Xəbər lenti

 Şrift:

      Dekabrın 13-də, saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda  yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimatı və imza günü keçiriləcək.
Bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.
Tədbir Azərbaycan Yazıçılar Birliyinin və “Qələm” nəşriyyatının təşkilatçılığı ilə baş tutacaq.
Təqdimat mərasimində nüfuzlu söz adamlarının iştirakı nəzərdə tutulur.
İstənilən şəxs törənə qatıla bilər.


Persona.az



 Şrift:

               Bu gün şərqdə çadranı ilk atan qadın kimi tarixə düşən, şairə, alim, natiq, reformator, inqilabçı, qadın azadlığı uğrunda apardığı mübarizədə qəddarlıqla edam edilən Tahirə Qürrətül-Eynin 200 illik yubileyi məqsədilə seminar keçirilib. Seminar “Tahirə Qürrətül-Eyn və qadın azadlığı" mövzusuna həsr olunmuşdur. Məruzəçi Kəmalə Səlim Müslüm qızı şairənin həyatı, yaradıcılığı və mübarizəsi haqqında çıxış edib.

Ardını oxu...

 Şrift:

 
      Noyabrın 29-da Sumqayıt şəhəri Əli Kərim adına Poeziya Evində yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimatı və imza günü keçirilib.

Bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.

Tədbir Sumqayıt şəhər İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin, Əli Kərim adına Poeziya Evinin və “Qələm” nəşriyyatının təşkilatçılığı ilə baş tutub.

Poeziya Evinin direktoru şair İbrahim İlyaslı roman və onun müəllifi barədə ətraflı məlumat verib.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Arif  Vəliyev bu cür tədbirlərin keçirilməsini Sumqayıtda ədəbiyyata və yazıçıya sayğının nümunəsi kimi dəyərləndirib.

 Əməkdar müəllim və şairə Ofeliya Babayeva öz çıxışında qeyd edib ki, roman Qarabağ dərdimizi anlatdığına görə çox qiymətlidir və aparıcı xarici dillərə tərcümə edilməlidir.

Yazıçı-tərcüməçi Əyyub Qiyas, şair-publisist Əli Nəcəfxanlı da roman və onun müəllifi barədə öz mülahizələrini bildiriblər.

Sonda Elçin Hüseynbəyli oxucular üçün öz kitabını imzalayıb və onlarla xatirə şəkli çəkdirib. 



 Şrift:


     Tanınmış yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxa) qələmə aldığı və Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr etdiyi “Yenə iki od arasında” romanı “Qələm” nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilib.

Roman Qarabağ tarixinə, Yusif Vəzirin keşməkeşli həyatına həsr olunub və Qarabağın erməni-rus hiyləsi nəticəsində Azərbaycandan tədricən qoparılması ideyası üzərində qurulub.

Əsər Azərbaycan oxucuları, xüsusən də gəncliyi üçün Qarabağ dərdimizi anladan dəyərli bir mənbədir.

Kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.

“Yenə iki od arasında” romanının Bakı, Naxçıvan, Sumqayıt, Şabran, Bərdə, Yevlax, Gəncə, Oğuz, eləcə də digər bölgələrdə təqdimatı nəzərdə tutulur.

İlk təqdimat noyabrın 29-da, saat 12-də Sumqayıtda Əli Kərim adına Poeziya Evində keçiriləcək.

Persona.az


 Şrift:



               Musiqili Teatrda premyera – “Hacı Qara”

Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası olacaq. Teatrın Mətbuat xidmətindən bildirilib ki, söhbət dahi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyasından gedir.

Bu məşhur və klassik əsər əsasında hazırlanan tamaşa bayram günü – 9 noyabr Dövlət Bayrağı Günü tamaşaçılara təqdim olunacaq. Saat 12.00-da nümayiş ediləcək tamaşa meydan üslubunda hazırlanıb. Bir sıra yeniliklərlə zəngin olan tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Loğman Kərimovdur. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsusdur.

Tamaşada rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edirlər.

Azərbaycan Dövlət Musiqili Teatrı dünya azırbaycanlılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, bayram günündə sevimli tamaşaçılarını Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyasına baxmağa dəvət edir.

6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

 Şrift:

          6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 90 il əvvəl məhz tarixin bu günü  Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu il isə bu təqvim daha bir yeniliklə – Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçidlə əlamətdardır.

Ardını oxu...

 Şrift:


      “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər arasında İslam həmrəyliyi ilə bağlı maarifləndirmə işlərinin aparılmasına dəstək” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. İctimai Birliyin sədri  Əlövsət Allahverdiyev tədbiri açaraq deyib ki, ölkəmizin və İslam dünyasının indi həmrəyliyə daha çox ehtiyacı var. Azərbaycan Respublikası bunu vaxtında dəyərləndirib və cəmiyyətimiz üçün vacib olan meyarları müəyyənləşdirib. “Məncə, 2017-ci ilin Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “İslam həmrəyliyi ili” elan olunması cəmiyyətin ehtiyacından qaynaqlanıb.

Ardını oxu...

 Şrift:

        Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev daha bir Beynəlxalq mükafata layiq görülüb. Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirirb ki, Ə. Lalayev Təbriz Teatrının Xatirə medalı ilə təltif olunub. Mükafat SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” Beynəlxalq layihəsinin təbrizli aktyor Camal Saqinejadın iştirakı ilə nümayişindən sonra təqdim olunub. Təqdimatdan öncə çıxış edən İranın məşhur komediya aktyoru, Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreyn Musiqili Teatrla rəhbərlik etdiyi teatr arasındakı mədəni əlaqələrdən söz açıb.

Ardını oxu...

 Şrift:

       “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər arasında İslam həmrəyliyi ilə bağlı maarifləndirmə işlərinin aparılmasına dəstək” layihəsi çərçivəsində Bakı Slavyan Universitetində ilk tədbirini keçirib. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Əlövsət Allahverdiyev bildirib ki, 2017-ci il Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “İslam həmrəyliyi ili” elan olunub. Bu sərəncam ölkəmizdə ictimai birliklərin də üzərinə müəyyən vəzifələr və məsuliyyət qoyur. “Biz İslam həmrəyliyinin məzmun və mahiyyətinin gənclərə çatdırılması üçün ciddi iş aparmalıyıq” – Ə.Allahverdiyev deyib. O daha sonra qeyd edib ki, bu il 4-cü İslam Həmrəylik Oyunları da Azərbaycanda keçirilib.

Ardını oxu...

 Şrift:
   Bu gün, Azərbaycan ədəbiyyatının ünlü yazarlarından olan şair Ayaz Arabaçının 50 yaşı  tamam olur.
   Ayaz Arabaçı (Allahverdiyev Ayaz Vilayət oğlu) 1967-də Gədəbəy rayonunun Arabaçı kəndində müəllim ailəsində doğulmuşdur. 1984-də Arabaçı kənd orta məktəbini bitirmişdir. Doğulduğu kəndin adını özünə ədəbi təxəllüs seçmişdir. Orta məktəbdə oxuduğu illərdə şeirləri "Azərbaycan gəncləri" qəzetində, "Ulduz" jurnalında dərc olunmuş, radionun uşaq verilişlərində səsləndirilmişdir.
   1985-ci ildə Rusiyanın Çita və Novosibirsk şəhərlərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini başa vuraraq, Mütəxəssis kimi Təhsil Nazirliyində fəaliyyətə başlamışdır. Daha sonra ictimai-fəlsəfi qəzet olan "İdrak" qəzetində baş redaktor, "Diplomat" nəşriyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, "Xudafərin" jurnalının redaktoru işləmişdir. Şeirləri Türkiyənin bir sıra ədəbi dərgilərində çap olunmuşdur. Türkiyədə çap olunmuş Avrasiya Antologiyasında dərc edilmiş şeirləri xüsusi mükafata layiq görülmüşdür. 5 şeir kitabının müəllifidir.
  • 1. "Ömrümdən kəsdiyim günlər"
  • 2. "Bir gün həsrət gəlsə"
  • 3. "Dünyaya sevgim var"
  • 4. "Uzaq üfüqlərə aparan cığır"
  • 5. "Lirika, sevgi şeirləri"
  • 6. "Ümidlər puça çıxır"
1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdçüsüdür.Çoxlu sayda ədəbi-bədii, publisistik və tarixi kitabların redaktorudur.

Persona.az

Sayğac