Xəbər lenti

 Şrift:

Ruslar onu bir rok ulduzunu sevirmiş kimi sevirlər. Küçələrdə şəkilləri satılır, imza günləri oxucularla dolub daşır, jurnallar, qəzetlər ondan bəhs edir... Qısası, son 10 ildə bir çox əhəmiyyətli ədəbiyyat mükafatını alan Zaxar Prilepin, rus gəncliyinin yeni talismanıdır.

Ardını oxu...

 Şrift:

Biri vardı, biri yoxdu, kiçik bir kənd vardı. Orada bir qadın 17 yaşlı oğlu və 14 yaşlı qızı ilə birgə həyat sürürdü. Üzündən narahatlıq yağan qadın uşaqlara səhər yeməyi verirdi. Uşaqlar ondan nə baş verdiyini soruşanda belə cavab verdi:

- Bilmirəm, amma məndə elə bir hiss var ki, bu şəhərdə nəsə çox ciddi bir hadisə baş verəcək.

Ardını oxu...

 Şrift:

Britaniya yazıçısı Con Sommerfild 25 iyun 1908-də doğulmuş, 13 avqust 1991-də isə vəfat etmişdir. 

                                  
                                    ÖLMƏK ASAN DEYIL 

Uzun şırımın axırında yanıb külə dönmüş qırıcı təyyarənin müqəvvası görünürdü; bu şırım həmin təyyarənin son enişindən yadigar qalmışdı. Günəş batmaq üzrəydi. Hər qum təpəciyinin, hər kaktus kolunun, hər pırtlaşıq düşmüş tikanlı səhra zibilinin yöndəmsiz kölgəsi uzanaraq, qaranlığa bürünən üfüqə sarı sürünürdü. Sakit və ilıq qumluqda, nəhayətsiz, boş səmada, gecəyə və ya gündüzə aidliyi bilinməyən qürub çağının işığında elə saf sükut hökm sürürdü ki, sanki bu yerlərdə heç vaxt həyat əlaməti olmamışdı.

Ardını oxu...

 Şrift:

Zaxar Prilepin 1975-ci ildə anadan olub. O, Nijni –Novqorod Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Yazıçı, şair və jurnalistdir. Nijni –Novqorodda yaşayır.

Salam, Zaxar, yaman qocalmısan

Biz, kəndin bir neçə oğlanları, mağazanın arxasındakı çöllükdə gizlənqaç oynayırdıq. Oyunu idarə etmək kimə düşərdisə, üzü divara tərəf dayanıb, ucadan yüzə qədər sayardı. Bu vaxt ərzində isə hamı gizlənməli idi.

Ardını oxu...

 Şrift:

Hovard Breslin Amerika yazıçısıdır.  O, əsasən bədii - tarixi romanlar müəllifi və radio senaristi kimi tanınıb.
                                    

                                                            Saatsaz
   Ağır hava bombardmanı zamanı qırılmasının qarşısını almaq məqsədilə, kağız parçaları yapışdırılmış, balaca bir vitrin idi . Vitrinin ortasında qalan kiçik yerdə, divar və qol saatlarını diqqətlə yerləşdirən alçaq boylu, eynəkli bir adam görünürdü. Həyəcanla yeni günə başlamışdı.

Ardını oxu...

 Şrift:

Paris süpürgəçisi Jan Şametin başına gələn bu əhvalatı harada eşitməyimi yadıma sala bilmirəm. Dolanmaq üçün Şamet məhəllələrindəki sənətkarların emalatxanalarını sil – süpür edirdi.

Şamet şəhərin kənarında, bir komada yaşayırdı. Onun yaşadığı bu ətraf yerdən, əlbəttə çox danışmaq olar, ancaq bu, oxucunu əsil mətləbdən uzaqlaşdırar. Yalnız onu demək kifayətdir ki, bu vaxt Parisin ətrafındakı köhnə qala hasarları hələ dururdu. Onu da deməliyəm ki, bu hekayədə təsvir olunan əhvalatlar baş verərkən həmin qala hasarlarını yemişan, doqquzdon kolları basmışdı və o kolların içində quşlar yuva salmışdı.

Ardını oxu...

 Şrift:

Teşvikiye məhəlləsində gəzirdim. Yarim saat bos vaxtım var idi. Hava çox gözəl idi. Qısası, çox gözəl bir gün idi. Gəzdiyim səkinin qarşısındakı səkidən yaşli bir kişi diqqətimi çəkdi.

Ardını oxu...

Sayğac