Xəbər lenti

 Şrift:

    
    Bu il oktyabrın 6-da Azərbaycanın bir qrup tanınmış yazarı Cocuq Mərcanlıya və Horadizə səfər ediblər.

Səfər “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, yazımız Qarabağ-2” layihəsi çərçivəsində, AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında gerçəkləşdirilib.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca, AYB Ağsaqqallar Şurasının sədri, xalq şairi Nəriman Həsənzadə,  AYB katibi,  “525-ci qəzet”in baş redaktoru, yazıçı-publisist Rəşad Məcid, “Olaylar” qəzetinin və eyni adlı saytın baş redaktoru, yazıçı-publisist Yunus Oğuz, AYB  Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair-tərcüməçi Səlim Babullaoğlu, AYB sədrinin müşaviri Rauf Aslanov, AYB Hərbi vətənpərvərlik sektorunun rəhbəri, şair-bəstəkar Şahin Musaoğlu,  AYB Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd,  şair Fəxrəddin Meydanlı və Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq-publisist Elçin Hüseynbəylinin iştirak etdiyi nümayəndə heyəti öncə Cocuq Mərcanlıda olublar.

Yolüstü aprel şəhidlərinin abidəsini ziyarət edən yazıçılar düşməndən tam azad edilmiş kənddə Şuşa məscidinin oxşarı olan dini ocağa baş vurduqdan sonra məktəblilərlə görüşüblər. Cəbrayıl İH başçısı Kamal Həsənov kənddə aparılan quruculuq işlərindən danışıb. O bildirib ki, kənd camaatı düşməndən çəkinmədən öz yurdlarında yaşayır, hətta Bakıdan köçüb gələnlər də var. Görüş zamanı şairlər öz şeirlərini səsləndiriblər. Cocuq Mərcanlı kənd orta məktəbinin kitabaxanasına Qarabağ savaşı və onun qəhrəmanları ilə bağlı kitablar, disklər, bayraqlar hədiyyə edilib.

Daha sonra qonaqlar Horadiz şəhərinə gediblər.

Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib və rayonda görülən işlərdən danışıb. O bildirib ki, Qarabağın tam azadlığı üç amildən keçir: siyasi sabitlik, iqtisadi dirçəliş və hərbi qüdrət.

“Canımız Qarabağ yazımız Qarabağ -2” layihəsinin rəhbəri, yazıçı-dramaturq Elçin Hüseynbəyli səfərin məqsədi barədə məlumat verib. O bildirib ki,  silahla qələm bir yerdə olarsa, xalqımız və ordumuz daha güclü olar və yazıçılar cəbhə bölgələrinə ardıcıl səfərlərilə bunu bir daha nümayiş etdirirlər.

Görüşdə çıxış edən xalq yazıçısı Anar bir az öncə Cocuq Mərcanlıda olduqlarını bildirib və qeyd edib ki, Cocuq Mərcanlıya qayııdış tarixi hadisədir, ora qayıdıb yaşayanlar isə tarixi şəxsiyyətlərdir. Yazıçı qeyd edib ki, Azərbaycan məkrli düşmənlə üz-üzədir və daim ayıq-sayıq olmalıdır. O,  Cocuq Mərcanlıda və Horadizdə görülən abadlıq işlərindən fərəh hissi keçirdiklərini deyib.

Görüşdə xalq şairi Nəriman Həsənzadə, Türkiyə Böyükelçiliyinin mədəniyyət attaşesi İrfan Ciftçi, Füzuli rayon ictimaiyyətinin nümayəndələri və başqaları çıxış edərək, Azərbaycan torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə inandıqlarını bildiriblər.

Tədbirin sonunda yazarlar görüş iştirakçılarına Qarabağ döyüşçüləri və şəhidləri haqda kitabları və diskləri hədiyyə edib, eləcə də öz kitablarını bağışlayıb və xatirə şəkli çəkdiriblər.

     Persona.az


 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

22 Fevral 2018 Azay Quliyev Prezidentin İrəvanla bağlı çıxışına deyinən erməniyə sərt cavab verdi
21 Fevral 2018 Əbülfət Mədətoğlunun sözlərinə daha bir mahnı - Video
19 Fevral 2018 "Bakı-Tbilisi-Qars dəmir yolu '' adlı forum həyata keçiriləcək.
18 Fevral 2018 Qənirə Paşayeva Uludağ Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans verib
18 Fevral 2018 Energetikanaziri Pərviz Şahbazov Almaniyaya səfər edib
18 Fevral 2018 İsrail Baş Naziri: İrana Yol Verməyəcəyik!
17 Fevral 2018 Oftalmologiya elmi dünyanın aparıcı ölkələrinin elmləri sırasındadı
14 Fevral 2018 Uluslararası "Dədə Qorqud Hekayə Yarışması" keçiriləcək
13 Fevral 2018 "...düşmənimin ölmüş vicdan əsəridir"-Şəhid Zəhranın doğum günüdür
13 Fevral 2018 "Azerbaycan ve Türkiyemiz, birliğimiz inşallah daha da güclenecek!"-Q.Paşayeva
13 Fevral 2018 Əgər Azərbaycanı Türk dünyasının da lider dövlətinə çevirmək istəyiriksə...
12 Fevral 2018 Prezident bir qrup hərbi qulluqçunu təltif etdi - SƏRƏNCAM
12 Fevral 2018 Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
12 Fevral 2018 Azərbaycan ordusunun nümayəndələri Türkiyədə səfərdədir
12 Fevral 2018 İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
11 Fevral 2018 İrəvanda milli maarifçilik mühiti
11 Fevral 2018 Afrindən Qara Xəbər!-Türkiyə bir gündə 11 şəhid verdi
10 Fevral 2018 Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
10 Fevral 2018 Son Dəqiqə! İsrail Təyyarələri Suriyanı Yenidən Vurdu!
10 Fevral 2018 Rusiya Türkiyəyə Qapıları Bağladı: Hazır Deyilik!
09 Fevral 2018 Vüqar Rəhimzadə YAP-ın qurultayı HAQDA
09 Fevral 2018 Yazıçı Nurəddin Ədiloğlunun 60 illiyi qeyd edilib
05 Fevral 2018 Bu gün Qara Qarayevin doğum günüdür.
27 Yanvar 2018 Xalq artistinin 25 il əvvəlki görüntüləri yayıldı_VİDEO
04 Yanvar 2018 Tanınmış yazıçının yeni kitabı çapdan çıxdı
01 Yanvar 2018 Bu gün tanınmış yazar Əbülfət Mədədtoğlunun doğum günüdür!
29 Dekabr 2017 Məktəbdə Yeni il şənliyi keçirildi
28 Dekabr 2017 İlyas Tapdığın “anım günü”nə həsr olunmuş tədbir keçirildi
25 Dekabr 2017 İqtisad Universitetində Məmməd Arazın xatirəsinə həsr olunmuş tədbir keçirilib.
21 Dekabr 2017 Analitik İşlər Mərkəzi JEOL JSM 6610-LV Skayner elektron mikroskopuyla təchiz olunmuşdur.

Sayğac