Xəbər lenti

 Şrift:

  Bu gün tanınmış şair, jurnalist Əbülfət Mədətoğlunun doğum günüdür.
  Əbülfət Mədətoğlu (Əliyev Əbülfət Mədət oğlu ) 1959-cu il yanvarın 1-də Dağlıq Qarabağın Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, eyni zamanda jurnalist sənətkarlığı institutunu bitirmişdir.

"Araz" qəzetində şöbə müdiri (1986-1988), "Qarabağ" qəzetində (1988-1990) və "Azərbaycan ordusu" qəzetində (1990-1992) müxbir vəzifələrində işləmişdir. Hazırda "Ədalət" qəzetinin baş redaktor müavinidir (1992-ci ildən). Azərbaycan Respublikası Prezidentinin 21.07.2010-cu il tarixli Sərəncamı ilə Əliyev Əbülfət Mədət oğluna Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Əməkdar Jurnalist” fəxri adı verilmişdir. Bədii yaradıcılığa orta məktəb illərindən başlamışdır. İlk mətbu şeri "Kəndim" "Araz" Füzuli rayon qəzetində çap olunmuşdur. Bundan sonra "Azərbaycan", "Ulduz", "Təşviqatçı" jurnallarında, "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Azərbaycan pioneri" qəzetlərində vaxtaşırı çıxış etmişdir. "Səməni nəğməsi", "Nilufər çiçəyi", "Dərdini danışan adam", "Nişanə", "Ehtiyacın elçi daşı", "Döymək istədiyim qapılar", "Allah, məni unutma", "Ürəyimdəki sənsən", “Yanan məktub”,"Ağacların şarkısını yapraklar okuyor" "Hər görüş bir ümiddir", "Sevgi pıçıltıları", "Yanan məktublar", "Mənim kimi sevə bilsən", "Gözləyənim var",  "Ürəyim sənlə danışır" şeir kitabları və "Qəhrəman İbad", "Zəhmli polkovnik", "Üfüqdə görünən adam" sənədli povestləri işıq üzü görüb. Yazdığı şeirlərə tanınmış bəstəkar Razim Paşayev musiqilər bəstələyib.

Təbrik edirik!

Persona.az


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

04 Yanvar 2018 Tanınmış yazıçının yeni kitabı çapdan çıxdı
29 Dekabr 2017 Məktəbdə Yeni il şənliyi keçirildi
28 Dekabr 2017 İlyas Tapdığın “anım günü”nə həsr olunmuş tədbir keçirildi
25 Dekabr 2017 İqtisad Universitetində Məmməd Arazın xatirəsinə həsr olunmuş tədbir keçirilib.
21 Dekabr 2017 Analitik İşlər Mərkəzi JEOL JSM 6610-LV Skayner elektron mikroskopuyla təchiz olunmuşdur.
20 Dekabr 2017 "İslam dini haqqında bilgiləri alimlərdən alın"
15 Dekabr 2017 "Yenə İki Od Arasında" romanının İmza günü keçirildi
11 Dekabr 2017 Dekabrın 13-də “Yenə iki od arasında” romanı təqdim olunacaq
09 Dekabr 2017 Tahirə Qürrətül-Eynin 200 illiyinə həsr olunmuş tədbir-seminar keçirilib
30 Noyabr 2017 “Yenə iki od arasında” romanı sumqayıtlı oxuculara təqdim olunub
24 Noyabr 2017 “Yenə iki od arasında” romanı nəşr edildi
08 Noyabr 2017 Musiqili Teatrda premyera – “Hacı Qara”
06 Noyabr 2017 6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür
27 Oktyabr 2017 “Uğur” GMİB İslam Həmrəyliyi ilə bağlı növbəti tədbirini keçirib
25 Oktyabr 2017 Əliqismət Lalayev daha bir Beynəlxalq mükafat aldı
24 Oktyabr 2017 İslam Həmrəyliyini dəstəkləyən tədbir keçirilib
24 Oktyabr 2017 Ayaz Arabaçı-50
18 Oktyabr 2017 Müstəqillik Günü Musiqili Teatrda qeyd olunub
13 Oktyabr 2017 Azərbaycan yazıçısının kitabı Türkiyədə nəşr olunub
08 Oktyabr 2017 Yazıçılarımız Cocuq Mərcanlıya və Horadizə səfər ediblər
06 Oktyabr 2017 2017 - c il Ədəbiyyat üzrə Nobel Mükafatının sahibi Kazuo İşiquro oldu
05 Oktyabr 2017 Səfəvilər dövrünün gizli məqamlarını açan yeni roman
28 Sentyabr 2017 Məcburi köçkünlərlə tanınmış yazıçıların görüşü keçirilib!
26 Sentyabr 2017 Tanınmış yazıçının bu gün 60 yaşı tamam olur
14 Sentyabr 2017 Azərbaycan Musiqi Mədəniyyətinə ağır itgi
16 May 2017 III ULUSLARARASI TÜRK DÜNYASI ŞEİR VƏ MUSİQİ FESTİVALI ADANADA GERÇƏKLƏŞDİ
13 Aprel 2017 İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin müavini və səfirliyin bir neçə əməkdaşı tələbələrlə görüş keçirib
13 Aprel 2017 Bu həftə Musiqili Teatrda 5 tamaşa nümayiş olunacaq
11 Aprel 2017 Qazaxstanın Qızıl Orda günlərinin açılışı Musiqili Teatrda
09 Aprel 2017 Beynəlxalq Muğam Mərkəzində "Klassik musiqi inciləri" adlı konsert olub

Sayğac