Xəbər lenti

 Şrift:


                       
                            S
ən istəməsən müharibə olmaz!

    Sən - makinaçı adam və atelyedəki adam, sənə sabah, su boruları və yemək qabları hazırlamaqdan əl çəkib, dəbilqələr və avtomat silahlar hazırlamağı əmr edərlərsə, edəcəyin bircə şey var: döyüş, XEYR de!

Ardını oxu...

 Şrift:


     XIX əsrin, təxəllüsü, güclü şəxsiyyəti, fırtınalı həyatı və dövrün ən görkəmli sənətkarları və ədəbiyyatçılarıyla qurduğu əlaqələriylə tanınan, dövrünün ən görkəmli yazıçılarından biri olan Jorj Sandın, əsrin daha bir görkəmli yazıçısı, Qustav Floberə yazdığı kədər, bəzən təbəssüm doğuran həyəcan dolu məktubunu təqdim edirik!

Ardını oxu...

 Şrift:


     Raimundas  Samuleviçius  (1937-1981)  

        Litva  dramaturqu və nasiri. 


                                                                                           

                              BOZ ÜRƏK

                                                        (hekayə)

         Adətən, insan öz əliəyriliyindən – yəni oğurluğundan heç söz açmır, bu barədə həmişə susmağı üstün tutur. Ancaq bu da aydın həqiqətdir  ki, Allahın və insanların bütün qanunlarında daim təkrar-təkrar bildirilir: «Oğurluq etmə».  
 Mənim sizə indi danışdığım hadisə beş il qabaq, erkən bir bahar çağı baş vermişdi.
        O zaman səhər doqquzda “Nerinq” mehmanxanasında adam gözə dəymirdi. Növbətçi qadın da şirin-şirin mürgüləmişdi.

Ardını oxu...

 Şrift:

                       
                                                      Alfons DODE


 

 

                                   Qızıl beyinli adam

 

Əyləncəli hekayələr istəyən xanıma

 

   Məktubunuzu oxuyarkən, madam, vicdan əzabı çəkmiş kimi oldum. Hekayələrimin həmişə belə hüznverici olmağından özüm özümə hirləndim. Artıq bu gün sizə şən, həm də dəlicəsinə şən bir nağıl danımağı düşündüm.

Həqiqətən, axı niyə kədərli olmalıyam ki? Parisdən min fərsəx uzaqda, misket şərabının diyarında, günəşli bir təpənin başında yaşayıram. Dəyirmanımın ətrafında günəşlə musiqidən başqa heç nə yoxdur. Sərçələrdən ibarət orkestrim var. Süb açılınca, ötürlər! Günortaüstü isə avqust böcəklərinindir. Sonra, tütək çalan çobanlarımı istəyirsiniz, yoxsa bağlardan qəh-qəhələrlə gələn qaraşın gözəllərimi? .. Doğrusu bura, qara düşüncələrə dalınası yer deyil. Xanımlara əsl şeirlərlə birgə qalaq-qalaq sevgi hekayələri göndərməliydim.

Amma olmur! Hələ Parisdən xilas ola bilməmişəm. Hər gün, şam ağaclarımın arasında olduğum vaxtlar belə, Parisin dərd çirkabından özümü qoruya bilmirəm. Bu sətirləri yazdığım anda, zavallı Çarlz Barbaranın yoxsulluq içində öldüyünü eşitdim. Bütün dəyirman, yas içindədir... Sərçələrlə  avqust böcəklərinə "hələlik" deyirəm! .. Xoş şeylər haqqında düşünəcək halda deyiləm. İndi, madam, bu məqsədlə sizə yazmağı düşündüyüm o gözəl sevgi hekayəsi əvəzinə, yenə kədərli bir nağıl göndərəcəyəm.

 

                                                             * * *

     Bir varmış, bir yoxmuş, qızıl beyinli bir adam varmış. Bəli, elədir, madam, həm də içi dolu bir beyin. Dünyaya gəldiyi zaman başı elə ağır, kəlləsi elə böyükmüş ki, həkimlər, “bu uşaq yaşamayacaq”, demişlər.

Demişlər, amma uşaq yaşayır, günəşdə boy atan gözəl bir zeytun fidanı kimi inkişaf edir. Ancaq böyük başı həmişə ağırlıq edir. Gedərkən sağa - sola ləngərləməsi, çox acınacaqlı imiş... Tez-tez yıxılırmış da. Bir gün pilləkandan diyirlənir və alnı mərmər döşəməyə dəyir, kəllə, bir mədən külçəsi kimi "zınq!" edir. Öldüyünü zənn edirlər. Amma uşağı yerdən qaldırdıqları zaman, qumral saçlarında donmuş iki - üç qızıl damlasıyla, yüngül bir yaradan başqa bir şey tapa bilmirlər. Ata-anası, oğullarının beyninin qızıl olduğunu görürlər.

Bunu adamlardan elə gizlin saxlayırlar ki, yazıq uşağın özünün də xəbəri olmur; qonşu uşaqlarıyla həyətdə oynamağına icazə verilmədiyininin səbəbini soruşanda anası ona:

- Səni oğurlayarlar, almazım! - deyə cavab verir.

Uşaqcığaz, oğurlanmaqdan çox qorxur; heç ağzını açmadan, təkbaşına oynamağa gedir, bir otaqdan o biri otağa, kiçik, sürətli addımlarla gəzib-dolaşır...

Ancaq on səkkiz yaşına qədəm qoyunca ata-anası, ona taleyin bəxş etdiyi o gözəl nemət haqqında danışırlar; bu yaşa qədər bəsləyib böyütmələrinin qarşılığında, qızılından bir az istəyirlər. Uşaq heç tərəddüd etmədən, o an, - necə, nə ilə bu, nağılda yoxdur, - beynindən qoz böyüklüyündə bir qızıl külçəsi qopararaq, lovğalana-lovğalana anasının ayaqları altına atır... Sonra, başında daşıdığı bu sərvətdən gözü qamaşır, min bir arzu ilə dəlilik həddinə çatır; öz qüdrətindən məst olaraq atası evindən çıxır və diyar - diyar gəzərək xəzinəsini havaya sovurmağa başlayır.

 

                                                         * * *

   Saysız-hesabsız qızıl xərcləyərək yaşadığı həyata baxınca, onun beyninin bitib tükənməyəcəyini zənn etmək olardı... Amma beyin tükənməkdəymiş, beyin tükəndikcə də gözlərinin işığı sönməyə, yanaqları çökməyə başlayır. Sonda, günlərin bir günü zavallı gənc, mərasim tullantıları və saralıb solan çilçıraqlar arasında tək-tənha qalınca, qızıl külçəsinin açdığı böyük çatı görüb hürkür, artıq dinc oturmaq zamanının gəldiyini anlayır.

    O andan sonra, yeni bir həyata başlayır. Qızıl beyinli adam, artıq xatırlamaq istəmədiyi bu uğursuz zənginliyi unutmağa çalışaraq, şeytana uymaqdan qorxan bir xəsis kimi vəsvəsə içində, tək-tənha, bir küncə çəkilib yaşayır. ... Nə yazıq ki, sirrini öyrənmiş bir dostu, onu qarabaqara izləyir, yanından əl çəkmir.

 Bir gecə, bədbəxt adam, qorxunc bir baş ağrısıyla sıçrayaraq oyanır, çaşqınlıqla dikəlir və Ay işığında, dostunu, paltosunun altında nəsə gizlədərək qaçarkən görür...

Demək beynindən yenə də bir parça qızılı oğurlamışlar!..

Bundan bir müddət sonra, qızıl beyinli adam aşiq olur... Bütün qəlbi ilə sarışın bir qadını sevir, qadın da onu sevir; amma bəzək – düzəyi, ağ tüklü şapqaları, gözəl tüklü ayaqqabıları daha çox sevirmiş.

Bu, yarıkörpə, yarıquş, balaca xanım-xatunun əllərində qızılın əriyib getməsi ona xoş gəlir. Qadının cürbə-cür istəkləri varmış, o da heç bir zaman "Olmaz!" deyə bilmir; onu üzməmək üçün, sonacan zənginliyinin o hüznverici sirrini gizlədir.

Qadın ona:

- Biz çox varlıyıq, elədirmi? - deyə soruşduqda, bədbəxt adam:

- Əlbəttə, çox dövlətliyik! - deyir. Sonra da başını məsumcasına gəmirən bu kiçicik dövlət quşunun üzünə sevgiylə gülümsəyir. Amma bəzən qorxur, xəsislik etmək istəyir; amma o an qadıncığaz, nazlana-nazlana ona yaxınlaşır və:

- Həyatım, - deyir, - sən ki, bu cür varlısan, mənə bahalı şeylər alsana!

Adam da ona bahalı şeylər alır.

Bu, iki il bu cür davam edir, sonda bir səhər, qadıncığaz naməlum səbəbdən quş kimi ölüb gedir... Xəzinə də tükənmək üzrəymiş... Zavallı adam, qalan qızıllarla sevimli arvadına gözəl bir cənazə mərasimi təşkil edir. Zənglər çalınır, cənazə maşını qaralara bürünür, atlar bəzənir, qara qumaş pərdələrə göz yaşı kimi gümüşdən bəzəklər asılır. Bütün bu etdikləri ona az görünür. Qızılı necə gəldi xərcləyir yenə də. Kilsəyə verir, cənazəni götürənə verir, çələng satanlara verir; heç qiymət razılığı etmədən, hər istəyənə verir... Elə ki, qəbiristanlıqdan qayıdır, bu qeyri-adi beyin boşalır; ancaq kəllənin dibində, bir neçə parça qızıl qalır.

Onu, sərxoş kimi əllərini uzadaraq, ləngər vura-vura, küçələrdə dolaşan görürlər. Axşam olub mağaza  işıqlanınca, top - top parçalarla növ-bənöv bəzək əşyalarının işıqda par-par parladığı vitrinin qarşısında dayanır. Kənarlarında qu tükləri olan mavi rəngli kətandan tikilmiş bir cüt qadın ayaqqabısına heyran - heyran baxır. Öz - özünə "Bunlar bizimkinin xoşuna gələr!" deyərək gülümsəyir. Arvadının öldüyünü unudaraq, ayaqqabları almaq üçün mağazaya daxil olur.

Satıcı qadın, dükanın arxa tərəfindəykən qorxunc bir qışqırıq eşidir və dərhal qaçır. Bir də nə görsə yaxşıdır? Görür ki, bir adam, ayaqüstə masaya söykənib, iztirabla, çaşqınlıqla ona baxır. Bir əliylə qu tüklü mavi ayaqqabıları tutmuş, qan içində olan digər bir əliylə də, dırnaqlarının ucuna yapışmış bir neçə qızıl zərrəsini ona uzadıb dayanır…

Madam, qızıl beyinli adamın nağılı, bir nağıla bənzəməsinə baxmayaraq, əvvəlindən sonuna qədər həqiqətdir. Bu dünyada beyinlərini xərcləyərək yaşamağa məhkum elə zavallılar vardır ki, ən kiçik ehtiyaclarını belə, özlərinin və iliklərinin o qatışığı olmayan qızıllarıyla ödəyirlər. Bu, onların gündəlik acısıdır. Sonra bir gün, acı çəkməkdən də bezib usanınca...

Persona.az

 Şrift:


                              Ahmet ERHAN



PƏNCƏRƏMDƏ DOLANMA, AYİŞIĞI

 
Pəncərəmdə dolanma, Ayışığı

Küləyin nəfəsiylə tir-tir titrəyən

Ağacların halını soruş

-Yoxsul və kimsəsizdirlər

Dənizlərin dibində atılıb-düşən

Balıqların kürəklərini isit

 Pəncərəmdə dolanma, Ayışığı

Gözlərimlə küçələrə baxdığımda

Tənhalığı taparsam

 sahibsiz və dağınıq kitablarımı taparsam

Otaqlarda, evlərdə

Radiolarda ürək tellərini titrədən

Bir türkü səslənərsə

 Pəncərəmdə dolanma, Ayişığı

Küləkdə əl çırpan çayları xatırlaram

Qucağında kəklik oynadan çölləri

Budaqlarında təzə gəlinlər kimi

istəklə nazlanan

əriklər

Köhnə bir patefonda Theodorakis səslənir

Bir gəmi açılır Birə limanından

Dostluğun və sevginin

dalğalarına çarpa - çarpa

Köhnə bir patefonda qardaşlıq türküsü səslənir

Sızıltılarla və bağırtılarla

Titrəyir tellər

Pəncərəmdə dolanma, Ayişığı

Darıxıram, bir dostu qucaqlamaqdan ötrü

Onunla ağlamağı, sakitcə

Arzulayıram, bir çiçəyi öpərkən

Torpağı öpürmüşcəsinə sevinməyi

Pəncərəmdə dolanma, Ayişığı,

Yorğunam

Pəncərəmdə dolanma, Ayişığı, bu gecə

 

DEYİR Kİ, AĞLAMA…

Qırışmış jaketimi dartışdırır anamın əlləri

Uçurumlar arasında burğaclanan külək

Kirpiklərimi yandırır - deyir ki, ağlama

Azacıq uzaqda dəniz, zeytunluq ucsuz-bucaqsız

Anamın əlləri duz qoxusu verir, reyhan, sabun

Qoxular nərdivanı doğurmuş məni

Dayanıb dayanıb səndələyirəm - deyir ki, yıxılma

Böyümüşəm, üzümüm şəraba çevrilmiş kimi

Özümü içirəm qan və tər - deyir ki, içmə...

 

ŞAİR OLMAQ ZƏRƏRDİR ÖMRƏ...

Şeirlər yazdım, türküler söylədim

Ən çox birini sevdim, ən çox

Aynalara sürtdüm üzümü, olar - olmaz yerdə

Dişimi çiçəklərlə itilədim

Yorğunam desəm də inanma, deyiləm

Yaşaram hələ uzun illər

Əllərim həmişə bu cür, yaramın üstündə

Ağrının tarixini düşünərəm

İşıq, qaranlıqdır necə,

Ayıra bilirsən ayır gücün yetdiyincə

Mən bildiyimi söyləyərəm

Şair olmaq zərərdir ömrə...

 

 

GÖZLƏRİN İPƏK YOLUDUR ÖMRÜMÜN

 

Gözlərin ipək yoludur ömrümün

Akasiya yüklü karvanlar keçər

Zəng səsləri arasında bir fənər

Yanar, sönər, yanar, sönər, yanar, sönər

Gözlərin ipək yoludur ömrümün

Şəhərin ən qələbəlik yerlərində

Dördnala çapan bir at kimi

Dəliliyə aparan, tənhalığa, ölümə

Yazılmış şeirləri yenidən yazmaq, bütün

Həyatı hazırlamaq yeni bir günə

Və sonra sökməkdir, uzun-uzadı

Gözlərin ipək yoludur ömrümün

Tənhalıqdan gələr, tənhalığa gedər

yazılır hər şeyin altına bir tarix

Darıxıram, günlərdir gecələr uzanır

Yaşamaq dünyanı ödülləndirməkdir, artıq

Özümü öldürdüyüm yerlərdə məni qan tutar

Başıma gələcəkləri bilə - bilə gedərəm

Hilton Otelində hu çəkərəm, huu ...

Bax, burda mən də bir dərvişəm

Əsamı qarderobda qoymaq zorunda qalaram

Neskafeni konyakla qarışdırdığım günlər, gecələrdir

Baxaram gözlərinə, vücudum titrəyir

Tökdüyüm ağrılar, illər, kədərlərdir

Alnıma bir ovuc duz atılır düşünəməm

Danışamam, ağlayamam bağıramam

Niyə gecə, hər gecənin ardından gəlir

Gözlərin ipək yoludur ömrümün

Gözlərin tarixçəsidir, yaşayıb öldüyümün

Cökə ağacları altında bir Sarayevo xatirəsi

Röyadır bu, oturub danışırmışıq

Sən, mən və Dəniz, bir də küləyin örtdüyü gəncliyimiz

Sən mən və Dəniz. 



 Şrift:


                                     Edqar Allan Po



                                          Xəbərçi ürək

                                              (
hekayə)

    Doğrudur! Əsəbiydim, çox pis əsəbiydim, hələ də eləyəm, amma dəli olduğumu kim deyir? Xəstəliyim duyğularımı kütləşdirmişdir, sıradan çıxarmamış və ya korşaltmamışdır. Bunlardan başqa, dəhşətli olan eşitmə duyğusu idi. Cənnətdəki və dünyadakı bütün səsləri, hətta cəhənnəmdən gələn bir çox səsi eşidirdim. Deyin, necə dəli ola bilərəm? Dinləyin və görün, bütün baş verənləri sizə necə ustalıqla - necə sakit halda danışıram.

İlk dəfə bu fikrin ağlıma necə gəldiyini demək mümkün deyil, amma ağlıma gəldiyi andan etibarən məni gecə-gündüz rahat buraxmadı. Bir məqsədim, bir arzum yox idi. Qocanı sevirdim. Mənə heç bir ziyanı dəyməzdi. Məni heç üzməzdi. Qızıllarında da gözüm yox idi. Məni əsəbiləşdirən... Düşünürəm ki, gözləriydi! Bəli, bu idi! Bir çalağan gözü vardı onda – üstündə nazik bir pərdə, donuq, mavi göz.

Ardını oxu...

 Şrift:

                                 
                                              Əhməd Həmdi Tanpınar
 

           (
 1901 - 1962İstanbul ), Türk romançı, hekayəçi, şair, müəllim, tərcüməçi, ədəbiyyat tarixçisi, siyasətçi.



                                                         Bir yol

    Birdən-birə ayağa qalxdı və əliylə qatarın pəncərəsindən işarə edərək:

  -Bax, - dedi, - bu gördüyünüz kiçik yol, bu iki ağac arasında təpənin ətəyinə dolanan cığır... Fövqəladə heç bir şey yoxdur, deyilmi? Sadəcə, hər yerdə çox - çox rast gələ biləcəyimiz bir şeydir... Bununla yanaşı, hara getdiyini, haradan gəldiyini bilmədiyim, bir müddət sonra itən tozlu hissəsindən başqa heç bir tərəfini tanımadığım bu yol mənim həyatımda bütöv bir sərgüzəştdir.

   On beş ildən bəridir, bu yolla hər ay bir - iki dəfə səyahət edirəm. Bu uzun yolun iki tərəfində və onun dönə - dönə dəyişən kənarında tanımadığım heç bir şey yoxdur. Yatdığım yerdən gözümə dəyən sivri bir qaya parçası, yalnız işıqlı havada titrəyən təpəsini gördüyüm bir ağac, nə bilim hətta daha fövqəladə bir işarəylə bütün ətrafı özlüyümdə canlandıracaq qədər bu yollara bələdəm, lakin illərdir, bu kiçik yol parçasını, yol belə deyəməyəcəyimiz bu tapdanmış qırmızı torpağı daim yeni bir şey kimi seyr etdim.

Ardını oxu...

 Şrift:


                Qorkidən Çexova: "Dühanızın qarşısında özümü itirərək, titrədim"

 

Nijni - Novqorod, 1898 Noyabr

Əzizim Anton Pavloviç,

... Bir neçə gün əvvəl Vanya dayını gördüm; gördüm və qadın kimi ağladım ... qəhrəmanlara baxarkən, sanki, kor bir mişar ürəyimə girir, qəlbim mişar dişlərinin altında büzülür, inləyir, parçalanırdı. Mənim üçün, bu Vanya dayı xariqüladə bir şeydir, yeni bir teatr kəşfidir; bir çəkicdir, qaldırıb tamaşaçının boş başına endirdiyiniz bir çəkic...

Ardını oxu...

 Şrift:

                 

                                   "Ürəyini ortaya qoymaq lazımdır"

    1938-ci ilin sonlarında, yazıçılıq sınaqlarına başlayan Frances Turnbull, son hekayəsini ailə dostu olan Fitsceralda göndərir. Hekayəni oxumaqla kifayətlənməyib cavab yazmağa da vaxt ayıran məşhur yazıçı, bir az ağır da olsa səmimiyyət dolu tükürpərdici bir cavab yazır. Həmin cavab Fitsceraldın yazmaq prosesini anlamağıza kömək olan, bütün yazıçı olmaq istəyənlərin faydalana biləcəyi bir nəsihətdir.

   9 Noyabr 1938

   Sevimli, Frances;

  Hekayəni diqqətlə oxudum, Frances və kədərlənərək deməliyəm ki, professional bir iş görməyin əvəzi, sənin hələ ödəməyə hazır olmadığın qədər böyükdür. Sənin, yalnız ucundan toxunulan kiçik şeyləri, axşam süfrəsində izah ediləcək əhəmiyyətsiz təcrübələri deyil, ürəyini, ən güclü reaksiyalarını ortaya qoymağın lazımdır.

Ardını oxu...

 Şrift:

       
                               Frensis Skott Fitscerald


 

                                               Kibrit üçün təşəkkür edirəm

                                                           hekayə

     Xanım Hanson qırx yaşlarında, yüngülcə solmuş, gözəl bir qadın idi, Çikaqonun xaricinə müəyyən yerlərə gedərək korset və jartiyer (seksual qadın alt paltarı) satardı. Uzun illərdən bəri suverenlik qazanmış yerlər arasında Toledo, Lima, Springfield, Kolumbiya, İndianapolis, Forte Wayneyə gəlmişdi; İova-Kanzas-Missuri xəttinə gəlişi onun üçün ən ali dərəcəyə qalxmaq mənasını verirdi, çünki firması Ohionun qərb bölgəsində kök salmış bir firma idi.

Şərq bölgəsindəki müştərilərini, onlarla dostluq edəcək qədər tanıyırdı, alıcılardan birinin bürosunda iş danışıqları bitdikdən sonra ona nəsə bir içki və ya siqaret verərdilər. Yeni satış bölgəsində qısa müddətdən sonra işlərin heç də belə getmədiyini hiss etdi.

Ardını oxu...

Sayğac