Xəbər lenti

 Şrift:

  
      Elçin Hüseynbəyli haqqında ölkənin ən tanınmış ədəbiyyat adamları 100-ə yaxın məqalə yazıblar. O, Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, rus dilində nəşr olunan "Güney Qafqaz" dərgisinin Azərbaycan üzrə koordinatoru və redaktorudur. Ümumdünya azərbaycanlıları qurultaylarının nümayəndəsidir.

2000-ci ildə istedadlı gənc yazar kimi Prezident təqaüdünə, 2008-ci ildə isə Prezidentin xüsusi mükafatına layiq görülüb.

2001- ci ildə " Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri ", 2007-ci ildə "Humay", 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin " Qızıl kəlmə " (nəsr üzrə ilk nominant kimi), eləcə də bir sıra ədəbi ödüllərə layiq görülüb.

Hekayə və romanları ali və orta məktəblərdə tədris olunur.

Bir çox kitabın, səkkiz romanın, yüzə qədər hekayə, esse və bədii məqalənin müəllifidir.

Onun roman və dram əsərləri əsasən sintetik janrlardadır: dünən, bu gün və gələcək. Təhkiyəsi axıcı, üslubu fərdidir. Əsasən milli problemləri qabardır, amma dünyanı bütöv qavrayır. Roman və dramları konkret ideyaya əsaslanır, süjet xətti kəskin intriqa üstündə qurulur. Əsərləri ingilis, rus, alman, fransız, polyak, ukrayna, litva, koreya, fars və s. dillərə tərcümə olunub, türkdilli xalqların dillərinə uyğunlaşdırılıb.

Kitablari Türkiyə, Rusiya, Litva,  Özbəkistan və gürcüstanda nəşr olunub.

Avropa Birliyinin regionda münaqişə tərəflərilə bağlı müxtəlif layihələrin iştirakçısı və əlaqələndiricisidir.

Azərbaycan Yazıçılar Birliyində yazıçı-dramaturq-publisist  Elçin Nüseynbəylinin  böyük mütəfəkkir, yazıçı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr olunmuş  “ Yenə iki od arasında “ kitabının təqdimat mərasimi keçirildi. Qarabağ tarixinin maraqlı məqamları ilə zəngin olan əsər  Qarabağ tədricən niyə və kimə görə itirildi ideyasına söykənir və XVIII əsrin sonlarından bu günümüzə kimi olan dövrü əhatə edir. AYB nin sədri, Xalq yazıçısı Anar əsərə “ Qarabağımızın qövr eləyən yaraları “ adlı ön söz, akademik Nizami Cəfərov “ İki od arasında “ adlı son söz yazıb. 

 Tədbiri giriş sözü ilə Səlim Babullaoğlu açaraq qonaqları salamladı. Elçin Hüseynbəylinin yaradıcılıq yoluna qısa nəzər yetirən yazıçı onun həm də uğurlu tərcüməçilik fəaliyyətindən söz açdı.

Sonra söz İntiqam Qasımzadəyə verildi.O, yazıçını yaradıcılığa başladığı  dövrlərdən tanıdığını, hələ illər öncə Azərbaycan jurnalında dərc olunan vaxtlardan perspektivli gələcəyə malik olduğuna əmin olduğunu bildirdi. Tarixi romana müraciət etmənin yazıçıdan analitik qabiliyyət, səbr və araşdırma bacarıqlarının yetkinliyinin olmasını söylədi.

Sonra çıxış edən məruzəçilər Nizami Tağısoy, Yunus Oğuz, Firuzə Məmmədli, Nəcibə İlkin, Zemfira Məhərrəmli, Vaqif Yusifzadə, Yusif Nəğməkar Elçin Hüseynbəylinin ədəbiyyatımızda çox istedadlı, maraqlı, bənzərsiz, orijinal bir nasir olduğunu vurğuladılar. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri, mifik təfəkkür, folklora bağlılıq və bunların sintezinin uğurlu inikasından danışdılar.

Fərqanə Mehdiyeva səbəbkara həsr etdiyi şeirini səsləndirdi.

Misir Mədəniyyət Mərkəzinin rəhbəri, səfirliyin mədəniyyət attaşesi, doktor Əhməd Sami Elaydi Elçin Hüseynbəyli haqda ürək sözlərini dilə gətirdi. Nasirin yaradıcılığı ilə illər öncə tanış olduğunu və haqqında ərəb dilində yazılmış sanballı məqalələrdən söz açdı.

Sonda S.Babullaoğlu sözü Yusif Vəzir Çəmənzəminlinin nəvəsi, filoloq Leyla xanım Vəzirovaya verdi. Ailəsi adından təşəkkürünü bildirən məruzəçi “ Yenə iki od arasında “ romanının babasına həsr olunmuş elmi-bədii əsərlər arasında sevilən bir yer tutacağına əminliyini bildirdi.  

Tədbirin aparıcısı bütün iştirakçılara təşəkkürünü bildirdi, son dövrdə yazılmış əsərlər sırasında xüsusi çəkisi olan bu əsərinn tezliklə oxucu sevgisi qazanacağına əminliyini bildirdi.

Sonda kitabın imzalanma mərasimi keçirildi və xatirə şəkilləri çəkildi.

 Kəmalə Əliyeva

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

19 Fevral 2018 "Bakı-Tbilisi-Qars dəmir yolu '' adlı forum həyata keçiriləcək.
18 Fevral 2018 Qənirə Paşayeva Uludağ Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans verib
18 Fevral 2018 Energetikanaziri Pərviz Şahbazov Almaniyaya səfər edib
18 Fevral 2018 İsrail Baş Naziri: İrana Yol Verməyəcəyik!
17 Fevral 2018 Oftalmologiya elmi dünyanın aparıcı ölkələrinin elmləri sırasındadı
14 Fevral 2018 Uluslararası "Dədə Qorqud Hekayə Yarışması" keçiriləcək
13 Fevral 2018 "...düşmənimin ölmüş vicdan əsəridir"-Şəhid Zəhranın doğum günüdür
13 Fevral 2018 "Azerbaycan ve Türkiyemiz, birliğimiz inşallah daha da güclenecek!"-Q.Paşayeva
13 Fevral 2018 Əgər Azərbaycanı Türk dünyasının da lider dövlətinə çevirmək istəyiriksə...
12 Fevral 2018 Prezident bir qrup hərbi qulluqçunu təltif etdi - SƏRƏNCAM
12 Fevral 2018 Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
12 Fevral 2018 Azərbaycan ordusunun nümayəndələri Türkiyədə səfərdədir
12 Fevral 2018 İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
11 Fevral 2018 İrəvanda milli maarifçilik mühiti
11 Fevral 2018 Afrindən Qara Xəbər!-Türkiyə bir gündə 11 şəhid verdi
10 Fevral 2018 Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
10 Fevral 2018 Son Dəqiqə! İsrail Təyyarələri Suriyanı Yenidən Vurdu!
10 Fevral 2018 Rusiya Türkiyəyə Qapıları Bağladı: Hazır Deyilik!
09 Fevral 2018 Vüqar Rəhimzadə YAP-ın qurultayı HAQDA
09 Fevral 2018 Yazıçı Nurəddin Ədiloğlunun 60 illiyi qeyd edilib
05 Fevral 2018 Bu gün Qara Qarayevin doğum günüdür.
27 Yanvar 2018 Xalq artistinin 25 il əvvəlki görüntüləri yayıldı_VİDEO
04 Yanvar 2018 Tanınmış yazıçının yeni kitabı çapdan çıxdı
01 Yanvar 2018 Bu gün tanınmış yazar Əbülfət Mədədtoğlunun doğum günüdür!
29 Dekabr 2017 Məktəbdə Yeni il şənliyi keçirildi
28 Dekabr 2017 İlyas Tapdığın “anım günü”nə həsr olunmuş tədbir keçirildi
25 Dekabr 2017 İqtisad Universitetində Məmməd Arazın xatirəsinə həsr olunmuş tədbir keçirilib.
21 Dekabr 2017 Analitik İşlər Mərkəzi JEOL JSM 6610-LV Skayner elektron mikroskopuyla təchiz olunmuşdur.
20 Dekabr 2017 "İslam dini haqqında bilgiləri alimlərdən alın"
11 Dekabr 2017 Dekabrın 13-də “Yenə iki od arasında” romanı təqdim olunacaq

Sayğac