Xəbər lenti

 Şrift:


      Azərbaycan Dövlət Musiqili Teatrında 18 Oktyabr Müstəqillik Günü qeyd olunub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu müansibətlə teatrda “Heydər Əliyev dərsləri” mövzusunda növbəti tədbir keçirilib. Tədbiri açıq elan edən Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevin təklifi ilə öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Ə. Lalayev çıxışında dövlətimizin şərəfli müstəqillik tarixindən bəhs edib, 18 Oktyabr Müstəqillik Gününün Azərbaycan xalqının şanlı tarixindəki parlaq səhifələrdən biri olduğunu söyləyib. 18 oktyabr Dövlət Müstəqilliyi Gününün yaranma tarixindən, xalqımızın müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsindən danışan Ə. Lalayev "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulundan sonra ölkəmizin beynəlxalq arenada əldə etdiyi uğurlardan, nailiyyətlərdən söz açıb.

“Qazanılan bütün uğurlar Ümummilli Lider, Ulu öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin strateji inkişaf yolunun və uzaqgörən siyasətinin nəticəsidir. Çağdaş Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev təkcə xalqımızın deyil, ümumiyyətlə, bəşər tarixinin nadir şəxsiyyətlərindən, dünya miqyaslı dövlət xadimlərindən biridir. Biz bugünki Azərbaycan dövlətinin var olmasına görə məhz Heydər Əliyev dühasına borcluyuq.

Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü göz bəbəyimiz kimi qorumaq hər birimizin müqəddəs vəzifəsidir. Tarixi ərazilərimizi işğal edən nankor qonşularımız unutmamalıdırlar ki, Azərbaycan mütləq öz torpaqlarını azad edəcəkdir”, - deyə Ə. Lalayev çıxışının sonunda qeyd edib.

Persona.az


 Şrift:
 
     Türkiyənin "FERFİR" nəşriyyatı, Azərbaycanın istedadlı yazıçılarından olan yazıçı, həkim-kordioloq Qalib Şəfahətin "Kırık Merdiven" adlı kitabını nəşr edib. Kitabda müəllifin bir neçə maraqlı hekayəsi yer alıb. Hekayələri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə uyğunlaşdıran, tərcüməçi 
Abdulkadir Özkandır.
      Yaxın günlərdə "Kırık Merdiven"in, bir çox yeni nəşr olunmuş kitablarla yanaşı İstanbul, Malatya və Antip kimi şəhərlərdə təqdimatı keçiriləcək.

   Persona.az


 Şrift:

    
    Bu il oktyabrın 6-da Azərbaycanın bir qrup tanınmış yazarı Cocuq Mərcanlıya və Horadizə səfər ediblər.

Səfər “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, yazımız Qarabağ-2” layihəsi çərçivəsində, AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında gerçəkləşdirilib.

Ardını oxu...

 Şrift:

  
                                  Kazuo İşiquro


 

   2017 - ci ilin Ədəbiyyat üzrə Nobel mükafatı ingilis yazıçısı Kazuo İşiquro tərəfindən qəbul edilib. İsveçdəki Nobel Komitəsi, 2017 Nobel Ədəbiyyat Mükafatını yapon əsilli İngilis yazıçısı Kazuo İşiquroya verib.

Kazuo İşqguro, bu mükafatı "Gündən qalanlar" adlı romanıyla qazanıb.

2017 Nobel Ədəbiyyat Mükafatını qazanmaq istəyənlər arasında məşhur yazıçılar Haruki Murakami, Marqaret Atvoodun da adları olub.

Ardını oxu...

 Şrift:
Image result for taclı romanı
    "Qanun" nəşriyyatı, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının "Taclı" adlı yeni, maraqlı tarixi romanını nəşr edib. Roman, Azərbaycanın görkəmli dövlət xadimi və şairi Şah İsmayıl Xətai və onun xanımı Taclıbəyimin həyatından bəhs edir.
 Tarixi mənbələrə əsaslanan romanda Səfəvilər dövrünün gizli qalan məqamlarına müəllif tərəfindən işıq tutulub.

Persona.az

 Şrift:


      “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyi, sentyabrın 27-də, “Canımız Qarabağ, Yazımız Qarabağ” layihəsi çərçivəsində Cəbrayıl məcburi köçkün qəsəbəsində (Biləsuvar rayonu) ziyalılar, gənclər və ictimaiyyətin müxtəlif təbəqələri ilə görüş keçirib.
       Görüşdə layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, Azərbaycan Yazarlar Klubunun rəhbəri, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli, “Persona.az” ədəbi-ictimai saytının rəhbəri, yazıçı, bəstəkar-müğənni Zəka Vilayətoğlu, “Ulduz” jurnalının şöbə müdiri Fərqanə Mehdiyeva, AYB təmsilçisi Güləmail Murad və şair İlqar Türkoğlu iştirak və çıxış ediblər.

      İlk olaraq Cəbrayıl Rayon İH-nin nümayəndəsi giriş sözüylə çıxış edib. Daha sonra, sözləri Elçin Hüseynbəyliyə, musiqi və ifa Zəka Vilayətoğluna aid olan “Ana yurdum, Cəbrayılım!” adlı mahnı səsləndirilib. Sonra Elçin Hüseynbəyli layihənin məqsədi bardə məlumat verib. O, bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında keçirilir və ötən ilin aprel savaşından sonra ordumuza dəstək və Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töhfə vermək məqsədi daşıyır.

     Yazıçı, onu da vurğulayıb ki, “Canımız Qarabağ, Yazımız Qarabağ” şüarı da təsadüfi seçilməyib. “Yazımız” deyəndə həm ordumuzun ötən ilki aprel (Yaz) zəfəri, həm də qələmlə, sözümüzlə düşmənə qarşı vuruşmaq nəzərdə tutulur.

     Sonra Bakıdan gələn digər yazar qonaqlar çıxış edərək, öz şeirlərini səsləndiriblər.

     Görüşün sonunda Elçin Hüseynbəyli, layihənin gerçəkləşməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və Cəbrayıl Rayon İcra Hakimiyyətinə təşəkkürlərini bildirmiş və  yazarlar, görüş iştirakçılarına Qarabağ döyüşçüləri və şəhidləri haqqında kitabları və diskləri hədiyyə edərək, xatirə şəkli çəkdirmişlər.

 Persona.az

 Şrift:
Aslan Quliyev.jpg
      Bu gün, Azərbaycanın tanınmış, istedadlı yazıçısı Aslan Quliyevin 60 yaşı tamam olur!
Aslan Quliyev, 1957-ci il sentyabrın 26 -da Yardımlı rayonunda anadan olub. İxtisasca riyaziyyatçıdır. Uzun müddət əsərlərinin çapı qadağalarla rastlaşıb. Yalnız imperiyanın süqutundan sonra yazıları işıq üzü görməyə başlayıb. «Bahar küləkləri», «Serjant mülki geyimdə», «Yolun sonu», «Yazıçının savaşı», «Sonuncu», «Ağrı», “İsti və soyuq torpaqlarda” adlı nəsr kitablarının müəllifdir. Nəsr əsərləri, publisistik yazıları qəzet və jurnallarda, almanaxlarda çap olunub, virtual aləmdə yayımlanır, rus və türk dillərinə tərcümə olunub. Rus, türk, ingilis, ərəb, ispan, Amerika, Polşa yazıçılarının əsərlərini dilimizə çevirib.
  Təbrik edirik!


 Şrift:

   Azərbaycan Musiqi Mədəniyyətinə ağır itki üz verib! Tanınmış sənətkar, ustad aşıq Ədalət Nəsibov bu gün, günlərdir sürən xəstəlikdən sonra gözlənilmədən vəfat etmişdir!
  Ustad sənətkara Allahdan rəhmət diləyiril!

 Persona.az


 Şrift:



Dəyərli oxucular,bu yazıda bəhsedilən tədbirlə ilgili öncədən bir məqamı qeyd etmək istəyirəm.7-8 ildir Türkiyə də düzənlənən müxtəlif qəbildən olan tədbirlərədə sevə-sevə iştirak etmişəm.Düzdür,bu səfərlərim zamanı bəzi təşkilatçıların şəxsi iddiaları,korporativ maraqları ilə seçilən tədbirlərin,əlində bayraq yelləyib boğazdan yuxarı şüarlar səsləndirənlərin də şahidi olmuşam.


Bu illər ərzində İstanbulda,Ankarada,İzmirdə,Adanada,Yozqatda,Sivasda,Antalyada,Spartada və digər şəhərlərdə keçirilən tədbirlərə qatılan və özünün xüsusi dəst-xətti ilə seçilən Halisə xanım Təkbaşın yorulmaz fəaliyyəti diqqətimdən yayınmamışdır.Onun təşkilatçılığında Adanada düzənlənən I-II-III Uluslararası Türk Dünyası şeir və musiqi festivalları,eləcə də Türkiyə-Azərbaycan ədəbiyyat və sənətçilərinin “Bakı Görüşü” tədbirləri son dərəcə yadda qalan olmuşdur.Dini və siyasi məsələlərdən hər zaman uzaqda durmağa çalışan,öz saflığı ilə çoxlarına nümunə olacaq bu xanımın amalında əsasən Türk Dünyasının biraraya gəlməsi,birlik və bərabərlik içində özgürlüklərinə qovuşması durub.
Siyasət  insanları tərəfindən,istər dövlət,istərsədə müxtəlif qeyri-dövlət qurumları səviyyəsində uzun illər bu birliyə cəhdlər edilmiş,müxtəlif konsepsiyalar işlənib hazırlansada l azımi nəticələr bugünədək özhəllini tapmamışdır.


 
Məlumat üçün bildirirəm ki, 5-6-7-8 may 2017-ci iltarixlərdə III Uluslararası Çukurovada Türk Dünyası Şeir və Musiqi festivalı kerçəkləşdi.Son dərəcə yüksək səviyyədə keçirilən bu tədbir Çukurova Ədəbiyyatçılar Dərnəyinin başqanı dəyərli Halisə xanımın təşkilatçılığında yenidən Türk Dünyasını,türk insanlarını biraraya gətirdi.Bu tədbir lərin əsas məqsədi,yenədə,ədəbiyyat və sənət sahəsində ilişgilərin möhkəmləndirilməsi,ümumtürk dil birliyininyaradılması idi.Bu ilişgilərin yaranmasında uzun illər təmənnasız və fədakarcasın a zəhmət çəkən Halisə xanım dünyanın müxtəlif ölkələrindən,türk qurumlarından gələn 300 nəfərlik türk insanını yenidən bir araya gətirdi.


Müxtəlif ölkələrdən gələn ,xüsusilə Azərbaycandan festivala qatılan iştirakçılar son dərəcə qayğı iləəhatə olunmuşdu.Tədbir iştirakçılarının çoxunu, əsasən neçə illərdi müxtəlif görüşlər də tanıdığımız dəyərli dostlar təşkil edirdi.Tədbirin keçirildi y i məkanlar və gəzintilər xüsusi olaraq gözəl təşkil edilmişdir.Füsunkar ,gözəl təbiətə malik Adananın tarixi yerlərinə təşkil edilən gəzintilə iştirakçıların xatirələrindən heç vaxt silinməyəcək.


4 gün davam edən tədbir Yörüktürkmənlərinin bayram festivalında iştirakımız və “İraq və Suriya türkmənlərinin bu günkü durumu və problemləri ”mövzusunda düzənlənən konfransla yekunlaşdı.


 
Bu tədbirin yüksək səviyyədə keçirilməsində Adana Böyükşəhər Bələdiyyəbaşqanı sayın Hüseyin Sözlünün,eləcədə digər dövlət qurumlarının xüsusi diqqət və qayğısı böyük rol oynadı.



Əziz və dəyərli Halisə xanıma, Adanada gerçəkləşdirdiyi III Uluslararası Çukurovada Türk Dünyası şeir və musiqi festivalının yüksək təşkilindən dolayı rəhbəri olduğum Azərbaycan ekibiadından sonsuz təşəkkür və minnətdarlığımı bildirirəm.Varolun!













İlqar Türkoğlu

 Şrift:


Bu gün Bakı Avrasiya Universitetinin akt zalında İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin müavini və səfirliyin bir neçə əməkdaşı tələbələrlə görüş keçirib. Səfirin müavini Saad Ghazal tələbələrlə növbəti görüşünün onun üçün böyük şərəf və qürürverici olduğunu deyərək, Azərbaycan və İordaniya xalqları arasındakı mədəni-ədəbi əlaqələrdən, həmçinin coğrafi oxşarlıqdan danışıb.

Bakı Avrasiya Universitetindəki görüşünün IV İslam oyunları ərəfəsinə təsadüf etməsinə diqqət çəkən səfir müavini, bu günü tarixi gün adlandıraraq, Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ili İslam Həmrəyliyi ili elan etməsini dünya müsəlman -islam ölkələrinə bir mesaj olduğunu dilə gətirib.
Daha sonar səfir müavini bu il Azərbaycanın İslam oyunlarına ev sahibliyi etməsinə diqqəti yönəldərək, bu tədbirin islam aləmində böyük əhəmiyyətə malik olacağına və islam aləminin Azərbaycanın bu təcrübəsindən yaralanacağına böyük ümid bəslədiyinə əminliyini ifadə edib.

 
 Tədbirin sonunda tələbələrin çoxsaylı suallarını cavablandıran səfir müavini Saad Ghazal universitet rəhbərliyinə, eləcə də universitetin “tərcümə” kafedrasının professor-müəllim kollektivinə minnətdarlığını bildirib.

Köşə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac