Xəbər lenti

 Şrift:



Persona.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq Artisti, professor Cövdət Hacıyevin anadan olmasının 100 illiyi tamam olur. Milli simfonizmin banilərindən biri Cövdət Hacıyev Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdəndir. Onun milli və dünya musiqi sənəti ənənələrinin novatorcasına vəhdətində insanın mənəvi gözəlliyini tərənnüm edən yaradıcılığı daim özünün yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə səciyyələnib. Ustad sənətkar ölkəmizdə professional bəstəkarlıq məktəbi üçün yeni musiqiçilər nəslinin hazırlanması sahəsində də təqdirəlayiq fəaliyyət göstərib.

 Şrift:




Fevralı 8-dən 12-dək və martın 1-də Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki – Opera Narodowa) L.Minkusun “Don Kixot” üçpərdəli baleti nümayiş etdiriləcək.

Persona.az AZƏRTAC-a istinadən xəbər verir ki, səhnə əsərində küçə rəqqasəsinin partiyasını fevralın 8-də və martın 1-2-də Azərbaycanın Əməkdar Artisti, Rusiya Böyük Teatrının solisti, Polşa Milli Baletinin birinci solisti Çinarə Əlizadə ifa edəcək. Həmvətənimiz fevralın 10-da və 12-də isə “Don Kixot” baletində Kitri-Dulsineya obrazını canlandıracaq.

Çinarə Əlizadə Moskvada doğulub. O, Natalya Nestereva Yeni Humanitar Universitetinin Rəqs Akademiyasında və Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsil alıb. Çinarə Əlizadə A.Adanın “Jizel”, L.Minkusun “Bayaderka”, P.Çaykovskinin “Sonalar gölü”, “Şelkunçik”, “Yatmış gözəl”, S.Prokofyevin “Zoluşka”, D.Şostakoviçin “Qızıl əsr” və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. O, 2016-cı ildən Polşa Milli Baletinin birinci solistidir.

 Şrift:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İl boyu bilik" proqramı çərçivəsində həyata keçirdiyi "Azərbaycan əcnəbilərin gözü ilə" layihəsinə qoşulan Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maya Xristova yanvarın 29-u və 30-daBilik Fondunun əməkdaşı Almaz Axundovanın müşayiəti iləGəncə və Şəmkir şəhərlərinə səfər edib.

Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin 25 illiyi münasibəti ilə gerçəkləşdirilən səfər zamanı xanım M.Xristova Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva ilə görüşüb. Bolqarıstanın Azərbaycandakı səfirini Qədim Nizami yurdu Gəncədə görməkdən şad olduğunu deyən S.Qurbanəliyeva ölkələrimiz arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.

Səfir Azərbaycan xalqı ilə Bolqarıstan xalqının tarixən bir-birinə yaxın olduğunu deyərək, münasibətlərin həm dövlət başçıları, həm hökumətlər, həm də xalqlar arasında yüksək səviyyədə olduğunu vurğulayıb: "Biz bilirdik ki, Gəncə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Lakin etiraf edim ki, gözlədiyimdəm daha çox şey gördüm. Gəncə həqiqətən çox gözəl şəhərdir. Zəngin mədəniyyət və tarixiliklə yanaşı, şəhərdə həyat eşqi hiss olunur. Bir sözlə, Gəncənin özünəxas aurası var. Gördüklərim məni heyran etdi”.

Maya Xristova Nizami Gəncəvinin məqbərəsində, Qala Qapıları, Məhsəti Mərkəzi və Heydər Əliyev Mərkəzində olub. Gəncə şəhərinin tarixi abidələri, muzey və mədəniyyət mərkəzləri ilə tanışlıq xanım səfirdə xoş təəssürat yaradıb. 

Yanvarın 30-da Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, müavin Fəxrəddin Vəliyev, Şəmkir Mədəniyyət və Turizm şöbəsinin müdiri Əsgər Ələsgərovla görüş zamanı səfirə rayonun tarixi, coğrafi mövqeyi, iqtisadi imkanları, bu ərazidə yaşayan müxtəlif xalqların həyat tərzi, yaşayış səviyyəsi haqqında geniş məlumat verilib.

Maya Xristova Şəmkirə səfərindən məmnunluğunu ifadə edib. Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan diplomat gələcəkdə ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışıb.

Daha sonra səfir Şəmkir şəhərində yerləşən Alman Lüteran kilsəsi, Heydər Əliyev Mərkəzi, “Zəka” Gənclərin İntelektual İnkişafı və Yaradıcılıq Mərkəzi ilə yaxından tanış olub, şəhərin müxtəlif tarixi məkanlarını gəzib.  

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru


Bolqarıstanın Azərbaycandakı səfiri Gəncə və Şəmkirdə oldu
 Şrift:


           
           Tanınmış psixoloq Dəyanət Rzayev intihar edib

1971-ci il təvəllüdlü psixoterapevt Dəyanət Rzayevin, yanvarın 25-də, axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində cəsədi aşkarlanıb. Ailə üzvlərinin bildirdiyinə görə, D. Rzayevin cəsədini anası Şərqiyyə Rzayeva aşkarlayıb. Belə ki, oğlunun davamlı telefon zənglərinə cavab verməməsindən narahat olan ana onun evinə gedib və meyitini aşkarlayıb.
 
D. Rzayevin cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

L
ent.az-a istinadən bildiririk ki, o, özünü yaşadığı evdə kəmərlə boğub.  Əldə olunan məlumata görə, psixoloq xeyli müddət depressiyada olub. O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə kəmərlə boğub. 
 
Faktı  Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsi təsdiqləyib.  

Persona.az



 Şrift:
Azərbaycanın tanınmış yazıçısı Elçin Hüseynbəyliyə ağır itki üz verib. Yazıçının qardaşı, istefada olan polis polkovnik leytenantı Fəxrəddin Hüseynov vaxtsız vəfat etmişdir. "Persona.az" saytı olaraq, Elçin Hüseynbəyliyə və mərhumun bütün yaxınlarına başsağlığı verir, mərhuma Tanrıdan rəhmət diləyirik!
Yazıçının qardaşı Fəxrəddin Hüseynovun yas mərasimi yanvarın 16-sında saat 11:00-dan etibarən metronun 20 yanvar stansiyası yaxınlığındakı mərasim evində keçiriləcək!

Persona.az
 Şrift:

     
    ƏZIZ DOSTLAR!!!

   12.01.2017-ci il tarixdə SAAT 14.00-da tanınmış şair Balayar Sadiqin Azərbaycan Yaziçilar Birliyinin "Natəvan" klubunda "PAYIZ MƏKTUBLARI" kitabimin təqdimati keçiriləcək. Bütün poeziya həvəskarları dəvətlidir. 

Persona.az


 Şrift:

      Azərbaycanın tanınmış şair və tərcüməçisi İlyas Tapdıq vəfat edib. 
İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əlismayıl (keçmiş Alnabat) kəndində doğulmuşdur.

Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952-1956).

Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləmişdir.

 Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1989-cu ildən). "Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olmuş, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur. 
İlyas Tapdıq müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələrindəndir.Şairin uşaq əsərlərinin mühüm bir qismini yurdumuzun təbiətinə,gözəlliklərinə həsr olunmuş əsərlər təşkil edir. "Bildirçin" uşaqların çox sevdiyi,həvəslə əzbərlədiyi,söylədiyi əsərlərdəndir. "Dəmirağac" şeirində təbiətin möcüzəsi olan dəmirağacın xüsusiyyətləri poetik bir dillə bəhs edilir. "Bir evim var..." şeiri şifahi xalq ədəbiyyatının tapmaca janrında istifadə yolu ilə yazılmışdır. "Qaçaq dovşan" poemasının qəhrəmanı uşaqların çox sevdiyi dovşandır. Bu əsər uşaq ədəbiyyatımızda dovşana həsr olunan digər əsərləri təkrarlamır,orijinallığı ilə diqqəti cəlb edir. Əsərdə yırtıcı,hiyləgər heyvanlarla dostluq edən dovşan fərasətli, qoçaq, sayıqdır. Şairin yaradıcılığında vətən mövzusunda əsərlər mühüm yer tutur. Onun 20 yanvar şəhidlərinə həsr olunmuş "Bir şəhiddir ürəyim" şeirini xüsusi qeyd etmək olar.

Allah rəhmət eləsin!

 Şrift:
 
    Misir Mədəniyyət və təhsil əlaqələri mərkəzi Manera.az saytının təşkilati dəstəyi ilə “Nəcib Məhfuz oxucuların gözü ilə...” adlı esse yarışması elan edir. 

Layihə 34 roman və 350-dən çox hekayə müəllifi Nobel mükafatı laureatı, misirli yazıçı Nəcib Məhfuz yaradıcılığına Azərbaycan oxucusunun münasibətini öyrənmək məqsədi ilə həyata keçirilir.
Yarışmaya Nəcib Məhfuzun yaradıcılığından bəhs edən mətnlər göndərilməlidir.
Esselərin həcmi minimum 7000, maksimum isə 10 000 işarə olmalıdır.
Yarışmada iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.
Həmçinin əsərləri 10-luğa düşən müəlliflər diplomla təltif olunacaqlar.
I yerin qalibinə pul mükafatı, diplom və Misirin Ali Təhsil Nazirliyinin medalı, II,III yerin qaliblərinə pul mükafatı, diplom təqdim olunacaq.
Müraciət üçün son tarix: 22 yanvar 2017-cı il
Nəticələr 2017-ci ilin Fevral ayında elan olunacaq.
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Qeyd edək ki, müəllifin Azərbaycan dilinə tərcümə olunmuş əsərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində, "Qanun" nəşriyyatı, "Şərq-Qərb" nəşriyyatında çap edilmişdir.
Müsabiqədə iştirak etmək istəyənlər ətraflı məlumat üçün Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə müraciət edə bilərlər.
Ünvan: Bakı, Nərimanov, Hüseyn Arif 14.
Telefon: (+994 12) 561-12-17 
 
 Şrift:
“Xəzan”ın beşinci nömrəsi oxucuların ixtiyarındadır“Xəzan” ədəbi-bədii jurnalının beşinci nömrəsi çapdan çıxıb. Jurnalın, ənənəyə sadiq qalaraq “redaktor guşəsi”ndə yerləşdirilən “Mən Kəhər atın belində, xəncər də mənim belimdə...” başlıqlı məqalə ilə başlayır. Müəllif haqlı olaraq son dövrlər yaranan əsərlərin ictimai gedişatda sönük rol oynadığını vurğulamış və “at belində olan” qəhraman obrazlarının yaradılmadığından gileylənərək təəssüfləndiyini bildirmişdir.
 
Poeziya həvəskarları jurnalın bu sayında İsmayıllıdan Şahməmməd Dağlaroğlunun və Mehriban İbrahimovanın, Balakəndən Aygün Sadiqin, Cəbrayıldan Sahib Abdullayevin və Yaqub Məğrurun, Zəngilandan Şərqiyyə Zəngilanlının və Mahir Cavadlının, Masallıdan Damət Salmanoğlunun, Gürcüstanın Bolnisi rayonundan Yaşar Qafqazlının, Naxçıvandan Elman Əkbərin və Ələsgər Talıboğlunun,Qobustandan Surxay Hatəm Mövlanverdinin, Beyləqandan Fazil Bulud Süleymanovun və Ağsudan Elnarə Günəşin, eyni zamanda mərhum şair Haşxal Yolçuyevin şeirləri ilə tanış ola bilərlər. 
Nəsr sahəsində Şəfaqət Cavanşirzadənin, Camal Zeynaloğlunun, Eyvaz Zeynalovun, Nemət Bəxtiyarın, Bəxtiyar Əliyevin, Ayaz İmranoğlunun, Meyxoş Abdullanın və Əli bəy Azərinin bir birindən maraqlı hekayələri diqqəti cəlb edir. 
Publisistik yazılar da öz növbəsində jurnalın rəngarəngliyinə, sanki yeni ahəng qatmışdır. Hacıməmməd Məmmədov “Sözü ilə ucalan insan” adlı yazı ilə şair Şahməmməd Dağlaroğlunun altmış yaşı tamam olması münasibətilə onun həyat yoluna qısa səyahət etmişdir. Vahid Məhərrəmovun yazıçı Elçin Hüseynbəyli ilə “Yazıçı müharibə əleyhinə olmalıdır” adlı müsahibəsi gözəl yazı nümunəsidir. Həsən Hüseyni “Şeyx Fəzlullah Nəimi yaradıcılığında hürufilik elmi” adlı yazısı ilə şairin yaradıcılığından, onun hürufilik elminə verdiyi dəyərdən geniş söhbət açmışdır. Əlabbas Bağırov “Ağdama bənzəyən Eyvaz” adlı ovqat yazısı ilə yazıçı Eyvaz Zeynalov barədə düşüncələrini bölüşmüşdür. Əli bəy Azəri “Damət Salmanoğlunun yeni kitabı “Ömür – gün qatarı” adlanır” adlı yazısı ilə Damət Salmanoğlunun, Dilbər Ağayeva ““Ariflərin haqqa qovuşma məqamı” kitabının təqdimatı” adlı yazısı ilə Həsən Hüseyninin yeni kitabları barədə məlumat vermişdir. Eyni zamanda Vaqif Ağalarov “Bu vətən uğrunda can verərəm mən” başlıqlı yazısında Ələsgər Talıboğlunun yaradıcılığına nəzər salmış, “Vətən” mövzusunu səciyyələndirmişdir. 



 Şrift:

     Oktyabrın 25-ində Azərbaycan Yazışılar Birliyində tanınmış yazar Narıngülün “Qar çiçəyi” kitabının təqdimatı keçirilib. Tədbiri çıxış sözü ilə açan yazıçı Elçin Hüseynbəyli müəllifin yaradıcılığı haqqında qısa məlumat verib. Sonra çıxış edən tənqidçi Əsəd Cahangir kitaba daxil edilmiş hekayələrdən söz açaraq vurğulayıb ki, bu kitabı oxuduqdan sonra bir daha bu qənaətə gəldim ki, Narıngül həm şair, həm də nasir kimi çağdaş yazarlar arasında seçilən imzalardan biridir. Tədbirdə çıxış edən: Vaqif Yusifli, Vaqif Əlixanlı, Balayar Sadiq, Qulu Ağsəs, Zəka Vilayətoğıu, Kəmalə Abıyeva, Təranə Vahid, Anar Vəziroğlu, Fərqanə, Məlahət Yusifqızı, Sevinc Nuruqızı, Şəfəq Sahibli, Arifə Əliyeva, Vəfa Mürsəlqızı və s. natiqlər Narıngülə öz ürək sözlərini bildiriblər. Tədbir ədəbi diskussiya və müzakirələrlə davam edib

Persona.az


Sayğac