Xəbər lenti

 Şrift:

                                       KAZUO İŞIQURO

 
                                                     Bir Ailə Yeməyi
 
                                                               hekayə
 
      Fuqu, Yaponiyada Sakit Okeanın açıq sularından tutulan bir balıqdır. Bu balığın, anam fuqu yeməkdən öldükdən sonra mənim üçün xüsusi bir mənası var. Zəhər, balığın cinsiyyət vəzilərində, iki dənə partlamağa hazır kisəciyin içində olur. Balığı təmizlərkən bu kisəciklər diqqətlə ayrılmalıdır, çünki ən kiçik bir ehtiyatsızlıq zəhərin damarlara sızmasına səbəb olur. Təəssüf ki, bunun uğurla edilib-edilmədiyini bilmək asan deyil. “Əsası, balığı yeməkdir” – deyə bilərlər.
Fuqu zəhərlənməsi qorxunc dərəcədə ağrıdıcı və elə o an hər vaxt ölümcüldür. Balıq, əgər axşam yeyilmişsə, qurban, ümumiyyətlə yuxusundan ağrıyla oyanır. Bir neçə saat dəhşətli bir ağrı içində qıvrılır və sabaha, artıq ölmüş olur.
Balıq, Yaponiyada, müharibədən sonra çox sevilirdi. Daha ciddi qanunlar qəbul olunana qədər bu təhlükəli əməliyyatı öz mətbəxində reallaşdırmaq, sonra da qonşu və dostları qonaq dəvət etmək çox dəb idi.
Anam ölən zaman Kaliforniyada yaşayırdım. Bu vaxtlar, ana babamla aramızdakı münasibət gərginləşmişdi, dolayısıyla anamın ölümüylə bağlı baş verənləri, ancaq iki ildən sonra Tokiyoya qayıdınca öyrəndim. Başa düşüləndir; anam fuqu yeməkdən həmişə imtina etmişdi, amma keçmiş bir şagird  yoldaşı tərəfindən fuqu yeməyə dəvət edildiyi zaman, onun xətrinə dəyməmək üçün imtina edə bilməmişdir. Hava limanından atamın Kamakura məhəlləsindəki evinə gedərkən, bu detalları mənə atam danışdı. Sonra evə gedərkən günəşli bir sonbahar günü sona yetirdi.
-Təyyarədə yemək yedinmi? - deyə atam soruşdu.
Çay evinin xalı sərilmiş döşəməsi üzərində oturmuşduq.
-Yüngül bir şey verdilər.
-Acsan. Kikuko gəlincə yeməyimizi yeyərik.
Atam böyük, daş kimi çənəsi və hirsli, qara qaşlarıyla qorxunc görünüşü olan bir adamdı. İndi ötənləri xatırlayarkən düşünürəm; Çu En-laya (çinli siyasi xadim, dövlət adamı. Z.V.) çox bənzəyirdi. Təbii, ailədə, nəsildən – nəslə keçən saf samuray qanından olmasından xüsusi qürur duyduğu üçün bu bənzətməmi özü heç bəyənməzdi. Xasiyyəti, ümumiyyətlə rahat bir söhbət etməyə imkan verməzdi; dediyi hər sözü, bu mövzuda son sözmüşcəsinə demək kimi bir adəti olduğundan, bu da işləri asanlaşdırmazdı. Əslində o gün orada, onun qarşısında oturarkən, uşaqlığımla əlaqəli bir anı düşdü yadıma, “yaşlı bir qadın kimi gəvəzəlik etdiyim” üçün başıma bir neçə dəfə vurduğunu xatırladım.
Hava limanına endiyimdən bu yana etdiyimiz söhbətlər, qaçılmaz olaraq uzun susqunluqlara bölünmüşdü.
-Şirkətdə baş verənlərə görə üzgünəm, – dedim, ikimizin də bir müddət danışmadığımız bir anda. Ciddiyyətlə başını silkələdi.
-Əslində əhvalat burda bitmədi, - dedi. -Şirkət batdıqdan sonra Vatanabe özünü öldürdü. O üzqaralığı ilə yaşamaq istəmədi.
      -Anlayıram.
-Biz on yeddi il ortq olduq. Ciddi və şərəfli bir adam idi. Ona böyük ehtiramım vardı.
-Yenidən iş həyatına başlayacaqsanmı? - soruşdum.
-Mən təqaüdçüyəm. Yeni işlərə başlamaq üçün həddindən çox yaşlıyam, artıq. Günümüzdə iş həyatı çox fərqli bir hala gəldi. Xaricilərlə mübarizə aparmaq lazımdır. İşləri onların tərzində görmək lazımdır. Bu hala necə gəldik, anlamıram. Vatanabe də anlamırdı. Sarsıntı keçirdi.  -Yaxşı bir adam idi. Ciddi adam idi.
 Çay evi bağçaya baxırdı. Oturduğum yerdən, uşaqlığımda cinli-pərili olduğuna inandığım çox köhnə quyunu xatırlayıb görə bilirdim. Artıq sıx yaşıllıqların arxasında çətinliklə görünürdü. Günəş xeyli aşağılara enmişdi və bağçanın böyük hissəsi kölgədə qalmışdı.
-Heç nəyə baxmadan gəlməyə qərar verdiyin üçün məmnun oldum, - dedi, atam. -Qısa bir səfərdən daha artıq bir şeydir, ümid edirəm!
-Həyatımı necə quracağımdan əmin deyiləm.
-Öz adıma, keçmişi unutmağa hazıram. Anan da hər zaman səni qəbul etməyə hazır idi – sənin münasibətlərinə görə çox sıxıntı keçirməsinə baxmayaraq.
-Təşəkkür edirəm! Dediyim kimi, planlarımın nə olduğundan hələ əmin deiləm.
-Elə isə pis niyyətlərin olmadığına inanıram, - deyə davam etdi atam. -Bəzi təsirlərə uydun, bir çoxları kimi.
-Bəlkə də, artıq bunları unutmalıyıq - sənin də məsləhət bildiyin kimi!
-Necə istərsən! Yenə çay istəyirsənmi?
Bu vaxt evin içindən əks-səda verərək bir qız səsi gəldi.
-Nəhayət! - Atam ayağa qalxdı, - Kikuko gəldi.
Aramızdakı yaş fərqinə baxmayaraq, bacımla mən hər zaman yaxın olmuşduq. Məni görmək onu həddindən artıq həyəcanlandırmışdı və bir müddət heç nə etməyib, yalnız kəsik-kəsik güldü. Amma atam onu Osaka və universitet haqqında sorğuya çəkməyə başlayınca sakitləşdi. Atama qısa, rəsmi cavablar verdi. Kikuko da məndən bəzi şeylər soruşdu, amma sorğularının sıxıntı yaradacağından qorxurmuş kimi görünürdü. Bir müddət sonra danışmaq, Kikuko gəlməzdən öncəkindən də durğun hala gəlmişdi. Sonra atam, “Yeməyi hazırlayaq. Bu cür işlərlə məşğul olmağa məcbur olduğum üçün üzrlü sayın! Kikuko səninlə maraqlanır” - deyərək ayağa qalxdı.
Atam otaqdan çıxınca, Kikuko gözlə görünəcək biçimdə rahatlandı. Bir neçə dəqiqə sonra, Osakadaki dostları və iniversitetdəki dərsləri haqqında rahatca gəvəzəlik edirdi. Sonra birdən-birə bağçada gəzişməyimizə qərar verib, iti addımlarla eyvana çıxdı. Eyvanın barmaqlıqları boyunca yan - yana düzülmüş həsir sandalları geyinib bağçaya çıxdıq. Günəş batmışdı.
-Düz yarım saatdır, bir siqaret şəkmək üçün ölürəm, – dedi, bir siqaret yandırarkən.
-Elə isə, niyə çəkmədin?
Axadakı otağa doğru ötəri bir baxışla baxıb, yaramazcaına gülümsədi.
-Həə, anladım, - dedim.
-Gör bir, nə olub? Bir oğlan dostum var, artıq.
-Aa, eləmi?
-Amma nə edəcəyimi bilmirəm. Hələ qərar verməmişəm.
-Anlayıram.
-Amerikaya getmək üçün planlar hazırlayır. Məktəbi bitirincə mənim də onunla getməyimi istəyir.
-Anlayıram. Sən Amerikaya getmək istəyirsənmi?
-Əgər getsək, avtostopla gedəcəyik, - Kikuko baş barmağını yuxarı qaldırıb oynatdı. -Təhlükəli olduğunu deyirlər, amma Osakada sınadım və heç bir şey olmadı.
-Anlayıram. Elə isə niyə qərar verə bilmədin?
 Böyürtkənlərin arasından dolanıb köhnə bir quyunun yanında bitən dar bir cığırla yeriyirdik. Kikuko, biz yeriyərkən siqaretin tüstüsünü, ehtiyac olmadığı halda gərəksizcəsinə, cəlbedici bir şəkildə içinə çəkirdi.
Eh, indi Osakada bir çox dostlarım var. Oranı sevirəm. Hələ onların hamısını arxada buraxmaq istəyimdən əmin deyiləm. Bir də Suixi – ondan xoşum gəlir, amma onunla bu qədər çox vaxt keçirib-keçirmək istəyib-istəmədiyimdən də əmin deyiləm. Başa düşürsənmi?
“A, çox yaxşı başa düşürəm.
Təkrar gülümsədi və mənim qarşımdan quyuya qədər səkərək getdi.
-Sən necə deyirdin, bu quyu cinli-pərilidir? – dedi.
Mən ona ona doğru yüyürüb yaxınlaşaraq,
 -Xatırlayırsanmı? – soruşdum.
  -Bəli, xatırlayıram.
İkimiz də quyunun kənarından içərisinə baxdıq.
-Anam həmişə, o gecə sənin gördüyünün, meyvəsatan yaşlı qadın olduğunu deyərdi mənə - dedi.  -Amma mən ona heç inanmazdım və buryaa heç təkbaşına gəlmədim.
-Anam mənə də belə deyərdi. Hətta bir dəfə mənə yaşlı qadının xəyalatın özü olduğunu etiraf etdiyini belə, dedi. Anlaşılandır, kəsə olduğu üçün bizim bağçadan keçmişdir. Bu divarları aşmaq üçün yəqin çox çətinlik çəkmişdir.
Kikuko güldü. Sonra arxasını quyuya çevirib bağçaya göz gəzdirdi.
-Anam səni heç  günahlandırmadı, bilirsənmi? – yeni bir səslə dedi. Mən susdum.
-Mənə həmişə, hər şeyin öz xətaları olduğunu deyərdi, – atamın və özünün xətası. Səni düzgün böyüdə bilmədikləri üçün. Mənə həmişə, məni böyüdərkən nə qədər diqqətli olduqlarını və mənim buna görə bu qədər yaxşı olduğumu anladırdı, - başını qaldırdı. Yaramaz təbəssüm üzündə yenidən göründü. -Zavallı anam! - dedi.
-Bəli, zavallı anam!
-Kaliforniyaya qayıdacaqsanmı?
-Bilmirəm. Baxacağıq.
-Nə oldu ona? Vickiyə?
-O iş bitdi, - dedim. -Artıq Kaliforniyada mənim üçün elə bir şey qalmadı.
-Səncə oraya getməliyəmmi?
-Get, əlbəttə. Bilmirəm ki. Bəlkə sevərsən, - evə doğru baxdım. -Artıq içəri girsək yaxşı olar, bəlkə də. Atamın, yeməyi hazırlamaqda yardıma ehtiyacı ola bilər.
Amma bacım yenidən quyunun dibinə baxırdı.
-Mən cini görə bilmirəm - dedi. Səsi bir az əks-səda verdi.
-Şirkətinin dağılması atamı çoxmu sarsıtdı?
-Bilmirəm. Atam heç hiss etdirməz.
Sonra birdən düzəldi və mənə tərəf döndü:
-Sənə yaşlı Vatanabedən danışımmı? Nə etdiyini?!
-İntihar ettiyini eşitdim.
-Eh, hamısı bu deyildi. Bütün ailəsini də özüylə birlikdə apardı - arvadını və iki kiçik qızını.
-Sahimi?
-O gözəl kiçik qızları. Hamısı yatarkən qazı açmış, sonra da öz mədəsini bir ət bıçağıyla kəsmişdir.
-Bəli. Atam mənə Vatanabenin necə ciddi bir adam olduğunu deyirdi.
-Xəstə! – Bacım yenidən quyuya tərəf döndü.
-Ehtiyatlı ol! İçinə düşərsən!
-Mən cin-filan görə bilmirəm, - dedi. -Sən mənə həmişə  yalan danışdın!
-Amma mən heç vaxt cinin quyuda yaşadığını demədim.
-Elə isə haradadır?!
İkimiz də ətrafımıza, ağaç və böyürtkənlərə baxdıq. Bağçadakı işıq çox zəifləmişdi. Sonda səkkiz - doqquz metrə o yandakı bir açıqlığa işarə etdim.
-Düz orada gördüm onu. Düz orada.
O nöqtəyə dikdik, gözlərimizi.
-Nəyə bənzəyirdi?
-Çox yaxşı görə bilmədim. Qaranlıq idi.
-Amma bir şey görmüş olmalısan!
-Yaşlı bir qadın idi. Sadəcə orada dayanıb mənə baxırdı.
O nöqtəyə gözlərimizi dikib qalmışdıq, sehrlənmiş kimi.
-Ağ bir kimono geyinmişdi. Saçları bir az dağılmış, bir az da uçuşurdu.
Kikuko dirsəyi ilə qolumu dürtdü.
-Bəsdir! Məni yenə qorxutmağa çalışırsan! - Siqaretinin kötüyünü ayağıyla tapdadı, sonra bir anlıq ona çaşqın bir ifadəylə baxıb qaldı. Üstünə bir az şam iynəsi taxdı, sonra təbəssümünü bir daha göstərdi.
-Gedək görək yemək hazırdırmı, - dedi.
Atamı mətbəxdə tapdıq. Bizə ötəri baxdı, sonra işinə davam etdi.
-Təkbaşına idarə etmək məcburiyyətində qalandan bəri peşəkar bir aşpaz oldu, atam, –Kikuko gülərək dedi. Atam dönüb soyuq-soyuq bacıma baxdı.
-Heç öyünmədiyim bir bacarıqdır, - dedi. -Kikuko, bura gəl və kömək et!
Bacım bir neçə saniyə tərpənmədi. Sonra irəliyə doğru addımlayıb bir siyirmədən önlük götürdü.
-İndi ancaq bu tərəvəzi bişirmək lazımdır, - dedi atam.
 -Gerisinə, yalnız arabir göz gəzdirmək lazımdır.
 Sonra gözlərini qaldırdı və bir neçə saniyə məni qəribə-qəribə süzdü.
-Hərhalda evi gəzmək istəyərsən, - sonda dedi. Əlində tutduğu çubuqları masaya qoydu. -Çoxdandır, görmürsən.
Mətbəxdən çıxdığımız an başımı çevirib Kikukoya baxdım, amma onun üzü mənə tərəf dönməmişdi.
-Yaxşı bir qızdır, - atam sakit-sakit dedi. Otaqdan - otağa atamı izlədim. Evin nə qədər böyük olduğunu unutmuşdum. Bir sürgülü qapı açılır və başqa bir otaq görünürdü. Amma otaqlar üşəndirici şəkildə boş idi. Otaqlardan birində işıqlar yanmadı və pəncərədən gələn solğun işığın altında çır-çılpaq divarlara və xalı sərilmiş döşəməyə dikdik gözlərimizi.
-Bu ev tək bir adam üçün çox böyükdür, atam dedi.  -Bu otaqalar, artıq heç işimə yaramır.
Sonda atam ağzına qədər kitablar ve kağızlarla dolu bir otağın qapısını açdı. Vazlarda çiçəklər, divarlarda fotolar vardı. Kküncdə alçaq bir masanın üstündə bir şey diqqətimi çəkdi. Yaxınlaşdım və bunun bir döyüş gəmisinin plastik maketi olduğunu gördüm, uşaqların hazırladığı kimi. Bir qəzetin üzərinə qoyulmuşdu; ətrafına da çeşidli boz plastik parçaları tökülmüşdü.
Atam qəhqəhə çəkdi. Masaya yaxınlaşdı və maket gəmini əlinə götürdü.
-Şirkət dağılandan bəri, - dedi, - bir az daha çox vaxtım var, – olduqca qəribə bir şəkildə yenidən güldü. Bir anlıq, elə bil üzü bir az yumşalmışdı. -Bir az daha çox vaxt.
-Qəribə gəlir bu, - dedim. -Həmişə o qədər məşğul idin.
-Bəlkə də həddindən çox məşğul idim, - ani bir təbəssümlə baxdı mənə. -Bəlkə də daha ilgili bir ata olmalıydım!
Güldüm. Döyüş gəmisini incələməyə davam etdi. Sonra başını qaldırdı.
-Sənə bunu demək niyyətim yoxdur, amma bəlkə də desəm yaxşı olar. Ananın ölümünün qəza olmadığını düşünürəm. Bir çox şeydən qorxusu vardı. Bir də ruh düşgünlükləri.
İkimiz də plastik döyüş gəmisinə baxdıq.
-Təbii ki - dedim, - anam mənim sonacan burada yaşamağımı gözləməzdi.
-Anlamadığın çox aydındır. Bəzi ata-anaların nələr yaşadığını anlamırsan. Yalnız, uşaqlarını itirməklə kifayətlənmirlər, onların, anlamadıqları şeylər içində qeyb olmalarına alışmağa məcbur olurlar, - döyüş gəmisini əlində çevirdi. -Buradaki bu kiçik təknələri daha yaxşı yapışdırmaq lazım idi, deyilmi?
-Bəlkə də. Məncə çox yaxşı görünür.
-Müharibə vaxtı belə bir gəmidə bir müddət vaxt keçirdim. Amma ağlım, fikrim həmişə hava qüvvələrindəydi. Belə düşünürdüm. Əgər gəmin düşmən tərəfindən vurulursa, bütün görəcəyin iş, suda çırpınıb bir xilasedici jilet tapmağa ümid etməkdir. Amma təyyarədə, – eh, – hər zaman əlavə bir silah olur, - maket gəmini yenidən masanın üstünə qoydu. –Müharibəyə inandığını güman etmirəm.
-Heç inanmıram.
Otağı dairəvi süzdü, -Artıq, yemək hazırdır, - dedi. –Acmısan.
Yemək, mətbəxin yanındakı zəif işıqlanmış bir otaqda hazır dururdu. Tək işıq, masanın üstündən sallanan böyük bir fənər idi və otağın digər hissəsi kölgədə qalırdı. Yeməyə başlamazdan öncə bir- birimizə sayqıyla əyildik.
Heç danışmadıq. Mən yemək mövzusunda söhbət açınca Kikuko biraz güldü. Az əvvəlki rahatsızlığı yenidən baş qaldırmışdı, deyəsən. Atam bir neçə dəqiqə danışmadı. Sonda dedi:
-Yenidən Yaponiyada olmaq sənə qəribə gəlir.
-Bəli, bir az qəribə.
-İndi bəlkə də Amerikadan ayrıldığına peşimansan?!
-Bir az. Elə də yox. Arxada elə çox şey qoymadım. Sadəcə bəzi boş otaqalar.
-Başa düşürəm!
Masanın qarşı tərəfinə göz yetirdim. Yarı aydınlıqda atamın üzü daş kimi və qorxunc görünürdü. Səssizlik içində yeməyimizi yedik. Gözümə otağın arxa tərəfində bir şey dəydi. Öncə yeməyimi yeməyə davam etdim, sonra əllərim hərəkətsizləşdi. Bu, yanımdakıların da diqqətini çəkdi və mənə baxdılar. Atamın çiyninin üstündən qaranlığa baxmağa davam edirdim.
-O kimdir? Oradakı fotodakı?
-Hansı foto?”– Atam baxışlarımı izləməyə çalışaraq, astaca döndü.
-Ən aşağıdakı. Ağ kimono geymiş yaşlı qadın.
Atam çubuqlarını masaya qoydu. Öncə fotoya, sonra da mənə baxdı.
-Anan! - Səsi çox sərt idi. -Öz ananı tanımırsanmı?
-Anam! Ətraf qaranlıqdır. Çox yaxşı görə bilmirəm.
Bir neçə saniyə kimsə danışmadı, sonra Kikuko ayağa qalxdı. Fotonu divardan endirdi, masaya yaxınlaşdı və mənə verdi.
-Olduqca yaşlı görünür.
-Ölümündən çox az öncə çəkilmişdi, - atam dedi.
-Qaranlıq olduğundan çox yaxşı görə bilmədim.
Başımı qaldırdım və atamın əlini uzatdığını gördüm. Fotonu ona verdim. Fotoya diqqətlə baxdı və sonra Kikukoya uzatdı. Bacım, yavaşca bir daha ayağa qalxdı və fotonu öz yerindən asmağa apardı.
Masanın ortasında, qapağı açılmamış böyük bir qab vardı. Kikuko yenidən oturunca atam uzandı və qapağını açdı. Bir buxar buludu yüksəlib fənərə doğru qıvrıldı. Atam qabı bir az mənə doğru itələdi.
-Acmısan, - dedi, - üzünün bir tərəfi kölgədə qalırdı.
-Təşəkkür edirəm! - Çubuqlarımla irəliyə doğru uzandım. Buxar az qala, məni yandıracaqdı. -Bu nədir?
-Balıq.
-Çox gözəl qoxuyur.
Şorbanın içində, az qala top halına gələcək şəkilde qıvrılmış balıq parçaları vardı. Bir dənəsini götürdüm və boşqabıma qoydum.
-Buyur! Çoxdur.
-Təşəkkür edirəm! - Bir az da götürdüm, sonra qabı atama doğru itələdim. Boşqabına bir neçə parça balıq götürməyini izlədim. Sonra hər ikimiz də Kikukonun öz boşqabına balıq qoymağını izlədik. Atam bir az əyildi. “Acmısınız” - dedi yenidən. Ağzına bir az balıq qoydu və yeməyə başladı. Sonra mən də bir tikə balıq seçdim və ağzıma qoydum. Dilimə yumşaq, sulu ve ətli dəydi, “Çox gözəldir!” - dedim.
-Nə balığıdır, bu?
-Adicə balıqdır.
-Çox gözəldir!
Üçümüz də sakitcə yeməyimizi yeyirdik. Bir neçə dəqiqə keçdi.
-Bir az da?
-Yetərincə varmı?
-Hamımıza yetəcək qədər var, – atam qabın qapağını qaldırdı və bir daha buxar çıxdı. Hamımız irəli uzandıq və boşqabımıza bir az yemək qoyduq.
-Al, – dedim, atama - bu son tikəni də sən götür.
-Təşəkkür edirəm!
Yeməyi bitirdikdən sonra, atam qollarını gərdi və məmnunluqla əsnədi, - “Kikuko” - dedi. “Bir çaydanlıq çay hazırla, lütfən”.
Bacım atamın üzünə baxdı, sonra heç nə demədən otaqdan çıxdı. Atam ayağa qalxdı.
-O biri otağa keçək. Bura bir az istidir.
-Mən də ayağa qalxdım və atamın arxasınca çay otağına getdim. Geniş sürgülü qapılar açıq qalmışdı və bağçadan içəri külək əsirdi. Bir müddət sakitcə oturduq.
-Ata, – dedim, nəhayət.
-Bəli.
-Kikuko mənə Vatanabe Sanın, özüylə birlikdə bütün ailəsini də apardığını dedi.
Atam gözlərini endirdi və başını aşağı saldı. Bir neçə saniyə dərin düşüncələrə dalmış göründü.
-Vatanabe işinə çox bağlıydı, – dedi. - Şirkətin çökməsi ona böyük bir zərbə oldu. Təəssüf, bu, onun muhakimə qabiliyyətini görünür, zəiflətmişdir.
-Onun tutduğu işin xəta olduğunumu düşünürsən?
-Eh, təbii. Sən başqa cürmü düşünürsən?
-Bəli, bəli, əlbəttə belə düşünürəm.
-İşdən başqa şeylər də vardır.
-Bəli.
Yenə səssizlik oldu. Bağçadan çəyirtgələrin səsi gəlirdi. Qaranlığa baxdım. Quyu, artıq görünmürdü.
-İndi neyləməyi düşünürsən? –  atam soruşdu. -Yaponiyada bir müddət qalacaqsanmı?
-Doğrusunu desəm, bu barədə o qədər çox düşünməmişdim.
-Əgər burada qalmaq istəyirsənsə, - yəni bu evdə, - bundan çox məmnun olaram. Yəni yaşlı bir adamla yaşamağın səncə bir sıxıntısı yoxsa.
-Təşəkkür edirəm! Bu haqda düşünməyim lazımdır.
Bir daha gözlərimi qaranlığa dikdim.
-Əlbəttə, – dedi, atam, - bu ev, artıq çox cansıxıcıdır. Mütləq çox keçmədən Amerikaya qayıdarsan!
-Bəlkə də. Hələ bilmirəm.
-Mütləq qayıdarsan.
Atam bir müddət əllərinin arxasını incələyirmiş kimi göründü. Sonra başını qaldırdı və ah çəkdi.
-Kikuko gələn baharda məktəbi bitirir, - dedi. -Bəlkə onda evə qayıtmaq istəyər. Kikuko yaxşı bir qızdır!
-Bəlkə istəyər!
-O zaman işlər düzələr.
-Bəli, əminəm, düzələr!
Kikukonun çay gətirməyini gözlərkən bir daha sakitlik oldu.

Türkcədən çevirən: Zəka Vilayətoğlu


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac