Xəbər lenti

 Şrift:
“İstanbul Florence Nightingale” xəstəxanasının Sağlam Həyat Mərkəzi qırmızı çuğundurun şirəsinin ən güclü qan tənzimləyicilərdən biri və sağlamlıq üçün olduqca faydalı olduğunu təsdiqləyib. Kök suyu ilə yarıbayarı qarışdırılaraq qəbul edilən qırmızı çuğundur suyu qırmızı qan hüceyrələrinin sayını az bir vaxtda yüksəldir. Soyuq vaxtlarda, infeksiyaların artdığı zamanlar qırmızı çuğundurun istifadə edilməsi bədənin müqavimətini artırır. Qırmızı çuğundur A, B, C və P vitaminləri ilə zəngindir. Beta karoten və folat baxımından zəngin quruluşuyla immunitet sistemini gücləndirib qan yaranmasına dəstək verir. Bir stəkanı insanı bir həftə qoruyan təbii içkinin hazırlanma üsulu belədir: 1 narın dənələri, 1 qırmızı çuğundur, yarım limon suyu, 1 xörək qaşığı qırmızı üzüm çəyirdəyi. Hamısını blenderdən keçirin. Qabın 1/3-nə su əlavə edin. Və adi sudan hazırlanmış 5-6 parça buz atın. Bu qarışım qalın bağırsaq, mədə, sinir sistemi, ağciyər, döş, prostat xərçənginin qarşısını almaqda və inkişafını zəiflətməkdə təsirə malikdir. İnsanlarda pankreas, döş və prostat xərçənginin müalicəsində istifadə olunması üçün işlər aparılır. Qanın təmizlənməsinə və qaraciyərin zəhərlərdən müdafiə olunmasına kömək edir. Tərkibinə bir çox qidada olmayan, hüceyrələri, ferment və zülalları qoruyan betalain qrupuna aid bir maddə də daxildir. İdmandan əvvəl içilən çuğundur suyunun məşqə davamlılığı və performansı artırdığı, dinclik verdiyi sübut olunub. 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac