Xəbər lenti

 Şrift:


Andre Morua


Sizə köhnə mənəvi dəyərlərin keçmişdə qaldığını təlqin eləyiblər. Bu yalandı. Əgər müasir insana diqqətlə baxsanız, söz örtüyünün altında tapdığınız insanın bütün dövrlərdə eyni olduğunu görəcəksiniz.

Yazıçılar klassik mədəniyyətin sona çatdığını bağırırlar. “Faktlar amansızdı, - onlar deyirlər. - Qətiyyən şübhə yoxdu ki, XX əsr bəşəriyyətin beşminillik inkişaf mərhələsinin – böyük klassik mədəniyyətlər erasının - sonudur və biz yeni eranın kandarında dayanmışıq... Onun keçmişlə heç bir ortaq nöqtəsi olmayacaq; əvvəllər yenilənmiş ruh tarixlə şərtləndirilmiş cismə keçib; artıq təzə ruh təzə vücudu canlandıracaq”.

Təzə vücudda təzə ruh? Belə şey qətiyyən olmayacaq. Mən heç bir təzə vücuda inanmıram. Məgər bizim ürəyimiz, böyrəyimiz, arteriyalarımız, sinirlərimiz ibtidai insanlardakılarla eyni deyil.

O ki qaldı ruha... Mənəvi dəyərlər – çürük əxlaqçıların mənasız uydurması deyil.

Onları buna görə dəyər adlandırırıq. Çünki onlarsız nə cəmiyyətin sonrakı inkişafı mümkün deyil, nə də xoşbəxt həyat.

Başlanğıc üçün bu dünya qədər qədim olan bir neçə həqiqəti sizin yadınıza salacam. O həqiqətləri ki, nə texniki tərəqqi, nə də nihilist fəlsəfə onları ləğv etməyə qadir deyil.

Birincisi, təkcə özün üçün yaşamaq olmaz. Yalnız özü haqqında düşünən insan özünü bədbəxt hiss eləməkdən ötrü hər zaman minlərlə səbəb tapacaq. O, heç vaxt eləmək istədiyi və eləməli olduğu şeyləri reallaşdırmayıb. Öz fikrincə layiq olduğu şeylərin heç birini almayıb. Nadir hallarda sevilmək istədiyi qədər sevilib. O, daima öz keçmişində eşələnərək yalnız peşmanlıq, bir də vicdan əzabı hiss eləyəcək. Yeri gəlmişkən, bunların hər ikisi mənasızdı.

“Bizim səhvlərimiz unudulmağa məhkumdu, onlar başqa heç nəyə layiq deyil”.

Onsuz da keçmişin üstündən xətt çəkmək qeyri-mümkündü, yaxşısı budu, nəticəsi ilə fəxr edə biləcəyiniz bir indi qurun. İnsanın öz-özü ilə mübarizə aparması- ən böyük pislikdi.

Başqaları üçün – öz ölkəsi üçün, bir qadın üçün, yaradıcılıq üçün, aclar və səfillər üçün - yaşayan hər kəs öz kədərini və xırda məişət qayğılarını sanki sehrli çubuğun köməyi ilə unudur.

“Əsl zahiri dünya - əsl daxili dünyamızdı”.

İkinci qayda: hərəkət eləmək lazımdı. Dünyanın absurd olduğundan şikayətlənmək yerinə taleyin bizi atdığı balaca guşəni dəyişməyə çalışaq. Kainatı dəyişmək bizim imkanlarımız xaricindədi, heç buna can atmırıq da. Bizim hədəflərimiz daha yaxın və daha asandı: öz işinlə məşğul olmaq – onu doğru seçmək, dərindən öyrənmək və o işdə ustalığa nail olmaq.

Hər kəsin öz fəaliyyət sahəsi var: mən kitab yazıram, xarrat mənim üçün kitab şkafı düzəldir, nəzarətçi küçə hərəkətini tənzimləyir, mühəndis sxemlər çəkir, mer kommunanı idarə eləyir. Əgər insan hər hansı peşəyə mükəmməl şəkildə yiyələnibsə, işi ona xoşbəxtlik gətirir. İnsanlar hətta asudə vaxtlarında da əliboş oturmurlar – onlar, ilk baxışda faydasız görünən işlərlə - oyun oynamaqla, idmanla- məşğul olurlar. Reqbiçi hətta rəqibi onu palçığın içinə yıxanda da xoşbəxt olur. O ki qaldı faydalı işlərə, biz onların nəticələrinə sevinirik: mer şəhərdə nizam-intizamın qorunmasına nəzarət eləyir, keşiş yanına gələn möminlərə tövsiyələr verir - və hər ikisi öz zəhmətinin bəhrəsindən zövq alır.

Buna da bax: Brodsky-yə görə hər adamın uymalı olduğu qaydalar

Üçüncü qayda: insan iradəsinin gücünə inanmalıdı. Gələcəyin əvvəldən axıra və bütünlüklə yazıldığı fikri doğru deyil. Dahi insan tarixin gedişatını dəyişməyə qadirdi. İstəməyə cəsarəti çatan insan öz gələcəyini dəyişə bilər. Təbii ki, bizim heç birimiz qüdrətli deyilik; insan azadlığının sərhədləri var. O, imkanlarının və arzularının sərhədində yaşayır. Mənim müharibəyə mane olmaq qüdrətim yoxdu, ancaq şifahi və yazılı çağırışlarım milyonlarla başqa insanların çağırışlarına qoşulub müharibə təhlükəsini azalda bilər. Həmvətənlərimə “sizi təhqir eləyiblər və şərəfiniz öz həyatınız, ölkənizin həyatı bahasına qisas almağı tələb eləyir” cümləsini hər fürsətdə, səbəbli və səbəbsiz təkrarlamamaq mənim özümdən asılıdı. Mənim savaşda qalib gəlməyə gücüm çatmaz, ancaq igid əsgər olmaq və borcumu yerinə yetirmək öz əlimdədi.

Və bir halda ki “bizim imkanlarımız bacardıqlarımızdan asılıdı”, onların məhdudluğu haqqında düşünmədən həmişə formada olmaq lazımdı. İnsan özünə güzəşt eləyəndə tənbəlləşir, qorxaq olur: amma iradəsinin gücü ilə özünü vicdanla işləməyə və qəhrəmanlıqlar eləməyə zorlayır. Bəlkə də iradə gözəl məziyyətlərin şahıdı.

Dördüncü qayda da son dərəcə vacibdi: Sədaqətli olmaq lazımdı. Başqalarına və özünə verdiyin sözə, götürdüyün öhdəliklərə sadiq olmaq, heç vaxt heç kimi yarı yolda qoymayan insanlardan olmaq lazımdı. Sədaqət – ağır məziyyətdi. İnsanı yoldan çıxara biləcək minlərlə tamah var. İndi deyəcəksiniz ki “Necə? Deməli, əgər mən işvəkar, yalançı və səfeh qadınla evlənmişəmsə, ondan ayrıla bilmərəm? Əgər seçdiyim peşə məni məyus eləyibsə, onu dəyişə bilmərəm? Əgər mənim üzv olduğum təşkilat bütünlüklə alçaq, acgöz riyakarlardan ibarətdisə, ləyaqətli insanların qurduğu başqa bir təşkilata keçə bilmərəm?”

eyr. Sədaqət kor-koranə olmamalıdı. Ancaq unutmayın ki, adətən, sədaqətsizliyin altında uğursuz seçimlərdən daha çox adi vasvasılıq yatır. Alen yazır: “İnsan heç nə eləmədən oturanda istənilən seçim pisdi, ancaq istəyəndə hər bir seçim uğurlu ola bilər. İnsan ixtisasını həmişə kor-koranə seçir – axı, onu yalnız seçim eləyəndən sonra öyrənmək mümkündü. Sevgi də belədi”.

Bununla belə həmişə (ya da, demək olar ki, həmişə) qadını tərbiyə eləmək, seçdiyin sahədə məhsuldar işləmək və təşkilatın ruhunu dəyişmək mümkündü. Sədaqət öz zəminini özü yaradır.

Bəlkə bu həyat qaydaları sizə həddindən artıq sərt və həddindən artıq ümumi təsir bağışlayacaq. Mən bunu çox gözəl başa düşürəm, amma başqa nəsə tövsiyə eləyə bilmərəm. Mən sizdən həyatınızı sərt qaydalara əsasən yaşamağınızı tələb eləmirəm. Özünüzdə yumor hissini inkişaf etdirin. Öz- elə mənim də- sözlərinizə və əməllərinizə gülməyi bacarın. Əgər zəifliklərinizin öhdəsindən gələ bilmirsinizsə, onlarla barışın, amma nəyin sizə güc verdiyini də yaddan çıxartmayın.

Vətəndaşları təkcə əyləncə və mənsəb haqqında düşünən istənilən cəmiyyət, ədalətsizliyə və zorakılığa şərait yaradan istənilən cəmiyyət, insanların bir-birinə cüzi də olsa, güvənmədiyi istənilən cəmiyyət, üzvləri məqsədsiz yaşayan istənilən cəmiyyət – məhvə məhkumdu.

Nə qədər ki Roma qəhrəmanlar şəhəri idi, çiçəklənirdi. Elə ki onu yaradan dəyərləri unutdu, məhv oldu.

Texniki tərəqqi fəaliyyət növlərini dəyişir, ancaq fəaliyyətin əhəmiyyəti və ona olan tələbat dəyişməz qalır./manera.az
 Şrift:


                              ABDÜLKADİR ÖZKAN


 

SƏNİ SEVMƏK

 

Bir xəyaldı səni sevmək…

Bir xəyalın rüzgarı!

Səni sevmək – bir talandı…

Gözlərin atəş qarası…

Sevmək səni – bir gözəl cümlədi

Bir könül yarası!

Səni sevmək – xatirələrdə

Gizlənmiş bir nəfəsdi.

Ardını oxu...

 Şrift:
 Fatma TÜRKDOĞAN
 
                                                 MİNNƏT DUYĞUSU

                                                            (hekayə)
 
     Bütün gecə incə-incə yağan qar səhərə yaxın şiddətini əməlli-başlı artırıb dəliyə dönmüşdü. Dizimizə qədər batdığımız qar içində yavaş-yavaş irəliləyirdik. Çiynimizdəki tabut qurğuşun kimi ağırlaşmışdı. Artıq qışın qamçı rüzgạrına məruz qalmış üzümüzü, əllərimizi hiss etmirdik. Sovrulan qarlara görə ayağımızı haraya atdığımızı bilmədən camiyə doğru yeriyirdik. Əmanətimizi Musalla daşına yerləşdirdik. Özümü anladığımdan əlini buraxmadığım Çavuş dayımı həyat yolunun son dayanacağında tək buraxa bilməzdim. Baş tərəfində çömbəldim. Kəskin ayaza rəğmən uzun-uzadı “dərd-hal” etdik... Gələnlər isti yerə çəkilmişdilər. Sevəni çox idi. Allah adamı, kasıbların dostuydu. Neçə insanı evləndirmiş, neçə insana iş, aş vermişdi. Bu qədər soyuğa rəğmən cami sevənləriylə dolub-daşırdı. Günorta namazında cərgələnib tabutun başına toplandıq.

Ardını oxu...

 Şrift:
Əziz oxucular!
Noyabr ayının 19-da dəyərli dostum, müəllimim, şeirlərimin rus dilinə əsas tərcüməçisi Mixail İsaakoviç Sinelnikovun 70 illik yubileyidir!
Azərbaycanı, eləcə də bütün Şərq dünyasını ürəkdən sevən və sevərək tərcümə edən bu böyük şəxsiyyətin bir neçə şeirini sizə öz ana dilimizdə təqdim etməyi özümə borc bilirəm!
 
Mixail İsaakoviç Sinelnikov
Afrika və Asiya dövlətləri universitatinin professoru.
Ədəbiyyat üzrə beş milli Şuranın üzvü: Azərbaycan, Gürçüstan, ermənistan, Tacikistan və Qırğızıstan.
SSRİ Yazıçılar birliyinin və Moskva Yazarlar birliyinin üzvü.
Rusiya Elmlər Akademiyasının və Petrovski Akademiyasının həqiqi üzvü.
Türkiyə Mədəniyyət və Poeziya Akademiyasının akademiki (Çanaqqala).

Ardını oxu...

 Şrift:


                                                        Rey BREDBERİ



                                                 Pas
                                                        
                                                    hekayə
 
– Əyləşin, cavan oğlan, – polkovnik dedi.
– Təşəkkür edirəm. – otağa daxil olan şəxs oturdu.
– Sizin haqqınızda bəzi şeylər eşitmişəm, – dosctasına polkovnik danışmağa başladı. – Ümumi götürsək, xüsusi heç nə. Deyirlər ki, əsəbiləşirsiz və heç nəyin öhdəsindən gələ bilmirsiz. Bunu artıq bir neçə aydır ki, eşidirəm və indi sizinlə danışmağı qərara aldım. Xidmət etdiyiniz yeri dəyişməyiniz barədə də düşünmüşəm. Bəlkə siz dənizin o biri tayına getmək və uzaq bir hərbi hissədə xidmət etmək istəyirsiz? Dəftərxanada işləmək sizi bezdirməyib? Bəlkə siz ön cəbhəyə istəyirsiz?
– Deyəsən, xeyr, – gənc leytenant cavab verdi.

Ardını oxu...

 Şrift:
 


Bu sayaq misilsiz səxavətin qarşısında nə demək olar? Ayaqlarım yerə toxunmur, sanki uçuram, başım hərlənir. Bu gün nəciblik və gözəllik yağışına bürünsəm də, mən həmişəki mənəm. Lakin ölkəmə verilmiş mükafat, bir dəqiqə əvvəl bu zalda səslənən dövlət himninin sədaları ayaqlarımı yerdən üzüb. 

Bəlkə də ayaqlarımın yerdən üzülməyi birinci dəfə deyil. Xoşbəxt gənclik illərimdə də belə anlarım olub. Axı bu xoşbəxtlik heç bir gəncdən yan keçmir. Yox, bu hissi yalnız anadan qoca doğulmuş, ağlın başdan çıxmağının nə demək olduğunu bilməyən mühafizəkar gənclər dada bilməyib. 

Tanrı şahiddir ki, belə fürsətlər sonralar da ələ düşür. Nə olsun? Nəticədə biz olduğumuz kimi qalırıq və şübhəsiz ki, bundan hər biriamiz faydalanırıq. 

Xüsusən məndən sonra elm xadiminin çıxış edəcəyini nəzərə alsaq, bu sayaq seçilmiş insan kütləsi qarşısında bu cür ibtidai müdriklik nümayiş etdirməyi özümə rəva bilməməliyəm. Bir azdan keçib yerimdə əyləşəcəyəm, lakin bu gün mənim üçün böyük gündür. Mən, sizin xeyirxahlığınızla minlərlə insanın arasından seçilib dəfnə yarpaqları ilə taclandırılmışam. Məni layiq gördükləri bu şərəfə görə İsveç Akademiyasına və bütün İsveçə ölkəm adından təşəkkür edir, bu böyük ehtiramın ağırlığı altında baş əyir, həmçinin Akademiya çiyinlərimi bu yükü qaldıracaq qədər güclü hesab etdiyinə görə, qürur duyuram. 

Bu gecə çıxış edən mahir natiqlərdən biri dedi ki, mənim öz yazı tərzim var. Məncə, bundan artığına iddia etməyə haqqım yoxdur. 

Mən İsveç poeziyasından, xüsusilə də müasir lirikadan çox şey öyrənmişəm. 
Ədəbiyyat və onun böyük simaları haqqında daha məlumatlı olsaydım, saysız-hesabsız ad sadalaya, böyük səxavət göstərərək, yaradıcılığımda tapdığınız fərqləndirici meyara görə kimlərə borclu olduğumu etiraf edə bilərdim. Lakin bu etiraf mənim kimi bir adamın dilindən səslənərsə, bu etiraf heç bir bas notu olmayan boş səs effektindən, görkəmli şəxslərlə bağlılığını tapmış insanın lovğalığından başqa, ayrı bir təəssürat oyada bilməz. Bunun üçün kifayət qədər gənc deyiləm. Gücüm çatmaz. 

Yox, indi bu parıltılı işıqların arasında, bu cür seçilmiş insanlar qarşısında ürəyimdən, hər birinizi hədiyyə, gül, poeziya yağışına tutmaq, sizə yenidən gəncliyinizi bəxş etmək keçir. Bu böyük hadisə münasibətilə mənə verilən son fürsət zamanı ürəyimdən keçən bu olsa da, cürət eləmirəm, çünki gülünc təəssürat oyatmaqdan başqa heç nə əldə edə bilməyəcəyimdən qorxuram. Bu gün mən sonsuz şərəfə və ehtirama layiq görülmüşəm. Çatışmayan isə yalnız - ən vacib hədiyyə, əhəmiyyət kəsb edən yeganə mükafat, gəncliyin geri qayıtmasıdır. Heç birimiz, gəncliyimizi xatırlamayacaq qədər qocalmırıq. Yaxşı olardı ki, biz qocalar geriyə ləyaqət və minnətdarlıqla addım atmağı bacaraq. 
Nə etməli olduğumu, nəyin doğru olduğunu bilməsəm də, qədəhimi İsveç və bütün dünya gənclərinin, bütün yeniliklərin şərəfinə qaldırıram. 

Xəzər" dünya ədəbiyyatı dərgisi
 Şrift:


1828-ci ildə doğulmuş və 1910-cu ildə vəfat etmiş Tolstoy öz malikanəsi və yüzlərlə təhkimlisi olan rus aristokratik ailəsindən çıxmışdı. Gənc qrafın erkən gəncliyi gur, yüngül əxlaqlı və zorakı olmuşdu.


“Mən müharibələrdə adam öldürür və ya adam öldürmək üçün onları duelə çağırırdım, - yazırdı Tolstoy, - Qumarda uduzur, kəndlilərin əməyini istismar edir, onlara cəzalar verir, avara həyatı yaşayır və adamları aldadırdım. Beləcə on il yaşamışdım”...

Lakin o, tədricən özünü onu məhv edən, avara həyat tərzindən xilas etdi, zadəgan irsinin inanclarından yaxa qurtardı və radikal, qeyri-adi dünyagörüşü əldə edərək həmsiniflərini mat qoydu. Yaxşı, bəs görəsən onun bu şəxsi səyahəti bizə də öz həyat fəlsəfəmiz barədə təkrar düşünməkdə necə kömək edə bilər?

1. Düşüncənizi açıq saxlayın

Tolstoyun ən böyük istedadlarından biri də onun yeni təcrübələr əsasında öz düşüncəsini dəyişmək bacarığı və istəyi idi. 1850-ci illərdə Krım müharibəsində gördüyü qanlı qətliam onu ömürlük passifistə çevirmişdi. 1857-ci ildə Parisdə qilyotinlə edamı seyr etmiş yazıçı kəsilib aşağıdakı qutuya düşən başın guppultusunu heç vaxt unuda bilməmişdi. O dövlət və onun qanunlarının qatı opponentinə çevrilmişdi. O inanmağa başlamışdı ki, hökumətlər nəinki qəddardırlar, üstəlik onlar həm də varlı və qüdrətlilərin maraqlarına xidmət edirlər. “Dövlət qəsddir – yazırdı Tolstoy bir dostuna, - odur ki, mən heç yerdə heç bir hökumətə qulluq etmərəm”. Əslində Tolstoy anarxist olmağın yoluna düşmüşdü. Sağ olsaydı, o, bizi içində böyüdüyümüz təməl inancları və ehkamları sual etməyə ürəkləndirərdi.

2. Hüsn-rəğbətli olun

Roman Krznaric “Sehirli mücrü: Həyat haqqında maraqlı tarixçələr” kitabının müəllifidir. Yeri gəmişkən, elə bu məqalə də həmin kitabın materialı üzərində yazılıb. Yazıçı Rəğbət muzeyinin və Rəğbət kitabxanasının təsisçisidir.
Tolstoy özünü ondan çox fərqli yaşayan insanların yerinə qoymaq bacarığı ilə heyrətamiz hüsn-rəğbət nümayiş etdirə bilmişdi. 1860-cı illərdə o nəinki kəndli geyiminə keçmişdi, hətta təhkimçilikdən yenicə azad olmuş kəndlilərlə birlikdə öz malikanəsində işləməyə, tarla şumlamağa, kəndli evlərini öz əli ilə təmir etməyə başlamışdı. Damarlarından “mavi qan” axan qraf üçün bütün bunlar çox heyrətamiz idi. Hərçənd şübhə yoxdur ki, bu qayğıkeş dədəlikdən bir az da zövq alan Tolstoy kəndlilərin arasında olmaqla şəhərlərin ədəbi və aristokratik elitalarına bilərəkdən acıq verirdi. Tolstoy inanırdı ki, başqalarlının həyatını şəxsən yaşamadan onların reallığını başa düşə bilməzsən.

3. Fərq yaradın

O həmçinin özünün məxsus olduğu ali silkin adamlarından, insanların iztirablarını şəxsi hərəkətlə azaltmaq xasiyyəti ilə fərqlənirdi. Buna ən parlaq misal onun aclıqla bağlı humanitar fəaliyyətidir. 1873-cü ilin məhsulsuzluğundan sonra Tolstoy “Annna Karenina” üzərində işi bir il təxirə salmışdı ki, aclıq çəkənlərə humanitar yardımı təşkil etsin. O bir qohumuna belə yazırdı: “Mən xəyal edilən obrazların xətrinə özümü canlı məxluqlardan ayıra bilmərəm”. Onun dostları və ailəsi düşünürdü ki, dünyanın ən gözəl romançılarından birinin öz şedevrlərinin biri üzərində işi yarımçıq qoyması divanəlikdir. O, 1891-ci ilin aclığı zamanı da belə etmişdi. Ömrünün iki ilini şorba mətbəxlərində işləməyə və aclar üçün pul toplamağa həsr etmişdi. Siz bu gün bestsellerlər yazan bir yazıçısının əlində olan işini humanitar fəaliyyət üçün iki il müddətinə bir kənara qoymasını təsəvvür edə bilərsinizmi?

4. Sadə həyat sənətinin ustadı

1870-ci illlərin ruh qırıqlığından sonra Tolstoy Pravoslav Kilsəsi də daxil olmaqla bütün rəsmi dinləri inkar etmişdi. O Xristianlığın ruha və maddi gözütoxluğa söykənən inqilabi təqriqətlərindən birini qəbul etmişdi. İçməyi, tütün çəkməyi tərgitmiş, vegetarian olmuşdu. O adamları özünü dolandıra bilən, ortaq mülkiyyətə sahib sadə utopik icmalar yaratmağa ilhamlandırmışdı. Bu sayaq “Tolstoy icmaları” bütün dünya boyunca yayılmışdı və Gandhi 1910-cu ildə əsasını qoyduğu təkyəyə Tolstoy ferması adını vermişdi.

5. Öz ziddiyyətlərinizdən ehtiyatlı olun

Yeni, daha sadə həyat mübarizəsiz və ziddiyyətsiz deyildi. Tolstoy məlum olduğu kimi bəşəri məhəbbətə sitayiş edirdi, amma arvadı ilə daim dava-dalaşdaydı. Digər tərəfdən bu bərabərlik həvarisi özünün varlı və imtiyazlı həyat tərzindən tamamilə əl çəkməmişdi. O qoca yaşlarınadək çoxlu qulluqçıları olan böyük mülkdə yaşayırdı. Lakin 1890-cı illərdə o, ailəsinin arzusu xilafına olaraq öz ədəbi əsərlərinin böyük bir hissəsinin müəlliflik hüququndan əl çəkdi. Bununla o, əslində böyük bir sərvəti qurban vermişdi. Əgər həyatının başlanğıcında malik olduğu imtiyazlar nəzərə alınarsa, bu şəxsi transformasiyaya yalnız heyran qalmaq olar.

6. Sənətkar olun

Tolstoy inanırdı ki, öz şüuru və vücudu arasında balans yaratmaq onun yaradıcılıq prosesinin mühüm şərtidir. O təkcə vaxtaşırı qələmini yerə qoyub çöl boyunca ata qoşulmuş kotan sürməzdi, həm də oraq-kərəntini yazı masası ilə üzbəüz divara söykəyərdi ki, həmişə gözünün qabağında olsun. Ömrünün son illərində yazıçılar və jurnalistlər bu saqqallı müdrikə baş çəkməyə gələndə, dünyanın ən məhur yazıçısını əlində çəkməçi alətləri ilə ustalıq edən yerdə görüb təəccüblənərdilər. Əgər Tolstoy bu gün burda olsaydı, bizə məsləhət görərdi ki, boş vaxtımızın çoxunu sms və tvit göndərməyə sərf etməkdənsə, bir sənətin qulpundan yapışaq.

7. Sosial çevrənizi genişləndirin

Tolstoydan alınacaq ən mühüm həyat dərsi bunu anlamaqdır ki, güman və xurafatlarımıza üstün gəlməyin, habelə dünyagörüşümüzü inkişaf etdirməyin ən yaxşı yolu özümüzü baxışları və həyat tərzləri bizimkindən fərqli olan insanlarla əhatə etməkdir. O özünün “Dirilmə” əsərində göstərir ki, istər siyasətçi olsun, istərsə də biznesmen və ya oğru – adamların əksəriyyəti intstinktiv olaraq onların baxışlarını paylaşan insanların çevrəsini və bu çevrədə öz yerlərini qoruyub saxlamağa çalışırlar. Bizə oxşar insanlarla əhatə olunmağımız ona gətirib çıxara bilər ki, biz iki evə sahib olmağı, eyni cinsdən olanların evlənməsinə qarşı çıxmağı və ya Yaxın Şərq ölkələrini bombalamağı tamamilə normal və haqlı bir iş saya bilərik. Bu halda biz belə baxışların yanlış, ədalətsiz və ya həqiqətdən uzaq olduğunu görməyə bilərik, çünki öz çevrəmizə qapanıb qalmışıq. Tolstoyun təbirincə deyilsə, bizim ən əsas vəzifəmiz çevrənin hüdudlarını aşmaqdır

BBS Azəri


 Şrift:


  Qısa Hekayə Ernest Heminquey


 

   Paduada isti bir yay axşamı idi. Nəhayət ki, buradakı adamların  köməyi ilə dama çıxan yaralı əsgər yüksəklikdən şəhərə tamaşa edərək təmiz havanı ciyərlərinə çəkdi. Səmada sərçələr hay-küylə uçuşur, sanki oynaşırdılar. Ancaq, bir az keçmiş hava qaralmağa başladı və bununla da projektorlar işə düşdü. Damdakı digər adamlar isə boş şüşələri götürərək  yavaş-yavaş aşağı düşməyə başladılar. Onların səsi bütün eyvanı bürümüşdü.  Ara sakitləşəndən sonra Luz çarpayıda, – onun yanında əyləşdi. Nəfəskəsən isti yay gecəsində onun gözəl və təravətli vücudu insana bir yaz mehi tək sərinlik bəxş edirdi.

 

Artıq üç ildir, Luz burada gecə növbəsində tibb bacısı işləyir. Bu müddət ərzində o, bütün xəstələrin ürəyinə yol tapa bilmişdi. Luz həmin yaralı əsgər üçün əməliyyat stolunu hazırladı, ona toxtaxlıq vermək üçün isə gah dostcasına zarafatlaşır, gah da lağlağı edirdi. Daha sonra yaralı əsgərə keyləşdirici vuruldu və bununla da, yaranmış boşluğu doldurmaq üçün boşboğazlıq etməyə heç bir lüzum qalmadı . Əməliyyatdan sonra qoltuqağacına öyrəşən əsgər, artıq, heç kimin köməyi olmadan da temperaturunu ölçə bildiyindən daha Luzun çarpayıdan düşməsinə heç bir ehtiyac qalmırdı. Burada çox az  xəstə var idi və hamısı da onlar  arasındakı  münasibətdən xəbərdar idi. Bütün xəstələr Luzun xətrini çox istəyirdi. Luza qarşı daha dərin hisslər bəsləyən bu yaralı əsgər isə dəhliz boyu geri qayıdarkən onu öz yatağında xəyal edirdi.

Ardını oxu...

 Şrift:
             
                                             Rey Bredberi


                                              Edilməyən cinayətin cəzası
 
Siz həyat yoldaşınızı öldürmək istəyirsiz? – yazı stolunun arxasında oturan qara saçlı kişi soruşdu.
– Bəli. Daha doğrusu, xeyr. Elə demək istəmirdim. Mən istərdim ki …
– Soyad, ad?
– Onun ya mənim?
– Sizin.
– Corc Hill.
– Ünvan?
– Saut Sent-Ceyms, Qlenvyu 11.
Kişi soyuqqanlı şəkildə qeyd edirdi.

Ardını oxu...

 Şrift:


                         Volfqanq BORXERT


 

                                                  Ç Ö R Ə K

                                                     hekayə

   Qəflətən oyandı qadın. Saat üçün yarısı idi. Onu oyadan şeyin nə olduğunu düşündü. Elədir ki, var! Mətbəxdə kimsə stulda əyləşmişdi. Dinşədi. Hər yanda sakitlik idi. Çox sakitlik idi. Əlini ətrafında gəzdirincə yatağın boş olduğunu anladı. Bunca böyük sükut yaradan bu idi, demək! Ərinin nəfəs alıb-verməsi duyulmurdu. Ayağa qalxdı və əliylə qaranlığı yoxlaya-yoxlaya mətbəxə doğru getdi. Mətbəxdə qarşılaşdılar. Saat üçün yarısı idi. Şkafın yanında dik dayanmış ağ bir şey dəydi gözünə. İşığı yandırdı. Əyinlərində pijama üz-üzə gəldilər. Gecə saat üçün yarısında. Mətbəxdə.

Masanın üzərində çörək qabı dururdu. Qadın, ərinin çörəkdən bir dilim kəsdiyini gördü. Bıçaq hələ qabın yanında idi.

Ardını oxu...

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac