Xəbər lenti

 Şrift:
                                         
                                               NƏCİBƏ İLKİN NURU
 
    Novruz Bayramı ərəfəsində, ilaxır çərşəmbədə dəyərli yazar, publisist və şairəmiz Nəcibə Ilkin Azərbaycan oxucularına bayram töhvələrini "SÖZÜN ÖLÇÜSÜ VƏ ÇƏKİSİ" və "KÖNLÜM NAĞIL İSTƏYİR" adlı kitablarını təqdim etdi. Kitabların təqdimatı Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirildi. Nəcibə xanımın işığının və qəlbinin nuruna, ocağının və ürəyinin istisinə, ruhunun və sözünün cazibəsinə, kitablarının təqdimatına onun qələm dostları, sevənləri və media nümayəndələri toplaşmışdılar. Kitabların təqdimatı hamı üçün ikiqat bayrama çevrildi. Mərasimi açılış sözü ilə Azərbaycanın tanınmış yazıçısı Elçin Hüseynbəyli açdı. İlk növbədə o, Nəcibə xanımın timsalında bütün toplantı iştirakçılarını ilaxır çərşəmbəsi və qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik etdi. O Nəcibə xanımın Azərbaycan ədəbiyyatında önəmli şəxslərdən biri olduğunu xüsusi vurğuladı. Elçin Hüseynbəyli Nəcibə xanımın fəaliyyətinin bütün dövrlərinin ədəbiyyatımız üçün səmərəli olduğunu söylədi. Onun fikrincə Nəcibə xanım müasir Azərbaycanın gənc yazarları üçün əvəzolunmaz bir örnəkdir. Məhəbbəti yüksək zirvələrdə tutan Nəcibə xanımın əsərlərini oxuduqca, onların cazibəsinə düşməmək qeyri mümkündür. Bu sözləri şair Musa Ələkbərli dedi. O da öz növbəsində Nəcibə xanımı bu xoş gün münasibəti ilə səmimi qəlbdən təbrik etdi. Daha sonra ədəbi mühitimizin tanınmış simalarından Balayar Sadiq , Vaqif Hicran, Narıngül Nadir, Kamil Nehrəmli, Fərqanə Mehdiyeva, Bəsti Bərdəli, Sadiq Qarayev, Şəfəq Sahibli, İlqar Türkoğlu və müəllifin digər qələm dostları Nəcibə xanımın bir ana, vəfalı həyat yoldaşı və ictimai xadim kimi müsbət cəhətlərini qeyd etdilər. Çıxış edənlər Nəcibə xanımın gənc istedadların araşdırılıb üzə çıxmasında, onların inkişafı yolunda atdığı müsbət addımları, etdiyi səyləri təqdirəlayiq və vətənimiz üçün çox vacib bir amil kimi dəyərləndirdilər. Ümumiyyətlə Nəcibə xanım elə xarakterə malik bir insandır ki, onunla ilk tanışlıqdan insanda belə təəssürat yaranır ki, sanki onunla uzun illərdir dostsan. Yəni bu insanın daxili paklığı və alicənablığı, eyni zamanda insanlara istiqanlı münasibəti, onun haqqında müsbət fikirlər formalaşdırır. Nəcibə xanım bilik və bacarığını yorulmadan və əsirgəmədən cələcək nəsillərə ötürməyi özünün mənəvi borcu və Tanrı qarşısında əlahiddə xidməti sayır desəm yanılmaram. Nəcibə xanımın Vətəninə, Millətinə və Dövlətinə hədsiz bağlılığı onun sözün əsl mənasında Vətənpərvər olmasından qaynaqlanır. Elə məhz bu səbəbdəndir ki, əsərlərinin əsas qayəsi yurdumuzun, xalqımızın və dövlətimizin firavan olması üstündə köklənmişdir. Nəcibə xanımın Vətənpərvərlik ruhunda yazılmış əsərləri gənc nəslin düzgün istiqamətləndirilməsində və maariflənməsində bir mənalı olaraq çox gərəkli mənbədir. Bir sözlə onun yazdığı əsərlər, müxtəlif oxucu təbəqələrinin təlabatını ödəyəcək dərəcədə aktual və qəbulediləndir. Təqdimetmə mərasimin sonunda söz müəllifə verildi. O ilk öncə kitablarının təqdimatına toplaşanlara etdikləri diqqətə görə öz minnətdatlığını bildirdi və hamını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi. Nəcibə xanım yaradıcılığını izləyənlərə və dəyər verənlərə bir daha hədsiz təşəkkürünü bildirdi. Eyni zamanda o deyilən sözlərə, fikirlərə və rəylərə görə məmnunluğunu da gizlətmədi. Dəyərli oxucular Nəcibə Ilkinin timsalında sizlər bayram öncəsi iki töhvə, iki dəyərli kitab əldə etmək imkanına sahib olursunuz. Əziz oxucular bu Novruz bayramı ərəfəsində dəyərli yazarımız Nəcibə Ilkin "SÖZÜN ÖLÇÜSÜ VƏ ÇƏKİSİ" və "KÖNLÜM NAĞIL İSTƏYİR" adlı kitabları ilə sizlərin görüşünə gəlir. Zənnimcə bu kitabların şəxsi kitabxananızda xüsusi yeri və çəkisi olacaq. Çünki kitab rəfinizdən dünyanıza Nəcibə İlkin nuru saçılacaq...
 
Hüseyn Kərim
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

16 May 2017 III ULUSLARARASI TÜRK DÜNYASI ŞEİR VƏ MUSİQİ FESTİVALI ADANADA GERÇƏKLƏŞDİ
13 Aprel 2017 İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin müavini və səfirliyin bir neçə əməkdaşı tələbələrlə görüş keçirib
13 Aprel 2017 Bu həftə Musiqili Teatrda 5 tamaşa nümayiş olunacaq
11 Aprel 2017 Qazaxstanın Qızıl Orda günlərinin açılışı Musiqili Teatrda
09 Aprel 2017 Beynəlxalq Muğam Mərkəzində "Klassik musiqi inciləri" adlı konsert olub
09 Aprel 2017 “Seyid Əzim Şirvani” ədəbi musiqili poeziya məclisi keçirilib
04 Aprel 2017 TÜRKSOY-un Baş katbi Musiqili Teatra təşəkkür etdi
01 Aprel 2017 "Uğur" GMİB, maliyyə dövriyyəsini açıqladı.
29 Mart 2017 Avrasiya Oxucular Klubu geniş müzakirə keçirdi
29 Mart 2017 Natiq Məmmədlinin yeni kitabı
27 Mart 2017 Avrasiya Oxucular Klubu geniş müzakirə keçirəcək
25 Mart 2017 Bu gün, "Persona.az" ın 3 yaşı tamam olur
22 Mart 2017 "Endorfin təqdim olunacaq"
07 Mart 2017 “Söz” ədəbiyyat layihəsi çərçivəsində Xalq Yazıçısı Anarla görüş
21 Fevral 2017 “Kəlağayı” kitabı təqdim olunub
20 Fevral 2017 Tanınmış baş redaktor vəfat etdi
14 Fevral 2017 Bilik Fondu uşaqlara və gənclərə kitab hədiyyə etdi
08 Fevral 2017 " Qalaqurma" nın təqdimatı olacaq
08 Fevral 2017 "Çıxış yolu"nda görüş _ VİDEO
07 Fevral 2017 Musiqili Teatrda həftəsonu 6 tamaşa nümayiş ediləcək
07 Fevral 2017 Prezident İlham Əliyev görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb
07 Fevral 2017 Görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin 100 illik yubileyi qeyd olunacaq
07 Fevral 2017 Azərbaycanın Əməkdar Artisti Çinarə Əlizadə Varşava Böyük Teatrında çıxış edəcək
02 Fevral 2017 Bolqarıstanın Azərbaycandakı səfiri Gəncə və Şəmkirdə oldu
26 Yanvar 2017 Məşhur psixoloq intihar edib
10 Yanvar 2017 Azərbaycanın tanınmış yazıçısına ağır itki üz verib!
06 Yanvar 2017 "Payız məktubları" təqdim olunacaq
26 Dekabr 2016 Tanınmış şair İlyas Tapdıq vəfat edib!
13 Dekabr 2016 “Nəcib Məhfuz oxucuların gözü ilə...” Yeni müsabiqə
31 Oktyabr 2016 "Xəzan" jurnalının yeni sayı nəşr olunub

Köşə

Foto qalereya

Sağlamlıq

Sayğac