Xəbər lenti

 Şrift:

Abraam Linkoln 1846 – cı ildə konqres tərəfindən ABŞ prezidenti  seçilib.

Con Kennedi 1946 – cı ildə konqres tərəfindən ABŞ prezidenti seçilib

Abraam Linkoln 1860 – cı ildə prezident seçilib.

Con Kennedi 1960-ci ildə prezident seçilib.

Ardını oxu...

 Şrift:

                  Ermitaj və Leninqradın mühasirəsi

                      Rusiya – Sankt - Peterburq


 

   Ailənizimi çox sevirsiniz, çörəyimi?

   Evinizimi çox sevirsiniz, çörəyimi?

   Azad olmaqmı istəyərsiniz, çörək yeməkmi?

   Tanya Saviçeva: 11 yaşında bir qız uşağı. Gündəlik deyə tutduğu kağız parçalarında yazıb. Əvvəl nənəsi, sonra növbəylə əmisi, anası və qardaşı ölür. Son qeydi: Yalnız Tanya qaldı. Sonra ....

Ömründə müharibə görməmiş insanların, üstəgəl kifayət qədər oxumurlarsa, müharibənin nə olduğunu anlamaları çətin məsələdir.

Ardını oxu...

 Şrift:

           
                                           İSMƏT PAŞA



   II Dünya Müharibəsində İngiltərənin baş naziri Çörçill Türkiyənin Almaniyaya qarşı döyüşə girməsi üçün əlindən gələni etmişdir. Hətta sırf bunun üçün Türkiyəyə getmiş və İsmət Paşayla Adanada görüşmüşdür. Ancaq İsmət Paşanı döyüşə girməyə razı sala bilməmişdir.

Çörçill görüşdən uğurlu bir nəticə ala bilməyəcəyini anlayınca geriyə dönmüşdür. Amma Çörçill də Çörçill imiş.

Ardını oxu...

 Şrift:

 
      Cəlladlardan, Osmanlının qüdrətli olduğu 15-ci əsrdə istifadə edilməyə başlanmış və başda dövlət adamları olmaqla, edam cəzasına məhkum olunmuş hər kəsin ölümü cəlladların əliylə olmuşdur.

   O dövrdə, cəlladlar əsasən Xorvatlar və Qaraçılar arasından seçilirdi.

   Cəlladlarla bağlı daha çox maraq doğuran cəhət, onların həm kar, həm də dilsiz olmaları idi. Cəllad olacaq kəslərin, işə başlamazdan əvvəl dilləri kəsilirdi.

Ardını oxu...

 Şrift:

 
    1930-cu ilin kampaniyasında Gədəbəydə yaşayan və Şura Hökümətinə qarşı amansız mübarizə aparan Yaqublu Məcid ağa və onun qaçaq dəstəsinin ləğvi üçün ayrılan qoşuna rəhbərlik edənlərdən biri kimi, məşhur erməni marşalı Amazasp Babacanyanın uzun illər sonra nəşr etdirdiyi xatirələrində bu döyüşlər haqqında təkzibedilməz faktlar yer alır.

DOSYE: Babacanyan Amazasp Xaçaturoviç 1906-cı ildə Şamxor qəzasının Çardaxlı (Başqa adla Çənlibel - müəl.) kəndində doğulub. 8 yaşına qədər çobanlıq edib. SSRİ qurulduqdan sonra İrəvan və Tiflisdə hərbi təhsil alıb. 1924-cü ildə komsomola daxil olub.

Ardını oxu...

 Şrift:

                                           
                                        Kamboca diktatoru Pol Pot


 

       Pol Pot, 19.05.1928-ci ildə Kambocanın paytaxtı Phnom Pehndən 120 km uzaqlıqda "Kompong Thom" adlı kiçik bir kənddə, bir cütçü bir ailəsində dünyaya gəlib. Əsl adı Saloth Sardır.

       Əvvəl bir buddizm monastrına gedən Saloth, daha sonra texniki universitetdə təhsil həyatını davam etdirir. Aldığı təqaüdlə Parisdə oxumaqda olan Saloth, burada kommunist düşüncələrlə tanış olur. 1953 – cü il də Khieu Ponnari ilə evlənir.

Ardını oxu...

 Şrift:


                       Benito Mussolini (1883) - (28.04.1945)


 

    1883 – cü ildə Forlidə doğulub. Bir müddət müəllimliklə məşğul olduqdan sonra 1902-ci ildə əsgərliyə getməmək üçün İsveçrəyə qaçıb. 1904 – cü ildə geri dönən Mussolini 10 il jurnalistlik edib. Birinci Dünya Müharibəsi başlarkən orduya yazılır və müharibədə aktiv iştirak edir. Döyüşdə yaralanan Mussolini Milana qayıdır və burada sağ fikirli "Il Popolo d'Italia" qəzetinin redaktoru olur.

    1918-ci ildə müharibə sona çatanda İtaliyada dağıntı çox böyük idi. Ordudan, heç nə qalmamış, döyüşdə 460.000 itki verilmişdi.

Ardını oxu...

 Şrift:


Böyük şəxsiyyətlərin ideyalarını öyrənmək, onları zirvəyə çatdıran fikirləri ilə tanış olmaq mənim ən böyük arzum olmuşdur. Elə ona görə də ulu Zərdüşt barədə, Dədə Qorqud barədə, dahi Füzuli barədə daim düşünmüşəm, axtarmışam, başqalarından fərqli bir şey tapanda mətbuatda dərc etdirmişəm. Lakin ədəbi aləmin qəsbkarlarının ən böyük silahı olan biganəliklə qarşılaşanda, bəzən ruhdan düşdüyüm vaxtlar da olur. Bu yaxınlarda isə Akademiyanın müxbir üzvü, professor Teymur Əhmədovdan eşitdiyim söz məni sakitləşdirdi: "Oğul, məsələ orasındadır ki, sən başqalarından fərqli yazmısan, özü də onlardan təqdir gözləyirsən.Sən bunları elmi şəkildə müdafiə elə, öz- özünə qəbul olunacaq "Və öz yoluma davam elədim. Bu dəfə Atatürk fenomini ilə məşğul olmağa başladım. Doğrudan da, bu kişidə nə sehr, nə cazibə olmuşdur ki, bütün türklərin mənəvi atası olmuşdur? Demək olar ki, yoxdan bir qüdrətli dövlət yaratdığına görəmi? İnqilabi islahatlar apardığına görəmi, yazdığı əsərlərə görəmi? Ya mənim bilmədiyim başqa xüsusiyyətlərinə görə?

  Hər halda həyati və fəaliyyətinin öyrənilməsi çox zəruri olan bu dahi insan haqqında materiallar axtarmağa başladım. Satış mağazalarında və kitabxanalarda istədiyim materialları tapa bilməyəndə çox təəccübləndim. Kompüterdə onun yazdığı əsərlərin adlarını oxuyanda belə, rəngarənglik, tədqiqat sahələrinin çeşidləri insanı heyrətə salır. "Vətəndaş üçün mədəni bilgilər". Görəsən türkün nələri bilməsini vacib hesab etmişdir Atatürk? "Zabit və komandan ilə həsbi-hal". İlahi, sözə bax bir! "həsbi-hal"- yəni hal-əhval ıir ata qayğısı ilə aşılayır, deməli. Yaxud "Bölüyün müharibə təlimi". Görəsən, bu kitab niyə hər bir bölükdə yoxdur? Və yaxud" Həndəsə". Bəlkə də bu ad Atatürkə olan marağımı pik mövqeyə çatdırmışdır. Axı 30 ildən yuxarı bu fənni tədris etmişəm: Görəsən Mustafa Kamal paşa bu kitabında nə yazmışdır, çox maraqlıdır!

Ardını oxu...

 Şrift:


Əlirza Sərrafi



Məlum olduğu kimi qədim zamanlardan bəri müsəlmanlara aid bütün məzar daşlarının üzərindəki yazılar ərəb dilində olmuşdur. Ancaq müsəlman olmayan azərbaycanlılar əksər məzar daşlarını ərəb dilində deyil, öz ana dillərində yəni ermənicə, assuricə və türkcə yazmışlar. Aşağıda gördüyünüz bu məzar daşı bir məsihi inanclı türk ailəsinin kiçik uşağına aiddir. Məzar daşı Urmiyənin qərbində yerləşən Sero məntəqəsindədir. Üzərindəki yazıların birinci sətirdəki kəlmələrini oxumaqda çətinlik çəkdim. Ola bilər bu sətirin ilk kəlmələri ölən uşağın doğum tarixi ya adı olsun. Nə isə oxunaqlı yerlərində belə ibarətləri təsbit etmək olar:

Birinci sətir:   Doğuldu Qadir
İkinci sətir:      4 il 8 ay 17 gün ömür eyləyüb.
Üçüncü sətir:   Teşrin əvvəlin altısında 1878 vəfat eylədi.
Dördüncü sətir:  İsa məni sevir.

Burada bir neçə xatirəmi sizinlə paylaşmaq istərdim.

  1. Anamgilin ailəsi təxminən 75 il bundan əvvəl Təbrizdən Urmiyəyə köçmüşdülər. Onlar Urmiyəyə yerləşmədən əvvəl neçə ay Dərbari adında bir məsihi kəndində qalmışlar. Anamın yadına gələn oradakı məsihilər öz aralarında tamamilə türkcə danışırmış və erməni adlandıqlarına rəğmən erməni dilindən heçnə bilmir və danışmırdılar.
  2. On il bundan əvvəl bir inşaat saytında Pakdamən adlı urmulu memara rast gəldim. Onun bir dəftər heca vəznində türkcə şerləri var idi. Ondan haralı olduğunu xəbərləşdim- Urmiyənin Babari kəndindənəm dedi. Soruşdum ki, sizin kənddə məsihilər ilə aranız necədi? Dedi : Mən özüm də Məsihiyəm. Soruşdum: erməni ya assuri? Dedi: heç biri. Biz hamımız türkük, kilsəmiz ermənilərlə birdir.Onun üçün hamı bizi erməni sayar. Amma ermənicəni biz ancaq kilsədə keşişlərdən eşidirik.Öz aramızda türkcədən başqa dil danışmarıq. Sonra artırdı: Urmunun cənubunda yerləşən üç məsihi kəndi var. Adları: Dərdari, Sərdəri, Babari. Bu kəndlərin hər üçü də məsihi və türk dillidir.

Pakdamənin dediyinə görə hətta uzun müddət Uan Tehrana ya da Amerikaya köçən həmkəndliləri nə zaman bir- birilərinə rastlaşsalar türkcə danışarlar. Bu durumrmudlarından dolayı da ermənilərin etirazına və basqılarına məruz qalardılar.

  1. Bir gün doktor Məhəmmədəli Fərzanəgilə getmişdim. O öz kitabxanasından 19-cu əsrdə Londonda çap olunmuş xalis Azərbaycan turkcəsi və ərəb əlifbasında bir İncil kitabı gətirdi. Həmin kitabın bir nüsxəsi də sonralar Tehranın Villa- Kərimxan xiyabanlarının qovşağında olan erməni kilsəsinin kitabxanasında görmüşəm. Söz yox ki bu kitab Azərbaycan türkdilli məsihilərimizin istifadəsi üçün çap olmuşdur.

İzah etməliyəm ki bilindiyi kimi Urmu və Salmas ətrafında məsihi türklər var. Son zamanlar Qriqoryan kilsə tərəfindən onların üzərində erməniləşdirmə prosesi getmişdir. Dəyərli dostum Mühəndis Həmid Şafeyinin dediyinə görə eyni proses məntəqədə yaşayan sünnü türklər üçün də baş verməkdədir. Məntəqədə sünnü məzhəbi sanki kürdlərin məzhəbi imiş kimi dövlət tərəfindən əhli təsənnüm məscidlərinə kürd ruhanilər göndərilir. Beləliklə sünnü türklərin məzhəbi mərasimləri kürd ruhanilərin əlinə verilmişdir.

Keçmişdə məşhur ustad aşiqlərindən olan Salmaslı Qul Hartun da türk məsihilərindən imiş. Kazım bəy Abbasi və Tohid bəy Məlikzadənin araşdırmalarına görə Salmaslı Qul Hartun haqqında belə bir rəvayət də dildə- dişdə dolanmaqdadır: Salmaslı Qul Hartun öləndə ermənilər onu yerdən götürüb dəfn etməyə hazır olmurlar ve deyirlər ki bu türkdür. Erməni qəbiristanlığına aparmaq olmaz. Müsəlmanlar da deyirlər ki bu məsihidir, musəlman qəbiristanlığına aparmaq olmaz. Nəhayət razılaşırlar ki onu erməni qəbiristanlığında basdırsınlar. Bilindiyi kimi İslamiyyətdən öncə Məsihiyyət Azərbaycanda yayğın dinlərdən biri olmuşdur. Tarixdə səbt olunduğu kimi Qarabağın yerli əhalisi olan albanlar tamamilə məsihiyyət dinin qəbul etmişlər.

Professor Məhəmməd Tağı Zehtabinin təsbitincə qara kilsə və tatavuz kilsələri də ermənilərin deyil, başqa Azərbaycan məsihilərinin yadigarı ola bilər. Bunun təyidində o deyirdi ki kilsənin üzərində həkk olunmuş erməni yazıtlar son  zamanlar kilsənin əl çatar yerlərində ( onları özlərinə çıxmaq istəyən ermənilər tərəfindən ) qondarılmışdır…

   Persona.az

 Şrift:


1991-ci il haqda xatirələrim...

Uzun müddətdir ki, mətbuatda və sosial şəbəkələrdə Ordumuzun yaradılması və tarixi haqqında bir çox saxtakarlığa yol verilir. Hər vəclə 1991 və 1992-ci illərin üstündən sükutla keçmək istəyirlər. Və onun nəticəsidir ki, o illərdə baş vermiş hadisələr də qəsdən unutdurulmağa və ya saxtalaşdirilmağa başlanmışdır. Bu yazımda imkan daxilində obyektiv olaraq, o illəri olduğu kimi xatırlayıb və faktları təkzib etmədən əfsanəvi 1-ci Batalyon  haqda yazmaq istəyirəm.

1988-ci il Milli Azadlıq hərəkatı başlayandan sonar, artıq Azərbaycan müstəqil dövlət quruculuğuna gedirdi. Baxmayaraq ki, o dövrkü rəhbərlik (Ayaz Mütəllibov) hər vəclə buna əngəllər törətməyə calışırdı. Amma, meydana axışan milyonların qarşısında durmaq çox çətin idi.

Ardını oxu...

Sayğac