Xəbər lenti

 Şrift:
Ölkəmizin Muğan bölgəsi ta qədimdən özünün barlı-bərəkətli torpaqları ilə, min dərdə dərman nemətləri ilə nə qədər məşhur olubsa, bir o qədər də orada yaşayan adlı-sanlı insanları bu qədim diyarın şöhrətlənməsində rol oynayıblar. Xəzər dənizinin qərb sahillərindən, Talış dağlarının şimal ətəklərindən ta Kür-Araz çaylarının sahıllərinə qədər uzanan bu torpaqlardan neçə-neçə əmək və döyüş qəhrəmanı, söz-sənət adamı çıxıb və indi də belələrinin sayı yüzlərlədir. Diyara şöhrət gətirən belə insanlardan biri də keçən əsrdə yaşasa da, şəxsi keyfiyyətləri, əsl insani xarakteri ilə, dövlətinə və xalqına sədaqəti ilə ad çıxartmış, o vaxtlar və bundan sonrakı əsrlərdə minlərlə insanlara örnək ola biləcək partiya və dövlət xadimi Zəbi Əhəd oğlu Quliyevdir. Aşağıda onun həyat və fəaliyyəti haqqında qısa məlumatı diqqətinizə çatdırırıq.        
 
TƏMİZLİK SİMVOLU
 
О, polad idi, ancaq nə əyildi, nə də sındı
 
100 il öncə,1910-cu ildə qədim Muğan torpağında, Masallının Hacıtəpə kəndində  dünyaya bir insan gəldi. Dövrünün ziyalısı və din xadımı kimi tanınan Axund Əhədin ailəsinin sevincinin həddi-hüdudu yox idi. О vaxt heç kimin ağılına gəlmirdi ki, kiçik bir ailənin sevincinə çevrilən bu uşaq, sonra bütün elin, obanın sevimlisi olacaq. İlk təhsil və tərbiyəsini atası Axund Əhəddən alan balaca Zəbi doğma Hacıtəpə kəndində  məktəb olmadığı üçün qonşu Xırmandalı kəndindəki ibtidai məktəbdə oxudu.

Ardını oxu...

 Şrift:

                                     
                                    Çingiz Xanın itmiş qalası

    Xarici medianın verdiyi xəbərə görə, ancaq monqollar və yaponlardan ibarət arxeoloqlar, doğularkən adı Timuçin olan, daha sonra Çingiz Xan kimi məşhurlaşmış, monqolların əfsanəvi hökmdarı, hərb dühası Çingiz Xanın Çinkai qalasının qalıqlarını tapıblar.
1162-ci ildə doğulan Çingiz Xan hakimiyyətinin sərhədlərini Çindən Polşaya qədər uzatmışdır. Cənazəsi gizli bir yerdə dəfn olunduğundan hələ tapılmayıb. Arxeoloqların tapdıqları XIII əsrə aid qala monqolların qərbə, yəni Avropaya etdikləri səfərlərini daha yaxşı anlamağa kömək edə biləcək.
Qrupun başçısı Osaka Beynəlxalq Universitetinin müəllimi Koiçi Matsuda, hələ 2001-ci ildə cənub-qərb Monqolustanda bu qalanı kəşf etmişdi.

Ardını oxu...

 Şrift:

     Dünya tarixi ibrət götürüləcək hadisələrlə doludur. Bunlardan biri tarixən, təbii fəlakət nəticəsində daşa dönmüş cəsədləri ortaya çıxarılan Pompey xalqıdır...
İtaliyanın Pompey şəhərinin bütün sakinləri, təxminən 1935 il əvvəl daşa dönərək ölüb...
Vezuvi vulkanı hamısının üstünü lavayla örtür... Şəhər xəritədən silinir...
Eramızın 79-cu ilində İtaliyada Neapolun cənubundakı Pompeydə Roma İmperatorluğu hökm sürməkdə idi...

Ardını oxu...

 Şrift:
Orta əsrlərdə işgəncə aləti olaraq istifadə edilən bu kürsünün az qala hamısında 500 ilə 1500 arası polad mismar var. İstifadə edilən bu polad mismarlar qurbanın ətini deşərək daha dərinə işləməsi üçün vintlə bərkidilirdi. Hətta bəzən işgəncə alətinin ağrının şiddətini artırması üçün od qoyulacaq yerləri də olurdu. İşgəncə verilən adam kürsüyə möhkəmcə bağlanır və bədəninə batan mismarlara görə hərəkət edə bilməzdi.
Bu işgəncə üsulu Almaniya, İtaliya, İspaniya, Fransa və digər Orta Avropa ölkələri tərəfindən 19. əsrin sonuna qədər istifadə edildi.

      Bu işgəncə, xüsusilə İspan inkvizisiya məhkəmələrində istifadə işgəncə üsuludur. Cinayətkar, əlləri arxadan bağlanaraq, eşşəyə minibmiş kimi üstü sivri bir taxta bloka oturdulur və ayaqlarına ağırlıq bağlanırdı. İşlədiyi cinayətə görə ağırlıqlar artırılıb azaldılırdı. Cinayətkar ortadan ikiyə ayrılana qədər ağırlıqlar verilməkdə davam edirdi.

    Avropada ən çox istifadə olunan işgəncə üsullarından biri olan mişar işgəncəsi, hər bir evdə olan materiallar tətbiq olunduğu üçün olduqca populyar idi.Bu işgəncə üsulunda günahkar əlləri, ayaqları payaya bağlınaraq başı aşağı salladılır. Baş aşağı qanaxmanın qarşısı alındığından qurban qıçları arasından kəsilməyə başlanırdı. Başıaşağı olduğundan şüur uzun müddət açıq olur və qurban ağrını daha çox hiss edirdi. Bu cəzaya isə zina edən, cadugərliklə məşğul olan, üsyan edən və itaətsizlik göstərənlər məhkum olunurdu.

 Şrift:
   
        22 Oktyabr 1895-ci ildə Qranvilledən Parisdəki Montparnasse stansiyasına gedən sürət qatarının mənzil başına gecikməməsi üçün qatarın maşinisti 131 sərnişini aparan buxarlı lokomotivin sürətini artırır.
Qatar, Montparnasse terminalına daxil olarkən sürəti, təxminən saatda 40-60 km arasında olur. Hava əyləci isə ya sıradan çıxır, ya da çox gec tətbiq olunur. Konduktor isə yəqin ki, əlindəki kitaba o qədər aludə olur ki, əl əyləcini vaxtında çəkə bilmir. Və qatar, dəmiryol xəttinin sonundakı buferlərə sürətlə çırpılaraq, təxminən 30 metr uzunluğundakı stansiya sahəsini keçir və stansiyanın divarlarını yıxaraq aşağıdakı prospektə doğru yuvarlanır.
Həmin vaxt ərinin qəzet köşkünün yanındakı səkidə dayanan bir qadın başına düşən divar parçaları üzündən ölür. Qatarda olan beş sərnişin isə yaralanır.
Yüksək sürət üzündən dayana bilməyib Montparnasse terminalının divarını yarıb keçərək çöldəki prospektə düşdükdən sonra düz dörd gün küçədə aşmış vəziyyətdə qalır. Və bu müddət ərzində böyük izdihamın marağına səbəb olur.
Bu tarixi qəzaya, diqqətsizliyi üzündən səbəb olan maşinist isə 50 frank məbləğində cərimə olunur.



 Şrift:
         DÜNYA FATEHİ NADİR ŞAH  AZƏRBAYÇAN TÜRK SOYU OLAN ƏFŞAR TAYFASININ YETİRMƏSİDİR
 
                       Dünya fatehi haqqında tarixi poman
 
   Yazıçı Mehman Süleymanov Asiyanın sonuncu böyük fatehi sayılan Nadir şahın həyat və hərbi fəaliyyəti haqqında çox dəyərli bir əsər yazmışdır. Kitabda tarixi şəxsiyyətin uşaqlıq illəri, sərkərdə kimi formalaşdığı mürəkkəb hərbi-siyasi şərait, onu hakimiyyətə aparan qəhrəmanlıqlarla dolu çətin döyüş yolu, böyük bir imperiya yaratmaq uğrunda tarixə və heç bir insan ağlına sığmayan fatehliyi və nəhayət, bütün bu etdiklərinin müqabilində onun adına və şəxsiyyətinə layiq olmayan faciəli sonluqla bitən həyatı geniş və əhatəli, həm də maraqlı şəkildə təsvir edilmişdir.
Əsər girişdən, səkkiz fəsildən və nəticədən ibarətdir. Elə ilk sətirlərdən oxucunu öz ardınca aparan müəllif  Nadir şahın həyat və fəaliyyətini, o dövrü, tarixi şəraiti, dünyada gedən hərbi münaqişələrin arxasında baş verən siyasi oyunların bəşəriyyətə gətirdiyi acı nəticələri ustalıqla, sözləri mirvari dənələri tək sapa düzə-düzə bədii cəhətdən bitkin və dəyərli bir epopeya yaratmışdır.

Ardını oxu...

 Şrift:

"...Öncə yalın ayaqlarıma baxdı, sürətlə çəkərək divanın bir küncündə oturtdu və : “Svetlana, sənə bir saat əvvəl hazır olmağını demişdim, bu halda çıxa bilməzsən qarşılarına”.

Buz kimi, sevgi və mərhəmətdən məhrum səsi, ruhumu ürpərdən kəskin baxışlarıyla, anlaşılmaz bir dillə tərbiyə edirdi. Geyinib-kecinməm bitmişdi əslində, amma elə həvəssiz idim ki, nə o adamların qarşısına çıxmaq, nə də atamın nümayişində rola girmək istəmirdim. Saçlarıma, yalnız bu xüsusi günlərdə taxılan lentlər istisna olmaqla heç nəyi sevmirdim. Sarayın və bu  böyük otaqların soyuqluğu məni elə bu an burdan çıxıb getməyə təhrik edirdi. Yenə də ümidlə gözləyirdim, atamın bir gün məni də sevəcəyinə olan ümidim itib getməmişdi.

Ardını oxu...

 Şrift:


     1940-43-cü illərdə Nasistlərin Polşada yəhudiləri yerləşdirdiyi Varşava Gettosunda 2.500 uşağı ölümdən xilas edən qadının qəhrəmanlıq hekayəsi...

İrena Sendler, 1930-cu illərdə tələbəsi olduğu Varşava Universitetində, eyni sırada oturamqlarına qadağa qoyulan yəhudi yoldaşlarını tək qoymur və məktəbdən çıxarılmağına səbəb olan "Bu gün mən də yəhudiyəm" deyir.

Ardını oxu...

 Şrift:

                                               
                                                   İtkin Türklər

   Monqolustanın şimal sərhəddindəki Sayan dağları yamaclarında yaşayan, türkçə danışan “Dükhan” adlı tayfanın əcdadlarının haralı olduğu Atatürk Universiteti Əsassız Soyqırım İddialarıyla Mübarizə Dərnəyinin (ASİMED) rəhbəri Yrd. Dos. Dr. Savaş Əyilməzin araşdırılması nəticəsində bəlli olub. Tarixən çox qədim olan bu tayfanın dili türk dilidir. On min il əvvəl yaşamış insanların yaşadığı formada yaşayırlar. Hər şeyi ortaq şəkildə bölüşürlər. Cinayət törətmirlər. Qadın kişidən və ya kişi qadından üstün deyil. Vəhşi köç yollarında şimal marallarıyla birgə gəzirlər.

Ardını oxu...

 Şrift:

Alman yazarı Norman Ohlerin yazdıqlarına görə: Adolf Hitler ağır narkotik asılısıymış, faşist uğurlarının arxasında incə planlar deyil, hiyləgər narkotiklər, “cin fikirli” həkimlər dayanərmış.

Ohler, bütün Alman federal və ABŞ-ın milli arxivini araşdırır, Hitlerin şəxsi həkimi Teodor Morellin reseptlərini bir-bir yoxlayır və... Hitlerin ayıq olmadığı gün, istifadə etmədiyi narkotik növü yoxdur. Arada damardan qəbul edir, əksər vaxtlarda isə həb atır.

Ardını oxu...

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac