Xəbər lenti

 Şrift:


    Faringit boğazda, kiçik dil arxasında və badamcıqların olduğu bölgənin (farinks) iltihablanmasına deyilir. Faringiti yaradan səbəblərin başında viruslar və bakteriyalar durur. Uşaqlarda faringitin səbəbinin yüzdə 95-i viruslardır. Yetkinlərdə isə yüzdə 3-5 nisbətində bakteriyalardır. Bu cür mikroblarla olan faringitə kəskin faringit deyilir.
Burnun mexaniki olaraq tıxanıqlığı, sümük əyrilikləri və burundakı ətlərin böyük olması, spirt, siqaret, allergiya, qidalanma pozğunluqları, iqlim dəyişiklikləri xüsusilə üst tənəffüs yollarının digər xəstəlikləri kimi faktorlar faringitin inkişafını asanlaşdırır. Xəstəlik, bədəndə lokal və ümumi əlamətlər göstərir. Lokal əlamətlər; boğazda ağrı, yanma, batma hissi, öskürək, udma çətinliyi və boğazın o hissəsində şişkinlik və qızartı ilə özünü müəyyən edir. Bunlar lokal ifadə olunanlardır.


Ümumi əlamətlər; hərarətin yüksəlməsi, boyundakı linfa vəzlərinin şişməsi, iştahsızlıq, halsızlıq, yorğunluqdur. Xəstəliyin müalicəsi mütləq surətdə istirahət, kalorisi yüksək qidalar, həmçinin dərman, vitamin və nəfəsaçıcı dərmanlarla aparılır. Əgər kəskin faringit tam müalicə edilməz və asanlaşdırıcı faktorlar hələ davam edirsə xəstəlik xroniki hala keçə bilir. Ayrıca xronikiləşmənin əlamətləri bu faktorlar da sayıla bilər: qan dövranı sistemi xəstəlikləri, böyrək xəstəlikləri, həzm sistemi xəstəlikləri, endokrin xəstəliklər və sağlamlıq üçün təhlükəli sahələrdə işləmək xəstəliyin xronikləşməsinə köməkçi faktorlardır. Bir başqa səbəb də farenksa qonşu orqanların xroniki xəstəlikləridir. Xroniki faringit formasını həkim təyin edir.
Bunlar belə sıralana bilər: Sadə tipdə xroniki faringit, daha çox gənclərdə müşahidə olunur. Müayinədə farenks mukoza qırmızılıq və üzərində kiçik tipdə qabarcıqlar halında linfa bezləri görünür. Yenə bu bölgədə qurumuş ifrazat vardır və xəstə bunu çıxarmaq üçün qıcıq şəklində öskürmək istəyir. Hipertrofik şəklində limfa bir az çox böyüyür. Bu səbəbdən farenks selikli qişası qalınlaşır və xəstə, gənziyində yapışqan kimi yapışıq ifrazat olduğunu söyləyir. Lateral farengitdə isə farenksin yan divarlarında, yəni badamcıqların arxa tərəfində yuxarıdan aşağıya enən lent şəklində qalınlaşmış mukoza və limfa lentlər görünür.
Xəstə, səhər qalxdığı zaman boğazında ağrı və sanki yad cism olduğunu hiss edir. Atrofik faringit də farenks selikli qişası incəlmiş, çəhrayı görünüşünü itirmiş, solğun bir vəziyyətdədir. Xəstənin boğazında quruluq və sərtlik hissi, yapışqan qabıqların olması, nəfəsinin iy verməsi şikayət mövzusudur. Mukozanın görünüşü cilalanmış kimidir. Xroniki faringit və faringit müalicəsi; kəskin faringitin düzgün müalicə edilməsi, dərmanların düzgün alınması və istirahətdir. Yanlış müalicə, xəstəliyi uzadır. Ən əhəmiyyətlisi, burunda tənəffüsü maneə törədən bir sümük əyriliyi və ya ət varsa düzəldilməsi lazımdır. Böyük şəhərlərdəki hava çirkliliyi də faringit səbəbidir.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac