Xəbər lenti

 Şrift:

                     
                                 
ZaxarPrilepin


 

                         Qatil və onun balaca dostu

                                                   (hekayə)

    Biz,polis xüsusi təyinatlıları paytaxt   yolunda gücləndirilmiş növbədə dayanmışdıq, üçümüz idik: Primat (Primatlar, - ali məməlilər dəstəsi: insanlar, meymunlar və yarımməməlilər, - tər.)  ləqəbli Seryoja, onun dostu Qnom (Qərbi Avropa nağıllarında cırtdan, - tər.), bir də mən.

   Primat bu yaxınlarda müddətli xidmət eləyənlərdən bir pud patron almışdı və hər növbəyə gələndə özüylə   günəbaxan tumu kimi bir ovuc patron götürürdü. Patronları tabel silahına qoyur və güllələməyə adam axtarırdı.

Ardını oxu...

 Şrift:


                                          Ömər SEYFƏDDİN


 

                                                İlk Cinayət

                                                     Hekayə

    Mən həmişə acı içində yaşayan bir adamam! Bu çətinlik, sanki özümü dərk etdiyim anda başladı. Bəlkə heç dörd yaşım da yox idi. Ondan sonra etdiyim deyil, hətta düşündüyüm pisliklərin belə vicdanımda alovlandırdığı sonsuz cəhənnəm əzabları içində hələ qovruluram. Məni üzən şeylərin heç birini unutmadım. Xatirələrim sanki, yalnız kədər üçün yaranmışdı.
  Bəli, görəsən dörd yaşımdaydımmı? Ondan əvvəl heç bir şey bilmirəm. Şüur, başımıza necə yandırmayan bir ildırım kimi düşür.

Ardını oxu...

 Şrift:


                              Xulio Kortasar


 

                                              Ələ keçirilən ev

       Evi sevməyimizin bir səbəbi də köhnə, geniş olmasıyla yanaşı atalarımızın babalarının, nənələrinin, nənəmizlə babamızın, ata-anamızın, bütün uşaqlığımızın

xatirələrini özündə yaşatmasıdır.

İrene ilə mən evdə baş - başa oturmağa alışmışdıq. Dəlilikdir bu, bir evdə səkkiz nəfər bir-birinin

ayağına dolaşaraq yaşaya.

Səhərlər saat yeddidə qalxıb təmizlik edirdik. On

bir radələrində, qalan otaqları İrenenin öhdəsinə buraxaraq mətbəxə girirdim. Düz günorta

süfrəyə otururduq; ondan sonra, bir neçə qab-qacaq yumaqdan savayı iş qalmırdı. Nahar yeməyini yeyərkən bu böyük, səssiz evlə ünsiyyət qurmaq çox xoş idi, evi təmiz saxlaya bilmək də bizim üçün kifayət idi.

Ardını oxu...

 Şrift:


   A
merikanın keçmiş prezidentlərindən olanməşhur Avraam Linkolnun, oğlunun müəlliminə yazdığı məktub.

    Öyrət ona ki...

    "Öyrənməyi lazımdır, bilirəm; bütün insanların dürüst və ədalətli olmadığını... Lakin bunu da öyrət ona; hər alçağa qarşı bir qəhrəman vardır.
    Hər düşmənə qarşı dost olmağı da öyrət ona! Vaxt aparacaq, bilirəm, ancaq əgər öyrədə bilərsənsə, ona, qazanılan bir dolların, tapılan beş dollardan daha qiymətli olduğunu öyrət...

Ardını oxu...

 Şrift:


                               Paulo Koelyo


 

1. “Əlvida” deyə biləcək qədər cəsursansa, həyat səni yeni bir görüşlə mükafatlandırar.

2. Heç yenilməyən insanlar var. Onlar heç döyüşməmiş olanlardır.

3. Ən yaxşısını sonraya saxlamayın. Sabahın nə gətirəcəyini bilə bilməzsiniz.

4. Başqalarını məmnun etmək üçün yaşasan, hər kəs səni sevər.

5. Başqalarının nə düşündüyü əhəmiyyətli deyil, çünki hər halda yenə eyni şeyi düşünəcəklər.

Ardını oxu...

 Şrift:

                         Lev Nikolayeviç Tolstoy

                                           Kasıb kəndlinin oğlu

                                                       hekayə

     Vaxtilə kasıb bir kəndlinin bir oğlu olur. Kəndli sevincdən, sanki uçur. Xaç atası tutmaq üçün qonşusunun yanına gedir. Qonşusu qəbul etmir; "Kasıb bir kəndlininmi xaç atası olacağam? "deyir.

Kasıb kəndli başqa birinin yanına gedir, amma o da qəbul etmir. Bütün kəndi dolaşır, yenə də kimsə onun uşağının xaç atası olmaq istəmir. Buna görə də başqa bir kəndə getmək üçün yola düşür. Qarşısına bir yolçu çıxır.

Ardını oxu...

 Şrift:

               Sezar Valexo
                 Peru şair və yazıçısı

    (Santyaqo-de-Çuko, 1892 - 1938 Parij)


 

                            Vaxtın zorakılığı

 

     Hamısı öldü.

     Kənddə ucuz çörək bişirən, batıq səsli qadın Antoniya  öldü.

     Cavanların, gənc qızların salam verməyindən xoşlanan və kimsəyə fərq qoymadan "Günaydın Jose, günaydın Mariya," deyərək hamıya salam verən rahib Santiyaqo öldü.

     O sarışın gənc qadın, körpə balası da özündən səkkiz gün sonra ölən Karlota öldü.

     Lap uşaqlıqdan xidmətçisi olan İsidoraya, o hörmətli qadına, evinin dəhlizində tikiş tikə-tikə keçmişindən qalan mahnıları oxuyan xalam Albina öldü.

     İndi adını xatırlamadığım, küncdəki tənəkəçi dükanının qarşısında oturub, səhər günəşində mürgüləyən o tək gözlü qoca öldü.

     Rayo, bu, boyu mənim boyuma çatan it, kim bilir kimin gülləsiylə vurulub öldü.

     Yağış yağarkən və xatirimdə yoxkən birdən ağlıma gələn, xəstə qaynım Lukas öldü.

     Bir-birini qovan illərin avqust günlərində, bir kədərə başqa üç kədəri də əlavə edn Revolverimdəki anam, yumruğumdaki bacım və qanlı bağrımdaki böyük qardaşım öldü.

    Klarnetiylə qəmli melodiya çalıb, məhəlləmizdəki toyuqları günəş batmazdan öncə yatıran o uzun boylu, əyyaş musiqiçi Mendez öldü.

    Sonsuzluğum öldü və mən onun baş ucunda sabahlayıram.

 

 



 Şrift:

            Elbert Hubbard Green - (1856 - 1915)  

            Amerikalı yazıçı, naşir, rəssam və filosof


             

                                        QARSİYAYA MƏKTUB

  Elbert Habbardın “Qarsiyaya Məktub” adlı, təxminən yüz il əvvəl yazılmış məqaləsi tarixin ən çox oxunan məqaləsidir. Milyonlarla surəti çıxarılmış, nazirlərə, cəbhələrdəki əsgərlərə, dövlət məmurlarına paylanmış bu məqaləni və məqalənin özü qədər təsiredici olan yayılma əhvalatını sizlərlə paylaşmaq istədik.

  Yer üzündə bir çox şairin şeirləri, yazıçının hekayələri, romanları, xarici dillərə çevrilmiş, öz ölkəsindən kənarda da nümayiş olunmuşdur, amma bir "qəzet köşə yazısı"nın bir çox xarici dillərə tərcümə olunması və bir çox xarici ölkələrdə dərc olunması çox maraqlıdır.

Ardını oxu...

 Şrift:


                                 YALÇIN TOSUN


                                                   DAMDAKI

                                                     (Hekayə)

    ... Sonra, bax, sən gəldin. Ulduzların altında yatdıq. Anam marağına boğulub gəlməzdən, ulduzlar başımıza ələnməzdən öncə yatdıq. Yenidən bir xəyal qurar kimi, heç oyanmayacaqmış kimi yuxuladıq. Mən öncə özümü yatmış kimi göstərərək, sənin yatmağını gözlədim. Sonra uzun-uzadı yatışına tamaşa etdim.

Ardını oxu...

 Şrift:


İllər öncə Çində Li-Li adlı bir qız evlənir və eyni evdə əri və qaynanası ilə birlikdə yaşamağa başlayır. Lakin qısa bir müddət sonra qaynanası ilə dolanmaq çox çətin olduğunu anlayır. İkisinin də xasiyyəti tamamilə fərqli idi. Bu da onların tez-tez mübahisə edib ailə daxili müzakirələrinə gətirib çıxarırdı. Bu, Çin ənənələrinə görə xoş bir davranış deyil və ətrafda reaksiyayla qarşılanırdı. Bir neçə ay sonra bitməz tükənməz gəlin - qaynana davası , o və yoldaşı üçün  ev cəhənnəmə dönmüşdü. Artıq bir şeylər etmək lazım olduğuna inanan gənc qadın doğru atasının köhnə bir dostu olan ədviyatçıya qaçır və dərdini izah edir. Yaşlı adam ona bitkilərdən bir dərman hazırlar və bunu 3 ay boyunca hər gün az-az qaynanası üçün bişirdiyi yeməklərin içinə tökməsini söyləyir.

Ardını oxu...

Sayğac