Xəbər lenti

 Şrift:

       “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər arasında İslam həmrəyliyi ilə bağlı maarifləndirmə işlərinin aparılmasına dəstək” layihəsi çərçivəsində Bakı Slavyan Universitetində ilk tədbirini keçirib. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Əlövsət Allahverdiyev bildirib ki, 2017-ci il Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “İslam həmrəyliyi ili” elan olunub. Bu sərəncam ölkəmizdə ictimai birliklərin də üzərinə müəyyən vəzifələr və məsuliyyət qoyur. “Biz İslam həmrəyliyinin məzmun və mahiyyətinin gənclərə çatdırılması üçün ciddi iş aparmalıyıq” – Ə.Allahverdiyev deyib. O daha sonra qeyd edib ki, bu il 4-cü İslam Həmrəylik Oyunları da Azərbaycanda keçirilib. Bu da ölkəmizdə İslam həmrəyliyi ideyasına bir dəstək vermiş olur və bu ideyanın bitkin formada, mahiyyətində gizlətdiyi bütün dəyərləri olduğu kimi aşkarlanıb təbliğinə ehtiyac yaradır.
      Daha sonra tədbirdə ekspert fəlsəfə doktoru Mütəllim Rəhimov çıxış edib. O bildirib ki, İslam həmrəyliyi yalnız İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Dövlət başçısının Azərbaycanı bu il bu ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır.
      Gənclər qarşısında çıxış edən Bakı Slavyan Universitetinin prorektoru Xanım Sultanova isə İslamda tolerantlıq məsələlərinə toxundu. O, dedi ki, Azərbaycan müxtəlif multikultural dəyərləri özündə ehtiva edən tolerant ölkədir. Bunun qorunub saxlanılması və inkişafı üçün həm cəmiyyətimizə, həm də bütün dünyaya çatdırılmasına ehtiyac var. Beləliklə, Azərbaycanın nümunəsində həm cəmiyyətimizə, həm də bütün dünyaya İslam həmrəyliyinin öz arxasında gizlətdiyi böyük dəyərlərin çatdırılması işlərinin ictimai qurumlar sferasında da görülməsi zərurəti var.
Sonda müzakirələr aparıldı və iştirakçıların suallarına cavablar verildi.
 
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

22 Fevral 2018 Azay Quliyev Prezidentin İrəvanla bağlı çıxışına deyinən erməniyə sərt cavab verdi
21 Fevral 2018 Əbülfət Mədətoğlunun sözlərinə daha bir mahnı - Video
19 Fevral 2018 "Bakı-Tbilisi-Qars dəmir yolu '' adlı forum həyata keçiriləcək.
18 Fevral 2018 Qənirə Paşayeva Uludağ Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans verib
18 Fevral 2018 Energetikanaziri Pərviz Şahbazov Almaniyaya səfər edib
18 Fevral 2018 İsrail Baş Naziri: İrana Yol Verməyəcəyik!
17 Fevral 2018 Oftalmologiya elmi dünyanın aparıcı ölkələrinin elmləri sırasındadı
14 Fevral 2018 Uluslararası "Dədə Qorqud Hekayə Yarışması" keçiriləcək
13 Fevral 2018 "...düşmənimin ölmüş vicdan əsəridir"-Şəhid Zəhranın doğum günüdür
13 Fevral 2018 "Azerbaycan ve Türkiyemiz, birliğimiz inşallah daha da güclenecek!"-Q.Paşayeva
13 Fevral 2018 Əgər Azərbaycanı Türk dünyasının da lider dövlətinə çevirmək istəyiriksə...
12 Fevral 2018 Prezident bir qrup hərbi qulluqçunu təltif etdi - SƏRƏNCAM
12 Fevral 2018 Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
12 Fevral 2018 Azərbaycan ordusunun nümayəndələri Türkiyədə səfərdədir
12 Fevral 2018 İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
11 Fevral 2018 İrəvanda milli maarifçilik mühiti
11 Fevral 2018 Afrindən Qara Xəbər!-Türkiyə bir gündə 11 şəhid verdi
10 Fevral 2018 Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
10 Fevral 2018 Son Dəqiqə! İsrail Təyyarələri Suriyanı Yenidən Vurdu!
10 Fevral 2018 Rusiya Türkiyəyə Qapıları Bağladı: Hazır Deyilik!
09 Fevral 2018 Vüqar Rəhimzadə YAP-ın qurultayı HAQDA
09 Fevral 2018 Yazıçı Nurəddin Ədiloğlunun 60 illiyi qeyd edilib
05 Fevral 2018 Bu gün Qara Qarayevin doğum günüdür.
27 Yanvar 2018 Xalq artistinin 25 il əvvəlki görüntüləri yayıldı_VİDEO
04 Yanvar 2018 Tanınmış yazıçının yeni kitabı çapdan çıxdı
01 Yanvar 2018 Bu gün tanınmış yazar Əbülfət Mədədtoğlunun doğum günüdür!
29 Dekabr 2017 Məktəbdə Yeni il şənliyi keçirildi
28 Dekabr 2017 İlyas Tapdığın “anım günü”nə həsr olunmuş tədbir keçirildi
25 Dekabr 2017 İqtisad Universitetində Məmməd Arazın xatirəsinə həsr olunmuş tədbir keçirilib.
21 Dekabr 2017 Analitik İşlər Mərkəzi JEOL JSM 6610-LV Skayner elektron mikroskopuyla təchiz olunmuşdur.

Sayğac