Xəbər lenti

 Şrift:

Xalq yazıçısı İsa Hüseynov bu gün dəfn ediləcək.

Persona.az - ın məlumatına görə, yazıçı ilə  vida mərasimi saat 12-də Azərbaycan Milli Dram Teatrında keçiriləcək.
 
14. 00-da isə Birinci  Fəxri Xiyabanda torpağa tapşırılacaq!

Tanrıdan rəhmət diləyirik!
 Şrift:


 Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın qərarı ilə, tənqidçi Əsəd Cahangir “Azərbaycan” jurnalına baş redaktorun müavini təyin edilib.

Əsəd Cahangir indiyədək jurnalın "tənqid və publisistika" şöbəsinin rəhbəri idi.
 
16 il "Azərbaycan" jurnalında baş redaktorun müavini vəzifəsində çalışmış tənqidçi Vaqif Yusifli AMEA-nın Ədəbiyyat İnstitutunun Müasir ədəbiyyat bölməsinə müdir təyin olunduğu üçün vəzifəsindən getdiyi bildirilir.

Persona.az
 Şrift:



Azərbaycanın tanınmış yazıçısı İsa Hüseynov ( Muğanna)  dünyasını dəyişib. Bu barədə İ. Hüseynovun qızı Sevinc Hüseynli məlumat verib.

Yazıçı İsa Hüseynov xroniki ürək çatışmazlığından əziyyət çəkirmiş. S. Hüseynlinin sözlərinə görə, atası yataq xəstəsi olmayıb. Gecə saat 00.00 radələrində isə qəfildən dünyasını dəyişib.

Ailəsi İsa Hüseynovun nə vaxt dəfn ediləcəyini hələ dəqiqləşdirməyib. Sevinc Hüseynli bildirib ki, yazıçının nəvəsi Azərbaycandan kənarda yaşayır və dəfn üçün onun gəlişini gözləyəcəklər.

İsa Hüseynovun ailəsi onun dəfn yerinin də dövlət qurumları ilə bu gün müzakirə edəcək.

İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan Kinamotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunub. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb.

2012-ci ildə AYB-nin təsis etdiyi "Nəsimi" mükafatına layiq görülüb.

Persona.az

 Şrift:

Yazıçı Eyvaz Zeynalovun “Qanun” nəşriyyatında “Tələ”adlı yeni romanı işıq üzü görüb. Romanda cəmiyyətimizdəki eybəcərliklər, çatışmazlıqlar öz əksini tapmışdır. Hadisələr təkcə Azərbaycanda deyil, eyni zamanda Türkiyədə, Almaniyada, Dubayda da cərəyan edir.

Bundan əvvəl, keçən ilin yayında yazıçının “Qanun” nəşriyyatında çap edilən “Bələdçi” kitabı (iki romandan - “Bələdçi” və “Qisas” romanlarından ibarətdi) avqust, sentyabr, oktyabr aylarında Azərbaycan yazıçılarının ən çox satılan kitabları arasında birinci yerdə olmuşdur. “Bələdçi” kitabı 6 ay ərzində tamam satılıb qurtardığına görə, yenidən 500 nüsxə çap edilmişdir.

 Şrift:

Ermənilərin 1918-ci il, martın 31-də Azərbaycan xalqına qarşı törətdiyi soyqırımından 96 il ötür.

  Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdur.

1918-1920-ci illər Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın, reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən törədilən cinayətlər azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insaniarı diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.

1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş; əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirılmişdir. lrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində ("Aşxadavor" ("Əməkçi") qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.


Persona.az




 Şrift:
Yazın gəlməyinə baxmayaraq Azərbaycana qar yağıb

 

Persona.az Anspress-ə istinadən xəbər verir ki, gecə saat 3-dən başlayaraq, şimal bölgəsinə qar yağmağa başlayıb. 

Ən çox qar Qubanın Xınalıq kəndi ərazisində yağıb. Qarın qalınlığının 22 santımetr olduğu bildirilir. Qusarın dağlıq Ləzə kəndinin ərazisində isə 15 santımetr qalınlığında qar yağıb.

Şimal bölgəsində havanın temperaturu 10 dərəcəyə qədər aşağı düşüb. Qusarda mənfi 6 dərəcə, Qubada mənfi 5 dərəcə, dağlıq ərazilərdə isə mənfi 6-11 dərəcə soyuq hava müşahidə olunur. 

Şimal bölgəsində yerləşən rayon mərkəzlərində də qarlı hava müşahidə olunur. Hazırda qarın yağması davam edir. 

Quba Ərazi Hidrometerelogiya Mərkəzindən bildiblər ki, gün ərazində qarın yağması davam edəcək. Aprelin 1-nə qədər havanın qeyri-sabit keçəcəyi gözlənilir.


Türkiyədə bələdiyyə seçkilərinin keçiriləcəyi gün İzmirdə bir mətbəədə saxta səsvermə bülletenlərin hazırlandığı barədə polisə şikayət daxil olub və polis deyilən yerə basqın edib.

 

"Axar.az" xəbər verir ki, İzmir Təhlükəsizlik Müdirliyi bir mətbəədə axtarış aparıb.

 

Təxminən 2 saat davam edən axtarış bir nəticə verməyib. Cinayəti göstərəcək hər hansı dəlilə rast gəlinməyib. 

 

Eyni vaxtda bir başqa mətbəədə də axtarış aparılmasına baxmayaraq, şikayətlərin əsasssız olduğu ortaya çıxıb. 

 

Qeyd edək ki, Türkiyədə 52 milyon 695 min seçici 1394 seçki məntəqələrində səsvermə imkanlarına sahibdir.

- See more at: http://axar.az/news/12973#sthash.0rIHpuSL.dpuf

Türkiyədə bələdiyyə seçkilərinin keçiriləcəyi gün İzmirdə bir mətbəədə saxta səsvermə bülletenlərin hazırlandığı barədə polisə şikayət daxil olub və polis deyilən yerə basqın edib.

 

"Axar.az" xəbər verir ki, İzmir Təhlükəsizlik Müdirliyi bir mətbəədə axtarış aparıb.

 

Təxminən 2 saat davam edən axtarış bir nəticə verməyib. Cinayəti göstərəcək hər hansı dəlilə rast gəlinməyib. 

 

Eyni vaxtda bir başqa mətbəədə də axtarış aparılmasına baxmayaraq, şikayətlərin əsasssız olduğu ortaya çıxıb. 

 

Qeyd edək ki, Türkiyədə 52 milyon 695 min seçici 1394 seçki məntəqələrində səsvermə imkanlarına sahibdir.

- See more at: http://axar.az/news/12973#sthash.0rIHpuSL.dpuf
 Şrift:

Azərbaycan ərazisində yay vaxtına keçid mart ayının son bazar günü - martın 30-da saat 4.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcək. 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, yay vaxtına keçid Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq gerçəkləşdirilir.  

Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabrın son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitə

 Şrift:
Prezident İlham Əliyev Milli təhlükəsizlik naziri Eldar Mahmudova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Ardını oxu...

 Şrift:

Məşhur türk serialı "Kurtlar Vadisi" və bir çox filmlərdə rol alan aktyor Nihat Kantemir öldürüldü. Silahlı hücuma məruz qalan aktyor, aldığı güllə yaralarından dünyasını dəyişib. Aktyora hücum edənlər onu güllə yağışına tutublar. Naməlum şəxs aktyora 14 güllə vurub. 39 yaşlı Nihat Kantemir xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq onu xilas etmək olmayıb. Hadisə belə baş verib: Nihat Kantemir saat 14.00 radələrində Sefaköydəki evindən çıxıb avtomobilinə minib. Bu zaman naməlum bir şəxs aktyorun yanına gələrək tapançayla onu güllə yağışına tutub. Qatil hadisə yerindən qaçarkən, şahidlər təcili yardıma və polisə məlumat veriblər. Hadisə yerinə gələn ambulansla özəl xəstəxanaya aparılan gənc aktyorun həyatını xilas etmək mümkün olmayıb. Polislər isə hadisə yerində 14 giliz tapıblar.

 Şrift:
 
Persona.az
xəbər verir ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin qərargahında, birliyin sədri xalq yazıçısı Anarın rəhbərliyilə keçirilən iclasda, 2004-cü ildən "Ulduz" jurnalının baş redaktoru vəzifəsində çalışmış yazıçı Elçin Hüseynbəyli tutduğu vəzifədən azad edilərək, birliyin digər ədəbi orqanı olan "Ədəbiyyat" qəzetinə baş redaktor vəzifəsinə təyin olunub.

Ardını oxu...

Sayğac