Xəbər lenti

 Şrift:


                                        Yukio Mişima


 

                                                     Sirk

                                                   hekayə

     Kreslosunda oturaraq, bir əlində mızrağını yelləyən sirk müdiri, bir söz demədən o biri əlindəki qamçının ucuyla havada dairələr, üçbucaqlar, kvadrat çəkirdi. Belə anlarında qəzəbli olurdu. Duyğusuz, hətta zalım bir adam olduğu deyilirdi. Mərhəmətsiz davranışla qarşısında güclü dayana bilən insanları nə qədər sevdiyini isə çox az adam bilirdi. O, “ölün” desə, sirk işçiləri dayandıqları yerdə yıxılıb ölə bilərdilər.

Sirk çadırının təpəsində qırmızı kəllə şəkli çəkilmiş bayraq dalğalanırdı.

 Əvvəllər Çindəki Hsinganling dağlarına göndərilən agentin yanında işləmişdi. R. ölkəsindən qadın casusun evinə üç gənc agent gəlmişdi. Mina partlaması nəticəsində o üç gənc agent və qadın casus ölmüşdü. Qadın casusun ətəyinin parçalarını və agentlərdən birinin şapkasını yüz metr kənardakı laləzarlıqda tapmışdı.

Ardını oxu...

 Şrift:

           
                                                M. Hakkı Yazıçı



                                  Oxumadan yazan taksi sürücüsü Çukça

    İbrahimin söhbətindən doymaq olmur. Saatın neçə olduğunu unudub, söhbətdən söhbətə keçib, köhnə-təzə, dayanmadan danışırıq. Söhbətdən doymayınca da, onu hər ziyarətimdən sonra, gecənin bir vaxtı evə necə gedəcəm dərdi başlayır.

Vidalaşıb, soyuğun yanaqlarımı yenə bıçaq kimi kəsdiyi Moskva küçələrinə addımımı atarkən metro çoxdan bağlanmışdı.

İbrahimin yaşadığı binanı, Titaniki arxama alıb getməyə başlayıram. Bu binaya böyüklüyünə görə xalq arasında Titanik deyirlər, Tulskayada Moskvanın ən məşhur arxitektura tikililərindən, incə, uzun, nəhəng bir beton yığınıdır...

Ardını oxu...

 Şrift:


                                 M. Hakkı Yazıçı


 

 
                                                    Gilyotin

 
                                                    hekayə

   Yuliyanın başı ağrıyırdı.

   Nə vaxt ağrımırdı ki?

   Xroniki miqren ağrıları körpə yaşlarından bəri yaxasını heç buraxmamışdı Yuliyacığın.

Nəmli gözləri kompyüter ekranına zillənmişdi, amma hiss olunurdu ki, fikri başqa yerlərdədir.

Onun o gözəl mavi gözlərindəki iztirabı hər dəfə duyarkən içim parçalanırdı.

Getmədiyi həkim, sınamadığı dərman qalmamışdı. Amma nə faydası...

Ağrı dərdi bir yana, bir mif kimi ictimai şüura yerləşmiş "Miqrenin müalicəsi yoxdur, onunla yaşamağı öyrənmək lazımdır" düşüncəsi çox üzücüydü.

Ardını oxu...

 Şrift:


                                            Franz Kafka


 

                                                         R ö y a
                                                            hekayə


   Josef K. yuxu görürdü.

   Gözəl bir gün idi və K.nın ürəyi gəzintiyə çıxmaq istəmişdi. Yenicə bir iki addım atmışdı ki, dərhal qəbiristanlığa gəlib çıxmışdı. Qəbiristanlıqdakı cığırlar çox dolambaçlıydı, çox ustalıqla salınmışdı. Sarsılmaz bir duruş və tarazlıqla sanki bir axına qoşulurmuş kimi o çığırlardan birinə düşdü sakitcə. Çox uzaqdan gözü yeni doldurulmuş bir məzar təpəciyinə sataşdı.Yanına getmək istəyirdi. Bu təpəciyin təsiriylə ovsunlanmış kimi idi. Məzara kifayət qədər sürətli çata bilməyəcəyini hiss etdi.

Ardını oxu...

 Şrift:


                          Əziz NESİN


                         Nə gözəl məmləkətdir

                                                 hekayə


      İki qonşu məmləkət arasında bir ticarət razılaşması olacaqdı. Bu məqsədlə qonşu məmləkətlərin birindən bir ticarət heyəti o biri məmləkətə getmişdi. Qonaq ticarət heyətinin başçısı öz məmləkətinəhər gün hesabat göndərirdi. Aşağıda bu gündəlik hesabatların əksini tapa bilərsiniz. 


3 MART 19 ... 


Hava limanında təyyarədən endiyimiz zaman bizi gömrük məmurlarından başqa qarşılayan olmadı. Məmurlar çamadanlarımızı, çantalarımızı eşələyib araşdırmağa başladılar. Biz, bu hərəkətin protokola zidd olduğunu, ticarət heyəti olduğumuzu, əşyalarımızı aramayacaqlarını söylədiksə də, gömrük məmurlarını anlada bilmədik.

Ardını oxu...

 Şrift:


                                       Gi de Mopassan


 

 

Atasız uşaq 

(əsl adı Simonun atası)

hekayə

      Yenidən dilimizə “Atasız uşaq” adı ilə tərcümə etdiyim Gi de Mopassanın "Simonun atası" adlı hekayəsini mənim kimi atasız, ata qayğısından məhrum böyümüş bütün insanlara həsr edirəm.

       Saat on ikini vururdu. Məktəbin qapısı açıldı və oradan dəcəl uşaqlardan ibarət dəstə tez çıxmaq üçün bir-birini itələyərək çölə tələsdilər. Amma hər gün olduğu kimi müxtəlif tərəflərə dağılışmaq və nahar üçün evə yüyürmək əvəzinə məktəbdən bir neçə addımlıqda dayandılar, bir yerdə toplaşıb pıçıldamağa başladılar.

Məsələ onda idi ki, bu gün səhər Blanşotun oğlu Simon birinci dəfə dərsə gəlmişdi. Uşaqlar valideynlərinin Blanşot haqqında söhbətlərini eşitmişdilər. Mehribanlıqla qarşılamalarına baxmayaraq, öz aralarında onun haqqında nifrət dolu təəssüf hissi ilə danışmaları uşaqlarda da həmin qadına qarşı anlaşılmaz bir nifrət oyatmışdı.

Simonu uşaqlar yaxşı tanımırdılar, çünki o, evdən çıxmırdı. Uşaqlarla qəsəbənin küçələrində, çay qırağında oynayıb ora-bura qaçmırdı. Buna görə də uşaqlar onu sevmirdi. İndi isə təzə xəbər onlarda qəribə bir sevincə səbəb olmuşdu.

Ardını oxu...

 Şrift:

 
                                                     Cek LONDON


                       
                                 İnsanı öldürmək

                                                       hekayə

    Evi zəif gecə lampaları zorla işıqlandırsa da, qadın özünə yaxşı tanış olan böyük otaqlarda və geniş salonlarda sərbəst gəzir, yarımçıq qoyduğu şeirlər kitabını axtarırdı. Axşamtərəfi kitabı harasa qoymuş, indi isə xatırlamışdı. Qonaq otağına girib işığı yandırdı. Qadının çılpaq boynu və çiyinləri kənarları krujevalı, solğun qırmızı ipək donun içində üzürdü. Gecədən keçməsinə baxmayaraq, qadının barmaqlarındakı üzüklər bərq vururdu, qızılı saçları səliqəylə yığılmışdı.

Ardını oxu...

 Şrift:


                                          Con STEYNBEK 


 

    Əziz yazıçı!
    Stanforddaki hekayə yazmaq kursuna getməyimin üstündən çox uzun müddət keçməsinə baxmayaraq, o vatkı təcrübələrimi çox yaxşı xatırlayıram; gözlərim parlayırdı və gözəl hekayə yazmağın gizli düsturunu öyrənmək üçün özümü hazırlamışdım. Bu illüziya çox qısa sürdü. Bizə deyilənə görə yaxşı bir hekayə yazmaq üçün yalnız bir yol vardı: o da yaxşı bir hekayə yazmaq idi. Hekayənin necə yazıldığını görməkdən əlavə, yaxşı bir hekayə yazmaq, ancaq yazıldıqdan sonra aydın ola bilər.

Ardını oxu...

 Şrift:

                      

                                               SAİT FAİK


                                                    İpək yaylıq

                                                       (Hekayə)

       Ay işığı İpək fabrikinin həyətini aydınladırdı. Hər tərəf sükut içində idi. Fabrikin qapısının ağzından adamlar gəlib keçirdilər. Mən neyləyəcəyimi bilmirdim. Boş-boş gəzinirdim həyətdə. Birdən gözətçi arxadan məni səslədi:
      - Haraya gedirsən?
      - Heç, bir az gəzib-dolaşmaq istədim.
      - Kəndirbazlara baxmağa getməyəcəksən?
      - Elə bir niyyətim yoxdur, - onu əvəz etməyim üçün yalvardı-yaxardı, sonda razı saldı. Bir az oturdum, durub gəzindim. Daha sonra bir siqaret çəkdim, bir nəğmə züm-zümə etdim.

Ardını oxu...

 Şrift:


                              İsaak BABEL


 

     Qısa hekayə ustası olan İsaak Babel, bəlkə də Diaspora Yəhudilərinin ziddiyyətlərini ən yaxşı anlayan yazıçılardan biridir. O, Sovet rejimində yaşamış və yazmışdır. Müasiri İlya Erenburqun dediyi kimi, dövrün ən hörmətli rus yazıçısı kimi xarakterizə edilir.

     Babel, maraqlı hekayələr  yazmaqla yanaşı film senarsi də yazmış, məşhur rus rejissoru Sergey Eyzenşteyn ilə də işləmişdir. Ömrünün sonuna doğru, Babel, dərin bir sükuta dalsa da “Yeni hekayələr” adlı yeni bir koleksiya ilə məşğul olmuş və Şolem Alexemin əsərlərini rus dilinə çevirmişdir. 15 May, 1939-cu ildə Stalin qüvvələri tərəfindən həbs olunub ölüm düşərgəsinə göndərilmişdir. Necə öldüyü hələ də bir sirrdir. İkinci arvadı A.N. Pirojkova, xatirələrində, Babelin, 1942  - ci ildə bir silahlı hücumda öldürüldüyünü və ya ürək böhranından öldüyünü yazır. (Sovet arxivləri ölüm ilini 1941 göstərir).

     Babelin,orijinal yazıları toplnmış və bir çoxu isə heç tapılmamışdır. Hekayələri, 1955-ci ildə Valter Morison tərəfindən İngiliscəyə tərcümə və çap olunmuşdur. Hekayələrindəki xarakterlər daim, fiziki güc və ağıl, assimilyasiya və qaçış, bağlılıq və sükut kimi ziddiyyətlər arasında qalır və buna görə də xoşbəxtlik onlardan çox uzaqdır.

 

                                   Quş qəfəsimin hekayəsi

                                        hekayə

         Uşaq olarkən həmişə bir quş qəfəsimin olmasını istərdim. Həyatımda nəyisə bu qədər çox istədiyimi xatırlamıram. Atam mənə qəfəsi düzəldə bilməyim üçün lazımi odunu götürməyimi və içinə üç göyərçin qoymağı deyəndə doqquz yaşındaydım. 1904-cü il idi və o zamanlar Nikolayevdəki orta məktəbin qəbul imtahanlarına hazırlaşırdım. Belə bir yer, artıq yoxdur. Yaşadığımız bölgə, artıq Odessa sərhədlərindədir.
   İmtahanlara ciddi şəkildə hazırlaşdığım vaxtlar, doqquz yaşındaydım. Rus dili və aritmetik dərslərinin hər ikisindən  göstəricilərim olduqca yüksək idi.

Ardını oxu...

Sayğac