Xəbər lenti

 Şrift:

                                     
                                                  YALÇIN TOSUN

   Yalçın Tosun modern türk ədəbiyyatının ən istedadlı yazıçılarındandır. O, qələmindən bir sehrbaz çubuğu kimi istifadə edir. Rəngarəng duyğularıyla süslənmiş hekayələri, oxucunu bir anda heyrətləndirir. Hekayələrini təkrar-təkrar oxumaq istəyi oyanır oxucuda və tez-tələsik növbəti bir hekayəyə keçmək olmur.

 

                                            YARALI  PƏLƏNG

                                                    Hekayə

 

    Dostum Atif ağdır, dümağ. Albinos imiş, dünən özü dedi, birdən-birə. Bizim küçədəki kimsəsiz boş evin uçuq divarında oturub vaxt öldürərkən, “Ömər, sənə bir şey deyəcəyəm” dedi və əlavə etdi: “Mən albinosam”. Sonra bir an susdu, sanki danışan mənmişəm kimi diqqətlə üzümə baxdı, dərindən nəfəs alaraq: “Ona görə belə ağdır, saçım, qaşlarım, hər yerim”.

  Albinos sözünü bu vaxtacan heç eşitməmişdim. Nə deyəcəyimi bilmədim. Amma nəsə desəydim diqqətli olmalıydım, çünki Atifdən başqa heç bir dostum yox idi. Uşaqlığımdan bəri nə oğlanlar, nə də qızlar tərəfindən tam qəbul edilməmişdim.

Ardını oxu...

 Şrift:

 

"Əzab həyatın ayrılmaz hissəsi olmasa, o zaman həyatımızın bir məqsədi olmaz. Yer üzündə yaşanan ağrılarda heç bir məqsəd olmadığını və bunda az da olsa xoşbəxtlik payının olmamasını görmək çox absurddur. Şübhəsiz, bədbəxtlik özlüyündə nəsə qeyri-adi hadisə kimi görünür, amma ümumilikdə bu, həyatın qanunudur"
      (Artur Şopenhauer)


Fəlsəfi sistemlərdən bir çoxu şəri mənfi bir hal kimi təqdim edir, mən dünyada bundan böyük cəfəngiyyat bilmirəm. Müsbət olan şey özlüyündə həm də şərdir; o öz yaşamını hiss etdirir. Xüsusilə də Leybnits bu cəfəngiyyatı daha çox müdafiə eləyib: o, öz mövqeyini bir əhəmiyyəti olmayan sofizmlə möhkəmləndirmək istəmişdi. Mənfi olan şey yaxşıdır: başqa sözlə desək, xoşbəxtlik və həyatdan razı qalma arzuların yerinə yetirildiyini bildirir, yəni ağrılı-acılı günlərə son qoyulur.

Bu onu göstərir ki, biz səfanı istədiyimiz kimi qəbul etmirik və əzabı da çox şişirdirik. Bu həyatda ən böyük zövq əzabı artırmaqdır: yaxud da bu iki hiss arasında balans var. Əgər oxucu bu iddianın sübutunu görmək istəyirsə, gəlin ona biri digərini yeyən iki heyvanın keçirdiyi hissləri müqayisə edək.

Ardını oxu...

 Şrift:


HERMAN HESSE


"ROMAN MÜTALİƏ EDƏRKƏN"

(esse)

    Bu yaxınlarda gənc, müəyyən qədər tanınmış bir müəllifin məndə maraq doğuran, əslində önəmsiz olan insanlardan və hadisələrdən danışılan bir romanını oxuyurdum. Əsərdə böyük şəhərlərdə yaşayan, həyatı maraqsız, mənasız keçməməsindən ötrü onu müxtəlif təəssüratlarla, əyləncələrlə, iti hisslərlə bəzəməklə məşğul olan insanlardan bəhs olunur. Bu cür romanlar çoxdur. Bəzən mən - kəntdə, tək başına yaşayan bir insan  maariflənmək üçün onlardan biri götürüb oxuyuram ki, öz müasirlərimin həyatıyla tanış olum. Mənə elə gəlir ki, onlardan çox aralı düşmüşəm. Onlar mənə tamamilə yad olan adamlardır. Və onların maraqları, fikirləri mənimçün möcüzənin, ekzotikanın, əlçatmazlığının füsunkarlığı idi. Bir sözlə mən böyük şəhərlərin əyləncə həvəskarı olan sakinləri ilə maraqlanıram. Bu insanlara marağım təkcə bir avropalının fillərə, timsahlara olan marağı deyil, bu həm də  əsaslı bir maraqdı: axı mənə də agah idi ki, böyük şəhərlər, hətta mənim kimi kəndin bir küncündə sakit həyat sürən bir adamın da bəzən hayatına və əhval-ruhiyyəsinə hiss olunacaq qədər çox təsir edə bilər. Çünki məhz bu qələbəlikdə, bu cür qarmaqarışıq bir atmosferdə, instinktlə hərəkət etdiyindən naməlum olan həyatda müharibələrin olub olmaması, valyuta məzənnəsindəki dəyişikliklər kimi məsələləri insanlar deyil, dəb, birja, əhval-rihiyyə, "küçə" edir. Böyük şəhərlərin sakinləri öz sferalarında demək olar ki  baş verən bütün hadisələri "həyat" adlandırırlar. Bura onlar bircə siyasəti aid etmirlər.

Ardını oxu...

 Şrift:

            
                                       VOLFQANQ BORXERT


                                        QƏMGİN ƏTİRŞAHLAR

                                                     hekayə

   Tanış olduqları zaman hava qaralmışdı. Sonra qız onu evinə dəvət etmişdi. Və indi qızın evindəydi. Qız ona otağını, masa örtüklərini, yataq dəstini, qab və çəngəllərini göstərdi. Gün işığında ilk dəfə qarşı-qarşıya oturdular və birdən kişinin gözü qızın burnuna sataşdı. “Elə bil burnu üzünə tikilib”,- düşündü. “Heç başqa burunlara bənzəmir. Bostanda böyüyən bir yemişdir, sanki. Aman Allahım! Hələ burun dəliklərinə bir bax.

Ardını oxu...

 Şrift:


Dino BUSSATİ


“YEDDİ ÇAPAR
(hekayə)

   Atamın krallığını gəzməyə çıxandan bəri, hər gün bir az şəhərdən uzaqlaşıram, mənə çatan xəbərlər də getdikcə azalır.

Gəzintiyə otuz yaşımı az keçdikdən sonra başladım, səkkiz ildən çox keçdi; üst-üstə səkkiz il, altı ay, on beş gündür fasiləsiz yol gedirəm. Yola çıxarkən, bir neçə həftə ərzində asanlıqla krallığın sərhədlərinə çata biləcəyimi düşünmüşdüm. Dayanmadan yeni insanlarla, ölkələrlə rastlaşmışdım; hər yerdə, insanlar mənimlə eyni dildə danışır, mənim qullarım olduqlarını söyləyirdilər.

Arada, bələdçimin səhv etdiyini düşündüyüm də oldu, həmişə cənuba doğru getdiyimizi zənn edərkən, bəlkə də əslində öz ətrafımızda fırlanıb dayanmışdıq, paytaxtdan bizi ayıran məsafə heç artmamışdı; sərhəddə hələ çata bilməməyimizin səbəbi bununla izah oluna bilərdi.

Amma tez-tez də, bu sərhəddin var olmadığı, krallığın sərhədsiz bir şəkildə uzanıb getdiyi, nə qədər yol gedirəmsə gedim, heç bir zaman sona çata bilməmək qorxusu içimi gəmirirdi. Yola otuz yaşımı keçdikdən sonra çıxmışdım, bəlkə də çox gec idi. Dostlarım, ən çox da ailəm, istəyimi ciddi qəbul etməmiş, həyatımın ən gözəl illərinin boşa xərclənəcəyini düşünmüşdülər. Necə ki, adamlarımdan çox azı yola çıxmağımı qəbul etmişdi.

Ardını oxu...

 Şrift:

                  
                                                   ALBER KAMYU


 

          30 Aprel 1940

      Gecə vaxtı yazıram sənə. Romanımı az öncə bitirdim və yatmaq haqda düşünə bilməyəcək qədər gərginəm. Şübhəsiz hələ bitmədi, işləməliyəm. Yenidən gözdən keçirməyim, əlavə etməyim, təkrar yazmağım lazım olan şeylər var. Ancaq əsasən bitirdim və son cümləni yazdım. [... ] Əlyazmalarım önümdədir; olduqca çox səy və iradə tələb etdiklərini düşünürəm - romanı var etmək, əsl iqlimindən uzaqlaşmamaq üçün bir çox fərqli düşüncəni, fərqli arzunu qurban etmək məcburiyyətində qaldım.

Ardını oxu...

 Şrift:

             
                                                  YILMAZ GÜNEY

 

                                          ÖLÜM MƏNİ ÇAĞIRIR

                                                     Hekayə

 

                             Məni niyə öldürdün, G. Seni sevmək üçün Yaşamaqistəyirəm.

 

     Çoxdandır darıxdığım, yanmış saman qoxulu bu torpaq üzərində fikrə gedib qalmışam. Yatırammı, yoxsa yuxumu görürəm. Bilmirəm .. Sərin bir kölgəlikdir. Başımda on iki tonluq Bussinglerin ( avtobusun) qorxunc səs-küyü var. Bir şey düşünmək istəyirəm. İki şeyi bir araya gətirə bilmirəm heç cür. Düşüncələrim həmişə uçur. Biri də indi uçdu. Yarpaqları tökülmüş quru bir budağa ilişib qaldı.

Ardını oxu...

 Şrift:

            
                                          DİNO BUZZATİ


                                    BÖYÜK OTEL DƏHLİZİ

                                                hekayə

   Tualetə getmək ehtiyacı duyduğumdan, oteldəki otağıma gec getmiş, yarı soyunmuşdum.

Otağım, sonu görünməyən, az işıqlandırılmış bir dəhlizin, az qala dibindəydi. Təxminən iyirmi metrdən bir, bənövşəyiyə çalan zəif işıqlı bir lampa, qırmızı xalçanın üstündə işıq seli əks etdirirdi. Düz ortada, bu lampalardan birinin qarşısında, bir yanda nərdivan, bir yanda da tualetin şüşəli qapısı vardı.

   Əynimi geyinib bomboş dəhlizə çıxdım. Demək olar, tualetə çatanda, qarşıdan gələrək kölgədən çıxan bir adamın qarşısında gördüm özümü. Uzun boylu, VII Eduard tək saqqallı birisiydi.

Ardını oxu...

 Şrift:

   
                   OBLOMOVUN OLQAYA MƏKTUBU

             (Rus yazıçısı İvan Qonçarovun "Oblomov" romanından)

Bu qədər tez-tez görüşdüyümüz halda, mənim əvəzimə məktubumun gəlməsi səni hər halda çaşdıracaq, ancaq sonacan oxuyunca görəcəksən ki, başqa cür edə bilməzdim.
 
Bu məktubu xeyli əvvəl yazmalıydım; o zaman ikimiz də sonradan duyacağımız bir çox vicdan əzablarından xilas olardıq.
 
Amma yenə də gecikməmişəm, bir-birimizi o qədər tez, o qədər ümid etmədən sevdik ki, qəflətən xəstələnmiş kimi olduq. Buna görə də özümə tez gələ bilmədim.
 
Daha irəli getməyəcəyəm artıq, olduğum yerdə dayanacağam; bunu etmək mənim əlimdədir. Amma yenə də sürüklənirəm... İndi isə elə bir mübarizə içindəyəm ki, sənin köməyinə möhtacam.
Nə qədər dərinə sürükləndiyimi, ancaq bu gecə anladım; İçinə düşdüyüm uçurumun dərinliyini gördüm və dayanmağa qərar verdim ...
 
Oyun bitdi artıq; eşq mənim üçün bir xəstəlik oldu; özümdə bir bağlılıq başladığını hiss etdim; sən daha düşüncəli, daha ciddi oldun; bütün boş vaxtlarını mənə həsr etdin; sinirlərin gərginləşdi, əmin-amanlığın itdi. İndi qorxuram və anlayıram ki, bu gedişi dayandırmaq, özümüzü yığışdırmaq üçün hərəkətə keçmək mənim vəzifəmdir.
Bəli, səni sevdiyimi söylədim. Sən də məni sevdiyini söylədin. Ancaq aradakı uyarsızlığı duymadınmı? Duymadın, deyilmi? Bu halda sonra duyacaqsan - mən uçuruma düşdüyüm zaman. Bax, mənim halıma, düşün mənim kim olduğumu.
 
Məni sevmək mümkündürmü? Məni sevirsənmi? Dünən "Sevirəm, sevirəm, sevirəm" dedin; mən də qəti olaraq deyirəm: "Xeyr, xeyr, xeyr".
Məni sevmirsən, amma bunu dərhal qeyd edək ki, yalan da söyləmirsən.
Məni aldatmırsan. "Xeyr" deyiləcək yerdə "bəli" deyəcək insan deyilsən.
 
Mənim sənə izah etmək istədiyim, duyduğun şeyin əsl eşq deyil, yalnız bir eşq ümidi olmasıdır ...
Mən öncədən sənə bunu açıqca söyləməliydim: sən səhv yoldasan; qarşındakı adam, yuxularında gördüyün adam deyil. Görəcəksən, bir gün o adam qarşına çıxacaq; mənə qəzəblənəcəksən; mən də bunun əzabını çəkəcəyəm. Daha kəskin bir zəka, daha yaxşı bir ürəyim olsaydı, daha səmimi olsaydım sənə bunları lap əvvəl söyləyərdim ...
İndi başqa cür düşünürəm. Öz - özümdən bunu soruşuram:
Ona yaxşıca bağlandığım zaman, yanımda olmağı mənim üçün bir zövq deyil, bir zərurət olduğu zaman, eşq ürəyimə yaxşıca yerləşdiyi zaman nə olacaq?
 
Bu ağrıya dözə bilərəmmi? İşin sonu pis olacaq. İndidən bunu düşünmək məni ürpərdir.
Başqa biri olsa bunu da əlavə edərdi "Bu sətirləri göz yaşları içində yazıram?" 
Amma mən sənə yalan söyləmirəm, acılarımı duyurmaq istəmirəm, çünki dərdləri, peşmanlıqları artırmaq nəyə yarayar? Bu cür yalanlarda sevgini daha çox möhkəmləndirmək ümidi qorunub. Mənsə bu duyğunu səndə və məndə kökündən qazmaq istəyirəm.
 
Onsuz da gözyaşları ya boş xəyallara, ya da bir qadını yoldan çıxartmaq istəyənlərə yaraşar. Mən sənə bunları, uzaq bir səfərə çıxan yaxşı bir dostla vidalaşır kimi deyirəm: İki üç həftə də gözləsəydim, çox gec olardı.
Eşq bir ruh qanqrenasıdır; o qədər tez irəliləyir ki. Hələ indidən nə haldayam. Vaxtı, saatları, dəqiqələrlə deyil, günəşin doğulub batmasıyla deyil, səninlə ölçürəm: Onu gördüm, görə bilmədim, görəcəyəm, görə bilməyəcəyəm, gələcək, gəlməyəcək...
 
Həyatımızın bu qısa dövrü, yaddaşımız hər zaman təmiz və işıqlı bir xatirə olaraq qalacaq və məni təkrar köhnə ruh letargiyasından qoruyacaq.
 
Bu xatirə sənə də heç bir zaman zərər verməyəcək və gələcəkdə əsl eşqi tapmağına kömək edəcək ...
Ümid edirəm, həyat arzuladığın kimi olar.
 
Gecələr bitdi...
Səfərlər də...
Yeni yerlər, yeni sabahlar da bitdi...
 
Xudahafiz, mələyim...
 
Oblomov.

Persona.az



 Şrift:

           
                                           VİKTOR HÜQO


 

                                      DƏLİ QRAF MORTİER

                                                  hekayə

Dünən səfirliyin baş müşaviri Pasquier, Mme. de Boiqnesnin evinə gedir, qadını, əlində məktub böyük bir həyəcan içində görür.

"Nə olub, madam?"

"Məktub almışam. Oxuyun".

Baş müşavir məktubu götürdü; məktubda yazılmışdı: "Madam, siz bu məktubu oxuyarkən, iki uşağımla mən, artıq həyatda olmayacağıq".

Məktubu yazan fransız əsilli Qraf Mortier idi; bir zamanlar, xatırlaya bilmədiyi bir yerdə səfir idi. M. Pasquier çox qayğılandı. M. Mortier sağalmaz bir hipokondriyak (həddindən artıq dərəcədə narahatlıq duyan adam) kimi tanınırdı.

Ardını oxu...

Sayğac