Xəbər lenti

 Şrift:



Küləkli Bakı küçələrində öskürən, heç kimsədən çəkinmədən istədiyi yerə tüpürcək ifraz edən insanlara hər dəqiqə rast gəlmək mümkündür. Bu mədəniyyət qaydalarından kənar davranış, həm də əhalinin sağlamlığı baxımından təhlükəlidir və vərəmin yayılması üçün münbit şərait yaradır. Bütün dünyada olduğu kimi Azərbaycanda da vərəm xəstəliyi geniş yayılıb. Hazırda Azərbaycanda 100 min əhaliyə 54-56 vərəm xəstəsi aşkar edilir. Mütəxəssislər vərəmin müalicəsi ilə yanaşı, xəstəlikdən qorunmağın da vacib amil olduğunu bildirirlər. Vərəmlə bağlı əhali arasında maarifləndirmə aparmaq məqsədilə "Səhhət" ictimai fondu vərəm və onun profilaktikası ilə bağlı layihə həyata keçirir. Məqsəd layihə çərçivəsində resbublikanın kənd və rayon məktəblərində orta məktəblərin yuxarı sinif şagirdləri arasında vərəm və onun profilaktikası haqqında ətraflı tədbirlər həyata keçirməklə gənclər və yeniyetmələri maarifləndirməkdir. Vərəmin sosial yönümlü xəstəlik olduğunu deyən birliyin rəhbəri Tariyel Həsənov bildirdi ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əmr və sərəncamlarına əsasən, görülən tədbirlərə baxmayaraq, 2012-ci ildə Azərbaycanda hər 100 000 (yüz min) əhalidən 56 nəfər xəstə aşkar edilib. 2012-ci ildə Azərbaycan Respublikası üzrə 11383 nəfər vərəmli xəstələr qeydə alınıb və ilkin 4616 nəfər olub. Bunlardan ağ ciyərin vərəmi cəmi kontingent 9687 nəfər, ilkin 3614 nəfər olub. Ondan 217 nəfər uşaq, qalanları isə böyük xəstələrdir. Ağ ciyərin BK + olan 2022 nəfər qeydiyyata alınıb ki, onlardan 78 nəfəri uşaqdır.

Nədir vərəm?

Vərəm xəstəliyi infeksion xəstəlik olduğu üçün xəstə insanlardan sağlam insanlara hava-damçı yolu ilə yoluxur. T.Həsənov bildirdi ki, bir aktiv vərəmli xəstə il ərzində 200-250 nəfəri yoluxdurur. Bu yoluxanlardan 10-15 yeni vərəm xəstəsi yarana bilir. Yoluxanların hamısı vərəm xəstəliyinə tutulmur. Sağlam həyat tərzi keçirən, qidalanmanı düzgün quran, yaşayış şəraiti normal olan, immun sistemi qüvvətli olan insanlarda yoluxanların hər birində vərəm yaranmır. Bunların əksi olduqda isə yoluxanlar potensial vərəm xəstələri kimi qeydiyyata alınır: "Dünyada vərəm xəstəliyinin artması bütün səhiyyə sisteminə bir siqnal kimidir. Müşahidələrimiz göstərir ki, yeniyetmə və gənclər arasında spirtli içkilərə meyilli, siqaret aludəçiliyi olan, narkotikdən istifadə edən gənclər xəstə kimi qeydiyyata alınır. Bu bizi narahat etməyə bilməz. Ona görə də builki layihəni Bakı şəhərinin Səbail rayonunda yerləşən məktəblərdə həyata keçirdik. Layihə çərçivəsində 49 və 50 nömrəli məktəbdə Təhsil Nazirliyi, Səbail rayon icra hakimiyyətinin dəstəyi ilə maarifləndirmə işləri aparılıb". Məktəbdə keçirilən sorğudan məlum oldu ki, 100 uşaqdan 5-6-sı vərəm haqqında məlumatlıdır. Uşaqların çoxu vərəmin necə yoluxması, ətrafa təsirləri ilə bağlı məlumata malik deyillər. Qeyd edək ki, layihə çərçivəsində kitabxanalara vərəmlə bağlı məlumatlar verilib. Vərəmlə bağlı film təqdim olunub ki, bu yolla şagirdlər maarifləndirilisin. Müəllimlərdən sinifə daxil olanda 2 dəqiqə ərzində vərəmlə bağlı məlumat vermələri xahiş olunub.

Dərmana davamlı vərəm yayılır

Hazırda Azərbaycanda vərəmin qorxulu formasi, yəni dərmana davamlı vərəmdən əziyyət çəkən 1169 xəstə qeydiyyatdadır. Bunlardan 573 nəfər iki preparata davamlı, 596 nəfər daha çox dərmana davamlı xəstələrdir: "Son vaxtlar, dünyada olduğu kimi vərəmin qorxulu forması dərmana davamlı vərəm Azərbaycan respublikasında da yayılmaqdadır. Azərbaycanda çoxsaylı dərmana davamlı vərəm xəstələrinin müalicəsi Yaşıl İşıq Komitəsinin təsdiqinə əsasən penitensiar sektorda 2007-ci ilin aprel, mülki sektorda isə 2008-ci ilin avqust ayından başlanılıb".

Həkim bildirdi ki, dərmana davamlı vərəmin müalicəsi digəri ilə müqayisədə çox bahadır. Sadə vərəmin müalicəsindən dəfələrlə bahalıdır və toksik təsirə malikdir: "Vərəm vaxtında aşkar olunduqda peşəkar həkimlər tərəfindən düzgün müalicə olunduda müalicəyə nail olmaq mümkündür. Təəssüf ki, dövlət və QHT-lər səviyyəsində vərəmlə bağlı maarifləndirmə aparılsa da əhali çox laqeyddir. Biz istəyirik ki, vərəmin ağırlaşmış formada gələnlərin qarşısını almaq üçün həkim olmayan insanlar da vərəmin nə olduğunu, necə yoluxduğunu, harada müalicə alınması haqqında ətraflı məlumatlı olsunlar".

Qeyd edək ki, 2011-ci ildən 2-ci sıra vərəm əleyhinə dərmanların təchizatı Qlobal Fond vasitəsi ilə maliyyələşdirilir. Mükli sektorda stasionar xəstələrin müalicəsi Bakıdakı 6 saylı dispanserdə, daha sonra isə pasiyentlərin yaşadığı xidmət göstərilmə sahələrində ambulator şəraitdə aparılır. Həbsxanalarda bütöv müalicə kursu, Bakıətrafı qəsəbə olan Binədə yerləşən 3 saylı Xüsusi Tibb Müəssisəsində həyata keçirilir. Hal-hazırda bütün ambulator pasiyentləri əhatə edən 223 DOT məntəqəsindən 23 kabinet Bakıda, 200 kabinet isə regionlarda yerləşir. Penitensiar sektorda müalicəyə cəlb edilən ÇDD vərəm xəstələrinin sayı 60 nəfərə çatıb. Məqsədlərə nail olunması, insan və infrastruktur bacarıqlarının möhkəmləndirilməsi, ölkə üzrə adi dərmana davamlılıq nəzarətinin aparılması, laborator xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və həkim göstərişlərinə ciddi riayət olunmasını təmin etmək məqsədi ilə dərmana davamlı vərəmin hallarının müvafiq pasiyent dəstəyi ilə müasir üsullarla müalicəsinin həyata keçirilməsi vasitəsi ilə təmin edilir. Qlobal Fondun Vərəm layihəsi bütün ölkə miqyasında həyata keçirilir və həm mülki, həm də penitensiar sektorların ehtiyaclarını əhatə edir. Baxmayaraq bu gün, Dövlət və Beynəxalq təşkilatlar tərəfindən bütün dünyada bu müalicə metodu tətbiq edilir, vərəmin bu qorxulu formasının insanlar arasında yayılmasının qarşısını almaq məqsədi ilə bu cür xəstələr vaxtında aşkar edilməli nəzarət altında ardıcıl və fasiləsiz olaraq dərmanla təmin olunmalı, uzun müddətli adi vərəmdən 100 dəfə bahalı olan olan bu müalicə yüksək səviyyədə həyata keçirilməlidir. Bu xəstəliklər haqqında tibb işçiləri və ictimaiyyət arasında daimi olaraq Səhiyyə Nazirliyi və QHT tərəfindən maarifləndirmə tədbirləri həyata keçirilir.

Vərəmin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir

T.Həsənov bildirdi ki, Bakı küləkli şəhərdir və əhali gigiyenik qaydalara əməl etmir: "Toz vərəm mikrobakterialarının nəqliyyat vasitəsidir. Şəhər tozludursa və insanlar hələ ətrafa bəlğəm ifraz edirsə, siqaret çəkən insanlar qalığını küçəyə atırsa, bu vərəm mikrobakterialarının quruyub toza hopduqdan sonra külək vasitəsilə hər kəsi yoluxdura bilər".

Həkim bildirdi ki, ictimai nəqliyyada bəzən xəstələr özlərinin xəstə olduqlarını bildikləri halda, elementar gigiyena qaydalarına əməl etmirlər. Qeyd etdi ki, hətta əhalinin sıx məskunlaşdığı yerlərdə bir vərəmli xəstə 300-400 xəstə də yoluxdura bilər. Dövlət səviyyəsində vərəm əleyinə mübarizə məqsədilə işlər aparıldıını deyən T.Həsənov müraciətlərindən sonra 3 saylı vərəm dispanserinin yüksək səviyyədə təmir olunduğunu da vurğuladı.../olaylar.az\

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Köşə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac