Xəbər lenti

 Şrift:

                                             Hüseyn Soytürk
                                                 Tehranda nəşr olunan
                                              "Xudafərin" jurnalının təsisçisi


                                                                                          Tehrandan məktub
 
                    24 APREL UYDURMA ERMƏNİ SOYQIRIMI İDDİASI
                       
     Erməni soyqırımı, erməni iddiası, erməni qırğınları və ya ermənilər arasında adətən böyük cinayət, birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən ideyadır. Türkiyə cümhuriyyəti hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığını qəbul ediblər. Amma onu da nəzərə almaq lazımdır ki, qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların qərəzli  təsiri ilə qəbul edilib.
Erməni üsyançılarının 1890-cı ildən etibarən başlayan üsyanları 1915-ci il Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etmiş və sözü gedən soyqırım iddiaları da bu dövrdən etibarən ortaya çıxmışdır. Güclənən erməni millətçiliyi Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatcı meyili gücləndirdikcə üsyanlar da təbii hal almağa başlamışdır. Ilk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşmiş daha sonra Van, Sason, Adana üsyanları bir birini izləmişdir. Bu hadisədən sonra 1905-ci ildə Sultana suiqəsd cəhdi olsa da uğursuzluqla nəticələndi. Bölgədə təşkilatlanan erməni komitələri mülkü şəxsiyyətlərə qarşı da xüsusi amansızlıq nümayiş etdirmişdir.


 
                                                    Erməni köçü

    Gerçəkləşdirilən üsyanlar və birinci dünya müharibsi ərəfəsində ruslara qoşulan ermənilərin Türklərə qarşı savaşması nəticəsində Osmanlı dövləti 28 may 1915-ci ildə “Köç qərarı” çıxartdı. Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir. Bunların bir çoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi.
Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə dağıdılmasını nəzərdə tutsa da praktikada hər şey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara həm də yollarda aclıqdan və xəstəlikdən ölənlər kifayət qədər idi. yola cıxanların yalnız bir qismi lazımi məntəqələrə yerləşdirilə bildi.

 
       Qondarma soyqırım ideyasını tanıyan ölkələr

   Erməni soyqırımı ideyaları 1945 - ci ildən gündəmə gəlib. Kilsənin irəli sürdüyü ideyalar Amerika və Avropada erməni lobbisinin dəstəyi ilə böyük bir kampaniyaya çevrilib.
Ermənilər ilk soyqırım qərarının qəbuluna da nail olublar. 1945-ci il aprelin 20-də Uruqvay parlamenti 24 aprel erməni soyqırımını anma günü kimi tanıyıb. Parlament 2004 və 2005 - ci illərdə daha iki bəyanatla qərarını yeniləyib.
Bundan 18 il sonra 1982-ci il aprelin 29 - daYunan icması oxşar qərar qəbul edib. Erməni soyqırımını tanımış bütün ölkələrin sıralaması isə belədi:
Uruqvay-20 aprel 1945, 2005, 2004, 2003.
Güney Qıbrıs- 1982.
Rusiya-1995,  22 aprel 2005.
Yunan-25 aprel 1996
Kanada -1996, 2000 və ən son 21 aprel 2004.
Ləbnan-1998, 11 may 2000.
Plajik-24 mart 1997.
Vatikan- 2000.
İtaliya- 18 noyabr  2000.
Fransa-18 yanvar 2001.
Slovaki-30 noyabr 2004.
Hələnd-21 dekabr  2004.
Lehstan-19 aprel  2005.
Alman-16 iyun  2005.
Venezuela-14 iyun  2005.
Litva- 15 dekabr 2005.
Şili-2007
Boliviya-2014.
Brazil- 2015.
Lüksemburq-2015.
Bolqarıstan-2015.
Beləliklə 1950-ci illərdən kampaniyaya başladan 1945- ci ildə ilk rəsmi qərarın qəbuluna nail olan ermənilər 45 il ərzində əsilsiz ideyalarını 19 ölkə də qərar və ya bəyanat şəklində qəbul etdiriblər. Daha 2 dövlətin xarici əlaqələr komitəsi müvafiq qətnamə lahiyəsini təsdiqləyib.
Erməni soyqırımı ilə bağlı Avropada qərar qəbul edən ölkələrin çoxu Türkiyənin qapısını döydüyü avropa birliyinin üzvüdür. Amerikada isə soyqırımı tanıyan yalnız  Kanada və üç latın Amerikası ölkəsi deyil. Türkiyənin strateji müttəfiqi Amerikada soyqırım tanıyan əyalətlərin sayı 30-a çatıb. Amerika konqresinin gündəlikdə soyqırımla bağlı iki layihə durur. Amerika prezidentliyi isə hər il aprelin 24 - də soyqırım sözünün yarım addımlığından keçirlər.
Amerika və Avropadan kənarda soyqırımı tanıyan cəmi iki ölkə var: biri Rusiya digəri isə Ləbnan. Ləbnan qondarma soyqırımı tanıyan yeganə müsəlman ölkəsidi.
Erməni soyqırımını tanıyan Bin Əlxəlq təşkilatı da var Avropa parlamenti. Yəni avropa birliyi ölkələrinin parlamenti. Bu qurum erməni soyqırımını hələ 1987-ci ildə tanıyıb. Həm də Fransanın səyləriylə. 1981-ci ildə Fransalı parlamentar Jagey erməni xalqının durumu adlı lahiyə hazırlayaraq Avropa parlamentinə təqdim edib. Sonra bu parlamentdəki sosialistlər qrupu adından Fransalı parlamentar Duport və Belçikalı deputat Qlinin qərar lahiyəsi hazırlayıblar. Layihədə ilk dəfə erməni soyqırımı ideyaları Avropa parlamentinin gündəliyinə çıxarılıb. 1984-cü il seçkilərindən sonra Avropa parlamentində sosialist qrupunu təmsil edən Fransalı deputat sayı həmən lahiyəni yeniləyib. Elə həmin il başqa bir Fransalı parlamentar yəhudi lobbisinin təsiri ilə erməni soyqırımı ilə bağlı məruzəçi olmaqdan imtina edib. Bu zaman Fransızlar məruzəçiliyi Belçikalı deputat Vandemeleburovka həvalə ediblər. Qatı sağcı və irqçi kimi tanınan məruzəci bir dəfə belə Türkiyə də olmadan bir türk rəsmisi ilə görüşmədən hesabat hazırlayıb. Avropa parlamentinin siyasi komitənin İtaliyalı başqanına yenidən səs vermə keçirməsi üçün təzyiq göstəriblər. Amma o, rədd edib. Komitə sədrinin səlahiyyət müddəti bitdikdən sonra iş yenidən başlayıb və Fransızlar istəklərinə nail olublar. 1987-ci il iyulun 18-də ermənilərin üzük qaşı kimi dövrəyə aldığı Avropa parlamenti erməni soyqırımını faktiki tanıyan qərar qəbul edib. Bu təxminən o ərəfəyə təsadüf edirdi ki, Türkiyə Avropa birliyinə üzvlük niyyətini açıq ifadə eləməyə başlamışdı.
Avropa parlamenti qərarını 2005- ci ildə təzələdi. Türkiyə Avropa birliyinə üzvlüklə bağlı ala yarımcıq müzakirə tarixi almazdan bir ay əvvəl həmin qərarda Türkiyənin 1915-ci ildə baş verənləri soyqırım kimi tanıması Avropa birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstərilir. Doğrudur Türkiyə üçün direktiv Kopenhagen meyarlarıdır, Avropa parlamentinin qərarları direktiv yox, tövsiyyə xarakteri daşıyır. Amma nəzərə almaq lazımdır ki, ən sonda Türkiyənin tam üzvlüyünə səs verəcək qurum Avropa parlamentidir. Həmin səs vermədə əgər Türkiyə bu səsverməyə qədər gedəbiləcəksə Avropa parlamentinin qərarları gündəmə gələcək və Ankaranın bu şərtləri yerinə yetirməsi tələb ediləcək. Biz ha desək də ki, bu ədalətsizlikdir.
Ümumiyyətlə ermənilər və erməni lobbisinin hədəfi “4T” adlanan tələblərinin yerinə yetirilməsidir:
  1. Soyqırımın dünyada tanınması.
  2. Türkiyənin soyqırımı tanıması.
  3. Türkiyənin soyqırım uğramış adamların varislərinə təzminat ödəməsi.
  4. Türkiyənin şərqində ermənilərə torpaq verilməsi.
Birinci hədəfə faktiki olaraq yaxınlaşıblar. Artıq demək olar ki, bütün qərb mətbuatı və ictimaiyyəti soyqırım iddialarını qəbul edir. Qalır məsələnin hüquqi və siyasi tərəfi. Bunun üçün Amerika konqresinin qərarı həlledici əhəmiyyət daşıyır. Bu qətmnamə başqa ölkələrin qərarlarına bənzəməyəcək. Həmin layihə keçsə İngiltərə başda olmaqla Türkiyənin digər müttəfiqlərinin Əlxaliq qurumları da hərəkətə keçəçək, üstəlik erməni lobbisinin Türkiyədən təzminat tələbi ciddi bir əsasla gündəmə gələcək. Ermənilər bu qərarı qəbul etdirməyə cox yaxındırlar. Ermənilər sadəcə tanınmayla kifayətlənməyiblər, adı çəkilən ölkələrin əksərində “Soyqırım” abidələrinin qoyulmasına nail olublar. Bədnam ideyalarını təbliğ edən 45000 sayt yaradblar. Filmlər çəkdiriblər. Bəzi ölkələrdə Almaniyada mövzunu dərsliklərə salıblar, kitablar yazdırıblar və indi də demokratik Avropa dövlətlərində soyqırım yoxdu deyənin cəzalandırılmasını qanunlaşdırırlar.

 
                           Ermənilərin soyqırımı ideyaları xarici ədəbiyyatda

      Ədəbiyyat milyonlarla adamı öz cığırına salan tükənməz mədəbiyyətə gedən yoldur. Yol həm ədəbi, həm tarixi, həm də mədəni irsin yoludur. Onların hətta bu yoldan da öz çirkin məqsədləri üçün necə istifadə etdikləri yaxşı məlumdur. Amma bu çirkin sayt ədəbiyyatda indiyə qədər belə formada olmamışdır.
Erməni Amerikan ədəbiyyatı sözü gedən ədəbiyyat forması öz məzmunu və içərililiyinə görə uydurma erməni soyqırımına və bu soyqırımın dünyaya sırf ədəbiyyat vasitəsilə çatdırılmasına xidmət edir. Bu ədəbiyyatın bütün yazarları erməni mənşəli Amerika yazıçılarıdır. əslində həmin yazıçıların çoxu 20-ci əsrin ortalarınddan fəaliyyət göstərirlər. Hələ 1959-cu ildə üç aydan bir Nyu-Yorkda nəşr edilən Ararat jurnalı elə o vaxtlardan  dünya erməni yazıçıları ilə yanaşı erməni mənşəli Amerikan yazıçılarının əsərlərini də ingilis dilində öz oxucularına təqdim edirdi. Bu jurnalın təsisçisi əsası 1906-cü ildə qoyulmuş xeyriyyəçiliklə məşğul olan dünyanın ən böyük erməni ictimai təşkilatı erməni əsas iltifat birliyidir. Baş qərargahı Nyu-Yorkda yerləşən bu birliyin illik büdcəsi 36 milyon dollardır. Təşkilat 35 ölkə üzrə ermənilərin təhsil, mədəniyyət, və s. sorunları ilə məşğul lur. 2006-ci ildə Nyu-Yorkda birlik yaradıldı.
Erməni-Amerikan yazıçıları iki nəslə bölünür: Yaşlı və cavan nəsil. Yaşlı nəsil yazıçıları çoxlarına məlum  Vilyam Saruyan, Levon Sormeliyan, Albert Asika Bezerides, Maykl Arlen, Piter Sureyan, David Xerdiyan, Marjuri Hosepyan Dubkin, Leon Serabyan Herald, Emanuel Varandyan, Arlen Avakyan, Lev Hamalyan və başqalarıdır.
Gənc nəsil yazarlar isə Nensi Qriqoryan, Piter Balakyan, Mark Araksi, Aris Canikyan, Corc Stambulyan, Karol Edqaryan, Artur Nersesyan, Mişelin Avoronyan Markum, Dahliya Elsayed, Nensi Aqabyan və baqalarından ibarətdir.
“Erməni-Amerikan ədəbiyyatı”nın ən məşhur nümayəndəsi Vilyam Saruyandır. Amerikada Estenfurd Universiteti hər il gənc yazıçılar üçün Vilyam Saruyanın Əlxalq mükafatını təqdim edir. Mükafatın təltifini maddi tərəfdən dəstəkləyən əsas yaxıçının özü tərəfindən 1966-ci ildə Amerikada qoyulmuş “Vilyam Saruyan fondu”dur. Vilyam Saruyan “Erməni və erməni” əsərində göstərir ki, uydurma erməni soyqırımı zamanı 5/1 milyon erməni soyuqqanlıqla türklər tərəfindən qətlə yetiriliblər.
Digər yazıçılardan Lurney Şirinyanın “Şimalı Ameirka-erməni ədəbiyyatı: tənqidi müqəddim: genosid, diaspora və simuvllar” kitabı Karol Edqaryanın 370 səhifəlik “Yüksələn evfərat” romanı David Xerdanyanın “Evdən gedən yol” erməni qızının əhvalatı Nişan Parlakiyanın 608 səhifəli “Müasir erməni dramı” antologiya kitabı, Piter Balakyanın yazdığı “Taleyin qara iti” mümuarı, Levon Sormelyanın “Rica edirim, xanımlar və cənablar” romanı və bir çox başqa əsərlər 1915-ci il uydurma erməni soyqırımından yazır.
“Erməni Amerikan ədəbiyyatı”ndan kənara cıxsaq görərik ki, uydurma erməni soyqırımından tək bu ədəbiyyat bəhs etmir. Pəhləvi mənşəli Ətriş yazıçı və şairin Frans Verfelin (10 sentyabr 1890-24 avqust, 1945) 1933-cu ildə almanca yazdığı 3 hissəli 817 səhifəlik “Musa dağında 40 gün” tarixi müharibə romanı 1915-ci il uydurma erməni soyqırımından bəhs edir. Əsəri Verfel 1932-ci ilin martında yazmağa başlamış və 1933- cü ilin martında bitirmişdir. Yazıçı 1929 - cu ilin mart ayında Dəməşqdə alanda gördüyü erməni qaçqın uşaqlarının həyatlarından təsirlənərək sözügedən romanı qələmə almağa qərara almışdlr.
Adolf Hitlerin vaxtında faşizm əleyinə yazan Frans Verfel arzuolunmaz yazıçı kimi tanındığı üçün onun “Musa dağında 40 gün” romanının Almaniyada satılışına qadağa qoyulmuşdu. Lakin buna baxmayaraq əsər gizlin satılırdı. 1935-ci ildə “Musa dağında 40 gün” romanı dünyada ən cox satılan kitablar içində idi. Hətta deyilənə görə bu əsər  Con F. Kenedinin ən cox sevdiyi romanlardan biri olub.Məhz bu əsər bir çox oxucuları uydurma erməni soyqırımının türklər tərəfindən təşkil olunmasına inandıra bilmişdi. Bu əsərə görə ermənilər Verfelə  milli qəhrəman adı vermişlər. Əsər müvəffəqiyyət qazandığı illərdə ona əsasən Amerikada film çəkmək istəsələr Türkiyə Amerikanın dövlət deportamentinə öz narazılığını bilirərək filmin çəkilməsinə nail ola bilməmiş. Lakin bir neçə on illikdən sonra 1985-ci ildə əsərə erməni rejissoru Sark Mavradyan 145 dəqiqəlik film çəksə də bu film müvəffəqiyyət qazanmır və tamamilə heç bir gəlir gətriməmişdir.
2004-cü ildə “Rembo” filminin qəhrəmanı məşhur amerika aktyoru Silvestor Stalloni” “Musa dağında 40 gün” romanı əsasında böyük bir film çəkmək niyyətində olduğunu bildirmişdir. Bəzi tənqidçilərin bildirdiyinə görə əslində ermənilər Musa dağında 40 gün keçirdilər. Verfel özü 53 günü 40 gün kimi göstərmişdir. Bunu isə tənqidçilər Bibliyadakı qırx gün, qırx gecə axan qan, Musa peyğəmbərin Sina dağında keçirdiyi qırx gün, qırx gecə ilə əlaqələndirirlər.
1919-1920-ci illər Osmanlı imperiyası 1-ci dünya müharibəsində məğlub olduqdan sonra Menders müqaviləsinə əsasən müttəfiq qoşunları İstanbula daxil oldular. Bu andan etibarən Sultanın hakimiyyəti Formal xarakter daşımağa başladı. Birinci dünya müharibəsi zamanı osmanlı imperiyasına və türklərə qarşı apardıqları irqçi təbliğata bərat qazandırmaq həm də müttəfiqlərə problem yarada biləcək insanları İstanbuldan uzaqlaşdırmaq üçün işğalçılar Hərbi tribunal qurmaq fikrinə gəldilər. Formal olaraq bu tribunal hərbi cinayətlər törətmiş insanların (ingilis hərbi əsirləri ilə sərt rəftar və ermənilərin öldürülməsi ilə) cəzalandırlması məqsədi güdürdü.
Müttəfiq qüvvələri tərəfindən çox sayda dövlət məmuru, hərbçi və siyasətci həbs olunaraq Malatyaya göndərildi. Lakin bir müddət sonra Malatya aparılan insanların “Günahını” sübut edə bilmədikləri üçün müttəffiqlər onları azad etməyə məçbur oldular. İstanbulda fəaliyyət göstərən tribunal əsasən dövlət məmurlarının və jandarmeniya və ordu zabitlərini istintaqa cəlb edirdi. Osmanlı dövlətinin bütün arxivləri əllərində olmasına baxmayaraq müttəfiqlər gənc türklərin “erməni soyqırımı” törətmək istədikləri barədə də heç bir sübut əldə edə bilmədilər.
Qeyd etmək lazımdır ki, bir sıra səbəblərdən dolayı bu tribunalda soltan və onun yaxın çevrəsi də maraqlı idi. Məhkəmə zamanı osmanlı dövlətinin cinayət hüququ və elementar hüquq normalar kobud şəkildə pozulmasına, müttəhimlərin xeyrinə ifadə verən şahidlərin məhkəməyə buraxılmasına rəğmən məhkəmə bir neçə nəfər barəsində ölüm hökmü çıxarır.

 
                                    Tələt Paşanın teleqramları

     1920-ci illərdə Aram Andunyan adlı erməni tarixci Londonda, Parisdə və Bostonda “Naim bəyin xatirələri ermənilərin köçürülməsi və qətli haqqında rəsmi türk sənədləri” adlı kitablar dərc etdirir. Bu kitablarda Tələt Paşaya da aid olduğu iddia edən ermənilərin kütləvi qətlini əmr edən 50 teleqram və 20 məktub var. Andunyanın ideyasına görə bu materialları  Hələbi tutmuş general Alenbinin ordusu aşkar etmişdir. Bir sıra erməni və ermənipərəst yazıçılar bu materialların saxta olmadığını və erməni soyqırımını sübut edən faktlardan biri olduğunu iddia edirlər. Maraqlıdır ki, ingilis ordusu İstanbulu işğal etdikdən sonra, “Gənc türklərin”, “hərbi çinayətlər törətmiş” nümayəndələri məhkəmə qarşısına çıxarıldığı “İstanbul hərbi tribunal” Andunyanın materiallarının saxta saymış və bunu sübut kimi qəbul etməmişdir. Bir qədər sonra Berlində Tələt paşanı qətlə yetirmiş  Suqumun Teyleryanın məhkəməsi zamanı “Erməni soyqırımı”nın sübutu kimi təqdim olunmuş “Tələt paşanın teleqramları” yenə də sübut kimi qəbul olunmur. Sənədlərin ekspertiziyasını keçirən Berlin kriminalistika bürosunun uzmanları sənədlərin saxta olduğu qənaətinə gəlirlər. Baxmayaraq ki, Andunyanın materialları ciddi akademik çevrələrdə qəbul olunmur, erməni tarixçiləri onların saxta olmadıqlarını və erməni soyqırımını sübut edən faktlardan biri olduğunu iddia edirlər.

 
           Erməni soyqırımı iddiasını təkzib edən tarixi mənbələr

     Türkiyəli mütəxəssislər hesab edirlər ki, dünya ölkələrinin soyqırım qərarlarını qəbul etməsində 5 amil rol oynayır:
  1. Həmin ölkələrdə erməni azlığının təsiri.
  2. Türkiyəyə düşmən münasibət.
  3. Türkiyəni Avropa birliyində görməmək istəyi.
  4. Özünün törətdiyi soyqırıma suç ortağı axtarmaq cəhdi.
  5. Din.
Uruqvay, Arqentin, Rusiya, kanada, Fransa, Suəd, İtaliya və Venesuellanın qərarları birinci səbəblə yəni bu ölkələrdə ki erməni azlığının təsirilə Yunan və Yunan Kibrısının qərarları türkiyəyə qarşı düşmən münasibətlə Vatikanın qərarı din faktoruyla izah edirlər. Fransa və İtalyanın qərarlarının arxasında Türkiyənın Avropa birliyinə üzv olmasının qarşısını almaq niyyətinin dayandığı bəllidir.  Holland, Alman, Suis və Ləhəstan qərarları da oxşar motivdən qaynaqlanır. Eyni zamanda Alman, Slovaki və Litva tarixən qətliamlar törətmiş ölkələr kimi özlərinə ortaq axtarırlr. Yəni soyqırım törədən biz deyilik”. Fakt bundan ibarətdir ki, nə səbəbdən olur-olsun dünyanın 20 ölkəsinin qanunverici orqanı erməni iddialarını qəbul edib. Təkcə 2000-2005-ci illər arasında 15 ölkənin parlamenti qərar çıxarıb. Amerikanın elm adamları da soyqırım ideyasını erməni uydurması hesab edirlər. Amerika konqresinin nümayəndələr palatasının üzvü, Ohayo əyalətinin seçilməsi Jan Şmid “uydurma erməni soyqırımı”nı tanımadığı üçün ermənilərin qəzəbinə tuş gəlmişdilər. J. Şmidt bildirib ki, 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirmək doğru deyil: - “Konqresin üzvü kimi heç vaxt erməni soyqırımı haqqında  layihələrə səs verməmişəm. Hər zaman hesab etmişəm ki, bu məsələ konqresin problemi deyil. Bu problemin bir dəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil Bin Əlxaliq komitənin yaradılması fikrini dəstəkləyirəm”.
J. Şmid xatırladıb ki, Amerikanın bir sıra nüfuzli alimləri də 1915-ci ildə baş vermiş faciəvi hadisələr üçün “soyqırım” ifadəsinin doğru olmadığını bəyan ediblər. Bu alimlər arasında Periston universitetindən məşhur tarixçisi Bernard Levis və Norman İtezkovit, Kaliforniya universitetindən Stenford Şav, Losuil universitetindən Justin Makkarti, Masaşusets Gunter Lui və Brayan Ulilyams, Boston universitetindən David Frumkin, Corc Vaşinqton universitetindən Ruderik Davidson, “Hunter” kollecindən Piter Oberlinq, Xarici siyasət araşdırmaları institutundan Maykl Radov və hərbi tarixçi Edvard Erikson kimi alimlər var. J. Şmid onun seçki təbliğatına dəstək vermiş şəxslərin Türkiyə hökuməti ilə əlaqəsinin olmadığını göstərən sənədləri də şikayətinə əlavə edərək D. Qriqoryanın seçki qanunlarını qəsdən pozduğunu bildirib və cəzalandırılmasını istəyib.

 
                Erməni soyqırımının tanınması barədə qərarların ləğvi

     Artıq qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarların Bin Əlxaliq suyiyədə ləğv olunması üçün mübarizə aparmaq vaxtı çatıb. Ukraynanın Xarkov vilayətinin İzyum şəhər şurası 2010-cu ildə qondarma erməni soyqırımının tanınması haqqında qəbul etdiyi 2009-cu il tarixli qərarı ləğv edib. Bu bardə şəhər şurasının növbəti oturumunda qərar qəbul olunub. Bütün dünya bilir ki, qondarma erməni soyqırımı məsihit dünyasının islama qarşı siyasi marağıdır. Bunu cəhanilə şəmsəsi əslində xaçpərəstlərin qılıncla, silahla davam etdirə bilmədikləri antimüsəlman savaşının məkirli siyasi yönüdür. Əminəm ki, hər gün keçdikcə türk müsəlman xalqalrı bu məsələnin mahiyyətini dərindən başa düşəçək və düşmənlərə gərgin cavabı da zamanında verəçəkdir. Qarabağın Xocalısının intiqamını alacaqdır. Mən bu məqaləni ona görə verdim ki, insanlarımız artıq dostu düşməndən seçsin. 



Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac