Xəbər lenti

 Şrift:

Dərinizdəki geniş məsamələr dərinin görünüşünə mənfi təsir edir. Bu, yağ və kir yığıntıları üçün uyğun mühit yaradır. Sızanaq, qara nöqtə və yağ vəzisi meydana gəlməsini artırır.Dəri məsamələri irsi olaraq geniş ola bilər, ancaq günəş şüalarına uzun müddət məruz qalmaq kimi ekoloji faktorlar üzündən də genişlənə bilər. Bunları aradan qaldırmaq, dərinizdəki məsamələri sıxlaşdırıb, arzuladığınız dəriyə sahib olmağınız üçün evdə hazırlaya biləcəyiniz praktik üsullardan istifadə etməyiniz məsləhətdir...

 Yaş maya, bir qədər süd, qarışdırmaq üçün kasa. Südlə mayanı kasada yaxşıca qarışdırdıqdan sonra xüsusilə duş qəbulundan sonra genişlənən dəri məsamələrinə pambıqla sürtün. Qoxusu bir az narahat edə bilər. Sürtdükdən, təxminən 10-15 dəqiqə sonra dəri məsamələrini yoxlayın. Fərqi görəcəksiniz. Maska dərinizdə 30 dəqiqə qaldıqdan sonra ilıq suyla durulanın. Sonra su su tərkibli bir nəmləndirici ilə nəmləndirin. Həftədə ən azı 1 dəfə bu maskanı tətbiq etsəniz dəri məsamələriniz daralacaqdır. Əgər qarışıq bir dəriniz varsa 1 yumurta ağıyla 2 çay qaşığı limon suyunu yaxşıca qarışdıraraq üzünüzə sürtün. 4-5 dəqiqə gözlədikdən sonra ilıq sudan istifadə edərək çıxarın. Xiyar suyunun içərisinə bir neçə damla gül suyu damızdırın və əldə etdiyiniz qarışığı üzünüzə sürtüb 15-20 dəqiqə gözləyin. Sonra bol su ilə yaxalayın. Bu əməliyyat açıq məsamələrinizi kiçildəcəkdir. Bundan başqa xiyarın içərisindəki silisium dərinizin quruluşunu yaxşılaşdıracaq və dərinizə xoş bir görünüş verəcək.

2 yemək qaşığı qatıq, 2 yemək qaşığı un, kifayət qədər gül suyunu krem konsistensiyası halına gələnə qədər qarışdırın və məsamələrin geniş olduğu bölgələrə tətbiq edərək 30 dəqiqə gözləyin. Sonra ilıq su ilə dərini durulayın. Bu maskanı həftədə 1 dəfə tətbiq etməklə məsamələrin kiçildiyini və bağlandığını görəcəksiniz.

4 stəkan alma və ya nanə sirkəsi, 4 stəkan distillə edilmiş su, 1 çay fincanı nanə yarpağını qarışdıraraq qaynadın. Soyuduqdan sonra, şüşə bir qaba qoyun. 5 gün saxlayıb, süzün. Bu qarışıq ilə dərinizi silin. Məsamələri sıxışdıraraq, kiçildəcək. Bütün bu üsulların tətbiqindən əvvəl əlinizin üzərində sınamaq daha yaxşıdır! Allergiyanız varsa üzünüzdə sınamayın!


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac