Xəbər lenti

 Şrift:

 

    Qış aylarında ən sıx üzləşdiyimiz xəstəliklər arasında yer alan "farengit", boğazın arxa divarının bəzən mikrobik, bəzən metabolik, bəzən də insanların işlədikləri mühitin istiliyinə, tozuna reaksiya göstərməsiylə ortaya çıxır.
Farengit ortaya çıxdıqda, səs batıqlığı, boğazda quruluq, yanma, ağrı, udqunma çətinliyi, toz və yeməklərə qarşı həssaslıq yaranır. Farengit, yemək - içməyə diqqət etməyi, yəni, acı, qıcıqlandırıcı, turşulu qidalardan uzaq dayanıb, ilıq maye qidalar qəbul edilməsini tələb edir. Tozlu, dumanlı mühitlərdən uzaq durmalı və istirahət edilməlidir.


Dərman almadan özünüz təbii və bitkilərlə müalicə olunmaq istəsəniz, evdə hazırlaya biləcəyiniz Bitki mənşəli Müalicələr:

 
Kəklikotu və sirkə ilə bitki mənşəli faringit müalicəsi:

1 çay qaşığı kəklikotu, 1 çay qaşığı şüyüd toxumu, 1 çay stəkanı sirkə uyğun bir qaba tökülüb qarışdırılır. Bu qarışığın içinə 2 stəkan da su əlavə olunur və qaynadılır. Suyun soyuması gözlənilir. Soyuduqdan sonra həmin təbii üsulla  gün ərzində boğaz bir neçə dəfə qarqara edilir.


 Süzülü bal ilə faringitin müalicəsi:

1 stəkanı qaynadılmış isti suya 1-2 çay qaşığı bal qarışdırılır. Bu çaya eyni miqdarda çobanyastığı, razyana, adaçayı, nanə, şüyüd, kəklikotu qarışdırılır. Gündə bir neçə dəfə qarqara edilir. Ayrıca gündə bir neçə dəfə, 1 çay qaşığı bal ağızda əridilərək yeyilir.
Boğaz ağrıları üçün biyan balı da nabat şəkəri kimi çox faydalıdır.

 Nabat şəkəri ağızda sorulduqda boğazdakı qıcıqlanmaların qarşısını alır, səsi açır və mədə üçün də çox faydalıdır, dadı da çox gözəldir.

 Biyan balı mərcimək qədər ağıza alınır və sorulur.


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac