Xəbər lenti

 Şrift:

           İslam dini haqqında bilgiləri alimlərdən alın

              İslam həmrəyliyinə həsr edilmiş tədbirdə bu fikir səsləndirildi

     “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə  “Gənclər arasında İslam həmrəyliyi ilə bağlı maarifləndirmə işlərinin aparılmasına dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirib. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri  Əlövsət Allahverdiyev deyib ki, bu il Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “İslam həmrəyliyi ili” elan olunub. Bu sərəncam ölkəmizdə ictimai birliklərin də üzərinə müəyyən vəzifələr və məsuliyyət qoyur. “İslam həmrəyliyinin əsl mahiyyəti odur ki, çaxnaşmalarla dağıdılan cəmiyyətlərdən fərqli olaraq Azərbaycanda bütün konfessiyalar, eləcə də müsəlmanlar arasında anlaşmanın, birliyin alternativi olmadığını göstərək. Bu bizim hamımız üçün lazımlıdır” – Ə.Allahverdiyev deyib. O daha sonra qeyd edib ki, Azərbaycanda “Evrovision”, “I Avropa Oyunları”, “IV İslam Həmrəylik Oyunları”, müxtəlif idman yarışları keçirilib. Bütün bunlar isə sübut edir ki, ölkəmiz, həmçinin Azərbaycan cəmiyyəti tolerantdır. Ə. Allahverdiyev bir neçə il əvvəl H. Əliyev məscidində vəhdət namazının qılınmasının dünya üçün bir nümunə olduğunu bildirib.
      Daha sonra tanınmış ekspert və ilahiyyatçı-şərqşünas Təyyar Hüseynli çıxış edib. O bildirib ki, İslam həmrəyliyinə nail olmaq üçün ilkin olaraq hər bir şəxs islami dəyərləri təhrif edilmədən mənimsəməli, fanatizmdən uzaq olmalıdır. “Çünki bizim dinimiz fanatizmi inkar edir. Allah tərəfindən Məhəmməd peyğəmbərə nazil edilən ilk ayələr də “oxu” kəlməsi ilə başlayır:  “Oxu” yaradan Rəbbinin adı ilə” -  Təyyar Hüseynli deyib. O daha sonra bildirib ki, indi bilərəkdən müsəlmanlar arasında təfriqə salmağa çalışırlar. Ancaq islam alimləri arasında heç bir təriqət məsələsi yoxdur. Təriqətçilik isə daha çox elmsizlikdən qaynaqlanır. İslam dinində isə elm öyrənməyə çoxsaylı çağırışlar var. Hər bir insanın, hansı yaşda olursa-olsun elm öyrənməsi üçün heç zaman gec deyil. İslam dininin göstərişinə əsasən insan hətta ölüm ayağına qədər elmin arxasınca getməlidir. “İslamla bağlı məlumatları, bilgiləri alimlərdən alın” - deyən T.Hüseynli tədbir iştirakçılarına tövsiyyəsini də dilə gətirdi.
      Ekspert daha sonra Azərbaycanın nümunəsində həm cəmiyyətimizə, həm də bütün dünyaya İslam həmrəyliyinin öz arxasında gizlətdiyi böyük dəyərlərin çatdırılması işlərinin ictimai qurumlar sferasında da görülməsinin gələcəkdə yaxşı nəticələr doğuracağı haqqında da fikirlərini bildirdi.  
Sonda müzakirələr aparıldı və iştirakçıların suallarına cavablar verildi.
 
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

04 Yanvar 2018 Tanınmış yazıçının yeni kitabı çapdan çıxdı
01 Yanvar 2018 Bu gün tanınmış yazar Əbülfət Mədədtoğlunun doğum günüdür!
29 Dekabr 2017 Məktəbdə Yeni il şənliyi keçirildi
28 Dekabr 2017 İlyas Tapdığın “anım günü”nə həsr olunmuş tədbir keçirildi
25 Dekabr 2017 İqtisad Universitetində Məmməd Arazın xatirəsinə həsr olunmuş tədbir keçirilib.
21 Dekabr 2017 Analitik İşlər Mərkəzi JEOL JSM 6610-LV Skayner elektron mikroskopuyla təchiz olunmuşdur.
15 Dekabr 2017 "Yenə İki Od Arasında" romanının İmza günü keçirildi
11 Dekabr 2017 Dekabrın 13-də “Yenə iki od arasında” romanı təqdim olunacaq
09 Dekabr 2017 Tahirə Qürrətül-Eynin 200 illiyinə həsr olunmuş tədbir-seminar keçirilib
30 Noyabr 2017 “Yenə iki od arasında” romanı sumqayıtlı oxuculara təqdim olunub
24 Noyabr 2017 “Yenə iki od arasında” romanı nəşr edildi
08 Noyabr 2017 Musiqili Teatrda premyera – “Hacı Qara”
06 Noyabr 2017 6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür
27 Oktyabr 2017 “Uğur” GMİB İslam Həmrəyliyi ilə bağlı növbəti tədbirini keçirib
25 Oktyabr 2017 Əliqismət Lalayev daha bir Beynəlxalq mükafat aldı
24 Oktyabr 2017 İslam Həmrəyliyini dəstəkləyən tədbir keçirilib
24 Oktyabr 2017 Ayaz Arabaçı-50
18 Oktyabr 2017 Müstəqillik Günü Musiqili Teatrda qeyd olunub
13 Oktyabr 2017 Azərbaycan yazıçısının kitabı Türkiyədə nəşr olunub
08 Oktyabr 2017 Yazıçılarımız Cocuq Mərcanlıya və Horadizə səfər ediblər
06 Oktyabr 2017 2017 - c il Ədəbiyyat üzrə Nobel Mükafatının sahibi Kazuo İşiquro oldu
05 Oktyabr 2017 Səfəvilər dövrünün gizli məqamlarını açan yeni roman
28 Sentyabr 2017 Məcburi köçkünlərlə tanınmış yazıçıların görüşü keçirilib!
26 Sentyabr 2017 Tanınmış yazıçının bu gün 60 yaşı tamam olur
14 Sentyabr 2017 Azərbaycan Musiqi Mədəniyyətinə ağır itgi
16 May 2017 III ULUSLARARASI TÜRK DÜNYASI ŞEİR VƏ MUSİQİ FESTİVALI ADANADA GERÇƏKLƏŞDİ
13 Aprel 2017 İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin müavini və səfirliyin bir neçə əməkdaşı tələbələrlə görüş keçirib
13 Aprel 2017 Bu həftə Musiqili Teatrda 5 tamaşa nümayiş olunacaq
11 Aprel 2017 Qazaxstanın Qızıl Orda günlərinin açılışı Musiqili Teatrda
09 Aprel 2017 Beynəlxalq Muğam Mərkəzində "Klassik musiqi inciləri" adlı konsert olub

Sayğac