Xəbər lenti

 Şrift:


Paradont  xəstəlikləri  dedikdə ilk növbədə  diş ətrafındakı  toxumaların xəstəlikləri

başa düşülür. Bura aiddir:

1-Periodont

2-Sement

3-Diş əti

4-Sümük  alveol

Bu toxumaların iltihabı  aşağıdakı  formada təsnif olunur:

I-Qinqivit

II-Paradontit

III-Paradontoz

IV-İdiopatik  xəstəliklər

V-Paradontomalar

Bu gün sizə bu xəstəliklərin içərisində ən çox yayılmış olan “qinqivit” haqqında  məlumat verəcəyik.Qinqivit sözü latınca diş ətinin iltihabı anlamına gəlir. Qinqivit aşağıdakı formalara bölünür.

1)Kataral qinqivit.

2) Hipertrofik qinqivit

3)Xoralı-nekrotik qinqivit

4)Atrofik qinqivit

1-Kataral qinqivit diş ətinin ən çox rast gəlinən iltihabi xəstəliyidir.

Simptomları:

Diş ətinin marginal və papilyar hissələrinin hiperemiyası(qızarması), dişi fırçalayan zaman və yaxud bərk qidalarla qidalanan zaman diş ətinin qanaması,bəzən ağızdan xoşagəlməz qoxunun gəlməsi və diş ətində yüngül qaşınma və göynəmə hissiyatı, bəzən yuvenil və hamiləlik qinqiviti deyilən xəstəliklərə rast gəlinir.Yuvenil qinqivit yeniyetmələrdə,cinsi yetkinliyə çatmış cavanlarda rast gəlinir.Müəyyən hormonal dizbalans formasında inkişaf edir və bir müddətdən sonra sağalır.Hamiləlik qinqiviti isə hamilə qadınlarda mübadilə pozğunluğu( mineral mubadilə) və hormonal pozğunluğu nəticəsində inkişaf edir.

Müalicəsi: Diş ətini qıcıqlandıran yararsız qapaqların və plombların sökülməsi,diş əti altı və üstü daşların təmizlənməsi aiddir.Sonra isə ağız boşluğunun antiseptiklərlə işlənməsi və qarqaralar təyin olunur.Qarqaraların ən çox bitki tərkibli məhsullarla aparılması məsləhətdir(Fitodent,Rotokan,Romazulan və s.).

2) Hipertrofik qinqivit zamanı diş əti məməciyinin böyüməsi və iltihabı başa düşülür. Hipertrofik qinqivit 2 formada rast gəlinir:

1-Ödemli

2-Fibroz

Ödemli formada diş əti məməciyi böyüyür, qızartılı olur,qanayır,göynəmə olur və yalançı diş əti cibləri əmələ gəlir.

Fibroz formada isə diş əti məməciyi böyüyür, bərkiyir, tünd-göy rəngə çalır.

Müalicəsi: Diş əti altı və üstü daşlarının təmizlənməsi,diş ətini qıcıqlandıran qapaqların və plombların sökülməsi, ağız boşluğunun antiseptiklərlə qarqarası aiddir.Hipertrofiya böyük olduqda isə diş əti məməciyinə sklerozlaşdırma terapiya aparılır(40%-li qlükoza  0,4-0,5 ml diş əti məməciyinə vurulur).Fibroz formada isə bəzən böyümüş diş əti məməciyi qinqivotomiya edilir.

3) Xoralı-nekrotik qinqivit nisbətən az rast gəlinir.Törədiciləri fuzobakterialar və spiroxetalardır.

Simptomları: Diş ətində pis qoxuyan və qanayan xoraların əmələ gəlməsidir.

Müalicəsi: Kataral qinqivitdə olduğu kimidir.Bəzən ağrıları (xoraları) sakitləşdirmək üçün yerli anestetiklərdən istifadəsi məsləhətdir.Xoralı prosesin dərinliyindən asılı olaraq metrodinazol(trixopol) və epitelizasiyanı yaxşılaşdıran( salkoseril, çaytikanı yağı və s.) vasitələrdən istifadə olunur.

4) Atrofik qinqivit isə diş ətinin sümük alveol istisna olmaqla atrofiya prosesidir.Bu zaman diş əti boynu açılır və rəngi solğunlaşır.

Müalicəsi: Əsasən ümumi qinqivitlərdə olduğu kimidir və xəstələrə yerli və ümumi retinol asetat( yəni vitamin A) təyin olunur.

 
Alı Əliyev
Tel: (050)
 504 23 54

 

1 saylı Kliniki Tibbi Mərkəzin Həkim-Stomatoloqu.     

 

 

 

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac