Xəbər lenti

 Şrift:

                                             Hüseyn Soytürk
                                                 Tehranda nəşr olunan
                                              "Xudafərin" jurnalının təsisçisi


                                                                                          Tehrandan məktub
 
                    24 APREL UYDURMA ERMƏNİ SOYQIRIMI İDDİASI
                       
     Erməni soyqırımı, erməni iddiası, erməni qırğınları və ya ermənilər arasında adətən böyük cinayət, birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən ideyadır. Türkiyə cümhuriyyəti hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığını qəbul ediblər. Amma onu da nəzərə almaq lazımdır ki, qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların qərəzli  təsiri ilə qəbul edilib.
Erməni üsyançılarının 1890-cı ildən etibarən başlayan üsyanları 1915-ci il Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etmiş və sözü gedən soyqırım iddiaları da bu dövrdən etibarən ortaya çıxmışdır.

Ardını oxu...

 Şrift:




Uzaq parçamız Doğu Türküstan: Uyğurlar haqda nə bilirik?

1949-cu ildən bu günə qədər Doğu Türküstan Çin işğalı və zülmü altındadır. Son yüz ildə Çinin bu torpaqlarda qətlə yetirdiyi, zülmə məruz qoyduğu və həbsə atdığı insanların sayı on milyonlarladır.

Doğu Türküstan haradır?

Türküstan Asiya qitəsinin və eləcə də türk dünyasının bir parçasıdır. Türküstan dedikdə, Xəzər dənizinin batı sərhədindən başlayaraq, güneydə Xorasana, quzeydə Ural dağları və Sibirə qədər olan ərazi gözdə tutulur. Doğu Türküstan isə Türküstanın doğusunda bir neçə dəfə bağımsızlıq qurmuş, lakin imperialist güclər tərəfindən işğala məruz qalmış coğrafiyanın adıdır. Doğu Türküstan Asiya qitəsinin tam ortasında mövcud olan, Pakistan, Hindistan, Əfqanstan, Çin və Monqolstanla sərhəd olan Uyğur türklərinin tarixi torpaqlarıdır. Doğu Türküstanın 1.828 min kv. km. ərazisi var. Paytaxtı Urumçi şəhəridir.

Doğu Türküstan tarixinə qısa səyahət

Bura tarixdə bir çox türk dövlətlərinin qurulduğu bir ərazidir. Tarixi qaynaqlardan öyrəndiyimizə görə, Böyük Hun İmperatorluğu bizim eradan əvvəl IV yüzillikdə burada qurulub, inkişaf etmişdir. Teoman və onun oğlu Mete dövləti bu torpaqlardan yönətmişdir. Eramızın 3-cü yüzilliyində Hun İmperiyasının süqutundan sonra burada Xangil (Kanqgil), Göytürk, Karluk, Türgiş və Uyğur dövlətləri qurulmuşdur. 840-cı ildə Doğu Türküstanda Qaraxanlılar dövləti (840-1212) qurulur. Bu dövlət, İslam dinini qəbul edən ilk türk dövləti idi. Qaraxanlılardan sonra bu torpaqlarda Cığataylılar, Teymurilər, Kaşğarlılar dövləti və Doğu Türküstan Cümhuriyyəti qurulmuşdur.

1755-ci ildə Çin Mançu dövləti Doğu Türküstana hücum edib ağır zərbələr vurdu. 1757 –ci ildə isə bu torpaqları tamamilə işğal etdi. Bu işğaldan sonra Doğu Türküstanın qara günləri başlamış oldu. Yerli xalqlar dəfələrlə zülmə qarşı üsyana qalxdılar və hər dəfə Çin imperialistləri tərəfindən ciddi şəkildə zülmə uğradılar. 19-cu yüzilliyin 60-cı illərində bu torpaqlarda yenidən hərakat başladı. Yaqub Xanın başçılığı ilə 1865-ci ildə burada Kaşğarlı dövləti quruldu. Lakin bir tərəfən Çin, digər tərəfdən Rusiya basqısı altında qalan dövlət 1878-ci ildə süquta uğradı.

20-ci yüzillikdə yenidən ayağa qalxan xalq yeni dövlət qurmağı bacardı. Doğu Türküstan İslam Cümhuriyyəti adlanan bu dövlət 1932-ci il noyabr ayının 12-də elan edildi. Varlığını cəmi 1 il 3 ay qoruyub saxlaya bilən bu dövlət 1934-cü il fevralın 6-da süquta uğradı. Bu dövlətin yıxılmasında “Qızıl ordu”nun böyük rolu olmuşdu.

Bir qədər sonra, 1940-cı illərdə Uyğur xalqı yenidən özgürlük savaşına qalxır. Sonuc olaraq, 1944-cü ildə Doğu Türküstan Cümhuriyyəti qurulur. Lakin bu dövlət də öz varlığını cəmi 5 il qoruya bilir. 1949-cu ildə “qızıl ordu”nun yardımı ilə, kommunist Çin rejimi tərəfindən işğal olunur.

1955-ci ildə formal olaraq Uyğur Muxtar Bölgəsi qurulsa da, bu zamandan etibarən Uyğur torpaqları tam şəkildə Çin işğalı altına keçir. 1950, 1953, 1958, 1962, 1965 və 1968-ci ildə Uyğur xalqı dəfələrlə mübarizəyə qalxsa da, hər dəfə özgürlük istəyi amansızlıqla yatırıldı.

Doğu Türküstan bayrağı

Hal-hazırda tanıdığımız mavi fon üzərində ağ rəngdə ay-ulduzlu bu bayraq Doğu Türküstan İslam Cümhuriyyəti tərəfindən qurulmuş və 1944-cü ildə Doğu Türküstan Cümhuriyyətinin Milli Məclisi tərəfindən qəbul edilmişdir.

Hazırda bu bayrağı saxlamaq, gəzdirmək, təbliğ etmək Çin dövlətində yasaq sayılır. Bu ölkədə üzərində mavi rəngli Doğu Türküstan bayarğı tapılan şəxsi həbs cəzası gözləyir.

Yüz ildən artıqdı ki, başlayan Çin zülmü bu gün də davam etməkdədir. Çin həbsxanaları və bu həbsxanalarda verilən işgəncələr dünyada bəllidir. Burada həbsə atılan Uyğur xalqının bir hissəsi işgəncələr altında qaldığı üçün həbsxanadan çıxmadan canını tapşırdı. Bəzi qaynaqlar Çin rejimi tərəfindən Doğu Türküstan ərzsisindən həbs olunan insanların orqanlarının çıxarılaraq çinli vətəndaşlarına satdığı deyilir.

Bu torpaqlardan həbsə atılan insanların həbsxanalarda yoluxucu xəstəliklərə bulaşdırılaraq öz Uyğur ərazisinə geri qaytarıldığı da deyilir. Beləcə Doğu Türküstanda ölümcül xəstəliklər yaymaqla insanların daha sürətli və əzablı ölümünü meydana gətirmiş olurlar.

Çin dövləti yaşadığımız bu günlərdə də Doğu Türküstana uyğuladığı zülm və işgəncələri davam etdirməkdədir. Qaynaqlar yaşadığımız son bir ayda yüzlərlə doğu türküstanlının həbsə atıldığını yazır. Son günlər həbs olunanlar daha çox Çin dövlətinə qarşı fəaliyyət göstərən təşkilatların üzvü olmaq bəhanəsi ilə tutulur və işgəncələrə məruz qalır.

Uyğur xalqı məhz belə bir şəraitdə öz bayrağını qoruyur və ona sahib çıxır.

Dünya Uyğur Qurultayı

Bu qurum Uyğur torpaqlarında və ondan kənarda yaşayan uyğurların haqqını qorumaq uğrunda savaşan və uyğurların səsinini dünyaya çatdırmaq üçün yaradılmış bir təşkilatdır. Hazırda təşkilata Rəbiə Qadir başçılıq edir. Çin dövləti əzilən toplumun haqları uğrunda savaşan bu qurumu terror qurumu olaraq tanıyır. Bu təşkilat 1992-ci ildə Türkiyə Quru Qoşunlarının təqaüddə olan generalı Riza Bekin tərəfindən qurulan Doğu Türküstan Milli Qurultayı, 1996-cı ildə Almaniyada qurulan Dünya Uyğur Gənclər Qurultayı və digər təşkilatların 2004-cü ildə birləşməsi ilə meydana gəlmişdir. Qurum öncə Doğu Türküstan Qurultayı, sonra Doğu Türküstan (Uyğurstan) Qurultayı olaraq fəaliyyət göstərdi. Sonralar qurum Doğu Türküstanın bütövlüyünü qurmağa və qorumağa çalışan missiyya ilə fəaliyyət göstərməyə başladı. Bu dəyişiklikdən sonra Doğu Türküstandan olan uyğur, qazax, qırğız və özbəklər Sürgündəki Doğu Türküstan Hökuməti ətrafında birləşdilər.

Uyğur ədəbiyyatı

Arxeoloji qazıntılar zamanı üzə çıxan tapıntılar Uyğurların əski dönəmlərdən yüksək mədəniyyət yaradıcısı olduğunu bəlli edir. Bu günki Monqol və Mançu əlifbaları 14 hərfli əski uyğur əlifbası əsasında meydana gəlmişdir. İslamın ilk yarandığı illərdə Uyğur bilginləri Hind və Ərəb dilindən tərcümələr edirdilər. Uyğur ədəbiyyatının ən önəmli nümunəsi Yusif Balasaqunlunun “Kutadqu bilik” əsərdiir. Bu əsər uyğur torpaqlarında yaranan və bütövlükdə ümumtürk ədəbiyyatının incilərindən sayılan əsərdir.

X-XV yüzilliklər arasında uyğur ədəbiyyatında Mani və Buddizm inanclarına dayanan iki ədəbiyyat yaranmaqda idi. Bu ədəbiyyat daha çox dini inanclar və tərcümələr üzərində qurulmasına baxmayaraq uyğur dilinin zənginləşməsində böyük rol oynadı. 18-ci yüzillikdən başlayan Çin istilaları uyğur ədəbiyyatında yeni dastanların yaranmasına rəvac verdi. Bu dastanlardan ən məşhuru “Nazuqum dastanı”dır. Dastan Çin zülmünə qarşı dirəniş motivləri əsasında qurulmuşdur. Bu dövrdə yaranan dastanlar Abdurrahim Nizari, Turdi Qaribi, Bilal Nazim, Molla Şakir, Seyid Məhəmməd Kaşi və digərləri tərəfindən yazıya alınmışdır.

20-ci yüzilliyin əvvəllərindən etibarən modern uyğur ədəbiyyatı meydana gəlməyə başlayır. Bu illərdə yaranan ədəbiyyatın əsas mövzusu imperializmə, müstəmləkəçiliyə, feodalizmə və cəhalətə qarşı mücadilə aparmaq idi. Bu dövrdə mərkəzi Kaşğar olmaqla, Əbdülqadir Əbdülvaris Əzizinin təşəbbüsü və rəhbərliyi ilə fəaliyyət göstərən cədidizm cərəyanı yeni uyğur ədəbiyyatının yaranmasında böyük rol oynamışdı.

Uyğur dili

Uyğur türkləri 19-cu yüzillikdə və 20-ci yüzilliyin əvvəllərində Tarançı, Kaşğarlı, Yarkəndli, Turfanlı və digər adlarla tanınmışdır. 1921-ci ildə Daşkənddə qəbul edilən qərardan sonra “uyğur” adı işlənməyə başlamış və 1934-cü ildə ümumi ad olaraq qəbul edilmişdi. Uyğur dili Cığatay türkcəsinin davamı və ya bir qoludur. 1930-cu illərə qədər Cığatay yazı dilindən istifadə edən uyğurlar, bu tarixdən etibarən mərkəz şivə olan Urumçi ləhcəsini ədəbi dil kimi istifadə etməyə başladılar.

Min illər öncə tamamilə eyni dildə danışdığımız Uyğur dili ilə Azərbaycan türkcəsi arasında bəlli səbəblərdən dolayı xeyli fərqlər meydana gəlib. Buna baxmayaraq Uyğur dilində asanlıqla başa düşəcəyimiz minlərlə söz var. Bəzən eyni bir söz həm bizim dildə, həm də Uyğur türkcəsində eyni şəkildə tələffüz olunur. Çağdaş Uyğur dilində işlənən bəzi sözlərə və onların Azərbaycan dilində necə səsləndiyinə diqqət edək;


Uyğur türkcəsi Azərbaycan türkcəsi

Belik balıq
At at
Taş daş
Dada baba
Minq min
Otun odun
Kanat qanad
Dolkun dalğa
Kim kim
Jil il
Jürek ürək
Jigirme iyirmi
Yalqan yalan

Uyğurlar haqda nə bilirik? - Araşdırma - MANERA
Doğu Türküstan əhalisinin 50 faizdən çoxu Uyğur dilində danışmaqdadır. Min ildən artıq istifadə edilən ərəb əlifbasından istifadə 23 noyabr 1969-cu ildə Çin hökuməti tərtəfindən tam yasaq edildi. 1980-ci illərdə Uyğur aydınları tərəfindən uyğur fonetikasına uyğun şəkildə kirill əlifbası əsasında hazırlanan əlifbanın qəbul edilməsi cəhdi Pekin tərəfindən rədd edildi.

Lakin buna baxmayaraq, bu mübariz xalq dirəniş göstərməyi davm etdirdi. 1983-cü ildə Urumçidə yaradılan Dil Yazı Xidməti Komitəsi tərəfindən daha əvvəllər istifadə etdikləri ərəb əlifbası üzərində dəyişikliklər və yeniliklər edilməklə yeni uyğur əlifbası yaradıldı və qəbul edildi.

Doğu Türküstanda idarəetmə Pekinə bağlıdır. Bura Çin işğalına məruz qalandan bir qədər sonra, 1952-ci ildə 10 ayrı-ayrı bölgəyə ayırılmışdır. Acınacaqlı hal budur ki, Doğu Türküstanda bütünlüklə idarəetmə çinlilərin ixtiyarındadır. Bütün yetkilər uyğurlardan alınıb. Siyasi, hərbi, iqtisadi və digər sahələrdə qərar vermə haqqı çinlilərin və Çin hakim dairələrinin səlahiyyətindədir.

Doğu Türküstanda iqtisadiyyat

Doğu Türküstan neft, volfram, qızıl, kömür kimi strateji xam maddələrlə zəngin olan bir torpaqdır. Bu torpaqlar zəngin yeraltı və yerüstü sərvətlərə sahibdir. Çində mövcud olan 150-yə qədər qiymətli maddənin 118 növü Doğu Türküstan ərazisindən çıxarılır. Doğu Türküstanda indiyə qədər 5 min yerdə sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Bu isə Çində mövcud olan sənaye müəssisələrinin 85 faizi deməkdir. Burada 500 bölgədən benzin, 30 bölgədən isə təbii qaz çıxarılır. Hər il bu torpaqlardan Çinə 10 milyon ton neft daşınır. Bütövlükdə Çinin kömür ehtiyatlarının yarısı Doğu Türküstan torpaqlarındadır. İllik qızıl istehsalı 360 kiloqramdan artıqdır. Geniş örüşlərə, böyük meşələrə və yaylalara malik olan Doğu Türküstanda 60 milyona yaxın qoyun və mal-qara saxlanmaqdadır. Və ürək parçalayan məqam; burada sənaye müəssisələrində çalışanların 90 faizindən çoxu bu ərazilərə yerləşdirilən çinlilərdir.

Doğu Türküstanda təhsilin durumu acınacaqlıdır. Burada insanların 60 faizi oxuyub-yazmağı bacarmır. Mətbu yayınların yalnız 15 faizi uyğur dilindədir. Daha acınacaqlısı budur ki, uyğur tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı bilgilər yalnız Çin rəsmi dairələrinin müəyyən etdiyi ölçüdə və məzmunda verilir. Rəsmi ölçüdən kənar bilgi vermək qadağan edilmişdir. Təhsil müəssisələrin digər ölkələrin təhsil müəssisələri ilə hər hansı bir əlaqə qurması da yasaqdır. Əlifbanı dəyişəndən sonra bu torpaqlarda ildən-ilə oxumanın və öyrənmənin səviyyəsi aşağı düşməkdədir.
Uyğurlar haqda nə bilirik? - Araşdırma - MANERA
Doğu Türküstanda din və vicdan azadlığı yoxdur. Burada Budduzm, Lamaizm, Xristianlıq və digər dinlərin ardıcılları var. Lakin əhalinin yarıdan çoxu müsəlmandır. Burada insanların təşkilatlanma haqqı, qanunlar qarşısında çinlilərlə bərabər ola bilmək haqqı və siyasi haqları olmadığı kimi dini azadlıqıları da yoxdur.

Doğu Türküstanda məmurların, işçilərin və tələbələrin ibadət yerlərinə getmələri və ibadətlə məşğul olmaları yasaqdır. İbadət etdiyi aşkar olunan işçi işdən atılır, tələbə məktəbdən qovulur. Dini təhsil almaq istəyənlər üçün heç bir təhsil ocağı yoxdur. Məscidlərdə dini söhbətlər aparılmaz, burada yalnız dövlətin qayda-qanunları təbliğ edilir. Evində dini kitab tapılan şəxs məsuliyyətə cəlb olunur. Belə insanlara maddi cəzadan tutmuş həbs cəzasına qədər müxtəlif növ cəzalar verilə bilər.

Burada Ramazan ayında dövlət idarələrində və təhsil müəssisələrində oruc tutmaq rəsmən qadağan edilmişdir.

Doğu Türküstan (Uyğurstan) günümüzdə 30 milyondan artıq (bəzi qaynaqlarda 35 milyon) insanın yaşadığı bir yerdir:

Çinlilər – 16 milyon
Uyğurlar - 12 milyon
Qazaxlar - 1 milyon
Huilər - 600 min
Qırğızlar - 150 min
Mançular - 90 min
Taciklər - 30 min
Özbəklər - 15 min
Sarı uyğurlar - 12 min
Tatarlar - 5 min
Tibetlilər - 5 min
Ruslar 3 min və sair. 

Doğu Türküstan, özəlliklə burada yaşayan uyğurlar ağır və çətin günlər yaşamaqdadır. Hazırda dünyada 20 milyondan artıq uyğur türkü var. Onların yarıdan çoxu əzəli torpaqları olan Doğu Türküstan ərazisində yaşayır. Qazaxstanda 250 minə yaxın, Özbəkistanda 60 min, Qırğızstanda 50 mindən artıq, Türkiyədə 25 minə yaxın uyğur türkü var.

Yaponiyada yayımlanan “Mainichi Daily News” adlı qəzet 29 iyun 2000-ci il tarixli sayında yazırdı: “Doğu Türküstanda gün keçdikcə Çin müdaxiləsi və yoxlamaları daha da artaraq dözülməz həddə çatmaqdadır. Burada Çin ordusu hər yerdədir. Əlaqə çox məhdud və daimi polis nəzarətindədir. Çox az kənddə telefon var və bu telefon xətlərinin hər biri dinlənilir. Hər hansı bir şəxs yersiz bir şübhəyə görə illər boyu həbsə atılır”.

Doğu Türküstan türklərini assimilyasiyaya uğradılaraq tarix səhnəsindən silməyə çalışırlar. Bunun üçün ən çox istifadə olunan üsul sistemli şəkildə çinlilərin buraya köçürülməsidir. Bir zamanlar burada yaşayan əhalinin 93 faizini uyğurlar təşkil edirdisə, bu gün bu siyasət nəticəsində burada uyğurların sayı 35 faizə enməkdədir.
Uyğurlar haqda nə bilirik? - Araşdırma - MANERA

Sözdə Muxtar bölgə qurulsa da, bu yurdun əzəli sahibləri olan uyğurlar tam basqı altındadırlar. İdarəetmədə çox az sayda olan uyğurların heç bir səlahiyyəti yoxdur. Doğu Türküstandan gələn xəbərlərə görə uyğur və çinli arasında baş verən münaqişlərdə birmənalı olaraq uyğurlar cəzalandırılır. Alman yazar Ulrix Şmid "Pekin's Campaign to Destroy Uigur Culture" (Pekinin Uyğur kültürünü yoxetmə kompaniyası) adlı yazısında bu durumu belə dəyərləndirir:“... digər bir deyimlə, Çinin quzey batısı olan Doğu Türküstanda gücün gerçək üzü, görünən ümidverici mənzərədən çox fərqlidir. Çində gerçək güc dövlətin orqanlarında deyil, Kommunist Partiyasının yönətici kadrlarının əlində olduğu üçün əsil yönəticilər hər yerdə çinlilərdir”.

Bu gün Doğu Türküstan iqtisadi, ədəbi, mədəni və siyasi basqı altındadır. Ən əski türk soylarından biri və yarıdan çoxu müsəlman olan bu topluma türk və müsəlman dövlətlərinin diqqət ayırması, dəstək olması, çağdaş durumlarının öyrənilməsi və səslərinin dünyaya çatdırılması üçün əməli işlər görməsi tarixi zərurətə çevrilmişdir. Coğrafi baxımdan bizə uzaq olan bu torpaqlar, milli mənsubluq və mənəviyyat baxımından nəinki bizə yaxındılar, bizim bir parçamızdılar./manera.az/
 Şrift:



Suvorov
-Böyük rus sərkərdəsi A.B.Suvorov doğulanda çox zəif və çılız uşaq olmuşdur. Lakin özünü müntəzəm surətdə möhkəmləndirmək sayəsində o səhhətini tam bərpa etmişdi. Belə ki, Suvorov hətta yetmiş yaşında ikən misilsiz yürüşlərə çıxmış və ordusu ilə birlikdə Alp dağlarını aşmışdı. Ondan başqa Alp dağlarından yalnız Hannibal və Napoleon keçmişdi.
Suvorov adəti üzrə qəbul günlərində bütün medallarını döşünə taxarmış. Onu gözü götürməyən generalların arvadları bir qəbul zamanı marşalla rastlaşıb: «Ah, Aleksandr Vasilyeviç, siz bu qədər zəif adam olduğunuzdan, yəqin ki, bu medallar sizə ağırlıq edir!» – demişlər. Suvorov onlara: «Çox ağırlıq edir, o qədər ağırlıq edir ki, onu qaldırmağa sizin ərlərinizin gücü çatmaz!» — deyə cavab vermişdi.

Sezar-Sezar bir xaraba şəhərdən keçərkən demişdir: «Mən Romada ikinci adam olmaqdansa, burada birinci adam olmağı istərdim.»
Məşhur Roma İmperatoru və dövlət xadimi Yuli Sezar Afrika sahillərinə çıxarkən ayağı büdrəmiş və yıxılmaq istədikdə özünü sındırmayaraq, gülünc vəziyyətdən çıxsın deyə: «Ah, Afrika, mən səni qucaqlayıram» — demişdir.
Makedoniyalı İsgəndər kimi məğlubiyyət nə olduğunu bilməyən Sezar, həm də onun kimi, bəlkə daha artıq səxavətli olmuşdur. Belə ki, yaxın dostlarından birinin xahişi ilə onun yanına göndərilən bir adama Sezar bütöv bir ölkə bağışlamışdı.
Yuli Sezar Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci möcüzəsi sayılır. Təsadüfü deyildir ki, bütün səfər və yürüşlərində onun ayrılmaz «yoldaşlarından» biri də İsgəndərin kiçik mərmər büstü olmuşdur.
Sezar döyüşçülərinin onu tanrı qədər sevdiyini bilirdi. Ona görə də döyüşçülərin yürüş zamanı onun haqqında oxuduqları satirik, hətta ədəbsiz mahnıları da təbəssümlə qarşılayırdı.

Hitler — Stalindən fərqli olaraq, Hitler köhnə Nasist qvardiyasının üzvlərinə qarşı repressiyalara həvəssiz, yalnız məcburiyyət qarşısında yol verirdi. Hətta Remə qarşı əməliyyata da uzun düşüncələrdən sonra, az qala ürək ağrısı ilə razı olmuşdu. Remin dəstələrinin günahı böyük olsa da, Hitler bu adamların sədaqətini yüksək qiymətləndirirdi. Stalinlə Hitler arasında böyük fərqin öz izahı var. Artıq deyildiyi kimi, Lenin qvardiyası Stalini bir lider, Leninin qanuni varisi kimi qəbul etmək istəmir, ona, hakimiyyəti oğurlamış bir «quldur» kimi baxır, onu devirmək üçün yollar arayırdı və öz hakimiyyətini saxlamaq üçün Stalin ən qəddar metodlara əl atmalı olurdu. Hitler isə özü öz partiyasını qurmuşdu və onun Stalinin istifadə etdiyi üsulların köməyinə, «parçala və ağalıq et» prinsipinə ehtiyacı yox idi. Hitlerin hətta rəqibləri — Ştrasser də, Rem də gözəl başa düşürdülər ki, onu əvəz edə bilməzlər. Onlar Hitlerdən narazı olduqlarına görə deyil, Hitler onlardan narazı ola biləcəyindən qorxduqlarından Hitlerin təkhakimiyyətliyinə müqavimət göstərmirdilər.
Anasını 1908-ci ildə dəfn etdikdən sonra Hitler ona miras qalmış son pulları xərcləyərək klirayələdiyi bir otaqda yaşayır və yaxın bir adamı olmadığından getdikcə daha çox özünə qapılırdı. Yeganə məşğuliyyəti öz otağında ya da kütləvi kitabxanada kitab mütaliə etmək idi. Lakin 1909-cu ilin payızında son pulları da qurtardı. İndi o parkdakı skamyaların üstündə ya da kiminsə qapısı ağzında gecələyirdi. O, dilənçiliyin son həddinə çatmışdı, monastra bir nimçə sup dilənməyə gedirdi. Onu Reyngold Haniş xilas etdi. Haniş də onun kimi səfil idi, lakin çarəsiz vəziyyətlərdə çıxış yolu tapmağı bacarırdı. Hitler akvarel boya ilə şəkillər çəkir, Haniş isə satırdı. Bir müddət sonra Hanişlə araları dəydikdən və dostu onu tərk etdikdən sonra Hitler zərrəcə də narahat olmadı, o, artıq özü satmağı öyrənmişdi.
Hitler Xeyriyyə cəmiyyətindən birinin təşkil etdiyi kişilər sığınacağında yaşayır və vaxtının çoxunu oradakı oxu zalında keçirirdi. Hitler, adətən, səssizcə oturub şəkil çəkirdi, lakin siyasətdən, yaxud sosial problemlərdən söhbət salanda, onun sifətinin ifadəsi dəyişir, o, ayağa sıçrayaraq sanki izdiham qarşısında imiş kimi həyəcanla nitq söyləyirdi. Sonra qəfildən nitqini kəsir, əlini yelləyərək oturur və yenə şəkil çəkirdi. Adama elə gəlirdi ki, o, qeybdən gələn vəhylə danışır və vəhy qurtarandan sonra susurdu.

Dara — Hakimiyyət çevrilişi etmiş 7 nəfərdən yalnız biri taxtda otura bilərdi. Ona görə də onlar bu qərara gəlirlər ki, 7-si də öz atlarını səhər ertedən sarayın yanına çıxarsınlar, kimin atı günəş doğandan sonra birinci kişnəsə onun sahibi şah olsun. Bu 7 nəfərdən biri olan Daranın mehtəri şərtin nədən ibarət olduğunu eşidib belə bir tədbir görür — gecə Daranın atını 7 nəfərin şərtləşdikləri yerə gətirir və madyanın üstünə buraxır. Mehtər güman edir ki, səhər at madyanla gecəki «görüş» yerini tanıyan kimi kişnəyəcəkdir. Belə də olur. Bütün atlar həmin yerə gətiriləndə Daranın atı birinci kişnəyib öz sahibinin İran taxtında əyləşməsinə səbəb olur.
Herodotun dediyinə görə, İranın şahı Dara İntoferen adlı bir cinayətkarın və onun bütün kişi qohumlarının edam olunması haqqında hökm verir. Bu zaman İntoferenin arvadı sarayın qapısından aralanmayıb ah-nalə edir. Bunu görən hökmdar həmin qadını yanına çağırıb deyir ki, «qohumlarından hansını istəyirsənsə de, onu azad edim, sən isə buradan çıx get. «Qadın Daraya deyir ki, «qardaşımı azadlığa buraxın.» Dara təəccüblə qadına nə üçün məhz qardaşının azad edilməsini arzu etdiyini soruşur. Qadın isə ona belə cavab verir: «Əgər mənim ərimi və oğlumu öldürsələr, ərə də gedərəm və oğul da doğaram. Lakin qardaşımı öldürsələr, qardaş tapa bilmərəm, çünki mənim atam və anam ölüblər.» Qadının müdrikliyindən Daranın xoşu gəlir. Qadının qardaşını və böyük oğlunu da azadlığa buraxır.

Alp Arslan — Sultan Alp Arslan 27.000 əsgəri ilə Bizans torpaqlarına sarı irəliləyərkən, kəşfiyyata göndərilən əsgərlərdən biri onun hüzuruna gələrək təlaşla söyləmişdi:
«300.000 düşmən ordusu bizə çox yaxınlaşmışdır.» Alp Arslan da halını pozmadan demişdir: «Biz də onlara yaxınlaşmışıq.»
Alp Arslan taxta çıxdıqdan sonra bütün təbəələrini ildə iki dəfə alınan xəracdan azad etdi, hər il Ramazan ayında Bəlx, Morv, Hərat və Nişapurun ehtiyacı olan əhalisinə 1000 dinar, öz sarayında 10.000 dinar payladı. Elə həmin il o vəziri Nizam əl-Mülkin qanunsuz topladığı sərvət barədə məktub aldı. Vəziri hüzuruna çağırıb ona belə dedi: «Al bu məktubu oxu və əgər burada yazılanlar həqiqətdirsə, xasiyyətini dəyiş. Yox, əgər yalan yazırlarsa, cəsarətinə görə həmin şəxsin bağışla və ona divanda mühüm bir iş ver ki, belə adamlar yalan və böhtandan əl çəksinlər.» Alp Arslan dostlarına və itaət edən rəqiblərinə qarşı hədsiz iltifatlı, xəyanətkarlığa isə kim olursa-olsun amansız idi. Alp Arslan saysız qələbələr qazanan və məğlubiyyət nə olduğunu bilməyən dünya əhəmiyyətli nadir sərkərdələrdən biri idi. Onun böyük, güclü və alınmaz Ani şəhərini tutması belə tarixi əhəmiyyətli qələbələrindən biridir. Ani şəhəri 3 tərəfdən Arazın sıldırımlı qayaları ilə əhatə olunmuşdu, bir tərəfindən isə alınmaz divarlı Arpa çayı axırdı. Şəhər bizanslara məxsus olsa da əhalinin əksəriyyəti ermənilər idi. Bütün erməni tarixçiləri bu qədər əhalisi və müdafiəçiləri olan şəhərin alınmasının günahını iki erməni sərkərdə qorxaqlığında və bizanslarda görürdülər.
Alp Arslanın qələbələrindən narahat olan Bizans imperatoru Roman Diogen 200.000 qoşunla Alp Arslana qarşı çıxdı. Alp Arslan təzəcə Hələb yürüşündən qayıdıb Xoy şəhərində qərar tutmuşdu. Qoşunu və vəziri uzaqda idi. 1071-ci il avqustun 16-da qoşunlar üz-üzə dayandı. Bütün məxəzlər Sultanın yanında cəmi 15.000 döyüşçü olduğunu yazır. Sultan ox və kamanını atıb qılıncı götürdü və öz əliylə atının quyruğunu düyünlədi. Bütün döyüşçülər də onun kimi etdilər. Sultan ağ paltar geydi və əgər ölərəmsə, bu mənim kəfənimdir — dedi. Sonra atını minib düz düşmənlərin ortasına çapdı. Qoşunu da onun dalınca. Elə sürətlə çapdılar ki, toz onları gözəgörünməz etdi. Sağa-sola qılınc çalıb düşməni doğramağa başladılar. Böyük Sultan qalib gəldi. Bizans imperatoru, qohum-əğrəbəsi ilə birgə əsir düşdi. Sultan Alp Arslanın adı şərəfli türk tarixində ən parlaq ulduzlardan biri, cəngavərlik və alicənablıq rəmzi kimi əbədilik yaşayır.

NELSON — Bir dəfə İngiltərə donanmasında qeyri-adi hadisə baş verir. Məşhur admiral Nelsonun eskadrasından poçtu aparan freqat ayrılmalı idi. Ertəsi gün döyüş gözlənilirdi, buna görə hamı evə, bəlkə də son məktubunu göndərməyə tələsirdi. Poçtu torbalara doldurub ağzını möhürlədilər və freqata ötürdülər.
Poçt gəmisi bütün yelkənlərini açıb yola düzəldi. Bu vaxt məlum oldu ki, poçtu yığıb freqata ötürən gənc dənizçinin öz məktubunu torbaya atmağı yaddan çıxıb. O, məktub əlində növbətçi zabitin qarşısında durmuşdu və günahkar görkəmlə onun danlağına qulaq asırdı. Təsadüfən Nelson bu səhnəni görüb, zabitdən nə baş verdiyini soruşdu. Zabit: «Milord, sizin diqqətinizə layiq olmayan xırda məsələdir», — dedi, lakin Nelson izah tələb etdi və məsələnin nə yerdə olduğunu bildikdə əmr etdi ki, siqnal verib freqatı geri çağırsınlar. Beləcə, gənc dənizçinin məktubu vətənə göndərildi. Əlbəttə ki, bu cür sərkərdə üçün dənizçilər ölümə getməyə hazır idilər.../kazyen.az/

 Şrift:
  • 1868 — Dmitri Mendeleyev "Dövri sistem"in ilk variantını Rus Kimya Cəmiyyətinə təqdim edib.
  • 1899 — Alman kimyaçı Feliks Hofman aspirini patentləşdirib
  • 1902 — Real Madrid futbol klubu təşkil edilib.
  • 1924 — İsmət İnönü Türkiyədə ikinci hökuməti qurub.
  • 1955 — Azərbaycan Demokratik Respublikasının banilərindən və lideri olan M.Ə.Rəsulzadə vəfat edib.
  • 1957 — Qana Respublikası müstəqilliyini elan edib.
  • 1960 — İsveçrədə qadınlar bələdiyyə seçkilərində iştirak hüququ əldə edib..
 Şrift:
                                                             Xirosima ilə Naqasakinin faciəsi və onun təməli        

                                                               I hissə
 
       1945-ci il İkinci dünya müharibəsinin başa çatması ilə əlamətdar il sayılır. Lakin həmin ildə iki təqvim var ki, onu bəşəriyyətə qarşı törədilən cinayət günləri kimi təqdim etmək olar – 6 avqust Xirosimaya və 9 avqust Naqasakiyə atılan atom bombaları. Bəzən insanı belə bir suallar düşündürür: Dinc əhalinin sıxlıq təşkil etdiyi bu şəhərlərə nüvə bombalarını atmaq mütləq idi, ya yox? Həmin ölümsaçan mərmilərdən ABŞ yox, digər başqa dövlət istifadə etsəydi, həmin ölkənin aqibəti necə olacaqdı? Ümumiyyətlə, müharibənin başa çatmasına bir neçə gün qalmış yüz minlərlə insanın günahsız ölümünə səbəb olan həmin bombalardan istifadə etmək nə dərəcədə düzgün idi?
Bu məqalənin vasitəsilə həmin ağrılı-acılı suallara cavab tapmağa çalışacağıq.
Birinci sual meydana gələndə bir çox mütəxəssislər bildirirlər ki, ABŞ Pyorl-Xarbora görə Yapon imperiyasından qisas almışdı. Elə mən də bu çür düşünürəm. Yaponiyanın hərbi dəniz donanması Havay adalarına istiqamət götürməmişdən əvvəl ölkələr arasında olan siyasi duruma nəzər yetirmək lazımdır.

Ardını oxu...

 Şrift:

                 
                                Əvvəli "
Katolik papaların törətdikləri soyqırımlar" adlı yazıda...

                          Pontifiklərin cinayəti sayılan səlib yürüşləri             
                                                       
                                                          II yazı
                                                                                                                      
       Xalqların başına bəla onda gəlir ki, dini rəhbərlər, xüsusən də Müqəddəs Pyotr taxt-tacında əyləşmiş pontifiklər səlahiyyətlərindən istifadə edərək siyasətə baş qoşur və fitva məzmunlu bəyanatlar verir. Əlbəttə ki, bu iki halda baş verə bilər: ya həmin şəxs maraqlı tərəfdən bahalı bəxşişlər alır, ya da ki, digər dinlərə mənsub olanlara ifrat düşmənçilik bəsləyir. Pontifiklərin orta əsrlərdəki fəaliyyəti onu göstərdi ki, onlar nəinki dini zəmində başqa xalqlara nifrət bəsləmiş, hətta irqi düşmənçiliyə böyük dəstək verərək, milyonlarla günahsız insanı fiziki cəhətcə məhv edilməsində mühüm rol oynamışdılar. Halbuki katolik papanın əsas funksiyası dünyada tolerantlığı nümayiş etdirmək, sülh və əminamanlığın bərqərar olması uğrunda mübarizə aparmaqdan ibarətdir.

Ardını oxu...

 Şrift:
                                      

                             Katolik papaların törətdikləri soyqırımlar  

                                                          I yazı
                                                                                                                                  
      Müharibə başlayanda din xadimləri öz nüfuzlarından istifadə edərək, baş verən faciənin qarşısını almağa çalışırdılar. Lakin sonrakı hadisələr göstərir ki, diktatorların hakimiyyətə gəlməsinə, böyük müharibələrin başlanmasına, faciələrin yaranmasına və milyaonlarla adamın kütləvi şəkildə məhv edilməsində elə din xadimləri, xüsusən də Müqəddəs Pyotrun taxtında əyləşmiş papalar rəvac vermişdilər. Allahın bəxş etdiyi həyatı qaniçən papalar sərsəm siyasətləri ilə yox etmişdilər. Sülhə son qoymaq, qan axıtmaq onların əsas tezisi sayılırdı. Pontifiklər özlərinin törətdikləri cinayətləri başqa millətin boynuna qoyur və ədalətli olmadığını bütün sivil dünyaya sübut edirlər.
2015 ci ildə Roma papası II Fransiskin qondarma “erməni soyqırımını” tanıması və bu il İrəvanda Azərbaycan xalqının qanına susamış cəllad Sərkisyanın və dünyanın 2 saylı fitnəkarı erməni katolikosu Garigenin yanında həmin termini işlətməsi, onun nə dərəcədə tarix elmindən kasıb olmasını, ən əsas isə Türkiyəyə qarşı qərəzli mövqe tutduğundan, İslama ifrat düşmənçilik bəsləməsini üzə çıxartdı. Ona görə ki, kim də bilməsə, məhz pontifik bilməlidir ki, 1915-ci ildə türklər erməniləri yox, ermənilər türkləri kütləvi şəkildə qırmağa başlamışdılar. Həmin qanlı olaylar zamanı bir neçə milyona yaxın türk öldürülmüşdü.

Ardını oxu...

 Şrift:
        Araşdırma:                               
                                    Şahın almazını oğurlayan erməni
 
              Almaz daşları qədimdə gücün, igidliyin, məğlubedilməzliyin rəmzi sayılırdı. Şərqdə şahlar, qərbdə monarxlar öz taclarını, qüdrətli sərkərdələr dəbilqələrini almazla bəzəyərdilər.  Amma almazların da öz sahibləri kimi qəribə və maraqlı taleyi var.                                                                                      
         Sərkərdənin sarayı - atının yəhəridir” deyən Nadir şah Əfşarın hərbi bacarığına və misilsiz sərkərdəlik maharətinə heyrət edən qərb tarixçiləri onu Napoleon Bonopart, Böyük Fridrix, Hanniballa, şərq tarixçiləri isə Makedoniyalı İsgəndər, Əmir Teymurla müqayisə edirlər. Türk soylu əfşarlar sülaləsinin banisi olan bu tarixi şəxsiyyət on bir illlik (1736-1747) hakimiyyəti dövründə Azərbaycan, Türküstan və Hindistan şahı olaraq  tanınıb.  

Ardını oxu...

 Şrift:
Ölkəmizin Muğan bölgəsi ta qədimdən özünün barlı-bərəkətli torpaqları ilə, min dərdə dərman nemətləri ilə nə qədər məşhur olubsa, bir o qədər də orada yaşayan adlı-sanlı insanları bu qədim diyarın şöhrətlənməsində rol oynayıblar. Xəzər dənizinin qərb sahillərindən, Talış dağlarının şimal ətəklərindən ta Kür-Araz çaylarının sahıllərinə qədər uzanan bu torpaqlardan neçə-neçə əmək və döyüş qəhrəmanı, söz-sənət adamı çıxıb və indi də belələrinin sayı yüzlərlədir. Diyara şöhrət gətirən belə insanlardan biri də keçən əsrdə yaşasa da, şəxsi keyfiyyətləri, əsl insani xarakteri ilə, dövlətinə və xalqına sədaqəti ilə ad çıxartmış, o vaxtlar və bundan sonrakı əsrlərdə minlərlə insanlara örnək ola biləcək partiya və dövlət xadimi Zəbi Əhəd oğlu Quliyevdir. Aşağıda onun həyat və fəaliyyəti haqqında qısa məlumatı diqqətinizə çatdırırıq.        
 
TƏMİZLİK SİMVOLU
 
О, polad idi, ancaq nə əyildi, nə də sındı
 
100 il öncə,1910-cu ildə qədim Muğan torpağında, Masallının Hacıtəpə kəndində  dünyaya bir insan gəldi. Dövrünün ziyalısı və din xadımı kimi tanınan Axund Əhədin ailəsinin sevincinin həddi-hüdudu yox idi. О vaxt heç kimin ağılına gəlmirdi ki, kiçik bir ailənin sevincinə çevrilən bu uşaq, sonra bütün elin, obanın sevimlisi olacaq. İlk təhsil və tərbiyəsini atası Axund Əhəddən alan balaca Zəbi doğma Hacıtəpə kəndində  məktəb olmadığı üçün qonşu Xırmandalı kəndindəki ibtidai məktəbdə oxudu.

Ardını oxu...

 Şrift:

                                     
                                    Çingiz Xanın itmiş qalası

    Xarici medianın verdiyi xəbərə görə, ancaq monqollar və yaponlardan ibarət arxeoloqlar, doğularkən adı Timuçin olan, daha sonra Çingiz Xan kimi məşhurlaşmış, monqolların əfsanəvi hökmdarı, hərb dühası Çingiz Xanın Çinkai qalasının qalıqlarını tapıblar.
1162-ci ildə doğulan Çingiz Xan hakimiyyətinin sərhədlərini Çindən Polşaya qədər uzatmışdır. Cənazəsi gizli bir yerdə dəfn olunduğundan hələ tapılmayıb. Arxeoloqların tapdıqları XIII əsrə aid qala monqolların qərbə, yəni Avropaya etdikləri səfərlərini daha yaxşı anlamağa kömək edə biləcək.
Qrupun başçısı Osaka Beynəlxalq Universitetinin müəllimi Koiçi Matsuda, hələ 2001-ci ildə cənub-qərb Monqolustanda bu qalanı kəşf etmişdi.

Ardını oxu...

Sayğac