Xəbər lenti

 Şrift:
 
                                ƏDƏBİYYAT ÜZRƏ İKİNCİ NOBELÇİ


1902-ci il: TEODOR MOMMSEN
 
Teodor Mommsen – 30 noyabr 1817-ci ildə Almaniyanın Hardinq şəhərində, lyüteran keşiş Yens Mommsenin ailəsində anadan olub. Atasının xidmət etdiyi Bad-Oldeslo şəhərində böyüyüb. İlk təhsilini evdə atasından alıb, sonra isə dörd il Altonda gimnaziyada oxuyub. Orada yunan və latın dillərini öyərinb və 1837-ci ildə diplom alıb. Sonra Kil universitetinin  hüquq fakültəsinə qəbul olunub və 1843-cü ildə “Roma qanunvericiliyi” mövzusunda doktorluq dissertasiyanı müdafiə edərək təhsilini bitirib.

Ardını oxu...

 Şrift:

     ƏZİZ OXUCULARIMIZ, “PERSONA.AZ” PORTALI HƏR HƏFTƏNİN CÜMƏ GÜNÜ YAZIÇI-TƏRCÜMƏÇİ ƏYYUB QİYASIN TƏQDİMATINDA “ƏDƏBİYYAT” QƏZETİNDƏ ÇAP OLUNAN "ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATÇILARI" RUBRİKASINI TƏDQDİM EDƏCƏK!
 
 
                         ƏDƏBİYYAT ÜZRƏ İLK NÖBELÇİ

                              1901-CİİL: SYÜLLI - PRYÜDOM
 
   Ədəbiyyat üzrə ilk Nobel mükafatı laureatı fransız şairi Syülli-Pryüdom (Rene Fransua Syülli-Pryüdom) olub. O, 1839-cu ilin 16 martında Parijdə doğulub.
Şair 1865-ci ildə “Beytlər və şeirlər” (Stances et poèmes) adlı ilk toplusunu Syülli-Pryüdom (atasının tam adı) təxəllüsü ilə çap etdirib və adı çəkilən kitab Ş.Sent-Bev tərəfindən yüksək qiymətləndirilib. 1881-ci ildə Syülli-Pryüdom şair kimi Fransa akademiyasına üzv seçilib. Onun şeirləri “Parnas”, “Çağdaş Parnas” dərgilərində çap olunub və həmin şeirlər “parnasçıların” – romantik ədəbi məktəbə qarşı çıxış edənlərin – ədəbi manifestinə çevrilib.

Ardını oxu...

 Şrift:
     Firuz MUSTAFANIN  təqdimatında
    Susən N.Rəzinin tərcümələri
 

                                 Susən N.Rəzi

     Susən Nəvadeye Rəzi, 1963-cü ildə Təbriz şəhərində anadan olmuşam. Aydın düşüncəli atam, kitab oxuyan anam və sinəsi folklor xəzinəsi olan hikmətli bir ənnəm (yəni atamın anası-nənəm) var idi. Birinci sinifdən farscadan əlavə, fransızca dərs aldım. İran inqılabının qarmaqarışıqlığına qurban gedən bir çox gəncimiz kimi, mən də yüksək təhsilata davam etməkdən məhrum qaldım. Ancaq öz- özümü eyitməkdən heç vaz geçməyib, doğma türkcəmizi kiril, latin və ərəb əlifbasıyla öyrənməyə qeyrət etdim. 1990-cı ildən şeirlərimi, köçürmələrimi,  qısa yazı və nağıllarımı yerəl dərgilərdə yaymağa başladım.  Ardıcıl olaraq hər gün türkcə- farsca və farsca- türkcə topladığım sözcüklər Azəri səhifə-də çap olundu.

Ardını oxu...

 Şrift:
 
                                              F.V. Şiller


                                             G  İ  R  O  V

                                                 hekayə
 
   Zalımlar zalımı Dionisə gizlicə yaxınlaşarkən, Damonun üstündən bir xəncər çıxdı. Əsgərlər onu dərhal zəncirləyərək kralın hüzuruna gətirdilər.
Canavar, qaşlarını çataraq nərildədi:
- Söylə, bu xəncərlə sən nə etmək istəyirdin?
- Zalim, məmləkəti sənin əlindən qurtarmaq istəyirdim.
- Demək belə! Çarmıxa uzadılınca ağlın başına gələr!
  Damon heç çəkinmədən:
- Ölməyə hazıram, - dedi. -Sənə həyatım üçün yalvaran deyiləm. Yalnız səndən kiçik bir diləyim var; mənə üç günlük möhlət ver. Bacım ərə gedəcək, onun toyunu edim. Bu müddətdə bir dostumu sənə girov qoyum. Qayıtmasam, mənim əvəzimə onu öldür.

    Kral bunu eşidincə hiyləgər - hiyləgər gülümsədi, əvvəl bir az düşündü və sonra dedi:
- Yaxşı, sənə üç günlük icazə verirəm. Ancaq bunu bil ki, bu günlər tamam olar-olmaz, əgər qayıdıb dərhal təslim olmasan, dostun sənin əvəzinə çarmıxa çəkiləcək, sən isə bağışlanacaqsan.
Damon vaxt itirmədən dostunun yanına qaçdı:
- Zalim kralın əmri var, məni öldürmək üçün çarmıxa çəkdirəcək. Onu öldürmək istəyimin əvəzini qanla ödəmək gərəkdir.

Ardını oxu...

 Şrift:

                                       Çarlz BUKOVSKİ

hər şeyə rəğmən,
içindən fışqırmırsa
burax, etmə.
ürəyindən və ağlından və ağzından
və ciyərindən gəlmirsə,
burax, etmə.
kompüter ekranına baxaraq
saatlarla oturman lazımdırsa
yaxud makinaya
gömülərək
sözlər axtarırsansa,

Ardını oxu...

 Şrift:

                       Volfqanq BORXERT

                                                MƏTBƏX SAATI

                                                         hekayə

     Onlara yaxınlaşdığını uzaqdan görmüşdülər, çünki diqqət çəkirdi. Olduqca yaşlı bir üzü vardı, amma yerişindən hələ iyirmi yaşında olduğu aydın olurdu. Yaşlı üzüylə onların yanında – skamyada əyləşdi və sonra onlara əlindəkini göstərdi.
   Bu bizim mətbəx saatımızdır, - dedi və günəşin altında skamyada oturan hər kəsi bir-bir gözdən keçirdi. -Bəli, ancaq bunu tapdım.

Ardını oxu...

 Şrift:

           
                        Donald Barthelme

                        Amerikalı postmodernist yazıçı


 

                                                 Y A R A

                                                   novella

       Yatdığı yerdə yenidən dik qalxdı. Anasının saçını tutmaq üçün ona hücum etdi. Anasının saçına doğru! Amma anası çox zərif bir hərəkətlə oğlunun əlini sovuşdurdu. Aşbaz, əlindəki sobada qızardılmış bifştekslə gəldi. Matadorun anası, bifşteksin yanında olan gümüş qabın içindəki sousun dadına baxdı. Üzünü turşutdu. Matador, qızarmış bifşteksə əhəmiyyət vermədən gümüş qabı anasının əlindən aldı və sousdan bir udum içdi. Bir tərəfdən də arvadıyla baxışmağına davam edirdi.

Ardını oxu...

 Şrift:
 
Tərcümə işi , əsasən də rus ədəbiyyatından bədii tərcümələr çoxdandır ki, həyatımın bir parçasına çevrilib. Anna Axmatova, Marina Svetayeva, Eduard Asadov, Fyodor Tütçev, Mixail Sinelnikov və s... kimi rus şairlərinin əsərlərini ana dilimizə çevirməkdən böyük zövq alıram.
Bir yazarı tərcümə etmək – onun iç dünyasına müdaxilə etmək, onu anlamağa çalışmaq  və bu müddət ərzində başqa bir rola girmək deməkdir.
Çoxu, artıq haqq dünyasında olan dahiləri yada salmaq, başqa bir xalqa təqdim etmək, sevdirmək – onları yenidən bu dünyaya qaytarmağa bərabərdir.
Taleyi, haradasa üzünü heç zaman görmədiyim, lakin hər zaman sevgi duyduğum babam Şərif bəy Şıxlinskinin taleyinə bənzəyən Osip Mandelştamın şeirlərinə də təbii ki, biganə qala bilməzdim. O, bir başqa gözəlliyə malik şeirlərilə ölməzliyə qovuşmuşlardan, adını ədəbiyyata və əbədiyyətə həkk etmişlərdəndir.
Ümidvaram ki, Azərbaycan oxucusu da mənim qədər bu bənzərsiz yazarın şeirlərini sevəcəkdir.
                                                                      Afaq Şıxlı
                                                                           Moskva
                                  

                                         Osip Mandelştam
 
                   ***
Zərif bir axşamdır... Alaqaranlıq...
Çırpınan ləpələr yorur dənizi.
İslaq külək əsib hərdən bir anlıq
Duzlu bir örpəyə bürüyür bizi.

Ardını oxu...

 Şrift:

 
                          M. Haqqı Yazıçı


 

                                 İqor balıqdan qayıtdı...

 
   İqor iş yoldaşımdır, yeni il ərəfəsində xoş əhvalla yanıma gəldi; əlimi hər zaman olduğu kimi, bütün səmimiyyəti ilə möhkəmcə sıxdı, qucaqlaşdıq.

Üzündə yeni il ərəfəsi sevinci vardı. Qarşıdakı uzunmüddətli tətilini hər il sevərək, dostlarıyla, buz tutmuş çay kənarında balıq tutaraq keçirəcəkdi.

Maraqla soruşdum; balıqlar böyükdürmü?

 Sol əliylə sağ qolunun biləyindən bir az irəliyə qədər işarə edib, balıqların böyüklüyünü göstərdi. İş yerindən çıxarkən mən də ona türkcə; rast gələ, İqor , - dedim.

Ardını oxu...

 Şrift:

                                      Svetlana ALEKSİYEVİÇ


   Svetlana Aleksiyeviç (1948) Ukraynada, belorus-ukrayna ailəsində dünyaya gəlib, Belorusda yaşayıb, sonralar belorus ədəbiyyatının tanınmış simalarından birinə çevrilib.
O gəncliyində özünü bir çox peşələrdə sınayıb, jurnalistika ilə ciddi məşğul olub, sonra isə peşəkar yazıçı kimi tanınıb. “Müharibə qadın işi deyil” (1985), “Sink oğlanlar” (1989), “Ölümlə sarsılanlar” (1993), “Çernobıl duası” (1997), “son şahidlər. Uşaq səsi üçün solo” (2004), “Sekond hend vaxtı” (2013) kitablarının müəllifidir. O N.Ostrovski, K.Fedin, K.Tuxolski, Herder, Remark, R.Kapuşinski, “Zəfər”, Leypsiq Kitab Yarmarkasının, Alman Kitab Ticarətçilərinin sülh mükafatlarına və s. layiq görülüb.
Bədii-sənədli nəsrin parlaq ustası olan, 2000-ci ildən Avropada yaşayan S.Aleksiyeviç 2013-2014-cü illərdə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub. 
Bu hekayə 2014-cü ildə "Russkiy Stil" (Almaniya) müsabiqəsində nəsr nominasiyasının qalıbi seçilib.


                                     KƏHRƏBADAKI MİLÇƏK

                                                    hekayə

     Hamı yalan danışır. Balaca, sısqa Pervuşin reanimasiya masasının sağ küncündə çöməlmişdi, yorğun, etinasız nəzərlərlə özünün ətrafında bir neçə yaşıl pijamalı və mavi ağızlıqlı həkimin qaynaşdığı nəhəng cəsədinə baxırdı. Sonunda işıq görünən bir tunel olması kimin ağlına gəlmişdi? Yalan deyiblər.
Heç bir tunel yox idi, o yalnız tünd-qırmızı və bənövşəyi parıltını, düz gözlərinin qabağında böyüyən, göbələklərə oxşayan, deşik-deşik olmuş çətirləri xatırlayırdı. 
Öz bədəni onun xoşuna gəlmirdi. Eynilə multfilmdəki Dovşan Qardaşın dabanına oxşar iri boz dabanlı yöndəmsiz, nazik qıçları, gövdəsinin böyründə gəmi kanatları sayaq uzanmış çəlimsiz qolları vardı. Sifətinə plastik maska taxılmışdı, bu da onu ölüyə oxşadırdı, maskadan balıq qəlsəmələri təki şişib-çəkilən, ucunda kisəcik olan qısa botu sallanırdı. Amma Pervuşin bu mənzərəni hissiz-duyğusuz qəbul elədi, elə bil, indi tamam borucuqlarla dolu olan soyuq reanimasiya blokunda özü yox, başqa bir yad adam uzanmışdı.

Ardını oxu...

Sayğac