Xəbər lenti

 Şrift:


                   Ümit Yaşar Oğuzcan


Sən yuxusuzluq nədir, bilirmisən
Dırnaqlarınla yastığını parçaladınmı
Gözlərini tavana dikib
Düşündüyün oldumu, bütün gecə
Və bütün bir gün
"Bəlkə gələr" ümidiylə gözlədinmi heç?
Gəlməyincə,
Səni aramayınca
Ölürcəsinə ağladınmı?


Sonra çəkilib ən qaranlığına yalnızlıqların
Ona aid nə varsa
Bir - bir xatırladınmı

Sən gündən - günə əriməyi bilirmisən,
Nəhəng bir ağacın təmkiniylə


QUM

Sən qum nədir bilməzsən
Dəniz görmədin ki. 
Yum gözlərini, zamanı düşün, 
Dəniz bir gözündə 
Qum bir gözündədir. 

Sən daş nədir bilməzsən 
Dağa çıxmadın ki 
Yürü üfüqlərə doğru,
Dağ bir ayağında 
Daş bir ayağındadır. 

Sən kül nədir bilməzsən 
Od yandırmadın ki, 
Uzat əllərini göy üzünə, 
Od bir əlində 
Kül bir əlindədir 

Sən qan nədir bilməzsən 
Ölmədin, öldürmədin ki, 
Yat torpağa yer üzü boyunca 
Ölüm bir yanında 
Qan bir yanındadır.

Sən eşq nədir bilməzsən 
Məni sevmədin ki 
Ağla, ağlaya bildiyin qədər
Bütün gözəlliklər səndə
Eşq məndədir.

Türkcəmizə uyğunlaşdıran: Zəka Vilayətoğlu




Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac