Xəbər lenti

 Şrift:

    4-12 mart, 2015 tarixdə Türkiyə - İzmirdə  UASB Azərbaycan Təmsilçiliyinin üzvlərinin əl işlərindən ibarət sərgi təşkil edilib. Sərgi haqqında  gündəlik qəzetlərdə materiallar dərc  olunub. Həmçinin "ÇAĞRI RADYO" da bu sərgiyə ayrıca veriliş həsr edib. Çağrı Radyonun başkanı  ÜLVİ Tanrıverdi bəyə təşəkkürlərlə həmin verilişin videoyazısını təqdim edirik!

 Şrift:

          MƏCİD AĞA ŞƏKİBƏYOV
    Məcid ağa Şəkibəyov XIX əsrin sonlarında (1880) indiki Gədəbəy rayonunda anadan olmuşdur. Tiflisdə Qori Seminariyasında təhsil almışdır. Ömrünün sonlarınacan Gədəbəy rayonunun Novoivanovka kəndində çar naçalniki vəzifəsində işləmişdir. Öz ana dilindən başqa rus, gürcü və erməni dillərini mükəmməl öyrənmişdir.

    1918-ci ildə azğın erməni daşnaklarına qarşı amansız mübarizə aparan silahlı dəstənin öncüllərindən olmuş, Göyçə mahalının "Pənbək" adlanan ərazisində, "Burcalı" dağının ətəklərində və Tovuz Rayonunun məşhur "Xınna" dərəsində erməni paşası Andronikin qoşunlarının bir hissəsini - üç yüz nəfərlik silahlını məhv etmişdir. Şura hökumətinin Azərbaycanda bərqərar olmasından sonra, bütün varlı-hallı ağalar, bəylər kimi Məcid ağaya və mənsub olduğu Yaqublu nəslinin bütün insanlarına qarşı da ciddi təzyiqlərə başlanmışdır. Könüllü olaraq, hökumətə təslim olmaq istəməyən ağa, möhkəm silahlanmış öz kiçik dəstəsilə dağlara çəkilmiş, etibarlı yerdə gizlənərək, Şura hökumətinin silahlı qoşunuyla qeyri-bərabər olmayan savaşa başlamışdır. Bu mübarizədə də çoxlu sayda bolşevik əsgərlərini məhv etmişdir. 1929-cu ilin dekabrında başlayan bu amansız mübarizə, 1930-cu ilin mart ayının əvvəllərinəcən davam etmişdir.

Ardını oxu...

 Şrift:


Nərminə Məmmədova 1932-ci ildə Qazaxda ziyalı ailəsində dünyaya gəlib. O doğularkən atası Ağası Məmmədbəyli Qazax rayon partiya komitəsinin birinci katibi işləyirdi. Amma əslən Göyçaydan idi; burada iri torpaq sahibi İsmayıl bəyin oğlu idi. Anası Şəfiqə xanım Azərbaycanın tanınmış ailələrindən olan Qiyasbəylilər nəslindən idi. O illərdə çox oxunan "Çalı quşu" romanının qəhrəmanının şərəfinə onlar övladlarının adını Fəridə qoyurlar. Çox keçmir ki, Ağası bəyi "xalq düşməni" ittihamı ilə həbs edirlər. O həbs olunan kimi ailəni yaşadıqları İstiqlal küçəsindəki geniş mənzillərindən çıxarıb İçərişəhərdə kiçik bir evə köçürürlər.

Şəfiqə xanım Stalin muzeyində (sonralar isə Ali Partiya məktəbində) işləyir. Fikirləşəndə ki, Fəridə adı qızına romanın qəhrəmanının taleyini qismət edər - o qızının adını dəyişdirib Nərmin yazdırır (get-gedə bu ad Nərminəyə çevrildi).

Bu evlərindən Nərminə 132 saylı məktəbdə oxumağa gedir. Lakin atasının həbsi ilə bağlı məktəbdən çıxmalı olur. Bir də qayıdıb 1946-cı ildə təkrar məktəb qapılarından girib orta təhsilini tamamlayır. 13 yaşından etibarən Pionerlər Evinə yazılır, məşqlərdə iştirak edir, Radiodakı əmək fəaliyyəti də tez başlayır. 1963-cü ildə Radionun Ərəb dilində verilişlər şöbəsinin əməkdaşı Sinan Səidlə birgə oxuduqları Kərkük mahnıları lentə alınır. Bakı Dövlət Universitetinin (o zamanlar ADU) Filologiya fakültəsinə daxil olur, professor Cəlal Quliyevdən, Əlövsət Abdullayevdən, Mir Cəlal, Ağamusa Axundov, Yusif Seyidov kimi tanınmış alimlərdən dərs alır. 1967-ci ildə universiteti bitirir.

Atası Ağası bəy də sürgündən geri qayıdır.

Nərminə öz müasiri olan, demək olar ki, bütün müqtədir bəstəkarların – Cahangir Cahangirovun, Tofiq Quliyevin, Əşrəf Abbasovun, Ağabacı Rzayevanın, Ramiz Mustafayevin, Andrey Babayevin, Qənbər Hüseynlinin, Səid Rüstəmovun mahnılarını ifa etmişdi. Nərminənin oxuduğu "Pıçıldaşın ləpələr", "Ay işığında", "Qərənfil", "İlk xatirələr", "Hardasan yar", "Alagöz", "Sirrimi bilmədin..." , "Habelə", "Aman ovçu", "Nar-nar" böyük məşhurluq qazanmışdır.

60-cı illərin əvvəllərində ailə qurur - nəcib bir ailədən olan ziyalı bir şəxslə Ramiz Qiyasbəyli ilə evlənir. Bu nigahdan yeganə övladı Sevinc (Sevinc Qiyasbəyli-indi tibb elmləri doktoru, professor) doğulur.

Nərminə Məmmədova 1997-ci il martın 27-də ürək xəstəliyindən vəfat etmişdir.

Sayğac