Xəbər lenti

 Şrift:
           

                    
“Uzaqdan gələn səs” in sevinc payı

      Ötən həftənin sonlarına yaxın Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin xəttiylə “Mütərcim” nəşriyyatı tərəfindən nəşr olunan “Uzaqdan ğələn səs” almanaxının Mingəçevir şəhər Bələdiyyəsinin  iclas zalında təqdimat mərasimi keçirilmişdir.
    Mingəçevirli ədəbiyyatsevərlərlə yanaşı paytaxt Bakı, Cəncə, Şamaxı, Gədəbəy, Ağdaş və Yevlaxdan gələn söz adamlarının da qatıldıqları təqdimat mərasiminin aparıcısı,- AYB-nin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin dilində səslənən: “Bəzən uzaqdan gələn səs daha cazibəli, doğma və yaddaqalan olur,- elə bu gün işığına yığışdığımız “Uzaqdan gələn səs” almanaxında olduğu kimi.

Ardını oxu...

 Şrift:
 
Bu günlərdə Türkiyədə çap olunan aylıq “Koroğlu” ədəbi-bədii dərgisinin növbəti özəl sayı, iyul nömrəsi işıq üzü görüb. Dərginin budəfəki özəl sayı yazıçı Eyvaz Zeynalovun həyat və yaradıcılığına həsr olunub. Üz qabığında yazıçının şəkli verilib. Dərgidə əvvəlcə yazıçı haqqında qısa məlumat, sonra bir neçə hekayəsi, daha sonra onun özü, əsərləri barəsində bir zaman bizim mətbuatımızda, saytlarda çap olunmuş məqalələr, müsahibələrdən nümunələr, eyni zamanda arabir yazıçının müxtəlif vaxtlarda, müxtəlif məkanlarda çəkilmiş şəkilləri verilib.
“Koroğlu” dərgisinin budəfəki özəl sayını Azərbaycan ədəbiyyatının gözəl bilicisi, dostu, eyni zamanda, Türkiyədə geniş təbliğatçısı, tərcüməçisi Ömər Küçükmehmetoğlu hazırlayıb.
Ömər bəyin tərcüməsində Eyvaz Zrynalovun hekayələri Türkiyədə artıq son illər ərzində ondan artıq dərgidə işıq üzü görüb. 2011-ci ildə Ankarada çıxan “Kara(b)ağlayan hikayeler” kitabının həmtərcüməçisi (İmdat Avşarla), bu il İstanbulda yayımlanan “Eski bisiklet” hekayələr kitabının tərcüməçisidi. E. Zeynalovun uşaq hekayələrindən ibarət tərcümə etdiyi növbəti kitab hazırda İstanbuldakı “Ferfir” nəşriyyatında çapa imzalanmışdır.          


 Şrift:

      Azərbaycan ədəbiyyatının işıqlı nümayəndələrindən olan tanınmış yazıçı-dramaturq, filosof Firuz Mustafanın, son illərdə yazdığı maraqlı hekayələrindən ibarət yeni kitabı nəşr olunub! Maraqlananlar, kitabı şəhərimizin kitab mağazalarından əldə edə bilərlər!


 Şrift:


     Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyevin elmlə təhsilin vəhdəti, alimlərin məktəblə əlaqələrinin möhkəmləndirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi sahəsində qarşıya mühüm vəzifələrə əsaslanaraq, silsilə tədbirlər, dəyirmi masalar həyata keçirir. Mayın 25-də Bilik Fondu və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Ədəbiyyat fənninin tədrisinə innnovativ yanaşma” mövzusunda dəyirmi masa keçirilib.  Bakı şəhərinin orta məktəblərində çalışan ədəbiyyat müəllimlərini bir araya gətirən bu tədbirin əsas məqsədi ədəbiyyat fənninin tədrisində, eləcə də ali məktəblərə qəbul zamanı test imtahanlarında yaranan problemlərə aydınlıq gətirmək, müəllimləri müasir tədris metodları barədə maarifləndirmək, həmçinin yeni test modelləri ilə tanış etmək idi.

Ardını oxu...

 Şrift:
      Qırğızıstanın paytaxtı Bişkekdə türkdilli yazıçıların əsərlərindən ibarət “İki çinar” adlı hekayələr kitabı çap olunmuşdur. Kitabı çapa tanınmış qırğız yazıçısı Ayderbek Sarmanbetov hazırlamışdır. Ön söz və kitabın içindəki hekayələrin tərcüməsi də A. Sarmanbetova məxsusdu. Onları qırğız dilinə türkiyə türkcəsindən və ruscadan tərcümə etmişdir. Kitaba Türkiyə, Qazaxıstan, Qırığıstan yazıçıları ilə bərabər Azərbaycan yazıçılarından Eyvaz Zeynalovun “Qarabağ dərdi”, “Doğum evinin işıqları”, Əlabbas Bağırovun “Baş daşı” hekayələri də daxil edilmişdir.

Yeri gəlmişkən, Eyvaz Zeynalov bir neçə il əvvəl qırğız yazıçısı Ayderbek Sarmanbetovun iki hekayəsini dilimizə çevirib 525-ci qəzetdə (“Alıcı quş”) və “Ulduz” jurnalında (“İnqilab”) çap etdirmişdir.

 



 Şrift:

 
       Gənc yazıçı, Şərqşünas alim, Sumqayıt Dövlət Universitetinin müəllimi Əli Rzazadənin növbəti romanı işıq üzü görüb.

 “Səmaya Qayıdan Yazı” adlanan romanda Şərq dünyasında tüğyan edən terror hadisələrindən, Qərb dünyasının hadisələri soyuqqanlılıqla izləmələrindən, eyni zamanda müasir dövrdə bir ailənin faciəsindən bəhs edir.

Azərbaycanlı həkimin kiçik qardaşı aldanaraq qaragüruh qüvvələrə qoşulur. Həkim onu terrorun pəncəsindən xilas etmək üçün Yaxın Şərqə üz tutur, ancaq orada baş vermiş hadisələrin canlı şahidinə çevirilir.

O, ərəb ölkəsində cərəyan edən müasir dövrün xərçənginə çevrilmiş terror aktlarında, sivil insanlara qarşı edilən təcavüzlərdə radikal qruplaşmalarla əlbir olmuş işğalçı erməni idealogiyasının cinayət izlərilə də üzləşir.

“Səmaya qayıdan yazı” müəllifin sayca ikinci romanıdır. Əli Rzazadənin müəllifi olduğu “Yağış” adlı romanı və “Nurdan Zərrələr” adlı əsəri bundan öncə oxucular tərəfindən maraqla qarşılanıb.

Müəllifin “Xocalıya Ədalət” (əl-Ədalət li Xocalı) adlı kitabı Qarabağ həqiqətlərini, xüsusilə də 1992-ci ilin 26 fevral tarixində erməni işğalçılarının Xocalıda həyata keçirdikləri qətlamı dünya ictimaiyyətinə, ərəb dünyasına çatdıran ilk ən mükəmməl əsərdir.  “Xocalıya Ədalət” əsəri ərəb ölkələrinin bir sıra ali təhsil ocaqlarında, kitabxanalarında, rəsmi qurumlarında olması, ərəb oxucusunun erməni faşizminin əsl simasını görməsinə qapı açır.

 Persona.az


 Şrift:

     Son səkkiz ildən bəri hər rübdə bir dəfə oxucu ünvanı soraqlayan “Bənövşə” (əvvəlki adı “Mingəçevir leysanı”) ədəbi-bədii jurnalının bu günlərdə yeni sayı işıq üzü görmüşdür. AYB-nin Mingəçevir bölməsinin sədri, tanınmış şair-publisist İsmayıl İmanzadənin baş redaktor olduğu ədəbi dərgidə əvvəlki saylarda olduğu kimi çeşidli ədəbi janrlarda qələmə alınan yazılar yer almışdır.

    Dərginin poeziya bölümündə zaman-zaman istedadlı söz adamları kimi tanınan Böyükkişi Təmkin, Müseyib Eloğlu, Oənbər Şəmşiroğlunun əsərləri ilə yanaşı, Qüdrət Məmmədov, Bəhman Gülövşəli, Fəxrəddin Əziz, Ədalət Əzimli, Məhyəddin Məhərrəmoğlu, İsmayıl İmanzadə, Ruslan Ələkbərli, Vahid Xəyali, Ələkbər Sönməz, Xasay Şuşalı və Məmməd Mərzilinin şeirləri də yer almışdır.

     Dünya ədəbiyyatının görkəmli nümayəndələrindən olan Kate Çapinin “Bir cüt ipək corab” və klassik Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin “Çeşmək” adlı hekayələri ilə bərabər, Mingəçevirdə yaşayan Svetlana Sultan Məcidin “Sənə deyəcəyim var” başlıqlı nəsr əsəri də uğurlu ədəbi nümunələrdən biri kimi diqqəti cəlb edir.

      İstedadlı söz adamlarından filologiya elmləri üzrə fəlsəfə doktoru Tariyel Abbaslının “Nakam ömrün yanğısı”, Tural Sahabın “Bənövşə”, Qüdrət Məhəmmədoğlunun “Görkəmli elm fədaisi”, İsmayıl Mərcanlının “Fəadakar sənət yolçusu” və İmmi Kamalqızının “Tofiq Yusifin söz dünyası” başlıqları altda jurnalda sərgilənən ədəbi-publisistik yazıları da dərgiyə əlvan çalarlar qatmaq baxımından maraq doğurur.

   Dərginin yeni sayındakı “Kitab köşkü”ndə Əşrəf Əsgərovun “Dostlarımı anarkən”,  Rafiq Ələkbərin “İrfan və eşq görüşləri” və Məmməd Mərzilinin “Atəş altında toy” adlı kitabları barədə yığcam-lakonik qeydlər də diqqətdən kənarda qalmır.

    Sonda təbiətin ən gözəl fəsillərindən biri olan baharda oxuculara bənövşə naxışlı söz sovqatı bəxş edən dərginin əməkdaşlarına yeni - yeni yaradıcılıq uğurları arzulayırıq.


 Şrift:

   Rusiya, hələ də iş adamı, milyarder İqor Sosinin keçmiş arvadı Anastasya Novikova-Sosinanın oğlu tərəfindən qorxunc şəkildə öldürüldüyü cinayətin şokunu yaşayır.

  "Daily Mail"in verdiyi xəbərə görə, 44 yaşlı Sosinanın oğlu Yeqor Sosin, anasının içindəki şeytanı qovmaq üçün bu cinayəti törətdiyini bildirib.
  "Anam mənimlə əlaqəyə girmək istədi" iddiasında olan 19 yaşlı Yeqor Sosin, Kazan şəhərində bir oteldəki otaqda işlədiyi qorxunc cinayətdən sonra bunları söyləyib: "Təxminən yarım saat boğdum. Öldüyünə əmin olduqdan sonra, üstündə oturub bütün gücümlə üzünü yumruqlamağa başladım. Ən azı 20 dəfə vurdum".
Anasını cib telefonunun batareyasının şnuruyla boğan Yeqor Sosinin, cinayəti, qəbul etdiyi narkotik maddənin təsiriylə işlədiyi ortaya qoyulub və anasının da, oğlunun narkotika istifadə etdiyindən xəbərdar olduğu bildirilib.

   Xatırladırıq ki, İngiltərənin paytaxtı Londonda universitetdə oxuyan Yeqor Sosinin atası İqor Sosin, Rusiyada inşaat sektorunun öndə gedən məşhur isimlərindən biridir.

 Şrift:

Manera.az saytının elan etdiyi müsabiqənin nəticələri açıqlanıb

    “Ən yaxşı hekayə", "Ən yaxşı şeir" , "Ən yaxşı tərcümə" nominasiyaları üzrə  keçirilən müsabiqənin qalibləri  "Akademkitab" kitab evində, tanınmış ədəbiyyat adamlarının və media nümayəndələrinin qatıldığı  ədəbi-bədii tədbirdə mükafatlandırılıb.


Manera.az-dan verilən məlumata görə, müsabiyəqə qoşulan 400-ə yaxın müəllifin yaradıcılıq nümunəsi (müəlliflər bilinmədən) münsif heyyətinə təqdim olunub.

Onların qərarı ilə əvvəlcə 10-luq seçilib.

Daha sonra yeni münsif heyyəti 10-luqdan 3-lük seçilib.

Nəticədə 3-lükdə ən çox səs qazanan müəlliflər qalib elan olunub.


Qaliblərə pul mükafatı, diplom və müxtəlif hədiyyələr təqdim olunub.

 

Müsabiqənin nəticəsini təqdim edirik:

"Ən yaxşı hekayə" nominasiyası üzrə;

I yerin qalibi Azər Qismət - "Hamilə dəli" hekayəsi
II yerin qalibi Yaşar Bünyad - "General" hekayəsi
III yerin qalibi Vüsal Oğuz - "Nisyə" hekayəsi

"Ən yaxşı şeir" nominasiyası üzrə;

I yerin qalibi İsmayıl Məmmədov - "Müharibə xəbərləri və ölüm" şeiri
II yerin qalibi Tural Turan - "Od axşamı notları" şeiri
III yerin qalibi Oğuz Ayvaz - "Tanrının uşaq üzü" şeiri


"Ən yaxşı tərcümə" nominasiyası üzrə;

I yerin qalibi Səidə Ruslan - Lev Tolstoy "Çar və onun oğulları"
II yerin qalibi Taleh Eminoğlu - Frans Kafka "Hibrit"
III yerin qalibi Jalə Əsgərova - Bruce Stirling "Ölüm" 



Sayğac