Xəbər lenti

 Şrift:



26 Mart - Saat15:00 Gənc şair Rəşad Nağı Mustafanın "Endorfin" adlı şeir kitabının təqdimatı keçiriləcək. Təqdimatda görkəmli ədəbiyyat nümayəndələrinin iştirakı gözlənilir. Qeyd edək ki, " Endorfin" Rəşad Nağı Mustafanın oxucular ilə ilk görüşüdür..

Ünvan: Ramada otel.
(Gənclik metrosu. Məmməd Araz küçəsi. Köhnə Samsungun yaxınlığı)

 Şrift:
                                         
                                               NƏCİBƏ İLKİN NURU
 
    Novruz Bayramı ərəfəsində, ilaxır çərşəmbədə dəyərli yazar, publisist və şairəmiz Nəcibə Ilkin Azərbaycan oxucularına bayram töhvələrini "SÖZÜN ÖLÇÜSÜ VƏ ÇƏKİSİ" və "KÖNLÜM NAĞIL İSTƏYİR" adlı kitablarını təqdim etdi. Kitabların təqdimatı Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirildi. Nəcibə xanımın işığının və qəlbinin nuruna, ocağının və ürəyinin istisinə, ruhunun və sözünün cazibəsinə, kitablarının təqdimatına onun qələm dostları, sevənləri və media nümayəndələri toplaşmışdılar. Kitabların təqdimatı hamı üçün ikiqat bayrama çevrildi. Mərasimi açılış sözü ilə Azərbaycanın tanınmış yazıçısı Elçin Hüseynbəyli açdı.

Ardını oxu...

 Şrift:

Azərbaycan Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin “Söz” ədəbiyyat layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarla görüş təşkil olunub.



Mədəniyyət və Turizm Nazirliyindən  bildirilib ki, görüş yazıçının 2016-cı ildə Moskvada nəşr olunan kitabına həsr edilib. “Время” nəşriyyat evinin çap etdiyi “Sizsiz” adlı kitaba yazıçının valideynləri haqqında xatirələri, kinopovestləri (Paris, İvan Bunin, “Şamaxı şahzadəsi - Ünbülbanu”), dostları olan rus ədibləri haqqında xatirələri (Konstantin Simonov, Vasiliy Aksyonov, Rimma Kazakova) və “Gecə düşüncələri” silsiləsi daxildir. Bu il isə “Художественная литература” nəşriyyat evi yazıçının seçilmiş əsərlərindən ibarət ikicildlik nəşr etdirib.

Xalq Yazıçı ilə görüş şairə Nigar Həsənzadənin dialoqu əsasında təşkil olunub. Gecədə Əməkdar artistlər Mehriban Zəki və Mələk Abaszadənin ifasında yazıçı Anarın rus şairlərindən etdiyi tərcümələr səslənib. Bundan başqa müğənni Lalə Məmmədova sözləri Anara, musiqisi Emin Sabitoğluna aid olan mahnını ifa edib.

Tədbirdə, ssenarisi Anara məxsus olan “Təhminə” filmindən kadrlar və ailə videosu nümayiş olunub.

Daha sonra qonaqlar və iştirakçılar Xalq Yazıçısını bu yaxınlarda olacaq doğum günü münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar..,,/azertag.az/

 Şrift:



Fevralın 21-də Azərbaycan Xalça Muzeyində “Kəlağayı” kitabının təqdimatı keçirilib.

Yeni nəşr Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə işıq üzü görüb.

Əvvəlcə bu unikal sənət növünün tarixini və Azərbaycan xalqına məxsusluğunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək kəlağayının tarixindən danışıb.

Vurğulanıb ki, milli qadın geyiminin qədim atributu hesab olunan kəlağayı özündə ümumbəşəri mənalar daşıyan bir-biri ilə bağlı anlayışlar aləmini əks etdirir. Kəlağayının əsrlər boyu təkmilləşdirilmiş estetik qanunlara tabe olduğunu deyən Ş.Məlikova onu Azərbaycan mədəniyyətinin müstəsna və unikal qatı kimi xarakterizə edib.

Diqqətə çatdırılıb ki, zəngin mədəniyyətimizin bir parçası hesab olunan kəlağayı 2014-cü il UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş xalqımıza məxsus ənənəvi ipək qadın baş örtüyüdür. O, hər qadın üçün xüsusi olaraq yaradılan, tayı-bərabəri olmayan valehedici örpəkdir.

Qeyd olunub ki, kəlağayının fabriklərdə deyil, qədim əl əməyinə əsaslanması, kustar üsulla hazırlanması onun ornamental gözəlliklərini bir daha önə çəkir.

Kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirən muzeyin direktoru bundan sonra da milli mədəni xəzinəmizin tərkibinə daxil olan hər bir mirasa sahib çıxmağımızın vacibliyini qeyd edib.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yeni nəşrin əhəmiyyəti xüsusi vurğulayıb.

Nazir müavini söyləyib ki, sözügedən nəşr ilk dəfə olaraq oxuculara kəlağayını müəyyən edən konsepsiyanı, eyni zamanda, qəliblərin-forma və ştampların sistemləşdirilmiş kataloqunu təqdim edir.

Kəlağayının hazırlanmasının milli mədəniyyətimizə xas olduğunu deyən S.Məmmədəliyeva bildirib ki, çoxəsrlik ənənələrə malik olan bu sənət, o cümlədən milli etnoqrafiya, sənətşünaslıq və kulturologiya elmlərinin müstəqil tədqiqat predmetidir.

Bildirilib ki, müəllifləri Rəna İbrahimbəyova, Cəlil Tarverdiyev və Zəhra Müller Tarıverdi olan “Kəlağayı” kitabı bu sahədə mövcud boşluqları müvafiq məlumatlarla doldurmaq xarakteri daşıyır.

Müəlliflər kəlağayı istehsalı və bu sənətin öyrənilməsi sahəsində uzun illər ərzində topladıqları bilik və təcrübəni bu kitab vasitəsilə oxuculara bölüşürlər. Kitabın digər məziyyətlərindən bəhs edən natiq bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək kəlağayının tarixindən, onun əl əməyinə əsaslanmasından söz açıb. Xalqımızın öz mədəniyyəti ilə bəşəriyyətin mədəni müxtəlifliyinə verdiyi töhfələrdən danışan F.Xəlilov çox qədim tətbiqi sənət növü sayılan bu sənətin inkişafına göstərdikləri dəstəyə görə, Heydər Əliyev Fonduna və Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən digər qonaqlar kitabın əhəmiyyətindən, kəlağayı sənətinin tarixindən danışıblar. ..\azertag.az/

 

 Şrift:

   
    Azərbaycanın tanınmış qələm adamlarından olan, "Kirpi" jurnalının baş redaktoru Polad Qasımov, fevralın 19-da gözlənilmədən vəfat etmişdir.

    Polad Qasımov 1942-ci ildə Gədəbəy rayonunu Ataxal kəndində anadan olmuşdur. O, keçmiş

Serqey Mironoviç Kirov ( indiki BDU) adına Azərbaycan Dövlət Universtiteti-nin Jurnalistika fakultəsini bitirmişdir.

1960-cı illərdən jurnalistlik fəaliyyyətinə başlayaraq, "Azərbaycan pioneri", "Komunist", "Abşeron" qəzetlərində, "Kirpi" jurnalında çalışmışdır.

1995-ci ildən "Kirpi" jurnalının baş redaktoru olmuşdur. Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi, Əməkdar jurnalist və bir sira fəxri adlara layiq görülmüşdür.
Bir çox kitabların və elmi məqalələrin müəllifi olan Polad Qasımov, Azərbaycanın tanınmış şairi Dəmir Gədəbəylinin qardaşıdır.

Allahdan rəhmət diləyirik!



Polad Qasımovun xatirəsinə
 
Sizdə dərc olası yazım var idi,
Niyə oxumamış getdin, ay Polad?
Bir də söyləməyə sözüm var idi, 
Bir az da tələsik, ötdün ay Polad.
 
Bizim köç vaxtına hələ xeyli var,
Qışı qurtarmayıb, gəlməyib bahar.
Etibar, sədaqət beləmi olar, 
Əbədi bir yuxu yatdın, ay Polad?!
 
Şadlıq istəyirdik, qərq olduq yasa, 
Nə deyim, bir ömrün axırı busa?
Cəmilin ustadı şair İlyasa, 
Bizi qabaqlayıb yetdin, ay Polad.


       Cəmil Hüseynli

         20.02.2017.


 
 Şrift:

\

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 14 fevral – Beynəlxalq Kitab Bağışlama günü (İnternational Book Giving Day) münasibətilə uşaq və yeniyetmələr arasında mütaliənin təbliği istiqamətində bir sıra silsilə tədbirlər həyata keçirib.

Bu məqsədilə “İmzalı görüş” layihəsi çərçivəsində növbəti tədbir Pirşağıda yerləşən Xocalı şəhər 2 nömrəli tam orta məktəbində keçirilib.

Yazar Mehriban Nağıyeva ilə görüşdə məktəbin müəllim və şagird kollektivinin bir qrupu ilə yanaşı, Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı, məsləhətçi Elvin Hətəmov da iştirak ediblər.

Məktəbinin direktoru Fiqurə Rüstəmova Bilik Fondunun belə maarifləndirici layihələrini alqışladığını bildirərək, uşaqların yazarlarla görüşünün onların həyatında iz buraxacağını vurğulayıb.

Yazar məktəblilərə maraqlı şeirlər və nağıllar oxuyub, onların suallarını cavablandırıb. Məktəblilər də öz yazdıqları şeirləri söyləyiblər. Səmimi atmosferdə keçən görüşdə Bilik Fondunun əməkdaşları Xocalı məktəblilərinə kitablar hədiyyə ediblər.

Daha bir “İmzalı görüş” Nizami rayonu 1 nömrəli Uşaq Evində yazar Sevinc Nuruqızı ilə keçirilib.

Tədbirdə yazarın maraqlı şeir və nağılları səsləndirilib. S.Nuruqızı balaca oxuculara mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabların rolundan danışıb. Sonra uşaq evinin sakinlərinə kitablar hədiyyə edilib.

Nardaran Bilik evində Fondun əməkdaşları Ceyhun Musaoğlu və Aynur Seyidova yeniyetmə və gənclərlə görüşərək onlara kitabların faydasından bəhs ediblər. Bildirilib ki, mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyata obyektiv baxışın formalaşmasına kömək edir. Tədbir iştirakçılarına müxtəlif kitablar hədiyyə edilib.

Oğuz Bilik evində də Beynəlxalq Kitab Bağışlama günü münasibətilə tədbir keçirilib. Bilik evinin direktoru Anar Məcidov mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları barədə geniş məlumat verib. O deyib ki, bu funksiyalar insanın məktəbə getdiyi ilk dövrdən ömrünün sonuna qədər intellektual fəaliyyətində ifadə olunur. Gənclər kitabların onların həyatında rolundan bəhs ediblər.

Tədbirdə gənclərə kitablar hədiyyə edilib.

Bilik Fondu fəaliyyətə başladığı gündən mütəmadi olaraq, müxtəlif tədris ocaqlarına, hərbi hissələrə, məscidlərə, uşaq evlərinə, eləcə də Bilgəhdəki Əmək və Müharibə Veteranlarının Pansionatına, Ramanadakı Sağlamlıq İmkanları Məhdud Gənclərin Reabilitasiya Mərkəzinə, SOS Uşaq kəndinə bədii və elmi ədəbiyyat hədiyyə edib. Fond bu istiqamətdə fəaliyyətini davam etdirir. Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdirlər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru





 Şrift:


Həftəsonu, 11 fevral (şənbə), saat 15:00-da  AMEA Mərkəzi Elmi Kitabxana "Avtoqraf" klubun üzvü şair, esseist Azər Elşadoğlunun "Qalaqurma" kitabının təqdimat və imza günü keçiriləcək. 


 Şrift:

    Dəyərli oxucularımız, "Lider" televiziyasında canlı yayınlanan "Çıxış yolu" proqramının növbəti, 10 fevral buraxılışı, nəğməkar şair Damət Salmanoğlunun yaradıcılığına həsr olunub. Verilişdə şairin tanınmış yazıçı və şair dostları iştirak edəcək və veriliş boyunca, bəstəkar müğənni Zəka Vilayətoğlunun, şairin sözlərinə bəstələdiyi nəğmələr, Zəka Vilayətoğluyla birgə ayrı-ayrı istedadlı müğənnilərin ifasında səsləndiriləcək!
"Çıxış yolu" verilişi, 10.02.2017 tarixində, axşam saat 17:30 da "Lider" televiziyası ilə canlı yayınlanacaq!


   Persona.az


 Şrift:



Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu da maraqlı tamaşalar nümayiş olunacaq.

Persona.az AZƏRTAC-a istinadən  bildirir  ki, fevralın 9, 10, 11 və 12-də “Mənim günahım”, “Silva”, “Qırmızı papaq”, “Toya bir gün qalmış”, “Düyməcik” və “Mən dəyərəm min cavana” tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevilən aktyorların ifalarını izləyə biləcəklər.

Fevralın 9-da Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası keçiriləcək. Həmin gün tamaşaçılara SSRİ Xalq Artisti Qara Qarayevin musiqiləri və Xalq Yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında səhnələşdirilən “Mənim günahım” balet-tamaşası təqdim olunacaq. Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevdir. Sevgi haqqında pritça olan tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, fevralın 10-da “Silva” operettası böyüklər, fevralın 12-də “Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin “Qırmızı papaq” nağıl-tamaşası fevralın 11-də Azərbaycan dilində balaca tamaşaçılara təqdim ediləcək.

Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

 Şrift:



Persona.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan estrada musiqisinin yaradıcılarından biri Tofiq Quliyev özünəməxsus orijinal üsluba malik sənətkar kimi çoxəsrlik milli mədəniyyət salnaməsinə yeni parlaq səhifələr yazıb. Onun xalqımızın mədəni sərvətlər xəzinəsini zənginləşdirən və müxtəlif nəsillərə mənsub ifaçıların repertuarında bu gün də geniş yer tutan ayrı-ayrı janrlardakı rəngarəng əsərləri insanlarda milli-mənəvi dəyərlərə bağlılıq və yüksək estetik-bədii zövq aşılayır.

Sayğac