Xəbər lenti

 Şrift:


      “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər arasında İslam həmrəyliyi ilə bağlı maarifləndirmə işlərinin aparılmasına dəstək” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. İctimai Birliyin sədri  Əlövsət Allahverdiyev tədbiri açaraq deyib ki, ölkəmizin və İslam dünyasının indi həmrəyliyə daha çox ehtiyacı var. Azərbaycan Respublikası bunu vaxtında dəyərləndirib və cəmiyyətimiz üçün vacib olan meyarları müəyyənləşdirib. “Məncə, 2017-ci ilin Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “İslam həmrəyliyi ili” elan olunması cəmiyyətin ehtiyacından qaynaqlanıb.

Üstəlik, belə bir qərarın qəbul edilməsi Azərbaycanın dünya birliyində həqiqi yerini göstərməyə ünvanlanıb. Biz ölkəmizdə olan həmrəyliyi daha da inkişaf etdirməliyik, çünki bu birliyin zəifləməsini istəyən qüvvələr həmişə var. Onların məkrli planları yalnız həmrəyliyimiz qarşısında puça çıxa bilər” – Ə.Allahverdiyev deyib. O daha sonra qeyd edib ki, Azərbaycanın dinə qarşı göstərdiyi mövcud münasibət başqaları tərəfindən də öyrənilir və bir nümunəyə çevrilib.

Tədbirdə ilahiyyatçı-ekspert, “İrfan” jurnalının baş redaktoru Nurlan Məmmədzadə İslamda həmrəylik mövzusunda məruzə ilə çıxış edib. O, İslam dinində digər dini konfessiyaların nümayəndələrinə qarşı sərgilənən tolerant münasibətdən danışıb. Qeyd edib ki, İslam dinində bütün canlılara, hətta cansız əşyalara belə humanist davranmağın zəruriliyi bildirilib. Terrorizm, zorakılıq, qəddarlıqla İslam dinin heç bir əlaqəsinin olmadığını vurğulayan N.Məmmədzadə həmçinin bildirib ki, bütün dünyada ilk dəfə olaraq qadınlara qarşı humanist və bərabər mövqeyi bizim dinimiz təbliğ edib. “İslam Peyğəmbərinin tövsiyyələrinə qulaq verən bir insan başqalarına təbəssümü, sevincləri paylaşmağı, dərdlərə şərik çıxmağı, bir sözlə sosial və mədəni olmaq adına nə varsa bəşəriyyətə örnək olan O böyük insandan öyrənmiş olur” – ekspert çıxışının sonunda bildirib.

Daha sonra Mütəllim Rəhimov çıxış edib. O bildirib ki, İslam həmrəyliyi yalnız İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Dövlətimizin başçısının Azərbaycanı bu il bu ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır. O, daha sonra qeyd edib ki, bu il 4-cü İslam Həmrəylik Oyunları da Azərbaycanda keçirilib. Bu da ölkəmizdə İslam həmrəyliyi ideyasına bir dəstək vermiş olur və bu ideyanın bitkin formada, mahiyyətində gizlətdiyi bütün dəyərləri olduğu kimi aşkarlanıb təbliğinə ehtiyac yaradır.

 Persona.az


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

09 Dekabr 2017 Tahirə Qürrətül-Eynin 200 illiyinə həsr olunmuş tədbir-seminar keçirilib
30 Noyabr 2017 “Yenə iki od arasında” romanı sumqayıtlı oxuculara təqdim olunub
24 Noyabr 2017 “Yenə iki od arasında” romanı nəşr edildi
08 Noyabr 2017 Musiqili Teatrda premyera – “Hacı Qara”
06 Noyabr 2017 6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür
25 Oktyabr 2017 Əliqismət Lalayev daha bir Beynəlxalq mükafat aldı
24 Oktyabr 2017 İslam Həmrəyliyini dəstəkləyən tədbir keçirilib
24 Oktyabr 2017 Ayaz Arabaçı-50
18 Oktyabr 2017 Müstəqillik Günü Musiqili Teatrda qeyd olunub
13 Oktyabr 2017 Azərbaycan yazıçısının kitabı Türkiyədə nəşr olunub
08 Oktyabr 2017 Yazıçılarımız Cocuq Mərcanlıya və Horadizə səfər ediblər
06 Oktyabr 2017 2017 - c il Ədəbiyyat üzrə Nobel Mükafatının sahibi Kazuo İşiquro oldu
05 Oktyabr 2017 Səfəvilər dövrünün gizli məqamlarını açan yeni roman
28 Sentyabr 2017 Məcburi köçkünlərlə tanınmış yazıçıların görüşü keçirilib!
26 Sentyabr 2017 Tanınmış yazıçının bu gün 60 yaşı tamam olur
14 Sentyabr 2017 Azərbaycan Musiqi Mədəniyyətinə ağır itgi
16 May 2017 III ULUSLARARASI TÜRK DÜNYASI ŞEİR VƏ MUSİQİ FESTİVALI ADANADA GERÇƏKLƏŞDİ
13 Aprel 2017 İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin müavini və səfirliyin bir neçə əməkdaşı tələbələrlə görüş keçirib
13 Aprel 2017 Bu həftə Musiqili Teatrda 5 tamaşa nümayiş olunacaq
11 Aprel 2017 Qazaxstanın Qızıl Orda günlərinin açılışı Musiqili Teatrda
09 Aprel 2017 Beynəlxalq Muğam Mərkəzində "Klassik musiqi inciləri" adlı konsert olub
09 Aprel 2017 “Seyid Əzim Şirvani” ədəbi musiqili poeziya məclisi keçirilib
04 Aprel 2017 TÜRKSOY-un Baş katbi Musiqili Teatra təşəkkür etdi
01 Aprel 2017 "Uğur" GMİB, maliyyə dövriyyəsini açıqladı.
29 Mart 2017 Avrasiya Oxucular Klubu geniş müzakirə keçirdi
29 Mart 2017 Natiq Məmmədlinin yeni kitabı
27 Mart 2017 Avrasiya Oxucular Klubu geniş müzakirə keçirəcək
25 Mart 2017 Bu gün, "Persona.az" ın 3 yaşı tamam olur
22 Mart 2017 "Endorfin təqdim olunacaq"
16 Mart 2017 Nəcibə ilkin nuru

Sayğac