Xəbər lenti

 Şrift:

                  Akşin ƏLİYEV
                        tarixçi


                                        Babər qalası

     Bəlləbur qalası
 — Lənkəran şəhərindən 9 km. cənub-qərbdə, Qurunba kəndi yaxınlığında yerləşən qala.
Qala təxminən 1 ha sahəni əhatə edir. Hündürlüyü 4-5 metr, eni 1,5 metrdir. Kvadrat formalı kərpicdən tikilmiş qaladakı yaşayış məskənlərinə çəkilən, gildən düzəldilmiş su boru sisteminin qalıqları aşkar edilib. Tarixçi Vəli Baxşəliyev özünün ,,Bəlləbur qalası" məqaləsində qeyd edir:. Qaladakı tapıntılar IX-XI əsrlərdə Bəlləburla Bizans və digər qonşu dövlətlər arasında ticarət əlaqələrinin olduğunu göstərir. Tapıntılar arasında Bizansa məxsus mis və qızıl sikkələr var. Bir sıra alimlərin fikrincə, Bəlləbur qalası 830-cu illərdə Babəkinsığınacağı olub.(Bax : Vəli Baxşəliyev .,,Bəlləbur qalası,,Azərbaycan Republikası Mədəniyyət və turizim Nazirliyi,, saytı. Bir zamanlar Xürrəmilərin sığındığı Bəlləbur qalası, bizim günlərdə bölgənin ən qiymətli tarixi abidələrindən biri sayılır.(Bax-Wikipediya sayt; ,,Balabür qalası,, 07:04, 2 fevral 2017 tarixində redaktə edilib.)TarixçilərTufan İshaq oğlu Axundov və Prof. Doktor   Bəhmən Bəhrəm oğlu Kərimov özlərinin "Bəlləbur qalası,, məqaləsində  qeyd edirlər ki, 1869-cu ildə S. Kazımbəyoğlu tərəfindən qələmə alınmış «Cavahirnameyi-Lənkəran» kitabında vaxtilə IX əsrdə Lankonun bir yaşayış məntəqəsi kimi Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir və qalanın ərazisində saxsı su boruları olan məişət binalarının qalıqlarının olduğu göstərilir. O, öz əsərində Bəlləbur qalasını belə təsvir etmişdir: «Lankon çayından ayrılan qolun kənarındakı dağın üstündə, həmin çayın yarım ağaclığında kərpicdən və daşdan tikilmiş uzun və qalın bir divar vardır. İndi həmin yeri böyük meşə, divarların üstünü isə meşə bitkiləri örtmüşdür. Meşə içərisində divarın hasarının izləri qalmışdır. Bu hasar çox böyük olduğundan dağa oxşayır. Hasarın arasında darvazaya oxşar yol vardır. O yerin vəziyyətindən məlum olur ki, Bəlləbur qalası həmin hasarın içərisində bir qəsr imiş».(Bax:Tufan İshaq oğlu Axundov,Prof. Doktor;Bəhmən Bəhrəm oğlu Kərimov.,,Bəlləbur qalası,,,,Palıdlı sahil ,.saytı. şərşənbə axşamı, 12 Mart 2013 19:53).
   Hələ  1999-ccu ildə Bəlləbur kənd Orta məktəbində tarix müəllimi işlədiyim dövrdə bu qala mənim diqqətimi cəlb etmişdi.O səbəbdən də tələbə olduğum illərdə  mənim müəllimim olmuş  məşhur tarixçi-etnoqraf və arxeoloq Fazil Osmanovu  bu qala ilə bağlı araşdırma aparmaqda  mənə kömək olmasını xaiş etdim. Odur ki, 1999-cu ildə dəvəimi qəbul edən akademik Fazil Osmanov  məşhur Bəlləbur qalassına gəldi.Orada tədqiqat aparmasada kiçik bir araşdırma apara bildi.Aparılan araşdımalar qala haqqqında  çox qəribə bir məlumatı üzə çıxardı.Bu məlumatı bir az irəlidə  oxucularımızın diqqətinə çatdırarıq.İndi isə qədim mənbələrdə Bəlləbur qalası haqda olan məlumatları sizlərə çatdırırıq.
Tarixçilərin bir qismi Bəlləbur qalasını IV əsrində Sasani(İran) şahı II Şavirin(Şapur-309-379) əmri ilə İranın Talış ərazisindəki canişini Hilal Baburun  inşa etdirdiyini qeyd edirlər.Lakin tarixi mənbələrə dayanaraq qeyd etməliyəm ki,Sasanilərin heç vaxt Talış  mərzbanlığı yaxud  da canişinliyi olmayıb.Və o mərzbanlıqda da Baur adlı heç bir hakim və ya mahal naibi olmamışdır.Tarixi mənbələrdən oxuyuruq ki,əsrin axırlarında həm Azərbaycan, həm də Arran Sasanilər imperiyasının tərkibinə daxil olub İberiya və Ermənistanla birlikdə imperiyanın dörd inzibati vahidindən biri olan Şimal canişinliyi (Qafqaz kustakı)2 təşkil edirdilər. İranın inzibati bölgüsü haqqındakı məlumata əd-Dinəvəridə rast gəlirik: "Kisra Ənuşirəvan ölkəni dörd yerə (hissəyə) böldü və bunlardan hər biri bir nəfər rəis tərəfindən idarə olunurdu. Dörd hissədən biri Xorasan, Sicistan və Kirmandan, o birisi - İsfahan, Qum, Cibəl, Azərbaycan və Ermənistandan, üçüncüsü - Fars, əl-Əhvaz və əl-Bəhreyn, dördüncüsü – İraqdan tutmuş Rum ölkəsinin sərhədinədək uzanan yerlərdən ibarət idi"3. Lakin pəhləvi mənbələrindən istifadə etmiş Təbərinin (ət- Təbərinin) qədim ərəb müəlliflərindən verdiyi məlumatda deyilir ki, imperiyanın dörd əyalətə (kustaka) bölünməsi hələ I Xosrovdan (1 А.Ю.Якубовский. Ибн Мискавейх о походе руссов в Берда'a в 332 (943/944 г. н.э.). BB, т.XXIV, 1926, стр.74. 2 С.Т.Еремов. Феодальные образования Картли в период марзбанства (532-627 гг.), стр.3. 3 Əd-Dinəvəri.)əvvəl mövcud idi; Xosrov taxta çıxandan sonra "İranın dörd ölkəsini idarə edən dörd Sepəhbudə məktub göndərdi". Məktublardan biri "Azərbaycan, Ermənistan və qonşu ölkələrin Sepəhbudu Zədüyyə ibn ən-Nahiracana göndərilmişdi"1. I Xosrova qədər Sepəhbud adlanan baş hərbi rəis vəzifəsini bir nəfər daşıyırdı. I Xosrov bu vəzifəni dörd nəfər arasında böldü: "Şərq, yəni Xorasan və qonşu torpaqlar Sepəhbudu, Qərb (Məğrib) Sepəhbudu, Cənub (Nimruz), yəni Yəmən Sepəhbudu, Azərbaycan və qonşu torpaqlar, yəni Xəzərlər Sepəhbudu"2. Kustaklar daha xırda vahidlərə bölünürdü və bu vahidlərdən hər biri tarixən əmələ gəlmiş ərazi və etnik şəraitə uyğun olaraq az- çox müstəqil vilayətdən (şəhərdən) ibarət idi. Şimal kustakına 13 belə vilayət (şəhər), o cümlədən Azərbaycan (Atrpatakan), Ermənistan (Ərmən), İberiya (Varçan), Arran (Ran), Balasakan, Sisakan və digər vilayətlər (Mukan, Deyləm, Dəmavənd, Ruyan, Amul və s.) daxil idi3. İbn Xordadbeh təsdiq edir ki, Qərbi və ya Şimal vilayətləri Sasanilər imperiyasının dörddə bir hissəsini təşkil edirdi və Azərbazqansepəhbud adlanan ölkə Şimal Sepəhbudunun hakimiyyəti altında idi; bu hissəyə Azərbaycan, Ermənistan, Rey, Arran və başqaları daxil idi 4 . Padşahlara verilən adlardan danışan ibn Xordadbeh bildirir ki, hələ I Ərdəşir (224-241) Azərbaycan, Ermənistan və digər ölkə padşahlarına şah adı vermişdi, məsələn, Azərbazqan şah, Şiryan şah, Baraşkan şah (Azərbaycanda), Allan şah (Mukan), Ərmənian Şah, Filan şah və i.a5. Mitilenli Zaxarinin Suriya  (1 Ət-Təbəri, I, 892-894. Müqayisə et. Th.Nöldeke.  Geschichte der Perser und Araber zur zeit Sasaniden, p. 152-153; A.Chrlstensen.  L´Iran sons la Sassanides, Paris, 1936, p. 134, 1358-359; Н.В. Пигулевская. Города Ирана в раннем средневековье, М.-Л, 1956 стр.169-173. 2 Ət-Təbəri, I, 89. 3 , VII в, стр, 58, b a x В.Г. Луконин. Иран в эпоху первых сасанидов, стр, 19-24;  J.Manquart. Eransahr nach der geographie der Ps.Moses Xorenaçi. Berlin, 1901, p. 108-136. 4 İbn Xordadbeh, 118-119. 5 İbn Xordadbeh, 17-18.)xronikasında Zaqafqaziyada yerli hakimlərin olduğu haqında məlumat vardır.Buradan məlm olur ki , Sasanilərin deyləm, Image result for bəlləbur qalasıArran,Balasakan,Ərməniyyə,Şirvan,Atrupatakan,Sisakan,İberiya,Varçan,Deyləm və Mukan adlı vilayətlər sasanilərin Şimal Sebəhpudluğuna daxil idilər.O səbəbdən də burada ayrıca olaraq Talış canişinliyinin olması  müəmmadır.Çünki bu ərazi deyləmşaha daxil olmuşdur.Bundan əlavədə adı çəkilən sasani canişinin öz adı belə həqiqətdən uzaqdır.Bu ad addan çox qurma bir isimə bənzəyir.Çünki sasanilər dövründə ölkədə Ərəb və Monqol adları işlənmirdi və yox idi.Bu addakı ,,Hilal,,sözü ərəbcə ramazan ayında təzə doğan  vəlk görünən və ramazan ayının başlanğıcını bildirən təzə ayın adıdır.Elə bu səbəbdən də Hilal sonradan  ərəblər arasında şəxs adına çevrilib.Ama deyəsən tarixçilərimiz yaddan çıxarırlar ki,o Sasanilər dövründə hələ İslam dini yaranmamışdı və  ramazan ayıda yox idi ki,təzə ay olan Hilal  görünsün və sonrada ərəblər arasında yayılıb şəxs adına çevrilsin.O üzdən hesab edirəm Bəlləbur qalasının sasanii canişini olan  Babur Hilalın adından götürülməsi fikri tamamilə absurddur.Amma qeyd etmək istəyirəm ki, bu qalanın adının  Babur  olması ərbdilli qaynaqdada qeyd olunur.Beləki ərəb mənbələri bildirirki ərəblər ilk dəfə Abdullah ibn Qasımın dilindən, Fərvi ibn Ləkitin dilindən əl-Mədaini mənə söylədi ki, osman  ibn Əffan6, allah ondan  razı olsun, xəlifə olanda  o, Ütbə (ibn Fərhadı)7 Azərbaycandan geri çağırdı və Valid  əbu Mü`eyti [ora  hakim]   təyin etdi; onun vaxtında Azərbaycan əhalisi sülh müqaviləsini pozdu. Bu, Validi 25-cu ildə onlara qarĢı öz dəstəsinin bağında Abdullah ibn ġibl olmaqla  yürüş etməyə məcbur  etdi. Valid  Muğan, Babər, Təyləsan əhalisinə hücum etdi, qənimət aldı, çoxlarını əsir etdi və Azərbaycan vilayətinin əhalisini xahişi ilə Hüzeyfə sülh bağladı.  (,,Azərbaycn tarixi üzrə qaynaqlar,, kitabı.səh.72).Bu mənbədə adı çəkilən Muğan,Babər və Təyləsan bizim indi yaşadığımız muğan düzü,Tayləsan Taleşan-yəni farscadan tərcümədə Talışlar mənasını verən talış ərazisi,Babər isə  Lənkəranda yerləşən Bəlləbur qalasıdır.Çünki xalq öz arasında onu Babur qalası adlandırır.
Vikipediya saytında qala haqqında  olan məlumat qalanın VII əsrə  tikildiyini   qeyd edir.Bundan əlav ,,Uğur reklam,, qəzeinin 19 iyun 2013-cü  il tarixli  saytında işıq üzü   görmüş ,,Bəlləbur  qalası,,  adlı məqalədə qalanın VII-IX əsrlərdə  tikildiyini yazır.
Böyükağa Hüseynbala oğlu,Mirhaşım Talışlı ,,Lənkəran,, kitabında qalanın ilkin  orta əsr(V-XI əsrlər) abidəsii olduğunu qeyd edirlər.(Bakı-1990,səh.19).
Bəllləbur qalası 1-2 hektar ərazini əhatə edir.Qalanın hazırda hündürlüyü 4-5 metr,eni isə 2 metr olan qala divarları  kvadrat  formada olan(22x22x6sm) qırmızı kərpicdən  və çay  daşından hörülüb.Hər tərəfi dağ,ətraf yaşayış məntəqələri ilə hüdudlanmış Bəlləburun yerləşdiyi ərazi böyük hərbi-strateji  əhəmiyyətə malik imiş.(Bax :Feriska.07.01.2015.saat-23-39.,,Haqqında.Az.saytı)
Qalanın ərazisində saxsı su bouları  olan məişət binalarının  qalıqları durur.Orada olan divarların arasında  divar hasarlarının zləri  qalıb.Bu hasar çox böyük olduğundan  dağa oxşayır.Hasarın arasında  darvazayaa oxşayan yol var.O yerin vəziyyətindən  məum olur ki. Bəlləbur  qalasıhəmin hasarın  içərisində bir qəsr imiş.
XX əsrin 60-cı illərində tədqiqatçılar  Bəzz qalasının   harada yerləşməsi haqda yekdil fikrə  gələ bilməmişlər.Bəzi tədqiqatçılar  onun Lənkəranda  yerləşdiyini və elə Bəlləbur qalası olduğunu, bəziləri də onunƏrdəbildə Savalan dağları yaxınlığında  olduğunu bildirirlər.İran tarixçisi Səid Nəfisi ,,Babək-e Xorrfəmi,, adlı elmi əsərində Bəzz qalasının indiki  Talış dağlarının ətəklərində və xəzər dənizinin qərb  sahilində  yerləşdiyini yazır.Əgər deyilənləri qəbul etsək onda Səid Nəfisinin dediyi yer indiki Bəlləbur qalasının yeri ilə eynilik təşkil edir.Başqa bir tarixçi M.Tamara  isə ,,Babək,, əsərində Bəzz qalasının  Ərdəbil ilə Arran arasında yerləşdiyini göstərirdi.M.Tmaranın da yazdığı yer Bəlləbur qalasının yerləşdiyi yerlə eynilik təşkil edir.Çünki Babəkin Naxçıvndakı qalası Ərdəbilllə Aran arasında deyil,tamailə başqa səmtdədi.Akademik Ziya Bünyadov  Bəzz qalasının İran Azərbaycanının  Qaradağ vilayətində ,Arazın sağ qolu olan Qırxsu  çayının  vadisində  yerləşdiyini   elmi dəlillərlə sübut edir.Xürrəmilər ərəb işğalçılarına qarşı mubarizə apararkən Bəlləbur qalasına sığınıblar.Yəqin ki,çox tarixçilərin talışda Babəkin  qalası hesab etdikləri qala Bəzz deyil,Lənkəranda   yerləşən Bələbur qalasıdır.bu  ehtimalı əsas tutan tarixçi Fürudin Əsədov  da maraqlı bir  fikir irəli  sürüb:,,Orta əsrlərdə Lənkəran camaatının  ən parlaq  tarixi ərəb  işğaalçılarına qarşı  apardıqları qəhrəmanlıq mubarizəsi ilə bağlıdır.Məhz Bəlləbur qalasında Azərbaycanın hannibalı sayılan   xalq qəhrəmanı Babək  ərəb işğalçılarına qarşı 20 ildən çox  azadlıq mubarizəsi aparmışdır.Bəzz qalası Babək  hərəkatının  mərkəzlərindən biridir və o Lənkəranda yerləşən Bəlləbur qalasıdır.Bundan əlavə  başqa Bəlləbur qalası haqqında ayrı bir mənbə qeyd edir ki,bu qala sasani hərbi istehkam dayaq məntəqəsi olub və burda sasanilərin xüsusi qarnizonu yerləşib.Bu  qarnizonun əsas vəzifəsi  düşmən hücumlarının qarşısının alınması və bu yerlərdən keçən ticarət yollarının  təhlükəsizliyini təmin etmək olub.Qalanın daxilində və  ətrafında atəşpərəstlərə aid  çoxlu elementlər tapılıb.Bunu araşdırmaq üçün 1922-ci ildə Azərbaycan Arxologiya Komitəsinin ekspedisiyası qala divarları üzərində günəş ,ulduz,od təsvirlərini tapıb müəyyən etmişlər.Azad Zülaloğlu özünün ,,Bəlləbur haqqındakı məqaləsində qeyd edr ki,Araşdırılmışdır ki,qalada ölümə məhkum  edilənlər xüsusi  qapıdan  keçirilib,əvvəlcədən hazırlanmış  dərin quyu yanına  gətirilb və kəsilmiş başlar  oraya düzürlərmiş.Məhz bu səbəbdən də  o yeri yerli xalq   ,,Goronbə,, yəni talışca ,,gorlar qapısı,,  və ya qəbir qapısı   adlandılmışdır(.(Bax:
Azad Zülaloğlu , ,,Bəlləbur qalası,,18 İyun 2016-cı il.,,Azərbaycan ,,sytı)
Lakin ərəb istilası dövründə  qala  ərəblərin əlinə keçmiş və burada xilafətin qarnizonu yerləşdirilmişdir.yerli əhalinin dedyinə görə Bəlləbur sözü Talışca olub ,,Bəlel-ə-bır,, yəni ,, palıd kəsən,, və ya ,,palıd tikanı,, deməkdir.
Bəlləbur qalasını tədqiq edənlər sırasına fransız  tədqiqatçısı Morqan da özünə məxsus yer tutur.Beləki, ilk dəfə 1886-1889-cu illərdə Lənkərəna gəlmiş Morqan Sığon qəbirsanlığımda qazıntılar apararkən Bəlləbur qalası da onun diqqətini çəkir.Sığon qəbiristanlığından topladığı  qiymətli əşyaları özü ilə parisə apar Morqan  1896 –cı ildəikinci dəfə Lənkərana gəlir və özü ilə dgər tədqiqatçı olan Henrini gətirir.Onlar bu dəfə Bəlləburda araşdırma aparmağa başlayırlar.Burada tədqiqatt işləri aparan Morqan özü qeyd etmişdir ki,Lənkəran ərazisində  eramızdan əvvəl XII-IX əsrlərə aid  qazıntı  materialları çoxdur.O,tədqiqat  zamanı daş qutu qəbirlər ,tunc  əşyalar və bəzək  əşyaları əldə edib.Bəlləbur qalasında qazıntılar zamanı tapdığı qiymətli əşyaların hamısını özü ilə bərabər parisə aparır.Sonra isə o əşyaları parisdəki Sen-Jermen müzeyinə satmışdır.Bununla kifayətlənməyən Jak De Mrqan dörd nəfərlk bir heyətlə 1901-ci ildə yenidən lənkərana gələrək oradanda Bəlləbur qalasına gedərək yenidən arxeoloji qazıntılara başlayır.Bu qazıntıllar zamanı da çoxlu qiymətli qızıl pullar tapır və onları özü ilə yenə fransaya aparır.
Azad Zülaloğlu öz ,,Bəlləbur qalası,, haqqındakı məqaləsində qeyd edir:Lakin Morqan 1910-cu ildə Bəlləburda apardığı qazıntı zamanı qızıl xızinı tapır.Bu qazıntıdan gözlərini qızıl bürümüş fəhlələr qalanın bir çox divarlarını vəhşicəsinə dağıdırlar.Elə bu səbəblərdən də  qala divarlarının üzərində olan  relyef işarə təsfirlərinin çoxu ləğv edilir.1924-cü ildə  Azərbaycan Arxeoloji Komitəsi  Lənkəran ərazisində ,o cümlədən  Bəlləbur qalasında arxeoloji qazıntı  işləri aparır.Arxeoloji  tədqiqatların  nəticələrinə görə vaxtı ilə qalanın divarlarında çoxlu  miqdarda yay,ox,nizə,qılınc,tunc,çıraq,döyüş baltası(təbərzin) ,mızraq,habelə  gipsdən  düzəldilmiş  quş və gül təsvirləri ,o cümlədən  günəş,ulduz və od relyefləri  də olmuşdur.(Bax:
Azad Zülaloğlu , ,,Bəlləbur qalası,,18 İyun 2016-cı il.,,Azərbaycan ,,sytı)Qaladakıqoç  qoç heykəli  heykəltəraşlıq baxımından  mükəmməl  əsərdir.Lakin təəssüf ki,qalada xəzinə tapmaq məqsədi ilə törədilən dağıntılar bu təsvirlərin çoxunun dağılmasına səbəb olmuşdur.
Bəlləbur qalası ilə bağlı digər versiya  1999-cu ildə  mənim dəvətimlə oraya gələn Akademik Fazil Osmanovla apardığımız araşdırmalar nəticəsində meydan çıxan məsələdir.
Beləki,qədim taarixçilərin bir çoxu Azərbaycan ərazisində və xəzər dənizinin qərb sahilində ,bir çayın sol sahlində Muğan adlı bir qədim qala şəhərinin olduğunu yazırlar.Tarixçilərin fikrincə bu qala şəhəri Ərdəbildən dərbəndə gedən ticarət yolu üstündə və hansısa bir çayın Xəzər dənizinə töküldüyü yerdədir.Akademik Z.Bünyadov öz kitabında bildirir ki, orta əsrlərdə ərəb işğallları ərəfəsində və ondan sonra Azərbaycan ərazisində ,xəzər dənizinin sol sahilndə Muğan adlı qədim qal şəhəri olmuşdur və bu qala şəhəri Ərdəbil-Dərbənd ticarət yolu üstündə yerləşir.(Z.Bünyadov.,,Azərbaycan VII-IX əsrərdə,,Bakı-1989,səh.166.).Tarixçilər qeyd edirlər ki,bu şəhər bəzən Muğaniyyədə adlanmışdır.Bəzi təddqiqatçılara görə,Muğan vilayəti və düzünün adı  orta əsrlərdə  mövcud olmuş qədim Muğan şəhərinin adı ilə bağlıdır.Orta əsrlər ərəb mənbələrində(IX-XI əsrlər) Xəzər dənizi sahilndə ,kürün mənsəbindən təqribən 100 kilometr,cənubda ,Ərdəbil şəhərinin 50 kilometrliyində yerləşən Muğan  şəhəri  iki çay arasında təsvir olunmuşdur.Qeyd etməliyəm ki,həm Lənkəran şəhəri özü və həm də Bəlləbur qalası  kürün mənsəbindən cənubda yerləşir və təqribən kür çayı ilə Bəlləbur qalası arasındakı məsafə düz xətt boyunca 100 kilometerdir.Bəlləburdan Ərdəbilə isə kəsə dəqiq  olaraq 50 kilometerdir.Odur ki,buna əsasən deyə bilərəm ki,orta əsr mənbələrində adı çəkilən Muğan şəhəri elə indiki,Bəlləbur  qala şəhəridir.O ki,qaldı çayın sahilinə elə Bəlləbur qalası da lənkəran çayın  sahilində yerləşir ,ama qalanın digər tərəfindəki çay zamanla qurumuş və göl halına gəlmişdir.Ərəb tarixçisi İbn Xordabeh (IX əsr) Muğan hakimi  Şəklə haqqında ,Müqədəsi (X əsr) başdan-başa  bağ-bağça ilə  əhatə olunmuş  bu şəhərin  gözəlliyi ,əhalisinin hörmətcil  və səxavətli  olması barədə  məlumat vermişlər.Taixçilərin bəzilərinin fikirinə görə bu əəmətli qala şəhəri ,XIII əsrdə monqol yürüşləri,digər bir fikirə görə isə ,XV srdə Teymuri sultanı Əbu Səidlə Ağqoyunlu hökmdarı  Uzun Həsən  arasında baş vermiş vuruşma zamanı dağıdılmışdır.Antik müəlliflər (Hektay  Miletli ,Heredot və başqaları Muğan ölkəsi və Muğan şəhəri haqda  məlumat vermişlər.Bütün bu məlumatları əsas tutaraq akademik Fazil Osmanovla birgə Bəlləbur qala  şəhərini elə mənbələrdə adı çəkilən qədim Muğan şəhəri olduğu qənaətinə vardıq.Çünki məlum olduğu kimi ,orta əsrlərdə nəhəng şəhərlər və digər  yaşayış yerləri  iri çay ,göl və dəniz  kənarlarında salınırdı.Məşhur Azərbaycan səyyahı Hacı Zeynalabidin Şirvani qədim muğaan şəhəri haqda məluumat vermiş və onun xəzər dənizi sahilində yerləşdiyini yazmışdırBəlləbur qalasından tapılmış eksponatlar hazırda Lənkəran  Dövlət Tarix-Diyrşünaslıq ,bəzi eksponatlar isə Fransanın Sen-Jermen müzeylərində  qorunur.

07.07.2017

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac