməzdi, öz işində gücündə olardı Zəhra, sən demə iki yaşında o qədər böyüdü ki, dünya onun yanında kiçildi.
Hamı toplaşıb Zəhranın ad gününü qeyd edir. Zəhra şamları üfürüb söndürür və yenə yandırmalarını istəyir, sanki bir neçə ad gününü bir gündə qeyd edir. Sanki böyüməyəcək və bir də ad günü tortunun üzərindəki şamları söndürə bilməyəcəyini bilib şam üfürməkdən doymur. Yenə, yenə yandırın deyir, onun hiss etdiklərindən xəbərsiz valideynləri isə şamları təkrar-təkrar yandırır, Zəhranın gülüşüylə sevinclərinə sevinc qatılır, sən demə Zəhra o gecəni bir daha ...
**

Günlərin bir günü nənəsiylə həyətdə oynayırdı. Zəhra, çiçək dərir, gülür, atılır -düşür, o saf körpə, dünyanın pisliklərindən xəbərsiz halda nənəsiylə oynayır.
Kəndin o biri üzündə isə bu vaxt elə bir plan hazırlanr ki, insan yatsa yuxusuna girməz. Sən demə düşmən neçə gün imiş ki, Zəhranı öldürmək üçün, bu kənddəki xoşbəxtliyi söndürmək üçün plan hazırlayırmış. Lakin ordumuzdan qorxub geri çəkilirmiş. Təəssüf ki, Zəhranın bugünkü gülüş dolu rəqsləri düşmənin gözünə ox olubmuş, əllərinə düşən ilk fürsətdə atdıqları atəş nəticəsində Zəhranı və nənəsini öldürür. Zəhra oynadığı topu tutmaq istədiyi an, düşmən ona daha ağır bir top atır və balaca Zəhranın  bu zərbəyə dözümü qalmır, qanla dolmuş qulaqları anasının səsini eşitməyə imakan vermir. Gözlərini əbədi yumur.
Bütün kənd sabahı Zəhranın qanlı şəklini bağrına basıb ağlamaqla açır, bir mələyin yasıyla yola salır. Hər kəs Zəhra olur həmin gündən sonra. Bütün dünya Zəhranı tanıyır, hamı düşmənin qorxaqlığından danışır. Zəhra isə heç vaxt böyüyə bilmir. Bütün dünyanın gözündə böyüsə də, anasının arzuladığı kimi böyüyüb nə məktəbə gedə bilmir, nə də gəlinlik geyinə bilmir...
 
 

Zəhra (Anasının dilindən) Sərbəst şeir


Körpə qızım, sən ananın qollarında böyüyərək, xoşbəxtlikçün doğulmuşdun.
Bu qollarla yola saldım məzarlığa, 
boğulmuşdum...
Ağlamaq da bacarmadım, düşmən sevinməsin  deyə,
Bu gün olub hamı Zəhra, sən yanımda yoxsan deyə...
Mən nə deyim bu qismətə, bu taleyə...
Ədalətmi, 2 yaşlı bir körpənin qan içində rəsimləri ürəyimin xəncəridir, 
düşmənimin ölmüş vicdan əsəridir....
Ədalətmi, gülüş dolu, həyat dolu körpəmizin torpaq altdan səs salması, 
hayqırması bu dünyaya, 
"Ədaləti bərqərar et, ey su alıb susan birlik adlı "böyük" dünya..
Sən balaca Zəhradan da balacasan birlik adlı KİÇİK dünya"...
Ədalətmi 2 yaşlı gözəl bala, anasından ayrılaraq dəfn oluna...
Rəsmin məni yaşadıqca öldürəcək, 
sən ananı gülüşünlə yaşadardın, yaşamırıq sanki sənsiz, partlayacaq sanki bağrım, ay günəşim
sabahlarım bir başqa cür açılardı, sevinc dolu baxışınla
mən özüm də uşaq kimi sevinərdim, axı haradan biləydim, son sözlərin elə ilkmiş...
Axı hardan biləydim ki, mən Zəhramçün ölməkdənsə, Zəhra bizimçün ölərmiş,
Qaranlıqdan qorxan quzum, qorxmazsanmı dar qaranllıq məzarında, 
qorxma nənən baş ucunda,
mən laylanı dərdli qəlbimdə çalarkən,
orda nənən çalar sənə...
Ac qalmağa dözümsüzdün, bəs acanda nə edərsən...
qış soyuqda üşüyəndə əllərini ovucumda isidərsən 
qorxma qızım qəlbim çətin dözə ayrılığa, bir gün mütləq qovuşacam 
Səni dünya, səni zaman, səni hər kəs xatırlayıb hey anacaq, 
Amma bizim evdə gəzən, gülən Zəhra olmayacaq...
bir də mənə sarılaraq qucağıma çıxmayacaq.. 
Böyümədin.. arzuların nə olduğun bilmədən sən, arzuların özü oldun.. 
Səni arzu etsəm də mən, ürəyimdə qaysaq bağlar bundan sonra..
Kor qalmasın barı dünya... 
Sənin üçün qoy oyansın haqq ədalət BÖYÜK ZƏHRA....

***
Bu gün ermənilər tərəfindən vurularaq nənəsiylə birlikdə Şəhid olan balaca Zəhranın doğum günüdür. Zəhra 2015-cı il fevralın 13-də Füzuli rayonun Alxanlı kəndində anadan olub.  
 
Xatırladaq ki, ötən il  iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 milliaqsmetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub. 
***
Ruhun şad olsun Mələk Zəhra. Sən ölmədin... Sənin rəsminə baxdıqca düşmənin ölmüş vicdanını görürük, sənin rəsminə baxdıqca, düşmənin ölmüş insanlığını görürük və bir daha əmin oluruq ki, illər keçsə də onların xisləti, gücsüzlüyü dəyişmədi. 

Vüsalə Qələndərli

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

19 Fevral 2018 "Bakı-Tbilisi-Qars dəmir yolu '' adlı forum həyata keçiriləcək.
18 Fevral 2018 Qənirə Paşayeva Uludağ Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans verib
18 Fevral 2018 Energetikanaziri Pərviz Şahbazov Almaniyaya səfər edib
18 Fevral 2018 İsrail Baş Naziri: İrana Yol Verməyəcəyik!
17 Fevral 2018 Oftalmologiya elmi dünyanın aparıcı ölkələrinin elmləri sırasındadı
14 Fevral 2018 Uluslararası "Dədə Qorqud Hekayə Yarışması" keçiriləcək
13 Fevral 2018 "Azerbaycan ve Türkiyemiz, birliğimiz inşallah daha da güclenecek!"-Q.Paşayeva
13 Fevral 2018 Əgər Azərbaycanı Türk dünyasının da lider dövlətinə çevirmək istəyiriksə...
12 Fevral 2018 Prezident bir qrup hərbi qulluqçunu təltif etdi - SƏRƏNCAM
12 Fevral 2018 Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
12 Fevral 2018 Azərbaycan ordusunun nümayəndələri Türkiyədə səfərdədir
12 Fevral 2018 İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
11 Fevral 2018 İrəvanda milli maarifçilik mühiti
11 Fevral 2018 Afrindən Qara Xəbər!-Türkiyə bir gündə 11 şəhid verdi
10 Fevral 2018 Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
10 Fevral 2018 Son Dəqiqə! İsrail Təyyarələri Suriyanı Yenidən Vurdu!
10 Fevral 2018 Rusiya Türkiyəyə Qapıları Bağladı: Hazır Deyilik!
09 Fevral 2018 Vüqar Rəhimzadə YAP-ın qurultayı HAQDA
09 Fevral 2018 Yazıçı Nurəddin Ədiloğlunun 60 illiyi qeyd edilib
05 Fevral 2018 Bu gün Qara Qarayevin doğum günüdür.
27 Yanvar 2018 Xalq artistinin 25 il əvvəlki görüntüləri yayıldı_VİDEO
04 Yanvar 2018 Tanınmış yazıçının yeni kitabı çapdan çıxdı
01 Yanvar 2018 Bu gün tanınmış yazar Əbülfət Mədədtoğlunun doğum günüdür!
29 Dekabr 2017 Məktəbdə Yeni il şənliyi keçirildi
28 Dekabr 2017 İlyas Tapdığın “anım günü”nə həsr olunmuş tədbir keçirildi
25 Dekabr 2017 İqtisad Universitetində Məmməd Arazın xatirəsinə həsr olunmuş tədbir keçirilib.
21 Dekabr 2017 Analitik İşlər Mərkəzi JEOL JSM 6610-LV Skayner elektron mikroskopuyla təchiz olunmuşdur.
20 Dekabr 2017 "İslam dini haqqında bilgiləri alimlərdən alın"
15 Dekabr 2017 "Yenə İki Od Arasında" romanının İmza günü keçirildi
11 Dekabr 2017 Dekabrın 13-də “Yenə iki od arasında” romanı təqdim olunacaq

Sayğac