Xəbər lenti

 Şrift:
Bu gün ( 21 Oktyabr ) saat 15:00-da bir qrup gənc yazarların təşkilatçılığı ilə Xalq şairi Xəlil Rza ULUTÜRKün doğum günü ilə əlaqədar olaraq bir sıra qələm sahibləri, ziyalılar Fəxri xiyabanda şairin məzarını ziyarət etmiş, mazarı başında tədbir düzənləyib, nitq söyləmişdir. Gənc şair Emil Rasimoğlu tədbiri açıq elan edərək Xəlil Rza Ulutürkün həyat və yaradıcılığından söz açmışdır.Daha Sonra AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, Təbrizli şair Ümid Nəccari, şair və yazıçılardan Seyran İsmayıl, İradə Əlili, Sərvər Kamranlı və başqaları çıxış edərək X.R.Ulutürkün ictimai-siyasi, elmi-ədəbi fəaliyyətindən bəhs edən fikirlər səsləndirmişlər.

Persona.az


 Şrift:
25 oktyabr, saat 14:00 - da, Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda istedadlı şair, nasir, "Qobustan" jurnalının əməkdaşı Narıngül Nadirin " Qar çiçəyi" kitabının imza günü keçiriləcək. Bütün ədəbiyyatsevərlər dəvətlidir!

Persona.az




 Şrift:

      Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AGF) dəstəyi ilə gerçəkləşdirdiyi “QƏLBDƏKİ və QƏLƏMDƏKİ QARABAĞ” layihəsi çərçivəsində türksoylu ölkə və topluluqları təmsilən (Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, QKTC-i ilə yanaşı Tatarıstan, Çuvaşıstan və doğma Təbrizdən…) Bakıya gəlmiş araşdırmaçı-yazar, şair-tərcüməçi və yazıçı-publisistlərin iştirakı ilə keçirilmiş silsilə tədbirlərin (ümumən layihənin) yekunu olaraq “XAN” Nəşrlər Evində vahid mövzulu, ancaq fərqli janrlarda qələmə alınmış yazılardan ibarət “QƏLBDƏKİ və QƏLƏMDƏKİ QARABAĞ” antologiyası gün üzü görüb.
Gənclər Mükafatı laureatı İntiqam Yaşarın Layihə rəhbəri olduğu, gənc yazarlar Sərvər Kamranlı,  Nofəl Ümid və Sərdar Şirvanın tərtib etdiyi, redaktorları Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, həmin Mərkəzin baş redaktoru Dəyanət Osmanlı və Sumqayıtdakı Əli Kərim ad. Poeziya Evinin direktoru İbrahim İlyaslı olan “QƏLBDƏKİ və QƏLƏMDƏKİ QARABAĞ”ın “Önsöz”ünü millət vəkili, dr. Cavanşir Feyziyev  yazıb. 
Antologiyanın  məsləhətçiləri –  millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru dos.dr. Hikmət Babaoğlu, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, ATXƏM başqanı İlham İsmayılov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin başqan müavini Mübariz Hacıoğlu, DGTYB Təsisçilər Şursının üzvü dos.dr. Rəsmiyyə Sabir, “GÜLCE” Ədəbiyyat Axımının başçısı Mustafa Ceylan (Antalya/Türkiyə),  rəyçilər isə BAMF Başqanı Umud Rəhimoğlu, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının başqanı Vüqar Qədirov, “Modern.az” portalının baş redaktoru Elşad Eyvazlı, “XAN” NE-nin direktoru, dedektiv yazar Müşfiq Xan və Mili Qəhrəman Şahlar Şükürov ad. Kəlbəcər 35 saylı tam orta məktəbin direktoru, şair-publisist Elşən Əzimdir.
Antologiyada 71 yazarın fərqli janrlara aid yazıları toplanıb. Müəlliflərin yarıdan çoxu (38) Azərbaycan Respublikasının vətəndaşı olmayan yazarlardır və qardaş ölkələrə, topıuluqlara mənsub yeni nəsil yazarlarının Azərbaycanın 1 saylı probleminə, məruz qaldığımız elan olunmamış müharibəyə, Xocalı Soyqırımına... elmi, publisistik, bədii... – bir sözlə, qələmli (və qəlbli!) münasibəti təqdirəlayiq haldır.
DGTYB gələcəkdə “QƏLBDƏKİ və QƏLƏMDƏKİ QARABAĞ”ın yeni cildlərini də hazırlamağı planlaşdırır.   
Antologiya pdf formatında kitabxana.net portalında da yerləşdirilib
(http://www.kitabxana.net/?oper=readBook&id=2532). 



 Şrift:


     “Əsrin müqaviləsi”ninimzalanmasından 22 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında  Bilik Fondunda alimlərləFondun əməkdaşlarının və Könüllülər Birliyi üzvlərinin görüşü keçirilib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları salamlayaraq qeyd edib ki, Fond mütəmadi olaraq əhalinin maarifləndirilməsinin effektivliyinin artırılması məqsədi ilə tədbirlər keçirir. Növbəti görüş də məhz bu ənənənin davamıdır.İcraçı direktor qonaqlara Azərbaycanın neft sənayesinin tarixi və müasir dövrdə inkişafı barədə ətraflı məlumat verib. Əsrin müqaviləsinin imzalanmasında Ümummilli lider Heydər Əliyevin rolunu xüsusilə vurğulayan O.SəmədovAzərbaycan neftinin tarix boyu dünya iqtisadiyyatına və energetikasına verdiyi töhfədən danışıb. 

Bilik Fondunun Aparat rəhbəri, professor İsaxan Vəliyev 22 il əvvəl Bakıda “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi və "məhsulun pay bölgüsü" haqqında “Əsrin müqaviləsi”ninimzalandığını xatırladaraq  onun tarixi, siyasi və beynəlxalq əhəmiyyəti haqqında söhbət açıb. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin 13 ən nüfuzlu neft şirkətinin iştirak etdiyini vurğulayan İ.Vəliyev bu müqavilənin sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdığını, bununla da beynəlxalq aləmdə ölkəmizintəhlükəsizliyinintəminatının daha da etibarlı olduğunudeyib.

         Sonra hüquq üzrə fəlsəfə doktoru Fazil Zeynalovun fransızca qələmə aldığı və ingils dilində tətrcümə olunan “Azərbaycan neft və qaz ehtiyatları: ölkənin regional enerji həbinə çevrilməsi" kitabı tədbir iştirakçılarına  təqdim olunub.

         F.Zeynalov kitabın yazılma zərurətindən danışıb, Azərbaycanın neft strategiyasının ölkənin inkişafında faydasından söz açıb. Müəllif bildirib ki, kitabda Azərbaycanın neft tarixindən başlayaraq, qara qızılın xalqın iqtisadi və ölkənin siyasi inkişafındakı danılmaz rolu xronoloji ardıcıllıqla əksini tapıb.

         AMEA Fəlsəfə institutunun əməkdaşları hüquq üzrə fəlsəfə doktoru Rauf Qarayev, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Ata Babayevvə Azərbaycan Respublikasının Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov Azərbaycanın neft strategiyasının uğurları barədə söhbət açıb, “Azərbaycan neft və qaz ehtiyatları: ölkənin regional enerji həbinə çevrilməsi" kitabının məhz xarici dildə dərcolmasının üstünlüklərini diqqətə çatdırıblar. Kitabın neft sahəsində xarici dildə işıq üzü görən ilk nəşr olduğu vurğulanıb.

         Kitabın müəllifi F.Zeynalov təqdimat mərasimində iştirak edən tələbələrin suallarını cavablandırıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında 

Bilik Fondunun İnformasiya təminatı sektoru

 Şrift:


                           İzzəddin Həsənoğlunun ədəbi irsi

     Azərbaycan dilində dövrümüzə gəlib çatan ilk lirik əsərlərdən söz açılanda hər kəsdən öncə XIII yüzillikdə yaşayıb-yaratmış, qaynaqlarda məşhur sufi şair və mütəfəkkir şəxsiyyət kimi adı ehtiramla çəkilən Şeyx İzzəddin Həsənoğlu yada düşür.
Müəllifin üçü Azərbaycan dilində, biri farsca olmaqla dörd qəzəli elm aləminə məlumdur. Anadilli poeziyamızda məxsusi yeri olan ədib haqqında orta əsrlərdən üzü bəri müxtəlif təzkirələrdə, ayrı-ayrı tədqiqatlarda müəyyən bilgilər verilsə də, onun ömür yoluna və yaradıcılığına həsr olunan xüsusi tədqiqat əsəri yazılmayıb.
Bugünlərdə Naxçıvan Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimlinin “İzzəddin Həsənoğlunun ədəbi irsi” adlı monoqrafiyası çapdan çıxıb. Elmi əsərə filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimov rəy verib.
Tədqiqatda İzzəddin Həsənoğlunun yaradıcılığı dövrümüzə gəlib çatmış nümunələr əsasında nəzərdən keçirilir. Kitabda ədibin dünyagörüşü, əsərlərinin qaynaqları, ideya-bədii xüsusiyyətləri, ədəbiyyat tariximizdə yeri və ədəbi təsir dairəsi araşdırılır. Şairin qəzəllərinə yazılan nəzirələr də müqayisəli təhlil olunur.
Qeyd edək ki, Hüseyn Həşimli iyirmi ildən artıq ali məktəbdə Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər) fənni daxilində İzzəddin Həsənoğlunun da yaradıcılığını tədris edib. Azərbaycanda, Türkiyədə və digər ölkələrdə nəşr olunmuş müxtəlif mənbələrdən şair haqqındakı materialları toplayaraq sistemləşdirib. Eyni zamanda alimin Həsənoğluya həsr olunan bir neçə elmi məqaləsi ölkəmizdə və xaricdə işıq üzü görüb.
Kitabdan orta əsrlər Azərbaycan ədəbiyyatını öyrənənlər, tədris və tədqiq edənlər faydalana bilərlər.

Fariz Yunisli 


 Şrift:
Ağır xəstə olanTural Əlisoya 15 gün ərzində kömək etmək lazımdır
       Ağır xəstə olanTural Əlisoya 15 gün ərzində kömək etmək lazımdır. Onun müəlicəsi üçün pul lazımdır. Əməliyyat üçün (yığılan məbləği çıxsaq) 13000 $-a ehtiyacı var. 
Əgər problem yaranarsa Whatsapp, E-poçt, FB Messenger ilə əlaqə saxlaya bilərsiniz.Beynəlxalq təcili pul köçürmələri (Contact, Western Union və s.) üçün lazım olan məlumatlar aşağıdakılardır: Tural Aliyev+99455 4106999;Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.; Xalq Bank Ave. Inshaatchilar, 22 M------------------------------------Bundan başqa ölkədaxili ödəmələr üçün aşağıdakı məlumatlardan istifadə edə bilərsiz.MilliÖn və ya e-manatdan ianə etmək üçün məlumat Bank Respublika ASC-ni seçin:
Hesab nömrəsi (AZN) yerinə: 380194400245031401Şəxsiyyət vəsiqəsinin nömrəsi yerinə: 14355406-------------------------------------Card to card:4198 4185 6328 1953 AZN4198 4185 6327 3455 USD-------------------------------------Xalq Bank rekvizitləri: AZNAdı: ASC “Xalq” Bankın “Baş” filialıKodu: 501026VÖEN: 2000296061Müxbir hesab: AZ24NABZ01350100000000067944S.W.I.F.T. Bik: HAJCAZ 22Adı: Əliyev Tural Şakir Hesab №-si: AZ88 HAJC FPRA ZN10 0000 



 Şrift:


01 avqust 2016-cı il tarixində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” mövzusunda tədbir keçirildi. Tədbiri Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq Azərbaycan əlifbasının və Azərbaycan dilinin tarixindən bəhs etdi, dilimizin zənginliyindən söhbət açdı. Tədbirdə Milli Kitabxananın şöbə müdiri Mehriban Cəfərova mövzu ətrafında öz fikirlərini bildirdi. Sonda isə tədbir iştirakçıları Milli Kitabxanada açılmış “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” adlı sərgi ilə tanış oldular.

Mədəniyyət və Turizm Nazirliyi
 Şrift:



Sumqayıtda Şəhər Mədəniyyət Evi və S.Vurğun adına Mərkəzi Kitabxanın birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 110 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvan Səməd Vurğun yaradıcılığı haqqında məlumat verib.

Daha sonra mədəniyyət evinin “Xəyal” instrumental ansamblının müşayiəti ilə müğənnilər Allehverdi Xəyal, Mehdi Yusifov, Kamil Ağazadənin ifasında xalq və bəstəkar mahnıları, ansamblın solisti Elşən Quliyevin ifasında ruhani havası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Meyxanaçı Ədalət Dağlının ifası və “Xəzər ulduzları” rəqs ansamblının üzvü Nərgiz Əliyevanın ifasında milli rəqs nümunələri tədbiri daha da rövnəqləndirib.

Tədbirdə şairin əsərlərindən ibarət kitab sərgisi nümayiş olunub.

 

 Mədəniyyət və Turizm Nazirliyi

 Şrift:

        24 iyul saat 14:00-da "Avantaj Tədris Mərkəzi"nin açılış mərasimi keçiriləcək, həmcinin həmin gün Mərkəzin aciq qapi günüdür. Maraqlananlar dəvət olunurlar və "Avantaj Tədris Mərkəzi"nə yaxinlasaraq maraqlandıqları suallara cavab tapa bilərlər.

Tədris Mərkəzinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi.


Persona.az


 Şrift:


   Nüfuzlu "Beynəlxalq Man Booker Mükafatı"nın 2017 -ci il jürisində tanınmış türk yazıçısı Elif Şafak da yer alacaq.

"Man Booker" rəhbərliyi, dünya şöhrətli məşhur ədiblərin iştirak etdiyi beş nəfərlik münsif Elif Şafakın da olduğunu eşbildirib.

 Edinburq Beynəlxalq Kitab Festivalının direktoru Nik Barleynin rəhbərlik edəcəyi münsiflər heyətinin tərkibində Elif Şafakla birlikdə İngilis yazar və tərcüməçi Daniel Hahn, mükafatlı şair Helen Mort, Nigeriyalı yazıçı Çika Unigve də var.

"Man Booker" Mükafatı, Nobel Ədəbiyyat Mükafatı kimi dünyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından biridir. Əvvəllər, yalnız İngilis olaraq qələmə alınan əsərlərə verilən mükafat, 2005-ci ildən etibarən "Beynəlxalq Man Booker Mükafatı" adı altında bütün dillərdə dillərdə yazılan əsərlər üçün də verilməyə başlandı.

Kanadalı yazıçı Alise Munro, ABŞ-lı yazıçılar Fiilip Roth,  Lydia Davis və Macarıstan yazıçısı Laszlo Krasznahorkai Beynəlxalq Man Booker Mükafatına layiq görülmüşlər.


Sayğac