Xəbər lenti

 Şrift:

Картинки по запросу dr.psk. meltem özkan
                                 Psk. Dr. Məltəm Özkan


 

 
                          Yeniyetmələrdə kliptomaniya

    Mövzumuza başlarken ilk önce kliptomaniya nedir və diaqnozu nece qoyulur ona nezer salaq.Kliptomaniya:oğurlama xesteliyidir.Kliptomaniya maddi dəyər ilə əlaqəsiz şəkildə ehtiyac olmadığı halda əşyaları oğurlama hissinin qarşısını ala bilməməsidir.İnsanlar içində ağlımıza gəlməyəcək bir çox şəxsdə öz hisslərini kontrol edə bilməmə narahatlığı ilə rastlaşırıq.

Oğurlama xəstəliyinin insanlar içərisində sandığımızdan çox olduğu və hər 1000 nəfərdən 6'sının kliptoman olduğu təxmin edilməkdədir. Bu hallar Xüsusilə uşaqlıq illərində təzyiq altında olmuş şəxslərdə daha çox rast gəlinir.İlk göstəriciləri özünü yeniyetməlik dövründə biruzə verir.Əslində bu narahatlığı olanlar oğurluq edərək öz cəsarətlərini ispat etmeye çalışırlar.Cəsarət hissinin ən dərin yaşandığı yeniyetməlik dövrünü təkrar xatırlayıb,kliptomaniya ilə əlaqəsinə keçid alaq. Yeniyetməlik(pubertiya), insanlarda meydana gələn "gəncliyə ilk addım" və uşaqlıq və gənclik çağı arasındakı keçid dövrüdür.Yeniyetməlik şəxsdə uşaqlıq verdiş və davranışların yerini genclik vərdiş və davranışların aldığı, cinsi istəklərin qazanıldığı,şəxsin yetişkin roluna psixolojik və somatik olaraq hazırlandığı dövrdür.Uşaqlıq dövrü olaraq adlandırılan yaşlarda,sosial mühit şüuru (super eqo) inkişaf etməzkən,yeniyetməlik dövrünə girən gənclərdə ictimaiyyət tərəfindən qəbuledilmək,bir qrupun parçası olmaq (super ego və ego)qavrayışı inkişaf edir.Hormonlardan cinsiyyət ilə əlaqədar olan astrogen və ya androgenlərin ifrazı bu dövrdə pik nöqtəyə çatdığından yeniyetmənin psixalogiyası səbəbsiz dəyişkənliklər göstərir.Ümumi olaraq 12-20 yaş arası yeniyetməlik dövrü olaraq adlandırılır.Yeniyetməlik dövründə gəncləri bu narahatlıqla üzləşdirən əsas səbəb yalnız hormonal dəyişikliklər deyildir.Uşaqlıqdan gələn müddət və isbat cəhdləri impulsları daha da hərəkətə gətirir.Oğurluq istəkləri olan insanlar hər hansı bir əşya oğurladıqlarında böyük bir xoşbəxtlik hiss edərlər.Sonrasında isə özləri ilə fəxr edərlər.Oğurlanan əşyanın dəyərinin heçbir önəmi yoxdur.Çünki əsas məqsəd mənəvi təlabatını ödəməkdir.Oğurluq etdikcə özlərini daha rahat hissedərlər.Misal üçün; Qonaq gedərkən oğurladıqları kiçik bir oyuncaq kliptomanlarda önəmlidir.Yəni məqsəd oğurluq etməkdir.Oğurladıqları əşyaların onlara lazımlı olub olmamağının önəmi yoxdur.Burada ən önəmli və çətin vəzifə ailələrin üzərinə düşməkdədir.Bunun bir narahatçılıq olub olmamasını bir mütəxəssislə məsləhətləşərək qərara gəlməlidirlər.Nəticədə şəxsdə həqiqətən də oğurlama istəyi ola bilər bu da şəxsiyyət pozuntusundan xəbər verir.Bu hadisəyə şahid olub həmən kəsin valideynlərinə xəbər etməyən şəxslər gələcəkdə çox böyük vicdan əzabı yaşayabilərlər.Unutmayaq ki, kliptomaniya bir çox psixaloji narahatlıq kimi müalicə olunmadıqda gələcəkdə daha böyük fəsadlara yol aça bilər.Aparılan araşdırmalara görə kliptomaniya qadınlar arasında daha çox rast gəlinən bir xəstəlikdir.Qadınların hisslərini idarə edə bilməməsi onları bu xəstəliyə daha çox sövq edir.Dünya üzərində edilən araşdırmalar göstərir ki, kliptomaniya qadınlarda 77% kişilərdə isə 23% nisbətdədir.-Xəstəliyin ən yaxşı müalicə üsullarından biri psixoanalizdir.Bu müalicə üsulundakı ən önəmli ünsür fərdin şəxsiyyəti təhqir olunmadan və ailəsinin dəstəyi ilə müalicə olunmalıdır.

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac