Xəbər lenti

 Şrift:
  
Qoderzi Çoxeli

    (Hekayə)


  Ən əvvəl onu kəndin uşaqları gördülər. O, bir əlindəki çəliyə söykənə-söykənə, o biri əlində də meyvə tinkləri tutub gəlirdi. Ayağının biri dizdən aşağı kəsilmişdi, onu taxta ayaq əvəz eləyirdi. Uşaqları görəndə, əl eləyib, yanına ça-ğırdı:

Ardını oxu...

 Şrift:
           

Leşek Maruta (Polşa)

   Bu yaxınlarda şəhərimizdə müasir incəsənət qalereyası açıldı. Fəqət bu qalereya dahi realsit fırça ustalarının əsərləri toplanmış incəsənət sarayında, xalqın həyatından səhnələr təsvir edilən rəssamların şəkilləri nümayiş etdirilən şəhər muzeyində deyil, sadəcə olaraq, buradakı rəsmlər, adam deməyə utanır - zirzəmidə yerləşdirildi!

 Yuxarıda adı çəkilən zirzəmi Pşıtski knyazları malikanəsinin altında, hal-hazırda isə şəhər ət satışı iqamətgahı olmuş, öz mövcudiyyət tarixi müddətində o edam və işgəncə yeri, şərab və balıq anbarı, kömür saxlanılan sahə, improvizə olunmuş həbsxana və nəhayət, son vaxtlar  - buzxana - soyuducu kimi istifadə olunmaqdadır.

 Geri qalmış yerli ictimai dairələr hər vəchlə çalışırdılar ki, qalereyanın açılışını pozsunlar.

Ardını oxu...

 Şrift:


ALFONS DODE - Fransız yazıçı və dramaturqu



                                       Müsyo Sequinin keçisi

                                                (Hekayə)


Sən heç dəyişməyəcəksən, yazıq Qrinqoireciyim! Necə olur, sənə Parisin tanınmış bir qəzetində köşə yazarlığı təklif edirlər, sənsə bunu rədd edirsən! Özünə bir baxsana, yazıq uşaq! Bu cırıq köynəyinə, bu sürtülüb köhnəlmiş şalvarına, bu acam deyə hayqıran cılız sifətinə bir baxsana!

Ardını oxu...

 Şrift:
Uşaqlar hər axşam məktəbdən çıxdıqdan sonra gedib Divin bağçasında oynayardılar. Yamyaşıl, yumşaq otlarla örtülmüş, geniş, gözəl bir bağça idi. O biri tərəfdə iri gözəl çiçəklər bataqlıqda ulduzlar kimi sayrışırdı. Yazın əvvəlində çəhrayı, zərif çiçəklər açıb, payızda bol-bol meyvə verən on iki dənə də şaftalı ağacı vardı.

Ardını oxu...

 Şrift:

1932-ci ildə elektrikli kürsü əyalət həbsxanası Kold Mountaindəydi. Burada gözətçilik etdiyim müddətdə məhkumların Biq Sparki (nəhəng elektrikli) adı verdikləri bu ölüm maşınını düz yetmiş səkkiz nəfərin edamı üçün hazır etdim. Kold Mountaində edam üçün başqa  bölmə yox idi. Yalnız digər dörd bölmədən ayrı və onların dörddə biri böyüklüyündə, taxta əvəzində kərpicdən hazırlanmış E- bölümü vardı.

Ardını oxu...

 Şrift:

Cek sürəti azaltmazdan öncə taлыometrə baxdı: sürət həddinin əlli olduğu yerdə yetmiş üçlə gedirdi və son dörd ay ərzində dördüncü dəfə polis tərəfindən dayandırılırdı. Bir insan, axı necə bu qədər bəxtsiz ola bilərdi?
Cek avtomobilini sağa çəkdi. "Insallah, bu an yanımızdan daha sürətli bir avtomobil keçər" deyə düşündü.
Polis əlində qalın bir qeyd dəftəri avtomobildən düşdü. “Bob? Bu polis kilsəyə gələn Bob deyilmi?..” – Cek öz-özünə dedi və avtomobilinin kreslosuna sindi. Bu vəziyyət hər hansı bir cəzadan daha pis idi. Kilsədən tanıdığı bu polis, dost olduğuna baxmadan onu saxlayırdı. Həm də sürətli hərəkətlə yol hərəkəti qaydalarını pozduğu üçün.
-Salam Bob. Bir - birimizi yenidən görməyimiz çox xoşdur!
-Salam, Cek! - Bob gülümsəmədən dilləndi.
-Məni, arvadımı və uşaqlarımı görmək üçün evə gedərkən saxladın.
-Bəli, elədir, - Bob kədərli görünürdü.
-Son gunlər evə çox gec gedirəm. Uşaqlarım məni çoxdandır heç görmürlər. Diana da mənə bu axşam kartof və bifşteks yeyəcəyimizi söyləyib. Nə demək istədiyimi anlayırsanmı?
-Bəli, nə demək istədiyini anlayıram. Yol hərəkəti qaydalarını pozduğunu da bilirəm, - deyə cavablandırdı Bob.
“Eyvah! Bu taktika heç işə yaramadı, deyəsən. Taktikanı dəyişdirmək lazımdır" - deyə düşündü Cek.
-Məni, hansı sürətlə gedərkən saxladın?
-Yetmiş. Zəhmət olmasa, avtomobilinə əyləşərsənmi? - dedi Bob.
-Ah, Bob, gözlə bir dəqiqə. Səni gördüyüm an taksometrə baxdım, altımış beşlə gedirdim.
-Zəhmət olmasa, Cek, avtomobilinə əyləş! - deyə Bob onu üstələdi. Cek müticəsinə avtomobilinə əyləşdi, qapını çırparaq bağladı. Bob qeyd dəftərinə nəsə yazırdı.
"Görəsən, Bob niyə mənim sürücülük vəsiqəmi və avtomobilin sənədini istəmir?" - deyə düşündü Cek. Nə olursa olsun, bundan sonra kilsədə bu adamin yaninda oturmaqdansa, bir neçə bazar o, kilsəyə getməyəcəkdi. Bob qapını tiqqıldatdı. Cek avtomobilinin pəncərəsini beş sm qədər açdı. Bob Cekə bir kağız verdi və getdi.

"Bu, cəza deyil" - öz-özünə dedi, Cek. Bir anda sevindi. Bu, adi bir yaziydi və kağızda yazılmışdı: "Əzizim Cek, mənim bir qızım vardı. Altı yaşındaykən çox sürətlə avtomobil idarə edən biri tərəfindən öldürüldü. Bu qəzaya görə, o adam cəzalandırıldı. Üçay həbsxanada yatdı və  həbsxanadan çıxınca öz uşaqlarına sarılıb, öpüb, onları təkrar qoxlaya bildi. Amma mən... Mən qızımı təkrar qoxlayıb, öpə bilmək üçün, cənnətə gedənə qədər gözləməyə məcburam. Min dəfə o adami bağışlamağa çalışdım. Min dəfə də bunu bacardığımı zənn etdim. Bəlkə bacarmışam, amma hələ qızımı düşünürəm. Lutfən, mənim üçün dua et və diqqət yetir, Cek, tək bir oglum qalıb..."

 

 Şrift:
Darvin deyilən adamın sözünə inanmaq lazımdır. Bəli. İnsanlar, həqiqətən meymundan əmələ gəlmişlər! Çünki nəyi görsək dərhal təqlid edirik; oturmağı, qalxmağı, içməyi, getməyi, xülasə, xülasə hər şeyi...

Bir çox adamlar vardır ki, heç ehtiyac yox ikən eynək taxırlar. Çünki dərzinin, baxdıqları moda albomlarındakı şəkillərdəki adamlar tək olmaq istəyirlər. Nə isə ... Söhbəti uzatmayaq. Mən də imitant biriyəm. Hər modayla ayaqlaşıram.

Ardını oxu...

 Şrift:
Сəmi bir dollar səksən yeddi senti var idi; nə bir sent əskik, nə də bir sent artıq!.. Bunun da altmış senti pennidən ibarət xırda-xuruş idi. Bu penniləri bir-bir, baqqal, qəssab, meyvəsatanla çəkişə-çəkişə bazarlıq edərək və hər dəfə satıcıların onu xəsis və bu kimi adlarla adlandırmasından utanıb qıpqırmızı kəsilərək yığmışdı.

Ardını oxu...

 Şrift:

Mənə belə deyirdiniz: “Yurdumuzun böyüklüyünə şübhə edilməz. Onu böyük edən, heç bir şeyin mənası olmayan bir dünyada biz gənc almanlar kimi, xalqlarının gücündə bir məna tapanlar hər şeyi ona fəda etməlidirlər” O zamanlar sizi sevərdim, amma sizinlə ayrılığım, elə o zamandan başlamışdı. Sizə: “Ola bilməz, deyirdim, insanın güddüyü məqsədə hər şeyi fəda etməsinin lazım olduğuna inanmıram.

Ardını oxu...

 Şrift:
Külək, dolu, yüngül qar və fırtınadan sonra, bu gün hər şey qaydasındadır. Bir neçə gün əvvəl günəş vardı. Amma bura hər zaman yağışlıdır və qəsəbə qışda ümumiyyətlə qaranlıq olur. Sıralanmış çılpaq ağaclarıyla, əcnəbi səyyahı narahat edən darıxdırıcı və cansıxıcı bir görünüşü var.

Ardını oxu...

Sayğac