Xəbər lenti

 Şrift:

        Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev daha bir Beynəlxalq mükafata layiq görülüb. Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirirb ki, Ə. Lalayev Təbriz Teatrının Xatirə medalı ilə təltif olunub. Mükafat SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” Beynəlxalq layihəsinin təbrizli aktyor Camal Saqinejadın iştirakı ilə nümayişindən sonra təqdim olunub. Təqdimatdan öncə çıxış edən İranın məşhur komediya aktyoru, Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreyn Musiqili Teatrla rəhbərlik etdiyi teatr arasındakı mədəni əlaqələrdən söz açıb.

“Bu gün teatrlarımız arasında bu əlaqələrin var olduğuna, gündən-günə sürətlə genişləndiyinə, inkişaf etdiyinə görə bütün xoş sözlər, təşəkkürlər ilk növbədə Əliqismət Lalayevin payına düşür. Taleyimə minnətdaram ki, məni belə bir dəyərli insanla rast salıb. Əliqismət müəllimin Təbriz Teatrı ilə əlaqələrin genişlənməsi üçün gördüyü işlər, həyata keçirilən müştərək Beynəlxalq layihələr hesab edirəm ki, təkcə teatrlarımız arasında deyil, ümumilikdə, İran və Azərbaycan arasındakı mədəni əlaqələrin inkişafında da xüsusi əhəmiyyətə malikdir. Əliqismət Lalayev məhz bu xüsusiyyətlərinə - teatrlarımız və ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafındakı əməyinə və fəaliyyətinə görə təltif edilib. Təbriz Teatrının Xatirə medalı çoxlarının xəyal etdiyi bir mükafatdır. Yüz ildən çox yaşı olan bu mükafat hər kəsə nəsib olmur. Onu qazanmaq üçün teatr və mədəniyyət sahəsində çox önəmli işlərə imza atmaq lazımdır. Əliqismət müəllimi bir daha təbrik edir və böyük bir fəxarət hissi ilə hər kəsə nəsib olmayan bu mükafatı - Təbriz Teatrının Xatirə medalını ona təqdim edirəm”, - deyə B. Nəhreyn bildirib.

Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev B. Nəhreynə təşəkkür edib. “Xoş sözlərə və verdiyiniz dəyərə görə təşəkkür edirəm. Düşünürəm ki, əlaqələrimiz bundan sonra da davam edəcək, birlikdə yeni layihələrə imza atacağıq”, - deyə Ə. Lalayev söyləyib.

Persona.az



Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

09 Dekabr 2017 Tahirə Qürrətül-Eynin 200 illiyinə həsr olunmuş tədbir-seminar keçirilib
30 Noyabr 2017 “Yenə iki od arasında” romanı sumqayıtlı oxuculara təqdim olunub
24 Noyabr 2017 “Yenə iki od arasında” romanı nəşr edildi
08 Noyabr 2017 Musiqili Teatrda premyera – “Hacı Qara”
06 Noyabr 2017 6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür
27 Oktyabr 2017 “Uğur” GMİB İslam Həmrəyliyi ilə bağlı növbəti tədbirini keçirib
24 Oktyabr 2017 İslam Həmrəyliyini dəstəkləyən tədbir keçirilib
24 Oktyabr 2017 Ayaz Arabaçı-50
18 Oktyabr 2017 Müstəqillik Günü Musiqili Teatrda qeyd olunub
13 Oktyabr 2017 Azərbaycan yazıçısının kitabı Türkiyədə nəşr olunub
08 Oktyabr 2017 Yazıçılarımız Cocuq Mərcanlıya və Horadizə səfər ediblər
06 Oktyabr 2017 2017 - c il Ədəbiyyat üzrə Nobel Mükafatının sahibi Kazuo İşiquro oldu
05 Oktyabr 2017 Səfəvilər dövrünün gizli məqamlarını açan yeni roman
28 Sentyabr 2017 Məcburi köçkünlərlə tanınmış yazıçıların görüşü keçirilib!
26 Sentyabr 2017 Tanınmış yazıçının bu gün 60 yaşı tamam olur
14 Sentyabr 2017 Azərbaycan Musiqi Mədəniyyətinə ağır itgi
16 May 2017 III ULUSLARARASI TÜRK DÜNYASI ŞEİR VƏ MUSİQİ FESTİVALI ADANADA GERÇƏKLƏŞDİ
13 Aprel 2017 İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin müavini və səfirliyin bir neçə əməkdaşı tələbələrlə görüş keçirib
13 Aprel 2017 Bu həftə Musiqili Teatrda 5 tamaşa nümayiş olunacaq
11 Aprel 2017 Qazaxstanın Qızıl Orda günlərinin açılışı Musiqili Teatrda
09 Aprel 2017 Beynəlxalq Muğam Mərkəzində "Klassik musiqi inciləri" adlı konsert olub
09 Aprel 2017 “Seyid Əzim Şirvani” ədəbi musiqili poeziya məclisi keçirilib
04 Aprel 2017 TÜRKSOY-un Baş katbi Musiqili Teatra təşəkkür etdi
01 Aprel 2017 "Uğur" GMİB, maliyyə dövriyyəsini açıqladı.
29 Mart 2017 Avrasiya Oxucular Klubu geniş müzakirə keçirdi
29 Mart 2017 Natiq Məmmədlinin yeni kitabı
27 Mart 2017 Avrasiya Oxucular Klubu geniş müzakirə keçirəcək
25 Mart 2017 Bu gün, "Persona.az" ın 3 yaşı tamam olur
22 Mart 2017 "Endorfin təqdim olunacaq"
16 Mart 2017 Nəcibə ilkin nuru

Sayğac