Xəbər lenti

 Şrift:


  Kosuke və Otsukiti qonşu idilər. Kosukenin ailəsi xəsis və şərəfsiz, Otsukitinin ailəsi isə namuslu və xeyirxah idi. Kosuke çox dövlətli, Otsukiti isə çox kasıb idi. Bu hadisə yazda baş verdi. Otsukitinın damının altında qaranquş özünə yuva qurmuşdu. Onun üç balası vardı. Bir gün balalardan biri yuvadan yerə düşərək, onun pəncəsi qırıldı. Otsukiti bunu gördü. Onun balaya yazığı gəldi və balanın sınan pəncəsini sarıdı.

Ardını oxu...

 Şrift:

             
                               ÇARLZ BUKOVSKİ

                             CƏHƏNNƏM ŞAGİRDİ

                                         hekayə

   Yenə də nəsə var orda; ölüm haqda düşünməyimdir, məsələn. İnsan orda elə axmaqlaşır ki, düşünə bilmir. Qaçha-qaçda nəsə yazmaq fikri ilə özümlə dəftər götürdüyüm də olub. Mümkün deyil. Hava elə sakit və ağırdır ki, sanki təmərküz düşərgəsinin könüllü üzvləriyik. Ölüm haqqında evə qayıtdığım zaman azacıq düşünə bilirəm. Ölüm əndişəsi içində deyiləm, öləcəyim üçün üzülmürəm. Barışmaq məcburiyyətində olduğumuz çox pis bir işdir.

Ardını oxu...

 Şrift:

Vaşinqton Irvinq


Divarçının macərası
(hekayə)

     Keçmiş zamanlarda Qranadada kasıb bir divarçı vardı. Bütün dini bayramlarda pəhrizini, duasını vaxtında və doğru-düzgün yerinə yetirirdi. Dininə bu dərəcədə möhkəm bağlı olmasına baxmayaraq, gün keçdikcə daha da yoxsullaşır, çoxsaylı uşaqlarına güc-bəla çörək pulu qazana bilirdi.

Ardını oxu...

 Şrift:


   Dünyada yazıçı çoxdur və bu yazıçılar bir çox gözəl əsərlər yazmışlar. Bu, çox əhəmiyyətlidir, lakin yazıçıların şəxsiyyətləri də çox önəmlidir. Tolstoyun həyatı və şəxsiyyətiylə əlaqədar çox böyük məlumatımız yoxdur və bu məlumatları onun əsərlərindən almağa çalışırıq. 

   Tolstoy ailəsinə və xüsusilə babalarına çox bağlı idi. Və əsərlərindəki xarakterlər də onlardan qaynaqlanır. O, 2 yaşında olarkən anası, 10 yaşında olarkən isə atası və ata nənəsi ölür. Yetimlik, Tolstoyun həyatında dərin izlər buraxır.

   Tolstoy ailəsində fərqli və maraqlı şəxsiyyətlər vardı. I Pyotra çox yaxın olan babası, Pyotr tərəfindən 1697-ci ildə Avropaya göndərilir. Hollandiya, Almaniya və İtaliyaya gedir. 

Ardını oxu...

 Şrift:

   Limonov "İzvestiya" qəzetində "Makareviçi cəzalandırmaq niyə vacibdir" adlı yazı ilə çıxış eləyib. Makareviçin Limonova yazdığı cavab məktubunu «Azadlıq» radiosunun «Oxu zalı» verib. Lakin ixtisarla. Ona görə də oxucuların böyük marağına səbəb olacağını düşünüb hər iki məktubu tam variantda verməyi qərara aldıq.
                 
                                                                                                                                                 Makareviçi cəzalandırmaq niyə vacibdir?

  Mən məşhurlara igrah hissiylə yanaşıram. Müəllif mahnılarına da dözə bilmirəm.

Düzünü desəm, mənim üçün Şevçuk da, Makareviç də eyni dərəcədə primitivdilər.

Yaşlaşmış adam gitarasıyla məndə bir qədər ikrah hissi doğurur.

Ardını oxu...

 Şrift:

               
                                             Bertran Rassel 

                                                 (Esse)

  Hamımız “yaxşı” insan dedikdə nə başa düşdüyümüzü bilirik. İdeal yaxşı insan içki içmir, siqaret çəkmir, söyüş söymür, təkcə kişilərin olduğu yığıncaqda belə sanki qadınlar var kimi danışır, kilsəyə vaxtı-vaxtında gedir, istənilən mövzu barədə özünəməxusus fikirləri olur. Haqsızlığa nifrət edir, günahkarı cəzalandırmağın bizim ağrılı vəzifəmiz olduğunu qəbul edir.

Ardını oxu...

 Şrift:


Oscar Wilde
: Mən cavan olanda düşünürdüm ki, pul həyatda ən vacıb şeydir. İndi qocalmışam, başa düşürəm ki, bu həqiqətən də beləymiş.

 Benjamin Franklin: Pul insanı heç vaxt xoşbəxt etməyib, heç etməyəcək də, pulun təbiətində xoşbəxtlik “istehsal etmək” yoxdur. İnsanın nə qədər çox pulu olsa o qədər də çox istəyir.

Ardını oxu...

 Şrift:


  Sergey Dövlətov



                                        Çirkov və Berendeyev

                                                     Hekayə

  
Ehtiyatda olan polkovnik Berendeyevin yanına uzaq qohumu, kənd təsərrüfatı texnikumunun məzunu Mitya Çirkov gəldi.

- Dayı, - o, dedi, - kömək edin! İyirmi manat məbləğində maddi kömək eləyin! Əks halda yanlış yola düşəcəyimdən qorxuram.

- Bir yanlış addımı, - dayısı onun dediklərinə reaksiya verdi, - sən artıq atıbsan. Çünki məndə pul olmadığı halda məndən pul istəyirsən.

Ardını oxu...

 Şrift:


Vislava Şimborska (Nobel mükafatı laureatı – 1996)




Telefon
dəstəyi

Yuxuma girir ki,

Telefon zəngindən oyanıram.

Yuxuda əminəm ki,

ölmüş biri zəng edir

yuxuda görürəm ki,

dəstəyə sarı can atıram.

Ardını oxu...

 Şrift:
İrvin Şou

Mən səni elə axtarırdım ki...
(hekayə)
 
  Nəhayət, ona rast gələndə əvvəlcə tanımadı. Qarşısındakı uzun ayaqlı, əynində adətən tələbələrin geydiyi geniş biçimli palto, qəhvəyi fetr şlyapa olan qadını gözlərindən yayındırmadan məhəllənin yarısınacan izlədi.

Ardını oxu...

Sayğac