Xəbər lenti

 Şrift:

          6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 90 il əvvəl məhz tarixin bu günü  Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu il isə bu təqvim daha bir yeniliklə – Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçidlə əlamətdardır. Məlum olduğu kimi, cari ilin noyabr ayının 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında analoq yayım dayandırılıb və tam olaraq rəqəmli televiziya yayımına keçilib. Dekabr ayının 1-dən isə Naxçıvan Muxtar Respublikası istisna olmaqla respublikanın digər əraziləri də rəqəmli yayıma keçəcək. Məlumat üçün bildirək ki,  Naxçıvanda tam olaraq rəqəmli teleradio yayımına 2014-cü ilin dekabr ayından etibarən start verilib.
Radio-televiziya yayımları sahəsində yeni rəqəmli texnologiyaların tətbiqi analoq standartının daha müasir rəqəmli standartla əvəz edilməsi zərurətini meydana çıxarıb. Digər ölkələrdə olduğu kimi, respublikamızın ərazisində də rəqəmli televiziya yayımının tətbiqi istiqamətində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırda müvafiq tədbirlər görülməkdədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilib və Nazirlər Kabinetinin 2011-ci ildə növbəti qərarı ilə “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı” təsdiq olunub. Təbii ki, yeni yayım sisteminə keçid üzrə ən əsas qərar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” oldu.
Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.
Azərbaycanda rəqəmli televiziya yayımına keçidlə əlaqədar ilk dəfə 2004-cü ildə Bakı Teleqüllə Kompleksində test işlərinə başlanılıb. Respublikada rəqəmli TV yayımı üçün DVB-T MPEG-4 standartı qəbul olunub. Respublikanın bütün şəhər və rayon mərkəzləri və ətraf yaşayış məntəqələri açıq paketli rəqəmli televiziya yayımı ilə təmin edilib.
Şübhəsiz ki, Azərbaycanda televiziya və radioyayımı üzrə yeni standartların tətbiqi üçün davamlı olaraq, kompleks tədbirlər həyata keçirilib.
İlk olaraq, 1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası fəaliyyətə başlayıb.1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün yeni Teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə Teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanıb.
Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib.
Hazırda ölkə ərazisində radio proqramları orta dalğa (AM radio 526,5-1606,5kHs) və UQD dalğa diapazonundakı tezliklərdə (FM radio 88 MHs-108 MHs), televiziya proqramları isə PAL, D/K standartında və III, IV və V televiziya diapazonlarında yayımlanır. Qeyd edək ki, rəqəmli televiziya yayım şəbəkəsi DVB-T standartı üzrə qurulub.
Orta dalğalarda “Azərbaycan” radiosu və müxtəlif dillərdə yayımlanan “Xaricə yayım” radio proqramları yayımlanır. Orta dalğa radio yayımlarının texnoloji xüsusiyyətlərindən asılı olaraq, bu dalğalarda yayımlanan proqramlar nəinki ölkə daxilində, hətta xarici ölkələrdə də qəbul oluna bilir.
Ümumrespublika radio və televiziya proqramları yerüstü yayımla yanaşı, peyklərdən də (məsələn, “Azerspace” peyki) yayımlanır.
WWW.ICTNEWS.AZ

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

22 Fevral 2018 Azay Quliyev Prezidentin İrəvanla bağlı çıxışına deyinən erməniyə sərt cavab verdi
21 Fevral 2018 Əbülfət Mədətoğlunun sözlərinə daha bir mahnı - Video
19 Fevral 2018 "Bakı-Tbilisi-Qars dəmir yolu '' adlı forum həyata keçiriləcək.
18 Fevral 2018 Qənirə Paşayeva Uludağ Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans verib
18 Fevral 2018 Energetikanaziri Pərviz Şahbazov Almaniyaya səfər edib
18 Fevral 2018 İsrail Baş Naziri: İrana Yol Verməyəcəyik!
17 Fevral 2018 Oftalmologiya elmi dünyanın aparıcı ölkələrinin elmləri sırasındadı
14 Fevral 2018 Uluslararası "Dədə Qorqud Hekayə Yarışması" keçiriləcək
13 Fevral 2018 "...düşmənimin ölmüş vicdan əsəridir"-Şəhid Zəhranın doğum günüdür
13 Fevral 2018 "Azerbaycan ve Türkiyemiz, birliğimiz inşallah daha da güclenecek!"-Q.Paşayeva
13 Fevral 2018 Əgər Azərbaycanı Türk dünyasının da lider dövlətinə çevirmək istəyiriksə...
12 Fevral 2018 Prezident bir qrup hərbi qulluqçunu təltif etdi - SƏRƏNCAM
12 Fevral 2018 Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
12 Fevral 2018 Azərbaycan ordusunun nümayəndələri Türkiyədə səfərdədir
12 Fevral 2018 İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
11 Fevral 2018 İrəvanda milli maarifçilik mühiti
11 Fevral 2018 Afrindən Qara Xəbər!-Türkiyə bir gündə 11 şəhid verdi
10 Fevral 2018 Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
10 Fevral 2018 Son Dəqiqə! İsrail Təyyarələri Suriyanı Yenidən Vurdu!
10 Fevral 2018 Rusiya Türkiyəyə Qapıları Bağladı: Hazır Deyilik!
09 Fevral 2018 Vüqar Rəhimzadə YAP-ın qurultayı HAQDA
09 Fevral 2018 Yazıçı Nurəddin Ədiloğlunun 60 illiyi qeyd edilib
05 Fevral 2018 Bu gün Qara Qarayevin doğum günüdür.
27 Yanvar 2018 Xalq artistinin 25 il əvvəlki görüntüləri yayıldı_VİDEO
04 Yanvar 2018 Tanınmış yazıçının yeni kitabı çapdan çıxdı
01 Yanvar 2018 Bu gün tanınmış yazar Əbülfət Mədədtoğlunun doğum günüdür!
29 Dekabr 2017 Məktəbdə Yeni il şənliyi keçirildi
28 Dekabr 2017 İlyas Tapdığın “anım günü”nə həsr olunmuş tədbir keçirildi
25 Dekabr 2017 İqtisad Universitetində Məmməd Arazın xatirəsinə həsr olunmuş tədbir keçirilib.
21 Dekabr 2017 Analitik İşlər Mərkəzi JEOL JSM 6610-LV Skayner elektron mikroskopuyla təchiz olunmuşdur.

Sayğac