Xəbər lenti

 Şrift:

                                         Pavel Sisianov

       Azərbaycan tarixinin hansı səhifəsinə baxsaq, ordan bir axçi çıxır. Ay türk kişiləri, siz nə vaxtsa ayılacaqsız ya yox? (((((

8 fevral 1806- cı ildə general Sisianov Bakıda cəsur Aslan bəy tərəfindən öldürülüb. A. S. Puşkin "Qafqaz əsiri " poemasında Sisianov barədə məlumat verib. O, rus-türk və rus-fars ( Qacarlar ) müharibələrinin iştirakçısıdır. 
   Tarixdən bildiyimiz kimi, 
General Pavel Sisianov gürcü zadəgan nəslindən çıxmışdır. Çar hökuməti Cənubi Qafqazdakı bütün mülki-hərbi hakimiyyəti Sisianova etibar etmişdi. Sisianov isə çox qəddar idi. O, Azərbaycan xalqını, ümumiyyətlə, Cənubi Qafqazın türk-müsəlman əhalisini sevmirdi. Azərbaycanın Rusiya tərəfindən işğalının gedişində onun bir çox Azərbaycan xanlarına göndərdiyi alçaldıcı məktublar buna dəlalət edir. 
    Sisianov Cavad xanı məğlub etmək üçün ermənilərə məktub yazaraq, onları göstərəcəkləri köməyin müqabilində Rusiyanın himayəsinə alacaqlarını və Gəncənin istənilən yerində yaşamaq hüququ vəd edir.  
Məni ən ağrıdan odur ki, Cavad xanın məğlubiyyəti öz ailəsindən gəlir. Onun erməni arvadı (bir neçə xanımından biri ) Astığikinin qardaşı Anodyan xəyanət edərək Gəncənin qapılarını rusların üzünə açır...
Bakı xanı Hüseynqulu xan şəhərin açarlarını vermək məcburiyyətində qalır və generalın görüşünə gedir. Ancaq qardaşı oğlu İbrahim bəy ( Aslan bəy ) Bakının təslim edilməsini qüruruna sığışdıra bilmir və Sisianovu öldürür. Ürəyi sakitləşməyən xan Qoşa Qala qapısının önündə onun başını kəsib Abbas Mirzəyə göndərir. Sisianov Bakıda basdırılsa da sonradan qəbirdən çıxarılaraq Gürcüstanda basdırılıb. 
P. S. İbrahim xanlara ehtiyacımız var...

Kəmalə Səlim Müslümqızı





Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac