Xəbər lenti

 Şrift:

                                   
                                    Atatürkün sol gözü və yunan əsgəri

     Aşağıdakı video-görüntülər, bir Yunan kanalında 1977-ci ildə yayınlanmışdır. Hadisəni qeydə alan yunanlı, əvvəllər İzmirdə yaşamış bir Rum dülgərdir. Yunanların Anadolunu işğalı başlayınca könüllü olaraq Yunan ordusuna qoşulur. Daha sonra Türk ordusuna əsir düşür və dülgərlik edir. O vaxtlar Çankaya Köşkündə təmir işləri üçün dülgərə ehtiyac vardı. Mustafa Kamalla rastlaşmasına da bu səbəb olur.

Ardını oxu...

 Şrift:

                             
                                  Tarixin ən amansız “insan sınaqları”

     İnsanlıq tarixi boyunca bir çox vəhşi sınaqlar qeydə alınıb. Bir çoxu “elm” adına aparılan bu təcrübələrdən işə yarayacaq məlumatı əldə etmək üçün insanlar üzərində amansız üsullar sınanıb.

 

Zəhər fabriki

Sovetlər Birliyi, “Qulaq” adı verilən iş düşərgələrində həbs edilən məhkumlar üzərində bir çox zəhərləmə sınaqlarını icra edib. Xardal qazı, risin ( toxumları gənəyə bənzər  bitki, ən zəhərli ilanın zəhərindən 12.000 dəfə daha güclüdür. Risinin cəmi 70 mikroqramı kifayətdir ki, insan ölsün)., digitoksin kimi kimyəvi maddələrin test edildiyi bu təcrübələrin sonunda C-2 inkişaf etdirilir. C-2, qurbanları fiziki dəyişməyə uğradır; boyu balacalaşan, gücdən düşən qurbanlar 15 dəqiqə ərzində ölürlər.

 

Nasistlərin “insan sınaqları”

Tarixin bəlkə də ən pis tanınmış sınaqlarının aparıldığı Nasist dövründə “elm” naminə müxtəlif cür işgəncələr törədilib: Əkizlərdən istifadə edərək gözün rəngini dəyişdirmək, qısırlaşdırmaq layihələri, əsgərlər üçün dözümlülük vəsaitləri inkişaf etdirmək məqsədiylə məhkumları saatlarla buzlu su tanklarının içində saxlamaq, döyüş yaralarını daha tez müalicə etmək üçün sağlam yəhudiləri tetanoz, vərəm və qanqrenaya yoluxdurmaq bunlardan yalnız bir neçəsidir.

Bütün bunlar Alman irqinin gücünü və dözümünü artırmaq üçün nasist həkimləri tərəfindən edilib.

Ardını oxu...

 Şrift:


    Çinin kommunist lideri Mao Zedong ölkənin rəhbəri olduqdan sonra böyük bir kənd təsərrüfatı cəmiyyəti yaratmaq istəyir. Bunun üçün də 1958-ci ildə tarlalara zərər verən sərçələr və həşəratlara qarşı səfərbərlik elan edir. Ölkə səviyyəsində böyük kütlələr iyirmi dörd saat ərzində səfərbər olaraq sərçə yumurtaları və yuvalarına zərər verirlər.

Sərçələri qaçırmaq üçün on minlərlə qorxulu və qırmızı bayraq istehsal olunur və qaldırılır.
Ölkədəki işçilərin yarısı səfərbər edilir, atıcı dəstələr yaradılır.
Dövlət tərəfindən sərçə öldürən vətəndaşlara müxtəlif mükafatlar verilir.

1960-ci ilin yazında tarlaları böcəklər basarkən çinli liderlər öldürülən sərçələrin böcəkləri yeyərək, əslində faydalı olduğunu anlayırlar. Öldürülən iki milyard sərçədən sonra Mao, sərçələri "düşmənlər" siyahısından çıxarır.
Lakin artıq çox gec idi. Çünki ölkədə zərərli böcəkləri yeyənn sərçələrin nəsli az qala tükənmişdi.
Ekologiyanın alt - üst olması və tarlalara dəyən ziyan üzündən ölkədə üç il davam edəcək dəhşətli aclıq başlayır. Bu dəhşətli aclıq illərində ən azı 20 milyon adam aclıqdan həyatını itirir.
. Geridə qalanlar isə təbiəti özünə düşmən hesab edən Maonun hazırlatdığı təbliğat afişaları idi.



 Şrift:

10 Noyabr, 1938-ci ildə həyata gözlərini yuman Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün əvvəllər heç yayınlanmamış yeni görüntüləri meydana çıxıb.

"Old Movie Collector" tərəfindən yayınlanan sənədli filmdə Atatürk ilk dəfə bu qədər yaxından göstərilir.


 Şrift:

                                                                     General Gueronun göz yaşları

        Çanaqqalada xaricilər bir abidənin açılış mərasimini keçirirlər. Bu mərasimdə, 1915-ci ildə Çanaqqala Döyüşündə iştirak etmiş, bu döyüşlər zamanı qolundan, qıçından çox ciddi yaralar almış general Guero da iştirak edir.

Nəhayət açılış mərasimi bitir və qoca Fransız general Guero yanındakılara: "Türk əsgərinin abidəsini də ziyarət etmək istəyirəm", - deyir.

Arıburnu təpəsində "Mehmet Çavuş" adı ilə dikəldilmiş üç metrlik bir daş vardı. General Gueronu bu kiçik abidənin yanına aparırlar.

Ardını oxu...

 Şrift:

       Türkiyənin "Yeni Şəfəq" qəzeti, Atatürkün İsmət İnönü tərəfindən zəhərləndiyini iddia etdiyi sənədi oxucularıyla paylaşıb.
Türkiyənin "Yeni Şəfəq" qəzeti Atatürkün ölümündəki sirr pərdəsini tarixi dəlillərlə açıb. Qəzetin dərc etdiyi sənədlər, 77 ildir, yalnız ağızdan-ağıza danışılan "Atatürk zəhərləndi" iddiasının gerçək olduğunu və "sui-qəsdin" İsmət İnönü tərəfindən baş verdiyini təsdiq edir.
Qəzetin dərc etdiyi sənədlərdən biri Daxili İşlər Naziri Şükrü Qayanın 30 İyun 1938-ci ildə, yəni Atatürkün ölümündən 4 ay yarım əvvəl İsmət İnönüyə göndərdiyi yazıdır. İddiaya görə Qaya, yazıda "Təyin etdiyimiz həkimin vəzifəsini layiqincə yerinə yetirdiyi qənaətindəyəm" deyir və bir neçə cümlə sonra "Hər şey yolundadır və məcrasıyla getməkdədir. Sizi Cümhurrəisi görmək arzusu hamımıza nəsib olmuşdur. Ehtiramla əllərinizdən öpürəm, əfəndim" deyə yazır.
İkinci sənəd isə həmin dövrün CHP baş katibi Qasım Küləklə əlaqədardır. Qəzetə görə Külək, 26 Fevral, 1959 -cu il tarixindəki yazısında daha sonra Daxili İşlər Naziri olacaq Hıfzı Oğuz Bekataya, onu yumşaq bir şəkildə xəbərdar edərək "Atatürkün zəhərlənməsiylə bağlı hesabatı" başqaları paylaşdığı üçün "Bu mövzu səni də məni də aşırdar, altından qalxa bilmərik. Sən də altında qalarsan mən də. Bəziləri də altında qalar. Keçmişdə edilən səhvləri kompensasiya etmənin qeyri ehtimalı belə olmadığını yaxşı bilirsən "deyə yazır.
'Mustafa Kemal zehirlendi' iddiası

 Şrift:


    İkinci Dünya Müharibəsində ABŞ tərəfindən Xirosima və Naqasakiyə atılan atom bombalardan sonra baş verənlər...

Saniyənin mində biri qədər sonra

Onlarla kilometrlik sahədə, gözlərini qapamağa  belə fürsət verməyən, tam korluq yarada bilən bir parlama!

Ardını oxu...

 Şrift:


    Hitler bu silahlarla döyüşsəydi, tarixin yönü dəyişərdi.

İntihar etməyə hazırlaşan Adolf Hitler, son əmrini gizli layihələrin yox edilməsi üçün verdi. "Özünü öldürdü, kəşfləri nədən yox etdi", bu, sizi düşündürürsə, mütləq oxuyun!

Faşist UFO-su budur, borudurmu?


1940-cı il;

Fantastik yazıçılar belə UFO-lar haqqında yaza bilməmişlər.

 Alman mühəndisləri uçan dairə şəklində təyyarə hazırlamışlıar. Hazırlıq tam başa çatmamış, Amerika və İngilis döyüş gəmilərinə, təyyarələrinə hücum etmişlər.

Ardını oxu...

 Şrift:

        Qızıl Ordu əsgərləri, II Dünya Müharibəsinin sonunda Almaniyaya daxil olduğu zaman minlərlə almanın intihar etməsini araşdıran tarixçi Florian Xuber: “Xüsusilə qadınlar, təcavüz və öldürülmə qorxusu üzündən, ruslar gəlməzdən öncə intihar etdilər”.

Sovet ordusunun Berlinə daxil olmasından sonra, Almaniyanın İkinci Dünya Müharibəsində məğlubiyyəti, faşist rejiminin çöküşü və rejimin lideri Adolf Hitlerin intiharı, insanları intihara təhrik etdi.

Ardını oxu...

 Şrift:

   
    Papaların tarixi son dərəcə maraqlı hadisələrlə doludur. Siyasətlə məşğul olan, iqtidar üçün hər cür qan tökən və Səlib yürüşlərinə başlayan Papalarla birgə, Katolik doktrinasına uyğun olaraq, qadınlarla əlaqəyə girmələri qadağan olunmasına baxmayaraq, eşqləri və digər hadisələrlə önə çıxırlar.

Amma ən maraqlısı Vatikanın üzqarası hesab edilən və adı tarixdən silinməyə çalışılan “qadın papa” İohandır...

Ardını oxu...

Sayğac