Xəbər lenti

 Şrift:

Nikolay Vladimiroviç Tyukpiyekov (Xakas yazıçısı)

                             Həyat davam edir

                                             hekayə

  Mitrokax bu gün qoyunlarını otararkən çox üşüyüb yorulunca dinlcəlmək üçün eve getdi. Atının yəhərini çıxarıb yemlədi, evə girdi. Ev nə elə soyuq nə də elə istiydi. Axşam düşmüş, pəncərənin şüşələri lacivərd rəngə boyanmışdı. Evdə kimsə yox idi. Bu, insanın qəlbini rahatsız edirdi.

Ardını oxu...

 Şrift:


Hi
ylə - Anton Çexov

Keçmişdə, İngiltərədə ölüm cəzasına məhkum edilən cinayətkarların, özlərini anatomiklərə və fizioloqlara satmaq hüquqlar varmış. Bu yolla əldə edilən pulu, kimi içkiyə verir, kimi də ailəsinə göndərirmiş. Bu məhkumlardan, qorxunc bir cinayəti üzündən cəza alan biri, bir həkimə xəbər göndərmiş və uzun və bezdirici bir razılaşmadan sonra, özünü iki gineyə satmışdı.

Ardını oxu...

 Şrift:
Leonardo da Vinçi; "Sonuncu axşam yeməyi" adlı əsərini çəkərkən böyük bir çətinliklə üzləşmişdi...

Yaxşını İsanın bədənində, pisi də İsanın dostu olan və sonuncu axşam yeməyində ona xəyanət etməyə qərar verən Yahudanın bədənində təsvir etmək məcburiyyətində idi...

Ardını oxu...

 Şrift:

Giuseppe Goffredo (1956) – italyan şair, yazıçı və esseisti

Hava! Nə gözəl havası var buraların?! Qoxular! Zeytun qoxuları! Aşağıda sahil boyunca - sağlı, sollu! Yarı ağ evlər! Az qala bütün şəhər, strukturları, küçə, tıxac lampaları, antenaları, günəşlə işıqlanmış çərçivələriylə minlərlə pəncərə yığını halında, əyri bir şəkildə, sanki tək bir divar kimi önümdə uzanır.

Ardını oxu...

 Şrift:
Kənddə, "İtir Miti bu dünyada tutduğu heç bir işdən indiyə qədər peşiman olmayıb”- deyərdilər.

Itir Mitinin bir oğlu vardı. Miti oğlunu çəllək ustalığı öyrənməsi üçün Komrata göndərmişdi. Uşaq orda iki il oxuyub kəndə qayıdanda atası onu sevinclə qarşıladı. Birlikdə ağıllarına baxmağa getdilər. Orada böyük bir qoz ağacı var idi. Bu ağacdan bir at arabası dolusu qoz və bütün qış üçün də yanacaq çıxardı.

Ardını oxu...

 Şrift:


İohann Peter Xebel - alman yazıçısı, ilahiyyatçı və pedaqoqu.


  İsveçin Falun şəhərində, əlli ildən də çox bir müddət əvvəl gənc bir mədənçi, gənc və gözəl nişanlısını öpdü və ona, "Mqəddəs Lucia günündə sevgimiz rahibin xeyir-duasını alacaq, biz ər-arvad olacağıq və öz yuvamızı quracağıq", dedi. Gözəl nişanlısı, şirin bir gülümsəməklə "Sülh və sevgi də bu yuvada bizimlə yaşayacaq, sən mənim biriciyim və hər şeyim olacaqsan və sənsiz olmaqdansa, məzarda olmağı üstün tuturam", deyə cavab verdi.

Ardını oxu...

 Şrift:

- Bax, mən altı ikiqat və isti adyal, altı böyük və möhkəm mişar, altı iti və uzun qudzon bıçağı, böyük usta Moqumun hazırladığı iki məkik,  qoşquda dözümlü və güclü olan on it və üç tüfəng verirəm,  tüfənglərdən birinin çaxmağı sınıb, lakin yaxşı tüfəngdir, hələ onu təmir də eləmək olar.

Ardını oxu...

 Şrift:

 
    Son  zamanlar  mətbuatda  və sosial şəbəkələrdə  xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlının, çalışdığı teatrdan  gedəcəyi  ehtimalından danışılır, arqument   olaraq da aktyorun başqa teatrların səhnəsində də oynaması göstərilirdi. 

Ardını oxu...

 Şrift:
                                      

Günlər bürkü içində ilğımlanırdı. Torpaq isti idi, ağaclar da isti idi.

Quru ot ayaq altda xışıldayırdı. Yalnız axşamçağılar sərin düşürdü. Onda bu kənddə yaşayan qoca iti axan Katuni çayının sahilinə gəlir, həmişə eyni yerdə, suya batmış qollu-budaqlı ağacın yanında oturur və günəşə baxırdı. Günəş dağların arxasına əyilirdi. Axşamçağılar o nəhəng, qırmızı olurdu. Qoca hərəkətsiz halda otururdu. Qəhvəyi rəngli, hədsiz sayda qırışları olan quru əllərini  dizlərinin üstünə qoyurdu. Sifəti də qırışlıydı, gözləri nəmli, tutqundu. Boynu nazilmişdi, başı balaca və çaldı. Göy kətan köynəyinin altından  dim-dik durmuş iti qabırğaları görünürdü.

Ardını oxu...

 Şrift:

Arvadım dedi:

- Hə, bir də Qaboviç zəng eləmişdi. Onun səninlə  işi var. Gələcəyinə söz verib.

- Mən bilirəm. Yəqin burğunu istəyəcək. Mənə dedilər o kitab şkafı alıb…

Qaboviç mənim qonşum və həmkarım idi. Daha doğrusu bütünlüklə həmkarım deyildi – o, filoloq idi. Sensasiyalı kitab üzərində işləyirdi. Adı «Axmatova ilə görüş» idi. Bir də yarımsərlövhə: «Nəyə görə və niyə bu görüş baş tutmadı». Nəsə bu ruhda…

Ardını oxu...

Sayğac