Xəbər lenti

 Şrift:

İqtisad Universitetində ( UNEC )  şair, tərcüməçi, publisist, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq şairi  Məmməd Arazın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

 

   İqtisad Universitetində ( UNEC )  Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə mənalı, keşməkeşli və şərəfli, əsl şair-vətəndaş ömrü yaşamış görkəmli xalq şairi Məmməd Araza həsr olunmuş tədbir keçirilib. Universitetin “ İqtisadiyyat “ fakültəsinin dekanı Asiman Quliyev və universitetin müəllimi, dosent İsa Məmmədovun təşkilatçılığı ilə keçirilən tədbirə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “ Səhnə danışığı “ kafedrasının dosenti, əməkdar artist, bədii qiraət ustası, “ Qızıl qılınc “ laeuratı  Ağalar Bayramov qonaq dəvət edilmişdi.

Canı, qanı və bütün varlığıyla Xan Araza bağlı olan şairin tərcümeyi-halından, çoxşaxəli yaradıcılığından ağızdolusu danışan görüşün aparıcısı İsa Məmmədov şairin ömrünün son günlərində yazdığı və ona təqdim etdiyi şeiri səsləndirdi.

Ağalar Bayramov : Məmməd Arazın kitablarının birinə yazdığı müqəddimədə deyilir: "Əsl tərcümeyi-hal şairin şeirləridir.

Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir".

Məni şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa, onu demişəm.
Anadan-bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm.

Azərbaycan şeirinin Magellanı adlandırdığı Mirzə Ələkbər Sabirə, müdriklik məktəbi kimi pərəstiş etdiyi Məhəmməd Füzuliyə yaradıcılığında sevgisini izhar edən şairin dillər əzbəri olan şeirləri, sözlərinə bəstələnmiş əsrarəngiz musiqilər tamaşaçıların yaddaşında uzun müddət silinməyəcək iz buraxdı. Ev sahibləri – İqtisad Universitetinin tələbələri  Zəhra Zamanlı, Firudin Quliyev, Elşən Qurbanov çıxışlarıyla tədbirə rəng qatdılar. Cəfərzadə Yusifin müşayiətsiz ifası isə Məmməd Araz işığına toplaşanların qəlbini ehtizaza gətirdi.

ADMİU nun I kurs tələbəsi Fərid Bağırovun “ Heykəlimlə görüş, “ Meymuna əl çalmaq öyrədən uşaq “ şeirləri gurultulu alqışlarla qarşılandı. Əminə Cəfərova “ Yuxu “, Məhbubə Valehqızı “Ağlama, qorxuram göz yaşlarından “, Babayeva Fidan “ Məndən ötdü” ifalarıyla artıq peşəkar qiraətçi kimi yetişdiklərini isbatladılar.

Sonda Rusiya “ Dərviş “ teatrının aktyoru Şirzad Pirallahi çıxış etdi. Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən sənətçi  “ Ayağa dur, Azərbaycan! “ şeirini səsləndirdi. Bütün tamaşaçılar qiraətçini ayaqüstə alqışladılar. 

Sonda xatirə şəkilləri çəkildi.

 
    Kəmalə Əliyeva



Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

04 Yanvar 2018 Tanınmış yazıçının yeni kitabı çapdan çıxdı
01 Yanvar 2018 Bu gün tanınmış yazar Əbülfət Mədədtoğlunun doğum günüdür!
29 Dekabr 2017 Məktəbdə Yeni il şənliyi keçirildi
28 Dekabr 2017 İlyas Tapdığın “anım günü”nə həsr olunmuş tədbir keçirildi
21 Dekabr 2017 Analitik İşlər Mərkəzi JEOL JSM 6610-LV Skayner elektron mikroskopuyla təchiz olunmuşdur.
20 Dekabr 2017 "İslam dini haqqında bilgiləri alimlərdən alın"
15 Dekabr 2017 "Yenə İki Od Arasında" romanının İmza günü keçirildi
11 Dekabr 2017 Dekabrın 13-də “Yenə iki od arasında” romanı təqdim olunacaq
09 Dekabr 2017 Tahirə Qürrətül-Eynin 200 illiyinə həsr olunmuş tədbir-seminar keçirilib
30 Noyabr 2017 “Yenə iki od arasında” romanı sumqayıtlı oxuculara təqdim olunub
24 Noyabr 2017 “Yenə iki od arasında” romanı nəşr edildi
08 Noyabr 2017 Musiqili Teatrda premyera – “Hacı Qara”
06 Noyabr 2017 6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür
27 Oktyabr 2017 “Uğur” GMİB İslam Həmrəyliyi ilə bağlı növbəti tədbirini keçirib
25 Oktyabr 2017 Əliqismət Lalayev daha bir Beynəlxalq mükafat aldı
24 Oktyabr 2017 İslam Həmrəyliyini dəstəkləyən tədbir keçirilib
24 Oktyabr 2017 Ayaz Arabaçı-50
18 Oktyabr 2017 Müstəqillik Günü Musiqili Teatrda qeyd olunub
13 Oktyabr 2017 Azərbaycan yazıçısının kitabı Türkiyədə nəşr olunub
08 Oktyabr 2017 Yazıçılarımız Cocuq Mərcanlıya və Horadizə səfər ediblər
06 Oktyabr 2017 2017 - c il Ədəbiyyat üzrə Nobel Mükafatının sahibi Kazuo İşiquro oldu
05 Oktyabr 2017 Səfəvilər dövrünün gizli məqamlarını açan yeni roman
28 Sentyabr 2017 Məcburi köçkünlərlə tanınmış yazıçıların görüşü keçirilib!
26 Sentyabr 2017 Tanınmış yazıçının bu gün 60 yaşı tamam olur
14 Sentyabr 2017 Azərbaycan Musiqi Mədəniyyətinə ağır itgi
16 May 2017 III ULUSLARARASI TÜRK DÜNYASI ŞEİR VƏ MUSİQİ FESTİVALI ADANADA GERÇƏKLƏŞDİ
13 Aprel 2017 İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin müavini və səfirliyin bir neçə əməkdaşı tələbələrlə görüş keçirib
13 Aprel 2017 Bu həftə Musiqili Teatrda 5 tamaşa nümayiş olunacaq
11 Aprel 2017 Qazaxstanın Qızıl Orda günlərinin açılışı Musiqili Teatrda
09 Aprel 2017 Beynəlxalq Muğam Mərkəzində "Klassik musiqi inciləri" adlı konsert olub

Sayğac