Xəbər lenti

 Şrift:
  •  
  • Mən borsolino papaqları ilə məşhur olan Alessandroda anadan olmuşam. İtaliya intelektuallar ölkəsidi kimi düşünmək lazım deyil. Mikelancelonun, ya da Rafaelin əslən İtaliyadan olması hələ heç nə demək deyil.
  • Hər bir avropalı küçəyə çıxarkən orta əsr kilsələrini görür, ona görə də onlara orta əsrlər maraqlı deyil. İndianapolis — bu başqa məsələdi. Ən maraqlı məktubları belə yerlərdən alıram.
  • Başqa insanları qulaqlarından tutub kokos yeməkdən ayıra bilmədiyiniz kimi, məni də qulaqlarımdan tutub orta əsrlərdən ayıra bilməzsiniz.
  • Düşünürəm ki, əgər orta əsrlərdə yaşamış olsaydım, çoxdan ölmüşdüm. Atam mühasib idi, onun atası isə tipoqraf. Atam ailədə on üç uşağın ən böyüyü, mənsə atamın ilk oğlu idim. Mənim də ilk övladım oğlan idi və analoji olaraq oğlumun da ilk övladı oğlan olmuşdu. Bunu nəyə gətirirəm? Əgər məlum olsa ki, Eko ailəsi Bizans imperiyasının törəmələridir, onda belə çıxır ki, mənim nəvəm dofindir (dofin- kral ailəsinin varisi).
  • Atam gəncliyində böyük kitab həvəskarı idi. On üç uşaq olduqlarından ailəsi çətinliklə keçinə bilirdi və o, kitab almağı özünə rəva bilmirdi. Belə olanda atam küçə köşklərində oxumağa başlayıbmış. Yaxınlaşır, bir kitab götürür və köşkün sahibi onu qovana qədər kitabı oxuyurdu. Sonra növbəti köşkə gedir, həmin kitabı qaldığı yerdən açır və oxumağa davam edirdi. Mən bu xatirələri yüksək qiymətləndirirəm — onun israrla kitab arxasınca getməyini.
  • Babam təqaüdə çıxanda kitab cildləməklə məşğul olmağa başladı. Qədim, gözəl illüstrasiyası olan Höte və Dumanın əsərlərini evin hər yerində görmək olardı. Bunlar mənim ilk gördüyüm kitablar idi. 1938-ci ildə babam vəfat edəndə sifarişçilərin çoxu gəlib kitablarını götürmədi və bu kitabları böyük bir qutuya yığıb valideynlərimin zirzəmisinə yerləşdirdik. Zaman-zaman məni oraya ya kömür, ya da çaxır dalınca göndərərdilər. Mən də elə bunu gözləyərdim.
  • Bəli, mən də şeir yazırdım. Nə vaxtsa demişəm ki, poeziya yeniyetmələrin üzündəki səpkilərə bənzəyir. Bu mərhələni keçməmək mümkünsüzdü. 15-16 yaşlarda poeziya masturbasiyadı. Yaxşı şairin pis şairdən fərqi ondadı ki, yaxşı şair ilk vaxtlarda yazdığı şeirləri yandırır, pis şairsə onları nəşr etdirir.
  • Özümə bir neçə ay öncə iki min dollara şeypur aldım. Yəqin ki, bilirsiniz: şeypurda çala bilmək üçün mütəmadi olaraq məşq etmək lazımdır, mənsə çoxdan, lap çoxdandı ki, məşğul olmurdum. Beləliklə, mən indi şeypurda yaxşı ifa etmirəm, on iki yaşımda isə möhtəşəm ifa edirdim. Ancaq indi şeypuru ifa etmək üçün almamışam. Almışam ki, bir zamanlar necə olduğumun şahidi olsun.
  • Necə bir qəhrəman xəyal etməyindən asılı olmayaraq o, sənin zehninin və təcrübənin məhsulu olacaq.
  • Əsl qəhrəman — hər zaman səhvən qəhrəman olur. Əslində o, bütün ətrafdakı normal insanlar kimi dürüst və qorxaq olmaq arzusundadı.
  • Ola bilsin ki, sizin üçün maraqlı olar, mən nə vaxtsa Yan Fleminqin (Ceyms Bond kitablarının müəllifi) tipik süjetinin struktur təhlilini nəşr etdirmişəm. Detektiv ədəbiyyatı məni ona görə cəlb edir ki, burda fəlsəfənin mərkəzi sualı verilir — bütün bunları kim etdi?
  • “Gülün adı” əsərini yazmağa başlayanda həqiqətən bilməzdim ki, Aristotelin itirilmiş “Poetika” cildində nələr vardı (Araşdırmalar nəticəsində bəlli olub ki, günümüzə yalnız iki kitabdan birincisi -faciəyə həsr olunmuşu gəlib çıxıb).  Kitab isə özlüyündə bütünlükdə komediyaya həsr olunmuşdu. Mən ancaq kitabın yazılış dövründə bunu anlamağa başladım.
  • Hər dəfə yeni kitab yazmağa başlayanda özümü iki illik həbsdə hesab edirəm, çünki kitab uşağa bənzəyir. Əvvəlcə sən ona həyat verməlisən, sonra qayğısına qalmalısan və bütün bunlardan sonra o, nəhayət yeriməyə və danışmağa başlayır.
  • Yaxşı kitab həmişə müəllifindən daha ağıllıdı. Əsər tez-tez elə hadisələrdən bəhs edir ki, heç müəllif onları təxmin belə etmir.
  • Mədəni insanın ilk öhdəliyi hər zaman ensiklopediya yazmağa hazır olmaqdı.
  • Televiziyanı sevirəm və hesab edirəm ki, dünyada elə bir ciddi insan olmasın ki, televizora baxmağı sevməsin. Ola bilsin, yeganə insanam ki, bunu etiraf edə bilirəm.
  • Sosial şəbəkələrdən istifadə sayı məni çox az narahat edir. Onların gördükləri bütün iş kabuslarla söhbət etməkdən ibarətdi.
  • Bilmirəm düzgünlük nə deməkdi. Ancaq bilirəm ki, bunda haqlıyam.
  • Ola bilsin, mən fikirləşdiyim qədər də ağıllı deyiləm. Bəlkə elə insanların fikirləşdikləri qədər də ağıllı deyiləm.
  • Guya insanların yüngül ədəbiyyat oxumağa meyl etmələri əslində nəşriyyatlar tərəfindən yayılmış mifdi.
  • İnsanlar sadə hadisələrdən tez yorulurlar.
  • Hadisələr arasında paralellər tapmaq çox asandı. Mənə 50 dollar verin və sizə elə bir esse yazım ki, orda indiki gün və dünya ilə paralel neandertallar yaşayır.
  • Orta əsrləri heç vaxt qaranlıq dövr hesab etməmişəm. Bu, münbit torpaq idi, hansı ki Renessans burda yaranıb.
  • Bütün dünya mədəniyyəti bir şeyi istəyir — sonsuzluğu əlçatan etmək.
  • Mən tam əminəm ki, istənilən oxunmuş kitab insanı digərini oxumağa vadar edir.
  • Kitab yazmaq istəyirsənsə, bunun üçün heç bir qayda-qanun və düzgün iş rejimi yoxdu. Bəzən mən bir səhifəni 13 dəfə yazıram, əgər bu kömək etmirsə, onda səsli oxuyuram və nəyin düzgün olmadığını başa düşməyə çalışıram.
  • Kitab yazmaq heç də həmişə sözləri kağıza köçürmək demək deyil. Səhər yeməyi yeyəndə də, gəzəndə də beyninizdə bütün bir fəsli yaza bilərsiniz.
  • Yalan danışmaq bacarığı insanı heyvanlardan fərqləndirən azsaylı cəhətlərdən biridi.
  • İnsanın qadir olduğu imkanların həddi həddən artıq darıxdırıcı və məyus edicidi — ölüm.
  • Başqasının ağılsızlığı heç vaxt sənin ağılsızlığını azaltmaz.../sim-sim.az/
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Foto qalereya

Video qalereya

Sayğac