Xəbər lenti

 Şrift:
 

      Zu San Li haqqında, bir zamanlar atasından öyrəndiyi və ona çox qiymətli bir miras kimi qalan bir yapon əfsanəsi var: "uzunömürlülük nöqtəsi".
Atasının tövsiyəsilə Zu San Li hər gün bu nöqtəni masaj edərək, onlarla imperatorun doğulmasına və ölümünə şahid olacaq qədər yaşamışdır. Bu nöqtəni masaj etmək, Uzaq Şərqin, min illərdir tətbiq olunan ən qədim müalicə metodlarından biridir. İnsan bədənində bir ilin aylarını və günlərini xatırladan 365 nöqtə və 12 əsas meridian vardır.
Spesifik nöqtələrə barmaq təzyiqi edilən akupresur metodu müəyyən orqanlarla əlaqəli meridianlar və kanalların təlimlərinə dayanır. Çin təbabətində bədən bir enerji sistemi kimi qəbul edilir və masaj, orqanların funksional fəaliyyətlərinə və enerji vəsaitlərinin hərəkətinə təsir edə bilir.
Zu San Li nöqtəsini aktiv etmək yenilənmə və sağlamlıq təsiri yarada və yaşlanmağa mane ola bilir. 


Zu San Li nöqtəsini necə tapmaq olar?

Bədənimizdə Zu San Li nöqtəsi diz qapağının bir az altındadır. Bu nöqtəni doğru təsbit edə bilmək üçün əlinizi barmaqlarınız aşağıya gələcək şəkildə eyni dizinizin üstünə qoyun. Ovucunuz dizinizi qapasın. Məsələn sağ əliniz sağ dizinizin üstündə olsun. Zu San Li, kiçik dırnağınızla üzük barmağınızın dırnağı arasındakı nöqtədir. Əgər bu şəkildə doğru nöqtəni tapa bilmirsinizsə yerə oturub dizlərinizi özünüzə çəkin. Ayaqlarınız hələ yerdə olsun. Dizinizin altında daha yüksək bir sahə hiss edəcəksiniz, barmağınızı onun üzərinə qoyub yüngülcə basın. Həmin bu nöqtə Zu San Li nöqtəsidir.

Zu San Li nöqtəsi bədənimizin alt yarısındakı orqanların işinə nəzarət edir. Adrenal vəzləri, böyrəklər, cinsi orqanlar, həzm kanalının uyğun bir şəkildə fəaliyyətinə məsul hissələrin içindən keçən onurğa funksiyalarını idarə edir. Zu San Li nöqtəsini masaj edərək insan sağlamlığının qoruyucusu rolunu boynuna götürən ən güclü ifrazat vəzləri olan adrenal vəzlərinizin (böyrək üstü vəzlər) fəaliyyətini artırmış olacaqsınız.
Bu vəzlər qandakı hidrokortisone, adrenalin və digər əhəmiyyətli hormonları ifraz edirlər. "Uzun ömür nöqtəsi" ni hər gün nizamlı masaj etsəniz bədəninizdəki adrenal vəzlərinin funksiyalarını aşağıdakı şəkildə normallaşdırmış olarsınız:

1. Qan təzyiqinin tarazlanması
2. İnsulin, qlükoza səviyyələrinin tarazlanması
3. Bədəndəki iltihabın azaldılması
4. İmmunitet sisteminin təşkil edilməsi


Zu San Li nöqtəsini masaj etmənin digər faydaları:

Sağlam həzm sistemi
Bağırsaq və həzm problemlərinin aradan qaldırılması
İflic nəticələrinin müalicəsi
Özünə inam qazanılması
Stress və təzyiqin öhdəsindən gəlinməsi
Daxili tarazlıq.
Bu nöqtəni masaj etmənin cinsi zəifliyə, hıçqırığa, qəbizliyə, gastritə və sidik qaçırmağa da yaxşı təsir etdiyi düşünülür. Hətta immunitet sistemini gücləndirən bu masajın daha normal və sağlam bir bədənə sahib olmağı da təmin etdiyinə inanılır.


zusanli
Zu San Li nöqtəsini nə zaman masaj etməlisiniz?

Bu masaj səhər saatlarında, günorta yeməyindən əvvəl edildikdə daha təsirlidir. Hər diz üçün saat istiqamətində dairəvi hərəkətlərlə (barmağınızı yavaşca basaraq və basdığınız nöqtədə bir müddət dayanaraq) təxminən 10 dəqiqə edilməlidir. Başlamazdan əvvəl sakit nəfəs alıb verərək və hisslərinizə hakim olaraq özünüzü sakitləşdirin. Masajı oturaq halda edin.
Mümkün olduqca masaja hazır olun və şəfa prosesinin başlamasına icazə verin. Bu masajın xəbərdaredici bir təsiri vardır.
Axşamları Zu San Li nöqtəsini saat istiqamətinin əksinə masaj edənlərin həftədə 400-500 qr çəki verdikləri də deyilir.
Siz yenə də xəbərdaredici təsirsizliyinə görə yuxunuzu qaçırmamaq üçün yatmazdan əvvəl bu masajı etməməyə diqqət edin. Növbəti ay zamanı masajın təsirinin artdığı da akupresür mütəxəssislərinin iddialarından biridir.
Zu San Li nöqtəsinin masajı yeni aydan 8 gün əvvəl hər səhər etməyə başlasanız yaşlanma müddətinin ləngiməsi, immunitet sisteminin gücləndirməsi və yuxarıda saydığımız faydaların təmin edilməsinin şahidi olacaqsınız .
Nahar yeməyindən əvvəl bu nöqtəni masaj etməklə yaddaşınızı, ürək-damar və həzm sisteminizi də gücləndirə bilərsiniz.
Günortadan sonra isə stress, baş ağrısı, narahatlıq, yuxusuzluq üçün bu masajı edə bilərsiniz.

Qeyd: Saat istiqamətini təyin edərkən masaj edən siz olduğunuz üçün öz bucağınızdan olmasına diqqət edin.


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac